PANORAMA

[ yun. pan – hamı və horama – görünüş] 1.Yuxarıdan işıq düşən girdə binanın divarlarında çəkilmiş iri şəkil; məkan sənəti növlərindən biri. Panoramanın ən yaxşı nümunələri. Panorama tamaşaçıda real məkan illüziyası əmələ gətirir.
2. Adətən yuxarıdan baxdıqda göz qabağında açılan geniş mənzərə.
◊ Panoram filmi – iri yarımdairəvi ekranda, yaxud tamaşaçıları hər tərəfdən əhatə edən ekranda nümayiş etdirilmək üçün xüsusi aparatlarla çəkilmiş kinoşəkil.
Panoram kinoteatrı – panoram filmləri nümayiş etdirmək üçün xüsusi cihazlarla təchiz olunmuş kinoteatr.
Panoramlı əsər – dolğun xarakterlərlə zəngin, müxtəlif epizodlardan ibarət əsər.

Синонимы

  • PANORAMA panorama bax mənzərə 2

Этимология

  • PANORAMA Latın sözüdür, “bütövlükdə görmək” mənasını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
PANORAM
PANSİÓN
OBASTAN VİKİ
Panorama

Значение слова в других словарях