PALANLAMAQ f. Heyvanın dalına palan qoymaq; çullamaq (bax palan1 1-ci mənada). [Mürşüdoğlu:] Öküzü palanlayıb göndərdim. S.Rəhimov. Aslan kişi gecə yarı olmamışdan yerindən qalxıb, paltarını, çarıq-corabını geyindi, eşşəkləri palanladı. Ə.Vəliyev.