Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lazar Parpetsi
Lazar Parapetsi (erm. Ղազար Փարպեցի; 442, Pərpi, Ermənistan krallığı – 510, Pərpi, Sasanilər dövləti) — V əsr erməni tarixçisi. Knyaz Vardan Mamikonyanın xahişi ilə Favstos Buzandın tarixini davam etdirən keşiş. == Ermənistan tarixi == Lazar Parpetsi tərəfindən V əsrin sonu-VI əsrin əvvəllərində yazılmış Ermənistan tarixi əsərində Cənubi Qafqaz xalqlarının istiqlaliyyət uğrunda mübarizəsindən bəhs edilir. Parpetsi 387-ci ildə Ermənistanın parçalandığı vaxtdan V əsrin sonlarınadək olan bir dövrdə baş verən hadisələri əhatə edir. Sənədlərə və müasirlərinin dediklərinə əsaslanan müəllif 450–451-ci illərdə Sasanilər əleyhinə hərəkat haqqında Yelişenin məlumatlarını zənginləşdirir və 481–484-cü illərdə Cənubi Qafqaz xalqlarının Sasanilərə qarşı üsyanını təsvir edir. Parpetsinin əsəri bir də ona görə qiymətlidir ki, bütün erməni müəlliflərindən fərqli olaraq o, bütün Qafqaz xalqları arasındakı yekdillik və bərabərliyi tez-tez xatırladır. == Ədəbiyyat == Muradyan, Gohar. ŁAZAR PʿARPECʿI // Encyclopaedia Iranica. 2018.
Marketri texnikası
Marketri — hələ antik dövrlərdə yaranmışdır. Marketri (frans. marquer-işarələmək) müxtəlif ağac növlərinin lövhələrinin hissəciklərindən düzəldilən mozayka növüdür. Mozaykanın elementlərini şpondan (nazik ağac lövhələr) kəsilir, tərs tərəfdən kağız yapışqanlarla yapışdırılır, fonla birlikdə çevrilərək hər hansı bir əşyanın üzərinə yapışdırılır. == Tarixi == Marketrinin yaranması yalnız XVI əsrdə şpon istehsal edən maşının yaranmasından sonra mümkün oldu. Bundan sonra ucuz ağac növlərindən düzəldilmiş mebelləri bahalı ağac növlərindən hazırlanmış şponlarla üzləməyə başladılar. XVI əsrin əvvəlində marketri texnikası Almaniya, Hollandiya və Fransada yayıldı. Lakin XVIII əsrdən yerli ustalar meydana çıxdı. Marketrinin ən inkişaf edən dövrü XVIII əsrə təsadüf edir. Ondan interyerin və mebellərin bəzədilməsində istifadə edirdilər.
Dalğa paketi
Dalğa paketi — hər bir zamananında fəzanın məhdud oblastını tutan yayılan dalğa sahəsi. == Təsviri == İstənilən təbiətli dalğalarda (akustik, elektromaqnit və b.) baş verə bilər. Dalğa paketi, tezlikləri (f) və dalğa vektorları (k) bir-birinə yaxın olan (Δf, Δk qiymətlərinin kiçik intervallarında yerləşən) müstəvi monoxromatik dalğaların superpozisiyasıdır (cəmidir). f və k arasındakı əlaqə xəttidirsə, yəni f = υk, burada υ dalğaların yayılma sürətidir, onda Dalğa paketi öz formasını dəyişmədən υ sürəti ilə yayılır və zaman keçdikcə "yayğınlaşır". == Xüsusiyyətləri == Kvant mexanikasında müəyyən impulslu zərrəciyin halına müstəvi monoxromatik de Broyl dalğası – bütün fəzanı tutan müəyyən tezlikli dalğa uyğundur. Bu onu göstərir ki, həmin zərrəciyin koordinatı məlum deyil. Zərrəcik fəzanın məhdud oblastında olduqda isə, onun impulsunun mümkün qiymətləri bir qədər səpələnmiş olur. Belə zərrəciyin halı impulsun mümkün qiymətlərinin intervalına uyğun tezliklərə malik monoxromatik dalğaların cəmi ilə təsvir edilir. Təxminən eyni yayılma istiqaməti olan və tezlikləri qismən fərqlənən belə dalğaların superpozisiyası Dalğa paketi yaradır: yekun dalğanın amplitudu fəzanın yalnız müəyyən məhdud oblastında sıfırdan fərqli olacaq. Bu oblastda zərrəciyi müşahidə etmək ehtimalı böyük, onun xaricində isə praktiki olaraq sıfra bərabərdir.
Genişləndirmə paketi
Genişləndirmə paketi — genişləndirmə dəsti və ya əlavə paketi, mövcud videooyuna yeni xüsusiyyətlər vermək üçün istehsal olunan paketlərdir. Bu paketlər tez-tez oyuna yeni ərazilər, silahlar, simvol və funksiyalar əlavə edir. Həmçinin mövcud oyunun ssenarisini genişləndirir. Ümumiyyətlə, videooyunun genişləndirmə paketləri oyun təkmilləşdiriciləri tərəfindən istehsal olunur, lakin istehsalçı şirkətlər genişləndirmə paketlərini başqa bir şirkətə də düzəltdirə bilərlər. Ümumiyyətlə, oyunun genişləndirilməsi paketlərinin qiyməti orijinal oyuna nisbətən daha aşağıdır. Genişləndirmə paketləri oyuna yeni xüsusiyyətlər gətirməyi hədəflədiyi üçün istifadəçi orijinal oyuna sahib olmalıdır. Zaman-zaman oyun istehsalçıları genişləndirmə paketlərini oyunun özü ilə birlikdə "kolleksiya versiyası" və ya "qızıl versiya" paketi kimi də satırlar.
Ofis paketi
Ofis paketi (İnteqrallaşdırılmış paket) — müxtəlif funksiyaları yerinə yetirən proqram komponentlərini özündə birləşdirir. Müasir inteqrallaşdırılmış tətbiqi proqram paketinə (TPP) mətn prosessoru, elektron cədvəl, qrafiki redaktor, verilənlər bazası idarəetmə sistemi (VBİS) və s. daxildir. İnteqrallaşdırılmış paketlərə əlavə modullar kimi, faylların eksport-importu, kalkulyator, təqvim, proqramlaşdırma sistemləri də daxil edilir. Bu cür paketlərə misal olaraq Microsoft Office, FrameWork, Ashampoo Office 2010 və s. göstərmək olar.
Çay paketi
Çay paketi və ya Birdəfəlik çay — çay yarpaqların ehtiva edən və dəmləmə çay üçün istifadə edilən kiçik, məsaməli möhürlü paket. Çay paketləri daha çox kağız, ipək və ya plastikdən hazırlanır.