Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Panoram
Panorama, fiziki mənadakı bir sahənin geniş bucaqla hər hansı bir görünüşüdür. Boyama, şəkil, fotoşəkil, film / video və ya üç ölçülü bir modeldə tətbiq oluna bilər. Ayrıca, hərəkətli şəkil termini (pan, pannig, panama; kameranı çevirərək əldə edilən görünüş) panoramdan törədilmişdir. Söz əslində İrlandiyalı rəssam Robert Barker tərəfindən Edinburghun panoramik şəkillərini təyin etmək üçün icad edilmişdir. Silindirik bir səthə göstərilən şəkillər, silindrin içindən araşdırılmışdır. Bu işlər 1792-ci ildə Londonda panoram adıyla sərgiləndi. Böyük ölçülü panoramları sərgiləmək məqsədiylə tikilən strukturlara panaromik strukturlar deyilir. Silindr formasında olan və işığı üstdən alan/sahə bu strukturlarda, şəkil bütün şaquli səthləri kəsiksiz olaraq qablar/örtər və silindrin döşəməsində olan yüksəldilmiş bir platformadan seyr edilərdi. Bu növdən ilk nümayiş 1799da Parisdə R. Fulton tərəfindən edilmişdir. Panorama strukturlarında ümumiyyətlə təbii görünüşlər və döyüş səhnələri sərgilənərdi.
Panoram fotoqrafiya
Panoram fotoqrafiya — panoram şəkil çəkilməsinə əsaslanan fotoqrafiya texnikası. Panoram fotoçəkiliş sayəsində geniş bucaqlı zəngin məzmun fotoşəkildə əks olunur. Bu termin altında aşağıdakılardan hər hansı biri nəzərdə tutulur: geniş və hətta 180 dərəcəni aşan baxış bucağı altında çəkilmiş fotoşəkil; tərəflərinin nisbəti 1x2, 1x3 və daha geniş olan "uzun formatlı" adi fotoşəkil; müxtəlif adi və ya geniş ölçülü kadrların birləşdirilməsindən yaradılmış fotoqrafiya.Fotoaparatı dayaq üzərinə qoyaraq və ya ştativ vasitəsilə sabit bir ox ətrafında çevirərək də 360 dərəcəlik çekiliş əldə etmək mümkündür. == Xarici keçidlər == DMOZ-da Panoram/360° fotoqrafiya texnika və stilləri DMOZ-da Panoram şəkil qalereyaları Panoram fotokameraların tarixçəsi 1843–1994 Stanford University CS 178 interactive Flash demo explaining the construction of cylindrical panoramas.
Panorama
Respublikanın panoramı (film, 1962)
== Məzmun == Filmin qəhrəmanı Qarabağ sement zavodunun, Montin adına Maşınqayırma Zavodunun fəhlələri, "Səməd Vurğun" seynerinin balıqçıları və başqalarıdır.
Pandora
Pandora — (yun. Πανδώρα, bəxşedilmiş, pan — bütün, hamı, tam və doron — hədiyyə, bəxşiş) yunan mifologiyasına görə yer üzündə ilk yaradılmış qadındır. Hesiod onu yun. καλον κακον — gözəl pislik adlandırmışdır. Bu onun özü ilə birlikdə yerə gətirmiş olduğu bədliklərlə dolu mücrüyə işarədir. Dəmirçi tanrı Hefest öz emalatxanasında su və torpaq qarışığından ilk qadının dəmir heykəlini yaratmış olur. Bu heykəl həddsiz yaraşıqlı göründüyündən tanrı Zevs onu canlandırmaq fikrinə düşür. Digər tanrılar isə ona misli bərabəri olmayan gözəllik, cazibadarlıq, müdriklik, inandırmaq bacarığı və s. kimi keyfiyyətlər bəxş edirlər. Hermes ona hiyləgərlik, yalan, Hera isə ona hər şeylə maraqlanmaq kimi xasiyyəti bəxş etmiş olurlar.
Gesta Danorum
"Danların əməlləri" (lat. Gesta Danorum), həmçinin "Saksonun Danimarka tarixi" (dan. Saxos Danmarkshistorie) və ya "Saksonun Danimarka salnaməsi" (dan. Saxos Danmarks Krønike) — XII əsr Danimarka tarixşünası Sakson Qrammatikin yazdığı yarı-əfsanəvi salnamə. Əsər Danimarkanın Sorö qəsəbəsindəki bir monastırda yazılmışdır. "Danların əməlləri" Sakson Qrammatikin müəllifi olduğu ən məşhur əsəridir. Salnamə Danimarka tarixinin ən əhəmiyyətli mənbəyi hesab edilir və millətin identikliyinin formalaşmasında böyük rolu olmuşdur. Əsər həmçinin Estoniya və Latviya tarixindən bəhs edən ən qədim sənəddir.Əsər Danimarka dini xadimi Lund yepiskopu Absalomun sifarişi ilə latın dilində yazılmış on altı kitabdan ibarətdir. "Danların əməlləri" əfsanəvi Kral Danın həyatından başlayaraq 1185-ci ilə qədər Danimarka tarixini, bir qədər də Skandinaviya tarixini təsvir edir. Salnamənin barəsində məlumat verdiyi son mövzu danların indiki Almaniyanın şimalında, Şlezviq-Holşteyn vilayətində yaşayan slavyan xalqı olan vendləri məğlub etməsidir.
Mazama pandora
Mazama pandora (lat. Mazama pandora) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin əsl maral cinsinə aid heyvan növü.
Pandora (kukla)
Pandora (kukla) — yunan mifologiyasında qəhrəman qadın olan Pandoranın (yunancadan-hamıya bəxş edilmiş deməkdir) şərəfinə adlanıb və geyim modellərinin nümayişi üçün yaradılmışdır. == Pandora kuklasının tarixi == 1640-cı illərdə Fransada modanın geniş yayılması ilə əlaqədar mumdan hazırlanan gözəl bir kukla ixtira etdilər. Bu kukla insan boyu ölçüsündə idi və yunan mifilogiyasının qadın qəhrəmanı olan Pandoranın şərəfinə adlanmışdı. Bu moda jurnallarının olmadığı və modanın düşünülmüş şəkildə yayılması üçün ilk cəhdlərdən biri olmuşdur. Düzdür həmin dövrdə “Zərif Merkuri (mifologiya)” adlı bir moda jurnalı olsa da, amma o, çox az tirajda nəşr olunurdu. Moda jurnalları ancaq XVI Lüdoviqin hakimiyyət illərinin sonlarında, daha doğrusu Böyük Fransa inqilabı zamanı tez satılmağa başlamışdı. Kuklanın özünün bütöv bir qarderobu, parfumeriya və aksessuarlar olan sandıqcaları vardı. Pandoralar 1860-cı illərə qədər mövcud olmuş və bundan sonra onları müasir manekenlər əvəz etmiş, moda jurnalları isə adi vətəndaşlar üçün də ələ keçilən olmuşdur. Pandora gəmilərdə, arabalarda, qayıqlarda bütüb avropa ölkələrini gəzmişdir. Buna görə, iki cür Pandora kuklası var idi: Böyük Pandora rəsmi geyindirilmiş və həmin dövrdə modada hakimlik edən; Balaca Pandora isə səhərlər geyinilən ev geyimini nümayiş etdirirdi.
Pandora (gəlincik)

Alla Panova
Alla Vasilyevna Panova (rus. Алла Васильевна Панова) — Sovet aktrisası. == Həyatı == Alla Panova 22 dekabr 1948-ci ildə anadan olmuşdur. Voronejdə təhsil almış, 1966-cı ildə 23 saylı orta məktəbi bitirmişdir.1972-ci ildə Şepkin adına Teatr məktəbindən məzun olmuş, kinoda ilk rolunu 1973-cü ildə, sonuncu rolunu isə 1979-cu ildə ifa etmişdir. Hazırda Moskva şəhərində yerləşən "Yeni opera" teatrının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiridir.
Manora qalası
Manora qalası — Debal qalası kimi də tanınır; Talpur sülaləsi tərəfindən 1797-ci ildə Karaçi limanının mühafizəsi məqsədi ilə tikilən qala. == Haqqında == Kəraçi limanının mühafizəsi məqsədi ilə inşa edilib. Manora çox da böyük olmayan yarımadadır. Sahəsi 2,5 km²-dir. Karaçi limanından cənubda yerləşir. Bu qala 1839-cu ildə ingilislər tərəfindən ələ keçirilir və bununla da Karaçi ingilislərin nəzarəti altına düşür. Manora qalası Talpur sülaləsi tərəfindən 1797-ci ildə limanın mühafizəsi məqsədi ilə tikilib. Bu liman vasitəsi ilə Oman və Bəhreynlə ticarət əlaqələri saxlanılırdı. Qala 90–110 fut hündürlükdə qaya üzərində tikilib, kiçik məscidi və dairəvi qülləsi də var idi. Qaladan Karaçi limanını təhdid edən və XIX əsrin əvvələrində ona hücumlar edən Qasimi piratlarına qarşı qorunmaq məqsədi ilə istifadə edilib.
Manora yarımadası
Manora və ya Manoro (urdu جزیرہ منوڑا) — elə də böyük olmayan (2.5 km²), Pakistanın Sind vilayətinə daxil olan Kəraçi şəhəri yaxınlığında yerləşən yarımada. Yarımada materiklə 12 kilometrlik bərzəxlə birləşir. Manora və qarışıq adalar Kəraçi limanının ətrafında qoruyucu baryer rolunu oynayır. Limanın qərbində yerləşən buxta sahilində, yarımada ilə Senspit adasında yoxa çıxmaq üzrə olan manqrov meşəsi vardır. Şərqində Kiamari və Klifton adlı çimərlik yaşayış məntəqələri vardır. Salehabad yarımadada yerləşən qədim balıqçi kəndidir. == Tarixi == Kəraçi və onunətrafında yerləşən yarımada hər zaman trateji əhəmiyyət daşımışdır. Bir çox traktatlarda onun adı çəkilir. Makedoniyalı İskəndər Vavilona yürüşü yarımadada yerləşən qədim Krokola limanından başlamışdır. Yarımadanı Osmanlı imperiyasıtəbəsi olan admiral Seyd Əli-rəyis ziyarət etmişdir.
Panopa (nereida)
Panopa (yun. ) — yunan mifologiyasında nereida, Nerey və Doridanın qızı.
Panqam turşusu
Vitamin B15 və ya Panqam turşusu — ilk dəfə 1950-ci ildə öküzün qaraciyərinin ekstraksiyasında vitamin B15 müşahidə olunmuşdur. Elə buna görə də, panqam sözü yunanca pan – hər yerdə, qami – toxum sözündən götürülmüşdür. Hal-hazırda tibbdə panqam turşusundan bir sıra xəstəliklərin – maddələr mübadiləsində, xüsusilə, transmetilləşmə reaksiyasında istifadə edilməsinə baxmayaraq, insanda B15 vitamini ilə əlaqədar nə avitaminoz, nə də hipervitaminoz halı müşahidə olunmamışdır. Panqam turşusunun preparatı bəzi oksigen aclığında və qaraciyərin yenidən yağlanmasında yaxşı təsir göstərir. Kimyəvi nöqteyi-nəzərdən panqam turşusu qlükon turşusunun dimetilləşməsilə əmələ gətirdiyi efirdən ibarətdir: Vitamin B15-in bioloji rolu hələ tam öyrənilməmişdir. Bəzi ədəbiyyat məlumatlarına görə xolin, xolinfosfatid və kreatinin biosintezində B15 vitamini metil qruplarının mənbəyi rolunu oynayır. İnsan üçün B15 vitamini mənbəyi rolunu qaraciyər, bitkilərin toxumu, maya və s. oynayır. İnsanın B15 vitamininə olan gündəlik tələbatı hələ müəyyən edilməmişdir. == Ədəbiyyat == Ə.S.Həsənov, N.A.Rzayev, F.Q.İslamzadə, A.M.Əfəndiyev.
Sen-Pankras (İzer)
Sen-Pankras (fr. Saint-Pancrasse) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Muayan Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38435. Kommunanın 2012-ci il üçün əhalisi 434 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 760 ilə 2 060 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 95 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Villar-Sen-Pankras
Villar-Sen-Pankras (fr. Villar-Saint-Pancrace, oks. Vilard Sant Pancraci) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Brianson. Cənubi Brianson kantonuna daxildir. INSEE kodu — 05183. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1452 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 932 nəfərdən (15-64 yaş) 690 nəfəri iqtisadi cəhətdən fəal, 242 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74.0%, 1999-cu ildə 69.5%). Fəal olan 690 nəfərdən 663 nəfər (359 kişi və 304 qadın), 27 nəfər işsiz (12 kişi və 15 qadın) idi.
Müqəddəs oda yanaram
== Məzmun == Kino əsərinin mövzusu insanın daxilən, mənən təmizlənməsi, onun özünə və cəmiyyətə qayıtması haqqındadır. Filmin qəhrəmanı buna bir neçə dəfə yolunu azandan sonra nail olur. Süjetin mərkəzində qələm və kağızı tullayıb siyasətə qoşulan istedadlı yazıçı durur. Lakin bir gün o, başını qaldırıb başa düşür ki, artıq bir sətir belə yaza bilmir. Yalnız bir sıra mənəvi və əxlaqi təmizlik mərhələlərindən keçəndən və gözəl Zəhraya (Həmidə Ömərova) rast gələndən sonra Zaur (Füzuli Hüseynov) yenidən yaradıcılığa qayıtmağa, alicənab olmağa özündə qüvvə tapır...
Müqəddəs Oda Yanaram (1991)
Müqəddəs oda yanaram (film, 1991)
== Məzmun == Kino əsərinin mövzusu insanın daxilən, mənən təmizlənməsi, onun özünə və cəmiyyətə qayıtması haqqındadır. Filmin qəhrəmanı buna bir neçə dəfə yolunu azandan sonra nail olur. Süjetin mərkəzində qələm və kağızı tullayıb siyasətə qoşulan istedadlı yazıçı durur. Lakin bir gün o, başını qaldırıb başa düşür ki, artıq bir sətir belə yaza bilmir. Yalnız bir sıra mənəvi və əxlaqi təmizlik mərhələlərindən keçəndən və gözəl Zəhraya (Həmidə Ömərova) rast gələndən sonra Zaur (Füzuli Hüseynov) yenidən yaradıcılığa qayıtmağa, alicənab olmağa özündə qüvvə tapır...
Vitamin B 15(Panqam turşusu)
Vitamin B15 və ya Panqam turşusu — ilk dəfə 1950-ci ildə öküzün qaraciyərinin ekstraksiyasında vitamin B15 müşahidə olunmuşdur. Elə buna görə də, panqam sözü yunanca pan – hər yerdə, qami – toxum sözündən götürülmüşdür. Hal-hazırda tibbdə panqam turşusundan bir sıra xəstəliklərin – maddələr mübadiləsində, xüsusilə, transmetilləşmə reaksiyasında istifadə edilməsinə baxmayaraq, insanda B15 vitamini ilə əlaqədar nə avitaminoz, nə də hipervitaminoz halı müşahidə olunmamışdır. Panqam turşusunun preparatı bəzi oksigen aclığında və qaraciyərin yenidən yağlanmasında yaxşı təsir göstərir. Kimyəvi nöqteyi-nəzərdən panqam turşusu qlükon turşusunun dimetilləşməsilə əmələ gətirdiyi efirdən ibarətdir: Vitamin B15-in bioloji rolu hələ tam öyrənilməmişdir. Bəzi ədəbiyyat məlumatlarına görə xolin, xolinfosfatid və kreatinin biosintezində B15 vitamini metil qruplarının mənbəyi rolunu oynayır. İnsan üçün B15 vitamini mənbəyi rolunu qaraciyər, bitkilərin toxumu, maya və s. oynayır. İnsanın B15 vitamininə olan gündəlik tələbatı hələ müəyyən edilməmişdir. == Ədəbiyyat == Ə.S.Həsənov, N.A.Rzayev, F.Q.İslamzadə, A.M.Əfəndiyev.
Səmaya mən baxıram, həsrət ilə yanıram
Səmaya mən baxıram, həsrət ilə yanıram (ukr. Дивлюся на небо та й думку гадаю) — sözləri 1841-ci ildə ukraynalı romantik şair Mixailo Petrenko tərəfindən yazılmış mahnı. 1903-cü ildə Lyudmila Aleksandrova tərəfindən bu şeirə musiqi bəstələnib. Musiqiçi, xormeyster və musiqi müəllimi olan Vladislav Zaremba bu mahnını vokal və piano ifasına uyğunlaşdırmışdır. Bu həm də kosmosda ifa edilən ilk mahnı hesab edilir. Belə ki, 12 avqust 1962-ci ildə Ukrayna əsilli ilk kosmonavt Pavel Popoviç "Vostok-4" sovet kosmik gəmisinin göyərtəsində bu mahnını oxumuşdur. == İstinadlar == == Ədəbiyyat == Михайло Петренко: Життя і творчість (художні тексти, дослідження, документи). // Упорядники О. Є. Петренко, О. О. Редчук. Оформлення Д. О. Редчук. «Фенікс».