Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vartaşen
Oğuz (əvvəlki adı: Vartaşen) — Azərbaycanda şəhər, Oğuz rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Vartaşen rayonunun Vartaşen şəhəri Oğuz şəhəri adlandırılmışdır. Vartaşenin çoxdan qurulduğu, Bejanov tərəfindən sübut edildiyi kimi, bir çoxu kəndin yanında olduğu kimi, qədim kurqan və qəbiristanlıqlardır. Vartaşen və Nic qəsəbələri, əfsanələrə görə, qədim dövrlərdə Kür çayının cənubundakı qədim erməni Utik vilayətində məskunlaşmış Utievlər və ya biri üçün doğma yerlər idi. 1722-ci ildə I Pyotrun Qafqaz ekspedisiyası zamanı ona ünvanladığı bir məktubda özlərini "Ağvanlar" adlandırdılar. 1807-ci ildə Şəki xanı Cəfər Kuli Xanın (azərbaycanlı) rus olduğu Vartaşen və Nici ermənilərə verəcəkdi, rus çarı I Alexander-a bir məktub yazdı: 1824-cü il Şəki əyalətinin kameral təsvirinə əsasən Kərimli kəndində (indiki Oğuz şəhərində) 657 təsərrüfatda 3153 nəfər əhali yaşayırdı ki, onların da 1646 nəfərini kişilər, 1507 nəfərini isə qadınlar təşkil edirdi. 1 yanvar 2013-cü il tarixli məlumata əsasən əhalisi 6,891 nəfər olsa da.2019-cu ilin məlumatına görə 7,400 nəfərdən artıq şəhərdə yaşayır. 1819-cu il üçün Şəki vilayətinin təsviri Vartaşenin "Tatar" (Azərbaycan) kəndini göstərir. Vartaşen məktəbinin keçmiş müdiri Mixail Bejanov "Qafqazın yerlərini və tayfalarını təsvir etmək üçün materiallar toplusu" kitabında Udinlərin Vartaşen və Nic kəndlərində yaşadıqlarını və bir çox "tatar" (yəni Azərbaycan) sözlərini özündə cəmləşdirən Dağ dilində danışdıqlarını qeyd edir. 1908-ci il üçün "Qafqaz təqvimi" nə görə kənddə 1090 erməni, 629 rus və 35 azərbaycanlı (tatar) yaşayırdı.
Vartaşen kolxozçusu
"Oğuz yurdu" — Oğuz rayonunda çıxan qəzet. Rayon qəzeti 1934-cü ildə "Vartaşen kolxozçusu" adı ilə nəşrə başlamış, sonralar "Varlı həyat", "Lenin bayrağı" adı ilə fəaliyyət göstərmişdir. 1929-cu ildə rayonun Xalxal kəndində müəllim kimi fəaliyyətə başlayan Sultan Əfəndiyev qəzetin ilk redaktoru təyin edilib (1934–1954-cü illər). Sonralar Qara Abidzadə, Abuzər Qasımov, Həsən Nəcməddinov, Sirin Salahov, Nemət Əhmədov, Əyyub Yusifov, Rasim Amanov, Adil Tağıyev, Nazim Hüseynli redaktorluq etmişlər. Oğuz Rayon İcra Hakimiyyətinin başçısı A. Əlihüseynov 30 aprel 2009-cu il tarixində "Rayonda çıxan "Oğuz yurdu" qəzetinin ilk sayının çapdan çıxmasının 75 illiyinin qeyd olunması haqqında" sərəncam vermişdir. 2014-cü il iyunun 12-də Oğuz rayonunda "Oğuz yurdu" qəzetinin 80 illik yubileyi keçirilib.
Vartaşen rayonu
Oğuz rayonu (əvvəlki adı: Vartaşen rayonu) — Azərbaycan Respublikasında rayon. İnzibati mərkəzi Oğuz şəhəridir. Şəki xanlığının mahallarından Xaçmaz mahalı və Padar mahalı Oğuz rayonu ərazisində olub. Oğuz rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. 1963–1965-ci illərdə Nuxa (1968-ci ildən Şəki) rayonunun ərazisi Oğuz rayonunun tərkibində olmuşdur. Rayon mərkəzi Vartaşen (indiki Oğuz şəhəri) 1961-ci ilə qədər kənd olmuşdur. 1961–1968-ci illərdə ona şəhər tipli qəsəbə, 1969-cu ildə rayon tabeliyində şəhər statusu verilmişdir. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Vartaşen rayonu Oğuz rayonu adlandırılmışdır. Oğuz rayonu Azərbaycanın qədim tarixə malik yaşayış məskənlərindəndir. Burada insanlar hələ neolit dövründə məskunlaşmışlar.
Taraskonlu Tartaren
Taraskonlu Tartaren (fr. Tartarin de Tarascon) — XIX əsr fransız yazıçısı Alfons Dodenin romanlar silsiləsi. Baş qəhrəman provanslı Tartarendir, hadisələr Fransanın cənubundakı Taraskon şəhərində, eləcə də romanlardakı personajların səyahət etdiyi yerlərdə cərəyan edir. Trilogiya “Taraskonlu Tartarenin qeyri-adi sərgüzəştləri” romanlarından ibarətdir (fr. Aventures prodigieuses de Tartarin de Tarascon, 1872), “Alp dağlarında Tartaren. Taraskon qəhrəmanının yeni şücaətləri" ( fr. Tartarin sur les Alpes, nouveaux exploits du héros tarasconnais, 1885), “Port-Taraskon. Şanlı Tartarenin son sərgüzəştləri" ( fr. Port-Tarascon, dernières aventures de l'illustre Tartarin, 1890). Trilogiyanın ilk romanı ən məşhurudur.
Parken Stadionu
"Parken" ( dan. Parken ) — Danimarkanın Kopenhagen şəhərində yerləşən futbol stadionudur. Danimarkanın aparıcı klublarından biri olan Kopenhagen Futbol Klubu ev oyunlarını bu stadionda keçirir. Stadion həmçinin, Danimarka milli futbol komandasənn əksər oyunlarına ev sahibliyi edir. Stadionun tutumu hal hazırda 38 065 nəfərdir. Stadion Futbol üzrə UEFA Avro 2020 turnirinə ev sahibliyi edəcək 11 stadiondan biridir. Stadionun tikintisi 1990-1992-ci illərdə aparılmışdır, son tutumu 38 065 nəfərdir. Arena 1990-cı ildə sökulən "İdretsparken" stadionunun yerində inşa edilmişdir. Yeni stadionda ilk oyun 9 sentyabr 1992-ci ildə keçirilib (Danimarka - Almaniya - 1: 2). 1994-cü ildə stadionda UEFA Kuboklar Kubokunun final oyunu keçirilib.
Sen-Partan
Sen-Partan (fr. Saint-Parthem, oks. Sent Partèm) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Dekazvil kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12240. Kommuna təxminən Parisdən 470 km cənubda, Tuluza şəhərindən 135 km şimal-şərqdə, Rodezdən isə 37 km şimal-qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 415 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 241 nəfər (15-64 yaş arasında) arasında 176 nəfər iqtisadi cəhətdən fəal, 65 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə 65.3%).
Tartan-partan (jurnal)
"Tartan-partan" (jurnal) — həftəlik satirik jurnal. Əliheydər Qarayev nəşr etdiyi satirik jurnallarla "Molla Nəsrəddin"in jurnalistika məktəbinə təzə ruh və təravət gətirdi. 1918-ci il sentyabrın 24-də Tiflisdə onun redaktorluğu ilə "Tartan-partan" jurnalının birinci nömrəsi çapdan çıxmışdır. Vəsaitin olmaması üzündən birinci nömrədən sonra davam edə bilməyən bu jurnal qarşısına böyük məqsədlər qoymuşdu. "Məqsədimiz" adlı baş məqalədə bu barədə işarələr vardır. Jurnalda "Həkim Nuni səğir" imzası ilə "Şair" adlı hekayəsi verilmişdir. Həmin hekayə "Mirzə Səfər"in ilk variantıdır. Jurnalda şeir, xarici xəbərlər, elanlar, axırıncı xəbərlər başlığı altında satirik yazılar dərc olunmuşdur. Məşəl (jurnal) Molla Nəsrəddin (jurnal) MİLLİ MƏTBUATIMIZIN “MƏŞƏL”İ, “TARTAN-PARTAN”I... Arxivləşdirilib 2018-06-09 at the Wayback Machine TARTAN-PARTAN, Azərbaycan dilinin izahlı lüğəti – Obastan Satirik jurnallardan "Tartan-partan" N.N.Zeynalov.
Lenin bayrağı (qəzet, Vartaşen)
"Oğuz yurdu" — Oğuz rayonunda çıxan qəzet. Rayon qəzeti 1934-cü ildə "Vartaşen kolxozçusu" adı ilə nəşrə başlamış, sonralar "Varlı həyat", "Lenin bayrağı" adı ilə fəaliyyət göstərmişdir. 1929-cu ildə rayonun Xalxal kəndində müəllim kimi fəaliyyətə başlayan Sultan Əfəndiyev qəzetin ilk redaktoru təyin edilib (1934–1954-cü illər). Sonralar Qara Abidzadə, Abuzər Qasımov, Həsən Nəcməddinov, Sirin Salahov, Nemət Əhmədov, Əyyub Yusifov, Rasim Amanov, Adil Tağıyev, Nazim Hüseynli redaktorluq etmişlər. Oğuz Rayon İcra Hakimiyyətinin başçısı A. Əlihüseynov 30 aprel 2009-cu il tarixində "Rayonda çıxan "Oğuz yurdu" qəzetinin ilk sayının çapdan çıxmasının 75 illiyinin qeyd olunması haqqında" sərəncam vermişdir. 2014-cü il iyunun 12-də Oğuz rayonunda "Oğuz yurdu" qəzetinin 80 illik yubileyi keçirilib.
Parakənd
Parakənd (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Parakənd (Lənkəran) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd.
Parakənd (Gədəbəy)
Parakənd — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Parakənd oyk. Gədəbəy r-nunun Kiçik Qaramurad i.ə.v.-də kənd. Dağlıq ərazidədir. Yaşayış məntəqəsini XIX əsrdə qonşu Leşkər kəndindən ayrılmış ailələr salmışlar. Yerli əhalinin məlumatına görə kənd Leşkər kəndinin parası (hissəsi) kimi yarandığına görə belə adlandırılmışdır. Tovuz r-nunun Çeşməli i.ə.v.-də kənd. Dağ ətəyindədir. Kəndin ərazisində eyniadlı dağ da vardır. Tədqiqatçılara görə, oykonim para (qərb dialektlərində dənli və bostan bitkiləri üçün ayrılmış sahəyə deyilir), yaxud parağ/ parax (heyvan saxlamaq üçün çəpərlənmiş yer) və kənd sözlərindən yaranmışdır.
Parakənd (Lənkəran)
Parakənd — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Hirkan qəsəbə inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Parakənd kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Kənd Lənkəran rayonunun cənub ucqar nöqtəsində yerləşir və Astara rayonuna keçid buradandır. Kənd həmçinin Qərbdən Talış dağları ilə əhatə olunmuşdur. Kənddə Mikayıl Nəzərov adına tam orta məktəb fəaliyyət göstərir.
Parakənd bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.