Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qaralama
Qaralama — müəllifin və ya redaktorun ilkin əlyazması və ya kompüter çapı. Üstündə işlənməsi onun adını dəyişmir. Redaktə edilərək yenidən yazılmış və ya çap edilmiş nüsxəsi qaralama sayılmır.
Bakı parkları
Paytaxt Bakıda və şəhərətrafı ərazilərdə bir sıra rahat və gözəl parklar vardır. Bu parklar insanların asudə vaxtlarını əyləncəli və səmərəli keçirməsi ilə yanaşı, biomüxtəlifliyin qorunmasında əhəmiyyətli rol oynayır. Bakıdakı parkların siyahısı aşağıdakılardır. === Bakı bulvarı === Bakı bulvarı şəhərin əsas görməli yerlərindən biridir. Bulvarın rəsmi adı Dənizkənarı Milli Pakdır. 2009-cu ildə bu parkın 100 illiyi qeyd olunmuşdu. Bu gün uzunluğu 5,6 km olan parkın 25 km-dək genişləndirilməsi nəzərdə tutulur. === Filarmoniya bağı === Bu bağın əsası 1830-cu ildə qoyulub. Filarmoniya bağı həmçinin uzun müddət Qubernator bağı da adlandırılmışdı. === Fəvvarələr meydanı === Bakının ilk mərkəzi meydanlarından biridir.
Şarlama şəlaləsi
Şarlama şəlaləsi — Başqırdıstan Respublikasının Dövləkən rayonunda, Buqulma-Belebey yüksəkliyi ərazisində yerləşən şəlalə. Şəlalənin hündürlüyü 12 metrdir. Yay ayları su sərfiyyatı azaldığından çşəlalə demək olar ki yoxa çıxır. Asılıkul gölündən 4 km aralıda yerləşir (Başqırdıstanın ən böyük gölüdür.) Şarlama şəlaləsi təbiət parkı ərazisində yerləşir. Vikianbarda Şarlama ilə əlaqəli mediafayllar var.
ABŞ milli parkları
ABŞ milli parkları — ABŞ-də yerləşən 59 milli parka verilən ümumi ad. ABŞ Daxili işlər nazirliyinin tabeliyindəki Milli Park Xidməti tərəfindən idarə olunan və milli park adlandırılan xüsusi statuslu 59 qoruq ərazisi mövcuddur (2013). ABŞ-dəki milli parklar ABŞ Konqresinin qərarları ilə yaradılır. İlk ABŞ milli parkı 1872-ci ildə qəbul edilən qanunla və ABŞ prezidenti Uliss Qrantın təsdiqi ilə yaradılan Yellouston Milli Parkıdır. Bundan sonra 1875-ci ildə Mekkinak Milli Parkı yaradılmış, lakin 1895-ci ildə statusunu itirmişdir. Üçüncü və dördüncü milli parklar 1890-cı ildə qurulan Yosemit milli parkı və Sekvoya milli parkıdır. 1916-cı ildə ABŞ Konqresində qəbul olunan "Milli parklar" qanunu ilə federal dövlət adından milli parkları idarə etmək üçün ABŞ Daxili işlər nazirliyinin tabeliyində Milli Park Xidməti quruldu. Qanunda hədəf belə açıqlanmışdır: "Milli parklardakı təbii mənzərələr və təbii dekorasiya ilə tarixi və təbii ünsürlərin qorunması. Parkların idarəetməsinin hazırda insanların həzz alması üçün təşkili. Müasir dövrümüzdə bu idarəetmə elə bir üsulda və elə bir şəkildə olmalıdır ki, gələcək nəsillər eyni şəkildə milli parkdan həzz alsınlar." Müasir dövrümüzdə milli park adı ilə qorunan parkların çoxu ABŞ Konqresinin qanunu ilə qurulmuşdan qabaq xüsusi qanunla ABŞ prezidentinin təsdiqi ilə Milli Abidə statusu alaraq federal hökumətin qorunmasına alınmışdılar.
Azərbaycan Milli Parkları
Azərbaycan milli parkları — Azərbaycan Respublikasının ərazisində yerləşən milli parklar. == Tarixi == Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmazdan əvvəl Azərbaycanda milli parklar mövcud deyildi. Azərbaycanda milli parklar 2003-cü ildən etibarən yaradılmağa başlayıb. 2003-cü ildə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Akademik Həsən Əliyev adı verilən Zəngəzur Milli Parkı, Şirvan Milli Parkı, Ağgöl Milli Parkı, 2004-cü ildə Hirkan Milli Parkı, Altıağac Milli Parkı, 2005-ci ildə Abşeron Milli Parkı, 2006-cı ildə Şahdağ Milli Parkı, 2008-ci ildə Göygöl Milli Parkı, 2012-ci ildə isə Samur-Yalama Milli Parkı yaradılıb. 2008-ci ildə Hirkan Milli Parkının ərazisi 13.037 hektar genişləndirilərək 29.760 hektardan 42.797 hektara, 2010-cu ildə Şahdağ Milli Parkının ərazisi 14.613,1 hektar genişləndirilərək 115.900 hektardan 130.508,1 hektara çatdırılıb. Hazırda milli parklar 310.136,5 hektarlıq ərazi ilə Azərbaycan ərazisinin 3,58%-ni təşkil edir. Bununla yanaşı, yeni milli parkların, dövlət təbiət qoruqlarının yaradılması istiqamətində müvafiq işlər davam etdirilərək, Qızılağac dövlət təbiət qoruğunun ərazisinin genişləndirilərək dənizkənarı milli parkın yaradılması nəzərdə tutulmuşdur. Eyni zamanda Almaniya Federal Hökumətinin dəstəyi ilə "Qafqaz təşəbbüsü" proqramı çərçivəsində Samur-Yalama Milli Parkının layihəsi işlənilmiş və icrasına başlanılmış, 2012-ci ildə milli parkın yaradılmasıyla tamamlanmışdır.
Gürcüstanın milli parkları
Gürcüstanın Laqodexi Qoruğunun yaradıldığı 1912-ci ildən bəri qorunan ərazilərin uzun tarixi var. Hazırda qorunan ərazilər ölkə ərazisinin 7% -ni (384 684 ha) təşkil edir və qorunan ərazilərin təxminən 75% -i meşələrlə əhatə olunur. Gürcüstanın qorunan ərazilərinə aşağıdakılar daxildir: 13 Sərt təbiət qoruqları 11 Milli Parklar 19 İdarə olunan təbiət qoruqları 14 Təbiət abidələri 2 qorunan landşaftlar Mühafizə olunan ərazilərin idarə edilməsi və əlaqələndirilməsi Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Nazirliyinin İctimai Qanunlu Mühafizə Olunan Sahələr Agentliyi tərəfindən həyata keçirilir.
Hidravlik parçalama üsulu
Hidravlik parçalama üsulu və ya frekinq — şist nefti çıxarma üsulu. == Sağlamlığa və ekologiyaya təsiri == Frekinq üsulunda su və kimyəvi maddələr yüksək təzyiqlə qazma quyularına vurulur. Bu metod ekologiyaya, xüsusən içməli suyun çirklənməsinə səbəb ola bilər. Bu metod müxtəlif təbii kataklizmlərə səbəb olur. Frekinq metodunun tətbiqi 2013-cü ildə ABŞ-nin Ohayo ştatında çoxsaylı zəlzələlərə gətirib çıxarıb.
Polşa milli parkları
Polşa milli parkları (pol. Parki narodowe w Polsce) — Polşada yerləşən 23 milli parka verilən ümumi ad. Polşa milli parkları əvvəllər Polşa Milli Parklar Nazirliyi (pol. Krajowy Zarząd Parków Narodowych) tərəfindən idarə olunurdusa, 2004-cü ildə bu iş Polşa Ətraf Mühit Nazirliyinin əlindədir. Milli parkların çoxu qismən və ya ciddi qorunan hissələrə bölünür. Bundan əlavə milli parklar otulina adlanan bufer zonaları əhatə olunmuşdur. 2004-cü ildə Polşada qəbul edilmiş Təbiət Konservasiya Aktına görə: "Milli park 1000 hektardan az olmamaq şərti ilə təbiəti və təbiətin xüsusiyyətlərini qorumaq məqsədi ilə qurulan, təbii, elmi, sosial, mədəni və təhsil dəyərlərinə görə tanınan ərazini əhatə edir. Milli park biomüxtəlifliyi, təbii ehtiyatları, təbiətin cansız elementlerini və obyektlərini qorumaq, heyvan və göbələklərin dağılmış ekosistemlərini, təbiətin müfaviq komponentlərini yenidən bərpa etmək üçün qurulur. Polşa milli parkları müxtəlif sahələrə bölünür. Bunlara ciddi qorunan zona, aktiv zona və təbiət zonası aiddir.
Türkiyə milli parkları
Türkiyədə milli parklar Türkiyədə Qorunan yerlərin 5/1-i Milli parklardır. Türkiyədə Milli Parkılar tam bir ərazinin 1%-ni əhatə edir.
Türkiyənin milli parkları
Türkiyədə milli parklar Türkiyədə Qorunan yerlərin 5/1-i Milli parklardır. Türkiyədə Milli Parkılar tam bir ərazinin 1%-ni əhatə edir.
Turkana gölü Milli Parkları
Turkana gölü Milli Parkları — Keniyadakı Turkana gölü ətrafında yerləşən üç milli parkdan ibarət bir qrupdur. 1997-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmiş və 2001-ci ildə genişləndirmə işləri aparılmışdır. Parkın əhəmiyyətinin səbəbləri onun köçəri quşlar üçün dayanacaq kimi istifadə olunmasını, Nil timsahının, begemotların və ilanların yetişdirilməsi üçün yer kimi istifadə edilməsini əhatə edir. Turkana gölü Milli Parkları Sibiloi Milli Parkı və Turkana gölündəki iki adadan ( Mərkəzi ada və Cənubi ada ) ibarətdir.
Cənubi Koreya milli parkları
Təbiət koreyalıların əsas xəzinəsi hesab olunur. Buna görə də Cənubi Koreyada zəngin təbiətə, abidələrə, tarixi məbədlərə malik çoxlu sayda milli parklar mövcuddur. == Seoraksan Milli Parkı == Seoraksan milli parkında 3500 KRW (3$) olaraq giriş pulu yığılır. Yığılan məbləğ ətraf mühitin qorunmasına xərclənir. Seoraksana yazda və ya payızda getmək tövsiyə olunur, halbuki, yayda da getsəniz özünüzlə isti paltar götürməli olacaqsınız. Parkın ərazisində avtomobil dayanacağı, düşərgə qurmaq istəyənlər üçün yer, otellər, yeməkxanalar, sport mağazaları mövcuddur. Cənubi Koreyanın ən böyük parkı olan Seoraksanın ərazisi 398 kvadrat kilometrdir. Həmçinin onun ərazisində 30 zirvə və müəyyən çətinlik dərəcəsinə və müddətinə(bir neçə saatdan 3 günə qədər) görə fərqlənən dağ yürüyüşü üçün marşrutlar vardır. Ən maraqlısı Ulsanbavi dağına olan yürüşdür. Son 888 pilləkən sildırım qayadan yuxarı doğru gedir.