Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Parlamentli respublika
Parlamentli respublika — icra hakimiyyətinin (hökumətin) qanunvericilik orqanından (parlament) qanuniliyini əldə etdiyi və ona cavabdeh olduğu parlament idarəetmə sistemi altında fəaliyyət göstərən respublika. Hökumətin təşkilində də ölkənin idarə edilməsi kimi onun rolu nominal xarakter daşıyır. Baş nazirin başçılıq etdiyi hökumət parlament tərəfindən formalaşdırılır və onun qarşısında siyasi məsuliyyət daşıyır (məsələn, parlament hökumətə etimadsızlıq göstərə bilər ki, bu da hökumətin istefasına gətirib çıxarır). Bununla bərabər parlamentli respublikada dövlət başçısı parlamenti vaxtından əvvəl buraxa bilər. Lakin bu bir qayda olaraq prezidentin şəxsi təşəbbüsü ilə deyil, hökumətin tələbi ilə baş verir. Belə ki, İtaliya prezidenti (parlamentli respublika) ölkənin Konstitusiyasına müvafiq olaraq iki müxtəlif pilləli parlamentlərin sədrlərini dinləyərək hər iki, yaxud bir palatam buraxa bilər. Bu hal onların mövqelərində qarşısıalınmaz ziddiyyətlərin mövcud olduğu halda mümkündür. Hal-hazırda parlamentli respublika, artıq adı çəkilən İtaliyadan başqa, Gürcüstan, Almaniya, Avstriya və s. bu kimi ölkələr hesab olunur.
ABŞ parlamenti
ABŞ Konqresi — Amerika Birləşmiş Ştatlarının ikipalatlı qanunverici dövlət hakimiyyət orqanı, Vaşinqton şəhərində yerləşir (binası Kapitoli adlanır). Senatdan (100 üzv) və Nümayəndələr Məclisindən (435 üzv) ibarətdir. Konqresin Sədri ABŞ vitse-prezidentidir , onun müavini müvəqqəti sədridir. == Tarixi == Birinci Kontinental Konqresdən formalaşmışdır. 1776 il iyulun 4-də İkinci Kontinental Konqres ABŞ İstiqlaliyyət Bəyannaməsi qəbul etdi. Konstitusiyaya görə Konqres xüsusilə müharibə elan etməyə, silahlı güvvələri saxlamağa, ittifaq qanunlarının icra etmək üçün milis çağırmağa, vergiləri təyin etməyə və yığmağa, xarici dövlətlərlə ticarəti tənzim etməyə, pul kəsməyə, ölçü vahidlərini, Ali Məhkəmədən daha aşağı məhkəmələri və poçt xidmətlərini müəyyənləşdriməyə bilər. Hər iki palatı məsələlərin əksəriyyətini səsvermə ilə həll edir, üzvlər "aye" yaxud "no" deməlidir. İldə adətən bir sessiya keçirilir, bəzən əlavə sessiya baş verir. == Səlahiyyəti == Konqresin konstitusiya səlahiyyətləri xeyli genişdir. Onların arasında ən əsas yeri maliyyə sahəsinə baxmaq tutur.
AXC Parlamenti
Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti və ya Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanı (az.-əski. آذرنایحان جمهوریتی مجلس مبوثانی‎) — Azərbaycan Xalq Cümhuriyyətinin qanunverici orqanı, Milli Şuranın xələfi. 7 dekabr 1918-ci il saat 13:00-da açılmışdır. == Tarixi == === Yaradılması === 1918-ci il may ayının 28-də Zaqafqaziya Seyminin Müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası elan etdi. Beləliklə, Azərbaycanın ilk Parlamenti yarandı və ilk parlamentli respublikanın bünövrəsi qoyuldu. İstiqlal bəyannaməsində bəyan edildiyi kimi "Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur". 1918-ci il, sentyabrın 17-də Fətəli xan Xoyski kabinetinin təşkilindən üç ay sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçdü. Bakı paytaxt elan olundu. Parlamentli respublika idarəçiliyinin hüquqi norma və qaydalarına sadiq qalan Fətəli xan Xoyski hökuməti, eyni zamanda, Müəssislər Məclisinin çağırılması üçün hazırlıq görməyə başladı. Bu məqsədlə xüsusi komissiya yaradıldı.
Albaniya parlamenti
Albaniya parlamenti (alb. Kuvendi i Shqipërisë) — təkpalatalı Albaniya Məclisi və ya Xalq Məclisi (alb. Kuvendi Popullor). Albaniyanın ali qanunverici orqanı bir palatadan – 100 üzvü majoritar sistem üzrə birmandatlı dairələrdən iki turdan ibarət, digər 40 üzvü isə partiya siyahıları üzrə 4 faizli baryeri aşmaq şərti ilə ümumi və bərabər seçki əsasında gizli səsvermə yolu ilə 4 il müddətinə seçilən 140 üzvü olan Xalq Məclisindən ibarətdir. Konstitusiyada nəzərdə tutulmuş mütləq səs çoxluğu ilə qəbul edilən azsaylı qərarlar istisna olmaqla, Məclis bir qayda olaraq qərarlarını deputatların sadə səs çoxluğu ilə qəbul edir. Məclis üzvlərinin azı 3/5-nin səs çoxluğu ilə Konstitusiyada nəzərdə tutulmuş təsisatların təşkili və fəaliyyəti haqqında, vətəndaşlıq haqqında, ümumi və yerli seçkilər haqqında, referendum haqqında, fövqəladə vəziyyət haqqında, dövlət qulluqçularının statusu haqqında, amnistiya haqqında, Respublikanın inzibati bölgüsü haqqında və s. qanunların və bütün məcəllələrin qəbulu Parlamentin səlahiyyətlərinə aiddir. Parlamentdə qəbul edilən qanunlara Prezident veto qoya bilər və bu halda bütün deputatların mütləq səs çoxluğu ilə vetonu dəf etmək qaydası təsbit edilmişdir.
Ermənistan parlamenti
Ermənistan Respublikasının Milli Məclisi (erm. Հայաստանի Հանրապետության Ազգային ժողով, Hayastani Hanrapetyut'yan Azgayin Joğov; Ազգային ժողով, ԱԺ Azgayin Joğov, AJ) — Ermənistan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub (1995-ci ildə) I çağırışda 190 deputatdan ibarət idi, (1999-cu ildə) II çağırışdan etibarən isə 131 deputatdan ibarətdir.Halhazırda 132 deputatdan ibarətdir.
Finlandiya parlamenti
Finlandiya parlamenti (fin Suomen eduskunta; isv. Finlands riksdag) — 1906-cı ilin mayın 9-da qurulan Finlandiyanın təkpalatalı ali qanunverici orqanı. Finlandiya konstitusiyasına görə suverenlik xalqa məxsusdur və bu güc parlamentin öhdəliyinə verilib. Parlament 200 üzvdən ibarətdir. Onlardan 199-u Dhondt metodununa uyğunlaşdırılaraq 7–36 istifadə edilərək 13 müxrəlif üzv bölgədən 4 illiyə seçilirlər. Aland adalarından bir üzv də parlamentdə buranı təmsil edir. Qanun vericilik ya hökumət ya da parlament üzvlərindən biri tərəfindən başladıla bilər. Parlament qanunları qəbul edir, dövlət büdcəsinə, beynəlxalq müqavilələrə qərar verir və hökumətin fəaliyyətlərinə nəzarət edir. Parlament hökuməti istefaya göndərmə, prezident seçkilərini yenidən keçirmə və konstitusiyanı dəyişdirmə hüququna sahibdir. Konstitusiyada dəyişikliklər etmək üçün dəyişikliklər aradakı seçki siklı ilə iki ardıcıl hökumət tərəfindən qəbul edilməli ya da fövqaladə vəziyyət qanunu kimi məclisdən 166/200 çoxluğu ilə keçməliydi.
Gürcüstan parlamenti
Gürcüstan parlamenti ― Gürcüstanın ən yüksək milli qanunverici orqanı. Hal hazırda 150 üzvdən ibarət bir palatalı parlamentdir; bunlardan 120-si mütənasib nümayəndələr, 30-u öz dairələrini təmsil edən tək üzvlü dairə çoxluğu sistemi vasitəsilə seçilir. Parlamentin bütün üzvləri ümumi seçki hüququ əsasında dörd il müddətinə seçilirlər. Gürcüstan Konstitusiyası Gürcüstan Parlamentinə Acarıstan və Abxaziya muxtar respublikalarının qanunları ilə məhdudlaşdırılan mərkəzi qanunverici səlahiyyət verir. == Tarix == Kral hakimiyyətini məhdudlaşdırmaq və parlamentli bir idarəetmə orqanı yaratmaq ideyası, 12-ci əsr Gürcüstan Krallığında, ilk gürcü qadın hökmdarı Kral Tamarın dövründə, aristokratlar və vətəndaşlar arasında yaranmışdı. Kraliça Tamarın müxalifətçiləri və onların lideri Qutlu Arslanın (gürcü Simon de Montfort) fikrincə, ilk Gürcüstan Parlamenti iki " Palatadan " ibarət olmalı idi: Darbazi — ya da zaman-zaman görüşəcək aristokratların və nüfuzlu vətəndaşların məclisi. ölkədə baş verən proseslər, monarx üzərində qurulan bu qərarların icrası ilə bağlı qərar qəbul etmək üçün vaxt keçdikcə Karavi — Darbazinin iclasları arasındakı daimi iclasda iştirak edən bir orqan. Qarşıdurma kral hakimiyyəti tərəfdarlarının qələbəsi ilə başa çatdı. Qutlu Arslan Kralın əmri ilə həbs edildii. Kral Tamarın hakimiyyəti dövründə monarx üçün qanun təklif edə biləcək bir müşavirə otağı olsa da, ancaq qanunlar və ölkənin necə idarə olunacağı ilə bağlı son fikirləri yox idi.
Hindistan Parlamenti
Hindistan Parlamenti (Hindcə: भारत की संसद) 1919-cu ildə yaradılmışdır. Hindistanın rəsmi qanunverici orqanıdır. İki palatalı quruluşa malikdir. İki alt qrupa ayrılır: Rajya Sabha (Əyalətlər Şurası) və Lok Sabha (Xalq Məclisi). 790 üzvü vardır. Üzvləri 5 ildən bir seçkilər yolu ilə seçilirlər. Hindistan Parlamenti ölkədəki bütün siyasi orqanlar üzərində qanunverici səlahiyyətə malikdir. Beləliklə, ölkədə fövqəladə səlahiyyətlərə malik olan qüvvədir.
Latviya parlamenti
Latviya Seymi —
Macarıstan parlamenti
Macarıstan Milli Məclisi (mac. Országgyűlés) — Macarıstanın birpalatalı nümayəndəsi və qanunvericilik orqanı (parlament). Birpalatalı orqan 4 il müddətinə seçilmiş 199 deputatdan (1990-cı ildən 2014-cü ilədək — 386 deputatdan) ibarətdir. Üzvlərin seçilməsi, tək mandatlı və çox mandativ seçki dairələrində seçkilər daxil olmaqla, qarışıq seçki sisteminə əsaslanır. Siyasi partiyalar və ya birliklər məclisə getmək üçün səslərin ümumi sayının 5%-ni keçməlidirlər, lakin bu birmərəfli seçki dairələrində özünü göstərən namizədlərə tətbiq edilmir. Milli Məclisdə 25 daimi komitə var. Macarıstan Konstitusiya Məhkəməsi qanuna qarşı konstitusiyaya zidd olduğunu əsas gətirib etiraz etmək hüququna malikdir. Bu görüş 1902-ci ildən Budapeştdə Macarıstan parlamentinin binasında toplanıb. == Tarixi == "Dövlət Assambleyası" (mac. Országgyűlés) orta əsr Macarıstanın 1290-cı illərdən bəri qanunvericilik qurumudur.
Qazaxıstan parlamenti
Qazaxıstan parlamenti—1995-ci ildə Qazaxıstan Konstitusiyası na görə, İki palatalı parlamentdir. Aşağı palata, 'Məcburi' , 107 yerlə (98 yer partiya siyahılarından, 9 nəfər - Xalq Məclisindən) dörd illik müddətə seçilənlərdir.Senatın 47 üzvü var. 2007-ci ilin yanvar ayına olan məlumata görə, parlament nümayəndələrinin 10% -i qadın, yerli və şəhər məclisi işçilərinin isə 19% -i qadındır. Qazaxıstan 1 oktyabr 2014-cü ildə Senata seçkilər keçirdi.Qazaxıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bu "açıq və demokratik seçki prosesi" idi.ATƏT -nin məlumatına görə, "26 aprel seçkisinə hazırlıqlar səmərəli şəkildə aparıldı, lakin həqiqi demokratik seçkilərin keçirilməsi üçün lazımi islahatlar hələ də həyata keçirilməlidir. Mövcud şəxsin üstünlük təşkil edən mövqeyi və həqiqi müxalifətin olmaması məhdud seçici seçimidir. Məhdud media mühiti ictimai müzakirələri və ifadə azadlığını boğdu.Səsvermədə Müstəqil Dövlətlər Birliyi və Şanxay Əməkdaşlıq Təşkilatı nın 250-dək müşahidəçisi iştirak etmişdir.Senatın 16 açıq yeri uğrunda mübarizə aparan 80 namizəd arasında dörd qadın var idi.Nəticələr 7 oktyabr 2014-cü ildə elan edildi.Altıncı çağırış Qazaxıstan Respublikası Parlamentinin Məclisinə seçkilər 20 mart 2016-cı ildə keçirildi. Seçkilərdə altı siyasi partiya iştirak etdi, onlardan üçü səslərin 7% -dən çoxunu aldı və Parlament Məclisinə keçdi. . Bunlar Nur Otan Partiyası (82,20%), Qazaxıstan Demokratik Partiyası "AK Zol" (7,18%), Qazaxıstan Kommunist Xalq Partiyası (CPPK) (7,14%). Nur Otan Partiyası Məclisdə 84 deputat, AK Zol Partiyası - 7 millət vəkili, CPPK - 7 deputat, Qazaxıstan Xalq Məclisindən 9 deputat seçilmiş və əvvəlki çağırışın 43 deputatı Altıncı Məclisə keçdi Çağırış. Ümumilikdə deputat tərkibi 60% yeniləndi.
Qırğızıstan parlamenti
Qırğızıstan Respublikasının Joqorku Keneşi (qırğ. Кыргыз Республикасынын Жогорку Кеңеши), tez-tez sadəcə Yoqorku Keneş adlandırılır (qırğ. Жогорку Кеңеш) — dövlətin qanunverici orqanı olan 120 deputatdan ibarət Qırğızıstan Respublikasının bir palatalı parlamenti. Joqorku Keneş, nisbi sistemə görə 5 il müddətinə seçilir. Seçkilərin nəticələrinə görə bir siyasi partiyaya parlamentdə 65-dən çox mandat verilə bilər. Birinci Joqorku Keneş rəsmi olaraq “əfsanəvi parlament” adını daşıyan Qırğızıstan SSR Ali Sovetinin 12-ci çağırışı sayılır. 4 iyun Qırğıstanda "Parlament günü" kimi təsis edilib. 1995-ci ildən 2000-ci ilədək Joqorku Keneşə millət vəkilləri majoritar seçki sisteminə görə seçildi. İki palatadan ibarət idi - Qanunverici Məclis və Xalq Nümayəndələr Məclisi. 1998-ci il islahatına görə, Qanunverici Məclis 60 deputatdan (əvvəl 35 deputat) ibarət idi ki, bunlardan 15 deputat partiya siyahıları ilə seçilirdi.
Türkiyə parlamenti
Türkiyə Böyük Millət Məclisi (türk. Türkiye Büyük Millet Meclisi) və ya TBMM — Türkiyə Respublikasının 23 aprel 1920-ci ildə qurulan qanunvericilik orqanı. Türkiyə Konstitusiyasının 108-ci maddəsinə görə, qanunvericilik səlahiyyəti Türk Milləti adından TBMM Millət vəkili ümumi seçkiləri, beş ildə bir, sərbəst, bərabər, tək dərəcəli, ümumi səs əsaslarına görə, məhkəmə orqanlarının ümumi rəhbərlik və nəzarəti altında həyata keçirilir. Türkiyə Böyük Millət Məclisinin üzvləri seçildiyi dövrdə toxunulmazlıq statusuna malikdirlər. Hazırda təsisçi güc olan Türkiyə Böyük Millət Məclisi digər konstitusyon dövlət orqanlarından üstün deyil. Qanunvericilik hakimiyyəti qanun qəbul etmək səlahiyyətidir. Qanunlar Konstitusiyaya zidd ola bilməz. Türkiyə Böyük Millət Məclisinin Konstitusiyaya dəyişiklik etmək səlahiyyəti olsa da, bu səlahiyyət Konstitusiyanın Preambulasında yer alan anlayışa uyğun olaraq və Konstitusiya bütövlüyünə uyğun hərəkət etməklə və yalnız bu çərçivədə Konstitusiyaya dəyişiklik etməklə məhdudlaşır. Konstitusiyanın 6-cı maddəsində deyilir ki, “Güfünü Konstitusiyadan almayan heç bir şəxs və ya orqan dövlətin səlahiyyətlərini həyata keçirə bilməz”heç bir səlahiyyətə malik deyildir. Konstitusiyaya sədaqət andı içmiş millət vəkilləri və ya partiyalar tərəfindən edilən bu cəhdlər, səlahiyyət həddini aşmaq və səlahiyyəti qəsb etmək cəhdi baxımından cinayət sayılır və bu, millət vəkillərinin legitimliyini şübhə altına alır və qanunu dəyişdirməyə cəhdlə nəticələnə bilər.
Türkmənistan parlamenti
Türkmənistanın Milli Qenqeşi (türkm. Türkmenistanyň Milli Geňeşi) — Türkmənistanın iki palatalı parlamenti, davamlı olaraq dövlət hakimiyyətinin təmsilçisi və qanunverici orqanı kimi fəaliyyət göstərir. 24 oktyabr 2020-ci ildə, o vaxta qədər hələ bir palatalı Türkmənistan Məclisi, ölkənin yeni ikipalatalı parlamentində — "Türkmənistan Milli Qenqeşi haqqında" respublika Qanunu qəbul etdi. Buna görə, "Türkmənistan Milli Qenqeşinin fəaliyyəti Türkmənistan Konstitusiyasına, bu Qanuna və qurumun fəaliyyətini tənzimləyən Türkmənistanın digər normativ hüquqi aktlarına uyğun olaraq həyata keçirilir." 4 noyabr 2020-ci ildə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov bu qanunu imzaladı. 1 yanvar 2021-ci ildə Türkmənistan bir palatalı parlamentdən ikipalatalı parlamentə keçdi. İndi o vaxta qədər ölkənin yeganə və bir palatalı parlamenti olan Məclis aşağı palata çevrildi və əvvəllər Məclisdən ayrı bir qurum olaraq mövcud olan Xalq Məsləkəti yuxarı parlamentə çevrildi. Ölkənin yeni, iki palatalı parlamentinin “Milli Qenqeş” (türkm. Milli Geňeş) — “Milli toplantı” və ya “Milli Şura” adlandırılmasına qərar verildi. Milli Qenqeş — Xalq Məsləkətinin yuxarı palatası 56 üzvdən ibarətdir. Bunlardan 48-i, hər velayatdan (bölgədən) və Aşqabad şəhərindən, beş xalqdan ibarət regional Xalq Məsləkətinin və Aşqabad şəhərinin yığıncaqlarında gizli səsvermə yolu ilə gizli səsvermə yolu ilə seçilir və 8 üzv tərəfindən təyin edilir.
Xorvatiya parlamenti
Xorvatiya parlamenti (xorv. Hrvatski sabor) — Xorvatiyanın birpalatalı nümayəndələr və qanunverici orqanı (parlamenti). "Sabor" onun tarixi adıdır. "Sabor" sözü slavyan mənşəlidir və məclis deməkdir. Xorvatiya parlamentinin mənasında bu söz ilk dəfə 1848-ci ildə xorvat inqilabı zamanı istifadə edildi, lakin bu Sabor çox tez dağıldı və bütün hakimiyyəti ban Yelaçiçə verildi. Yeni sabor yalnız 15 aprel 1861-ci ildə çağırıldı. Sayları 100 ilə 160 arasında dəyişən deputatlardan ibarətdir. Sabor birbaşa ümumi gizli səsvermə yolu ilə dörd illik müddətə seçilir. Deputatların səlahiyyətləri yalnız hərbi vəziyyət dövründə uzadıla bilər. 1990-cı il Xorvatiya konstitusiyasına görə, Sabor iki palatadan ibarət idi: Birbaşa seçkilərdə seçilən Deputatlar Palatası (xorv.
Yaponiya Parlamenti
Yaponiya Parlamenti (Yapon. 国会, Hepbörn: Kokkai) Yaponiyanın ikipalatalı qanunverici orqanıdır. O, Nümayəndələr Palatası (衆議院, Şūqin) adlanan aşağı palatadan və yuxarı palatadan, Müşavirlər Palatasından (参議院, Sanqin) ibarətdir. Hər iki palata paralel səsvermə sistemi ilə birbaşa seçilir. Qanunların qəbulu ilə yanaşı, parlament rəsmi olaraq Baş nazirin seçilməsinə cavabdehdir. Parlament ilk dəfə 1890-cı ildə Meyci Konstitusiyasına əsasən İmperator Parlamenti olaraq çağırılmış və indiki formasını 1947-ci ildə müharibədən sonrakı konstitusiyanın qəbulundan sonra almışdır. Hər iki ev Naqataço, Çiyoda, Tokioda Milli Parlamenti Binasında (国会議事堂, Kokkai-gijidō) görüşür. Parlament palatalarının hər ikisi paralel səsvermə sistemi ilə seçilir. Bu o deməkdir ki, istənilən seçkidə doldurulacaq yerlər hər biri fərqli üsulla seçilən iki qrupa bölünür; evlər arasındakı əsas fərq iki qrupun ölçülərində və onların necə seçilməsindədir. Seçicilərdən həmçinin iki səs vermələri xahiş olunur: biri dairə üzrə fərdi namizədə, digəri isə partiya siyahısına.
Yunanıstan Parlamenti
Yunan parlamenti (yun. Βουλή των Ελλήνων) — Yunanıstanda fəaliyyət göstərən parlament.
Çexiya parlamenti
Çexiya parlamenti-(Çex dilində: Parlament České Republiky) Çexiyanın paytaxtı Praqada, Mala Strana'da yerləşən Çexiyanın qanunvericilik orqanıdır. Bu parlament birbaşa seçkilərdə seçilmiş iki palatadan ibarətdir: Deputatlar Palatası Yuxarı Ev: Senat Konstitusiyanın 15-ci maddəsi ilə "Parlament" adını verilmişdir . Parlamentdə parlamentlər sistemində adi səlahiyyətləri həyata keçirilir: qanunlar qəbul edir.Konstitusiyanı dəyişdirmək hüququ vardır, beynəlxalq sazişləri təsdiqləyir; zəruri hallarda, müharibə elan edir, Çexiyada xarici hərbi qüvvələrin olması və ya xaricdə Çex hərbi qüvvələrinin göndərilməsini təsdiqləyir. Bohemiya ərazilərində yaradılmış müasir parlamentarizm ənənəsi 1861-ci ildə Avstriya imperiyasının (bundan sonra Avstriya-Macarıstanın Cisleithan hissəsi)İmperator Şurası (Reichsrat, Řískská rada) dövrünə aiddir. 1918-ci ildə Çexoslovakiya elan edildikdən sonra Milli Məclis (Národní shromáždění) İmperator Şurası və Dövlət Diyeti (Bohem, Moravian, Silesian) həm də qanunvericilik vəzifələrini icra etdi 1938-39-cu illərdə və 1948-89-cu illər arasında qeyri-demokratik rejimlər içərisində bir parlament var idi (yarı avtoritar və ya kommunist rejimi). Çexoslovakiyanın federallaşması nəticəsində (1968), ölkənin Çexiya və Slovak hissələrinin milli şuraları yaradılmışdır. Deputatlar Palatası Çex Milli Şurası (Česká národní rada) ilə davamlılığını davam etdirir, Senat 1996-cı ildə quruldu (İlk Çexoslovakya Respublikasına istinadən).
Çin parlamenti
Ümumçin Xalq Nümayəndələri Məclisi (ÜXNM) və ya Ümumçin Xalq Nümayəndələri Yığıncağı (ÜXNY) - Çin Xalq Respublikasının qanunverici orqanı. Dövlət hakimiyyətinin ali orqanı olan ÜXNM 2980 üzvü ilə dünyanın sayca ən böyük dövlət orqanı hesab olunur. ÜXNM-ə seçkilər beş ildən bir keçiril. Sessiyalar payız aylarında ÇXR-nin paytaxtı Pekinin Siçen rayonunda yerləşən Böyük Xalq Zalında keçirilir və 10-14 gün davam edir. ÜXNM Daimi komitəsi ÜXNM-dən fərqli olaraq, ilk boyu görüşlər keçirir. Ancaq Daimi komitənin üzvləri həm qərarvermə, həm də tətbiq etmə vəzifəsi tuta bilməzlər. Daimi Komitənin tərkibinə sədr, sədrin müavinləri, məsul katib və Daimi Komitənin üzvləri daxildir. Daimi Komitə ÜXNY-nın qanun layihələrini təsdiq edən və qətnamələr çıxaran altı funksional ixtisaslaşmış komitəsinin: maliyyə və iqtisadiyyat işləri üzrə; milli məsələlər; təhsil, elm, mədəniyyət və səhiyyə; xarici işlər və hüquqi işlər üzrə fəaliyyətini istiqamətləndirir. Komitə parlament prinsipi üzrə fəaliyyət göstərir: Konstitusiyanı və cari qanunları hərəkətə gətirir, dekretlər dərc edir, daha aşağı səviyyəli hökumət təşkilatlarının fəaliyyətinə nəzarət edir, nazirləri və vəzifəli şəxsləri təyin və azad edir. Ümumçin Xalq Nümayəndələri Məclisi dövlətin qanunvericiliyini həyata keçirir; ölkə həyatının mühüm sahələrinə dair qərarlar qəbul edir, dövlət aparatının yüksək vəzifələrinə namizədləri təsdiq edir və seçir, ÜXNY-nın Daimi Komitəsi üzvlərini seçir; ÇXR sədrini və onun müavinlərini seçir; Dövlət Şurasının sədrini və Şuranın digər üzvlərini təsdiq edir; Mərkəzi Hərbi Şuranın (MHŞ) sədrini seçir və MHŞ-nin digər üzvlərini təsdiq edir; Ali Xalq Məhkəməsinin sədrini seçir; Ali Xalq Prokurorluğunun Baş Prokurorunu seçir.
İtaliya parlamenti
İtaliya parlamenti — Ali qanunverici orqan. İtaliya Respublikasının Parlamenti iki palatadan ibarətdir və ümumxalq səsverməsi yolu ilə seçilir. Senat 315 üzvdən ibarətdir. Onlardan 232-i birbaşa, 83-ü regional proporsional təmsilçilik əsasında 5 il müddətinə seçilir. Respublikanın keçmiş prezidentləri daxil olmaqla 7 ömürlük senator vardır. Deputatlar Palatası 630 üzvdən ibarətdir. Onlardan 475 nəfəri birbaşa, 155 nəfəri isə regional proporsional təmsilçilik əsasında 5 il müddətinə seçilir.
Şotlandiya parlamenti
Şotlandiya parlamenti (ing. Scottish Parliament; şot.kelt Pàrlamaid na h-Alba), bəzən Holirud kimi tanınır — Şotlandiyanın 12 May 1999-ci ildə qurulan və milli suverenliyə sahib qanunvericilik orqanıdır. Parlament həmçinin Nazirlər Kabinetini formalaşdırır və ona nəzarət edir.
Almaniya parlamenti
Bundestaq, Birlik seymi (alm. Bundestag, Bundesversammlung‎) — Alman Konfederasiyasının ali orqanı, Vyana Konqresi ilə Almaniyanın birləşməsi arasındakı dövrdə Alman dövlətlərinin nümayəndələrinin iclası. Görüşlər Frankfurt-Maynda keçirilirdi. 1815-ci ildən 1848-ci ilə qədər və 1851-ci ildən 1866-cı ilə qədər, 1804-cü ilə qədər Müqəddəs Roma İmperiyasının bir hissəsi olan bütün Alman dövlətlərinə cavabdeh olan yeganə mərkəzi qurum idi. 1816-cı il noyabrın 5-dən etibarən Bundestaq hər həftə iclas keçirirdi. Sədr Avstriyanın nümayəndəsi idi. 1848-ci ilin iyulunda mart inqilabından sonra Bundestaq öz səlahiyyətlərini ilk Almaniya parlamenti olan Milli Assambleyaya verdi. İnqilabın süqutundan sonra Bundestaq bərpa olundu. == İnkişafı == 12 iyul 1848-ci ildə günorta saatlarında Konvensiya öz vəzifələrini Regentə təhvil verdi və rəsmi olaraq ləğv edildi. Bu qanunvericilik yeni ofisə legitimlik və ən azı nəzəri cəhətdən hüquqi cəhətdən məcburi səlahiyyətlər verdi.
Fransa parlamenti
Fransa Parlamenti (fr. Parlement français) — Fransanın qanunverici orqanıdır (parlament). == Tərkibi == Müasir Fransa parlamenti iki palatadan ibarətdir: Yuxarı palata (chambre haute) — Fransa Senatı (Sénat) Aşağı palata (chambre basse) — Fransa Milli Assambleyasıdır (Assemblee nationale). Palataların hər biri müxtəlif məkanlarda yerləşir: Senat - Lüksemburq sarayı Milli Assembleya - Burbonlar sarayı Bununla belə, bəzən konstitusiya quruluşunu müzakirə etmək üçün Parlamentin birgə Konqresi (Congrès du Parlement français) çağırılır.
İsveç parlamenti
Riksdaq (isv. Sveriges riksdags riksdag) İsveç Krallığının qanunverici orqanıdır. Təkpalatalı parlament sistemi ilə fəaliyyət göstərən Riksdaq, İsveçin siyasi sisteminin mərkəzi hissəsini təşkil edir. Riksdaq, İsveçin ən yüksək qanunverici orqanı olaraq, ölkənin qanunlarını qəbul edir, büdcəni təsdiq edir və hökumətin fəaliyyətini nəzarət edir. Riksdaqın üzvləri, İsveç vətəndaşları tərəfindən dörd illik dövrlər üçün seçilir. Parlamentin 349 üzvü var və onlar İsveçin 29 seçki dairəsindən seçilir. Riksdaqın qərarları İsveçin siyasi və sosial həyatına dərin təsir göstərir, çünki burada qəbul edilən qanunlar ölkənin iqtisadi, sosial və mədəni inkişafını müəyyən edir. Riksdaq həm də İsveçin beynəlxalq münasibətlərini və xarici siyasətini formalaşdıran əsas orqandır. == Tarixi == === İlk dövrlər === Riksdaqın tarixi 1435-ci ilə, Arboga məclisinə qədər uzanır. Bu dövrdə Riksdaq, İsveçin dörd əsas sinfini – zadəganları, kilsəni, burjuaziyası və kəndliləri təmsil edən Riksens ständer adlı bir orqan idi.
Yunan parlamenti
Yunan parlamenti (yun. Βουλή των Ελλήνων) — Yunanıstanda fəaliyyət göstərən parlament.
Parlament
Parlament (ing. parliament, fr. parlement, parler — "danışmaq" kəliməsindən) — hakimiyyət bölgüsü mövcud olan dövlətlərdə ali səlahiyyətli və qanunverici orqan. Bu gün dünyanın əksər ölkələrində parlament sistemi mövcuddur. Adları müxtəlif olsa da, parlamentlərin funksiyası bütün ölkələrdə oxşardır. Struktur etibarilə müasir parlamentlər bir və iki palatalı olur. Tarixdə 3 və 4 palatalı parlamentlərə də rast gəlinir (CAR, Fransa). Lakin bu tip parlamentlərin fəaliyyəti uzun sürməyib. Çünki çoxpalatalı sistem qanunun qəbul olunması prosesini uzadır, bürokratiya dərinləşir və operativlik azalır. Buna görə də 21-ci əsrdə parlamentlər maksimum 2 palatadan ibarətdir.