Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Müqəddəs Pantaleon
Müqəddəs Pantaleon (yun. Παντελεήμων, rus. Пантелеи́мон), Qərbdə son orta əsrlərin On Dörd Müqəddəs Köməkçidən, Şərqdə isə Müqəddəs Tamahsız Şəfaçılardan biri hesab olunan müqəddəs. Ənənəvi olaraq təxminən 275-ci ildə və ya 284-cü ildə Vifiniyanın Nikomediya şəhərində doğulduğu qəbul olunur. Martiroloji (şəhid tərcümeyi-halları) ənənəyə görə, Pantaleon varlı bir bütpərəst olan Nikomediyalı Eustorgiusun oğlu idi. Xristianlığı anası Müqəddəs Evvuladan öyrənmişdi; lakin 303-cü ildə onun ölümündən sonra o, tanınmış həkim Evfrosinosdan tibb təhsili alaraq xristian kilsəsindən uzaqlaşır və Evfrosinosun köməyi ilə imperator Qaleriusun şəxsi həkimliyinə qədər yüksəlir. Sonradan imperator Maksimianın da həkimi olmuşdu. Lakin sonradan Müqəddəs Yermolayın təbliği ilə xristianlığa qayıtmışdı. Əfsanəyə görə Pantaleon, İsanın adını çəkərək bir kor adamı möcüzəvi şəkildə sağaltmaqla, ölümündən sonra böyük bir sərvətə sahib olan atasını xristianlığa çevirdi. Atası da öz növbəsində qullarını azad etdi və var-dövlətini yoxsullar arasında bölüşdürərək Nikomediyada böyük nüfuz qazandı.
Pantalas
Pantalas okeanı və ya sadəcə Pantalas — (yun. πᾶν "bütün", θάλασσα "dəniz") — Superqitə Pangeyanı əhatə edən superokean. Paleozoy−Mezozoy dövrü zamanı, təxminən 250 milyon il əvvəl yer kürəsinin 70%-ni əhatə edirdi.
Pentaqon
Pentaqon (yun. πεντάγωνον — "beşbucaqlı") — ABŞ Müdafiə Nazirliyinin düzgün beşbucaqlı formasındakı binasına verilən ad. Vaşinqton şəhərinin yaxınlığında, Virciniya ştatının ərazisində yerləşir. Ölçülərinə və sahəsinə görə dünyada ən böyük ofis binasıdır. Layihəsi amerikalı memar Corc Berqstrom tərəfindən hazırlanan binanın tikintisi 11 sentyabr 1941-ci ildə başlamış və 15 yanvar 1943-cü ildə tamamlanmışdır. Yerin altında 2, yerin üzərində 5 mərtəbə olmaqla, cəmi 7 mərtəbədən ibarətdir. Yerin üzərindəki mərtəbələrin hündürlüyü 23,5 metrdir. Ümumi sahəsi 620 min m² olan binanın hər bir tərəfinin uzunluğu 281 metr, perimetri 1405 metrdir. Binadakı koridorların ümumi uzunluğu 28 km təşkil edir və 7754 pəncərəsi var. Binada təxminən 28 min nəfər hərbi və mülki işçi və 3 min nəfərə yaxın xidmətedici personal çalışır.
Vantavon
Vantavon (fr. Ventavon, oks. Ventavon) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Laran-Monteqlen kantonuna daxildir. INSEE kodu — 05178. 2008-ci ildə əhalinin sayı 517 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 326 nəfər (15-64 yaş) arasında 236 nəfər iqtisadi fəal, 90 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 72.4%, 1999-cu ildə 70.3%) idi. Fəal 236 nəfərdən 215 nəfəri (123 kişi və 92 qadın), 21 nəfəri işsiz (9 kişi və 12 qadın) idi.
Kantaron
Kantaron (fr. Cantaron) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Kont kantonu . Kommunanın sahəsi — 7,38 km², əhalisi — 1186 nəfərdir (2006) artım tendensiyası ilə: 1337 nəfər (2012), əhalinin sıxlığı 181,2 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 1288 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 1337 nəfər.
Panteon
Panteon (yunan. Πάνθειον, "bütün tanrılara (məbəd)") — hansısa bir dinə və ya mifologiyaya mənsub olan tanrılar qrupu. Hər bir kasatanın öz xüsusi tanrısı olmuşdur; məsələn kahinlərdə qəddar, amma ədalətli tanrı-hakim (Zevs — Yuipiter — Odin — Hörmüz — Mixr — Mitra — Varuna), döyüşçülərdə — müharibə tanrısı (Tor — Mars — Ares — Vaaqn — İndra — Perun — Pyarkunas), kəndlilərdə — məhsuldarlıq tanrısı (Freyr — Kvirin — Veles) vardı.
Pantodon buchholzi
Afrika uçanbalığı (lat. Pantodon buchholzi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin aravanokimilər dəstəsinin pantodontidae fəsiləsinin pantodon cinsinə aid heyvan növü.
Alber Aftalon
Alber Aftalon (fr. Albert Aftalion; 21 oktyabr 1874, Ruse – 6 dekabr 1956, Cenevrə) — əslən Bolqarıstandan olan fransız iqtisadçı, Paris Universitetinin professoru, 1909-cu ildə ilk dəfə makroiqtisadiyyatda akselerator terminini yaratmışdır. == Bioqrafiyası == 21 oktyabr 1874-cü ildə Bolqarıstanın Ruse şəhərində Sephard mənşəli bir Yəhudi ailəsində anadan olub. Ailə 1876-cı ildə Fransaya, Nensiyə köçdü. 1898-ci ildə Paris Universitetində hüquq doktoru və 1899-cu ildə iqtisadiyyat doktoru dərəcəsini almışdır. 1900–1922-ci illərdə Lill Universitetində, 1922–1934-cü illərdə Paris Universitetinin Statistika kafedrasında professor və 1934–1940-cı illərdə Paris Universitetində Siyasi İqtisadiyyat kafedrasının professoru kimi dərs demişdir. 1940–1944-cü illərdə Yəhudi statusuna görə universitetdəki işindən müvəqqəti təxirə salındı ​​və bu dəfə Tuluzada keçirmişdir. Sorbonna bərpa edildikdən sonra və 1944–1950-ci illərdə 1950-ci ildə təqaüdə çıxana qədər çalışmışdır. 1950–1951 — Fransa İqtisadi Elmlər Birliyinin ilk prezidenti olmuşdur. == Elmə töhfələri == 1909-cu ilin fevral-aprel ayları arasında Siyasi iqtisadiyyat jurnalında (fr.
Katalon dili
Katalan dili — Hind-Avropa dillərinin roman dilləri qrupunun oksitan-roman yarımqrupuna aid olan dil.
Katalon kremi
Katalon kremi (kat. La Creme, isp. Crema catalana)-Müqəddəs Yusifin kremi hesab edilir.Katolik mətbəxinin milli desertidir. == Haqqında == Katalon kremini Fransızların kre-ybrule ilə bəzən oxşadırlar, belə ki, onu qaymaqda yox süddə hazırlayırlar. == Əsas komponentlər == Süd, yumartanın sarısı, şəkər tozu. Bəzən zövqə görə ədviyyatlarda qatılır. Soyuq halda hazırlanan kremin üzərinə şəkər tozu tökülür ki, yüksək temperaturda şəkər tozu xırcıldayan lay əmələ gətirsin. Bəzən nişasta və un da əlavə edilən reseptlər mövcuddur.
Panteon (Roma)
Panteon (yun. Πάνθεον, πάντεζ — bütün və θεόζ — tanrı lat. Pantheon) — Bütün allahlara həsr edilmiş məbəd, Qədim Roma memarlığının görkəmli abidəsi Panteon e.ə. II əsrdə qədim Roma memarlığının intibah dövründə, imperator Adrianın zamanında, Mark Vipsani Aqripp tərəfindən hələ iki əsr öncə inşa olunmuş Panteonun yerində ucaldılmışdır. Bunu üzərindəki latın yazısı "М. AGRIPPA L F COS TERTIUM FECIT" də sübut edir. Panteonun kərpic və beton potondası diametri 43 m-dən bir qədər çox olan yarım sferik künbəzlə (antik dövrün ən böyük mühəndis nailiyyətlərindən sayılır) örtülüdür. Klassik aydınlığı, daxili mühitinin bütöv kompozisiyası, bədii obrazlılığı ilə seçilir. İstisna edilmir ki, inşasında dövrünün mahir memarlarından sayılan dəməşqli Apollodor iştirak etmişdir. Bu butpərəst məbədi 1 noyabr 609-cu ildən kilsəyə çevrilərək bu günümüzə kimi qorunmuş və yaxşı vəziyyətdə saxlanılmışdır. Məhz buna görə də 1 noyabr katolik və protestantlar tərəfindən bütün müqəddəslər günü kimi qeyd olunur.
Panteon (dəqiqləşdirmə)
Panteon (yun. Πάνθειον, ""Bütün tanrılara (məbəd)") hansısa bir din və ya mifologiyaya aid olan tanrılar qrupu, həmçinin məbəd və ya hər hansı bir dinin bütün tanrılarına həsr olunmuş müqəddəs bina. Panteon — hansısa bir dinə və ya mifologiyaya mənsub olan tanrılar qrupu. Panteon — tanınmış insanların dəfn olduğu dəfn yerinin ümumi adı. Görkəmli şəxsiyyətlərin xatirə nekropollar, onun prototipi əvvəlcə bütün tanrıların məbədi olan Roma Panteonudu Panteon (Roma) — təxminən b.e. 125-ci ildə tikilən və Roma şəhərinin Campus Martius hissəsində yerləşən məbəd Panteon — 1764-cü ildə tikilmiş Fransanın görkəmli şəxsiyyətlərinin dəfn edildiyi yer. Panteon — Mexikonun mərkəzində yerləşən meksikan qəbiristanlığı, orada tanınmış meksikalı mədəniyyət və incəsənət xadimləri dəfn olunub. Mtatsminda — Gürcüstanın yazıçı və ictimai xadimlərinin panteonu. Görkəmli Azərbaycanlılar panteonu — Tbilisidə yerləşən Azərbaycan yazıçılar və ictimai xadimlərin panteonu. Moskva panteonu — Leninin, Stalinin və SSRİ-nin görkəmli xadimlərinin xatirə türbəsi, lakin bu layihə həyata keçirilməmişdi.
Pataqon tinamusu
Pataqon tinamusu (lat. Tinamotis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinə aid heyvan cinsi.
Panteon-Assas Universiteti
Panteon-Assas Universiteti (fr. Université Panthéon-Assas) — Parisdə bir universitetdir. O, Paris Universitetinin hüquq məktəbinin varisidir. 1970-ci ildə təsis edilmişdir.
Panteon-Sorbona Universiteti
Paris 1 Panteon-Sorbona Universiteti (fr. Université Paris 1 Panthéon-Sorbonna) — Fransanın Paris şəhərində olan bir ictimai araşdırma universitetidir. Ölkənin ən böyük hüquq və sosial elmlər ali məktəbidir.