Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Partav
Partav, Firuzabad və ya Qədim Bərdə — Qafqaz Albaniyasının və Ərməniyyənin paytaxtı. Rusların hücumları nəticəsində zəifləyib və monqol işğalı dövründə şəhər dağıdılıb. == Tarixi == 460-cı illərdə Qafqaz Albaniyası hökmdarı II Vaçe tərəfindən əsası qoyulub və Albaniyanın paytaxtı olaraq Kabalakanı əvəz edib. VII əsr atlası Aşxaratsuyts onu Utik vilayətinin tərkibində göstərir. 552-ci ildə Partav Alban Həvari Kilsəsinin mərkəzinə çevrilir. Bərdə X əsrdə Nestorian kilsəsinin Arran yepiskopluğunun mərkəzi olmuşdur. Musa Kalankatlı Cavanşir tərəfindən Bərdə yaxınlığında inşa etdirilmiş monastırlar haqqında da məlumat verir: “Katolikos və bütün əyalətlərin yepiskoplarını yanına alaraq o, Firuzabaddan yola çıxdı, iki əyalət arasında öz rahatlığı üçün inşa etdirdiyi monastırda dua etdi....” Bu məlumatda Cavanşirin Bərdə-Girdman yolunda, paytaxtdan bir günlük məsafədə, qışlaq ərazisində inşa etdirdiyi başqa bir monastır da xatırlanır. === 944-cü il basqını === İlkin salnaməyə görə 944-cü ildə ali liderləri I İqor olan ruslar Salarilər dövlətinin hökmdarı Mərzban ibn Məhəmmədi məğlub etdikdən sonra və Aranın paytaxtı Bərdəni ələ keçirdilər. Ruslar hakimiyyətlərinin tanınması qarşılığında yerli camaata öz dinlərində qalmağa imkan verdilər; mümkündür ki, ruslar burda daimi qalmaq istəyirdilər. İbn Miskəveyhə görə yerli insanlar ruslara daş ataraq və onlarla pis davranaraq sülhü pozdular.
Portal
Portal (memarlıq)
Qartal
Qartal (lat. Aquila) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi. == Ümumi == Bədəninin uzunluğu 75–88 sm, quyruğu isə qısadır. Geniş qanadları var və açılan halda 2,4 m civarında olur. Ayaqları barmaqlarına qədər tüklə örtülü olur. 2–3 yaşlarında yetişkənliyə çatırlar. Meşə və dağlarda yaşayırlar. Erkəklər həyatları boyu bir dişi ilə cütləşir və eyni yuvadan istifadə edirlər. Yuvaları əlçatmaz yerdə olur. Qartalların bəzi növləri 100 kq-a qədər yükü qaldıra bilirlər.
Ağbaş qartal
Ağbaş qartal — Amerikada yaşayan qartal növü. Yayılma arealı Şimali Amerikadır. Ağbaş qartalın uzunluğu 71–106 sm arasında dəyişir. Qanadlarını açdıqda qanadların ümumi uzunluğu 1.83–2.34 metrə çatır. Çəkisi 3–7 kq təşkil edir. Bu qartalın baş və quyruğu ağ, gövdəsi isə qara və boz rəngdə olur. Bu qartallar 30 ilə qədər yaşayırlar. == ABŞ-nin milli quşu == Ağbaş qartal 1782-ci ildə ABŞ-nin milli simvoluna çevrilib.
Döyüşkən qartal
Döyüşkən qartal (lat. Polemaetus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Kartal Tibet
Kartal Tibet (27 mart 1939, Ankara – 1 iyul 2021, İstanbul) ― Türk kino aktyoru və rejissor.
Kazım Qartal
Kazım Qartal (28 aprel 1936, Altunhisar, Niğdə ili – 13 avqust 2003, İstanbul) — görkəmli türk aktyor, teatr rejissoru, film rejissoru, ssenari müəllifi, prodüser, 1968-ci ildə keçirilən "İlin ən yaxşı kişi aktyoru" müsabiqəsinin qalibi, Qartal, yaşadığı müddətdə 452 filmdə rol almışdır. Yeşilçam kinostudiyasının ən yaxşı aktyorlarından biridir. == Həyatı == 1964-cü ildə sənət həyatına başlayan Kazım Qartal, türk kinosunun çox tanınan qəhrəmanıdır. Çox vaxt köməkçi rol oynayıb. Filmlərində "pis adam" kimi çıxış edib. Çəkildiyi 452 filminin təxminən 300 filmini baş rolda oynamışdır. 2 filmin ssenarisini yazmış və 2 filmin rejissorluğu ilə məşğul olmuşdur. Pornoqrafik və erotik filmlər dövründə müxtəlif bu tipli filmlərdə də rol alan aktyor, bu prosesin səbəbini aşağıdakı sözlərlə izah etmişdi. Tez-tez aktyorluq edən sənətçi, Ərzurumdakı xəstəliyindən qısa bir müddət sonra ürək infaktı səbəbiylə İstanbulda həyatını itirdi. Məşhur aktyor 15 avqust 2003-cü ildə dəfn edildi.
Novruz Qartal
Novruz Yaqub oğlu Əliyev (3 mart 1947, Bakı – 8 yanvar 2022, Bakı) — Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti (2013). == Həyatı == Əliyev Novruz Yaqub oğlu 1947-ci ildə anadan olub. N.Y. Əliyev əmək fəaliyyətnə 1965-ci ildə Texniki təchizat idarəsində fəhləlikdən başlayıb. 1966-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olub. 1967-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışır. Çalışdığı illərdə Novruz Əliyev özünü epizodik və əsas rolların bacarıqlı ifaçısı kimi göstərib. Azərbaycan dramaturqlarının, eləcə də xarici ölkə yazıçılarının əsərlərində onlarla yaddaqalan surətlər yaradıb. Onun "Toy kimindir"də Qoşun, "Durna"da Dursun, "Hicran"da Balaəmi, "Lənət şeytana"da İsrafil, "Özümüz bilərik"də İbişov, "Milyonçunun dilənçi oğlu"nda xidmətçi, "Sevindik qız axtarır"da tələbə, "Nənəmin şahlıq quşu"nda Qədim Qədimoviç və başqa rolları tamaşaçıların dərin rəğbətini qazanıb. 1989-cu ildə Bakı Bələdiyyə "Tənqid-Təbliğ" teatrına dəvət alan aktyor burada da yüksək peşəkarlığı, zəhmətkeşliyi və intizamlılığı ilə fərqlənib. Bu dövrdə Novruz Qartal adı ilə tanınan N.Əliyev müntəzəm olaraq cəbhə bölgələrində, səngərlərdə, hərbi hissələrdə, qospitallarda maraqlı proqramlarla çıxışlar edib, dəfələrlə fəxri fərmanlarla təltif edilib.
Portal (memarlıq)
Portal (lat. porta — qapı, darvaza) — iri tikililərin arxitektur tərtibata malik əsas girişi. Adətən detallı ornamentlərlə işlənmiş geniş çərçivəyə malik olur, amma sadə tərzdə də hazırlana bilər. "Portal" anlayışı həm də kaminin dekorla işlənmiş ön hissəsini və tunnellərin giriş-çıxışlarını ifadə etmək üçün də işlədilir. == Məzmun == Qədim Misir və antik dövr memarlığı üçün yastı bəndli və sadə bəzəkli, qədim Mesopotamiya tikililəri üçün tağlı portal xarakterik olmuşdur. XI əsrdən roman, rotika və qədim rus memarlığında içəriyə doğru çıxıntılarla daralan portallar, Renessans və barakko dövrlərində üzərində antablement və fronton daşıyan pilyastr və sütunlarla haşiyələnmiş portallar geniş yayılmışdır. Azərbaycanda haşiyəli, sivri açırım içərisində yerləşən kiçik girişdən ibarət, incə bəzəkli portal kompazisiyası tətbiq olunmuşdur. Yaxın və Orta Şərq memarlığında yayılmış qoşa minarəli portal kompozisiyasının Azərbaycanda yarandığı ehtimal edilir.
Portal (veb)
İnternet portalı həmçinin veb-portal — e-poçtlar, onlayn forumlar və axtarış mühərrikləri kimi müxtəlif mənbələrdən məlumatları vahid şəkildə bir araya gətirən xüsusi hazırlanmış veb-sayt. Adətən, hər bir informasiya mənbəyi məlumatı göstərmək üçün səhifədə öz xüsusi sahəsinə malik olur. Çox vaxt istifadəçi onlardan hansıları göstərmək üçün tələb olunan konfiqurasiyanı tətbiq edə bilər. Portalların variantlarına rəhbərlər və menecerlər tərəfindən istifadə edilməsi üçün meşap və intranet panelləri daxildir. Məzmunun "vahid şəkildə" nümayiş etdirilmə dərəcəsi nəzərdə tutulan istifadəçidən, məqsəddən və məzmunun müxtəlifliyindən asılı ola bilər. Çox vaxt dizaynda məzmunun təqdimatını konfiqurasiya etmək və fərdiləşdirmək üçün müəyyən bir "metafora"lara, seçilmiş icra çərçivəsi və ya kod kitabxanalarına vurğu edilir. Bundan əlavə, istifadəçinin təşkilatdakı rolu hansı məzmunun portala əlavə oluna biləcəyini və ya portal konfiqurasiyasından silinə biləcəyini müəyyən edə bilər. Portal istifadəçilərə intranet məzmununu axtarışa verməsi üçün axtarış mühərrikinin tətbiqi proqramlaşdırma interfeysindən (API) istifadə edə bilər. Hansı domenlərin axtarıla biləcəyini məhdudlaşdırmaqla ekstranet məzmunundan fərqli olaraq həyata keçirilir. Bu ümumi axtarış mühərrikləri xüsusiyyətindən başqa, veb-portallar e-poçt, xəbərlər, birja kotirovkaları, verilənlər bazalarından məlumat və əyləncə məzmunu kimi digər xidmətlər də təklif edə bilər.
Qartal (bürc)
Qartal (lat. Aquila) - ekvatorial bürc.
Qartal (dəqiqləşdirmə)
Qartal —
Qartal (əməliyyat)
"Qartal" əməliyyatı — 29 avqust-6 sentyabr 2008-ci il tarixində Milli Təhlükəsizlik Nazirliyi tərəfindən Qusar rayonu ərazisində qanunsuz fəaliyyət göstərən ekstremist "Meşə Qardaşları" təşkilatına qarşı keçirilən əməliyyat == Haqqında == Avqustun 25-də hüquq-mühafizə orqanlarına Mollaçiyevin başçılıq etdiyi 4 nəfərdən ibarət silahlı dəstənin qanunsuz yolla Azərbaycana keçdiyi barədə məlumat daxil oldu. Məlumatdan sonra Daxili Qoşunlar, Sərhəd Qoşunlarının bölmələri və MTN qanunsuz fəaliyyət göstərən "Meşə qardaşları" təşkilatının üzvlərinin zərərsizləşdirilməsi üçün birgə əməliyyat keçirdi. Sonradan onların Qusarın Həzrə kəndi yaxınlığında meşə massivində gizləndikləri məlum oldu. Əməliyyat zamanı Daxili Qoşunlarla dəstə üzvləri arasında silahlı insident baş verdi və Daxili Qoşunların əsgəri Əli Yolçuyev həlak oldu. Milli Təhlükəsizlik Nazirliyinin rəsmi məlumatına görə, Mollaçiyev və Samir Mehdiyev "Meşə qardaşları" adlı silahlı birləşmənin fəaliyyətini bərpa etməyi, respublikanın şimal rayonlarında qanunsuz hərbi birləşmələr yaratmağı və ümumən Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş terrorçuluq əməlləri törətməyi planlaşdırmışdılar. MTN tərəfindən bu cinayətkar niyyətlərin qabaqlanması üçün xüsusi əməliyyat hazırlanaraq həyata keçirilmiş və görülən təxirəsalınmaz tədbirlər nəticəsində 13 nəfər yaxalanaraq təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub və barələrində həbs-qətimkan tədbiri seçilmişdir. Əməliyyat zamanı terrorçu qruplaşmanın 3 üzvü – Telman Abdullayev (Həmzət), Ramil Əsədullayev və Gülşad Əlixanov zərərsizləşdirilmişdir. Rusiya Federal Təhlükəsizlik Xidmətinin Dağıstan bölməsinin əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat zamanı "Dağıstan əmiri" adlandıran, "Meşə qardaşları" terror təşkilatının lideri İlqar Mollaçiyev öldürülmüşdür.
Qartal Patrulu
Qartal Patrulu (isp. Patrulla Águila) (ing. Eagle Patrol) İspaniya Hava və Kosmik Qüvvələrinə məxsus aerobatika eskadronudur. 4 iyul 1985 tarixində qurulmuşdur. == Qəzalar == 27 fevral 2020: Solo pilot Eduardo Fermín Garvalena La-Manqa dili yaxınlığında təyyarəsinin okeana çırpılması nəticəsində həlak olub.
Qartal sütunu
Qartal sütunu — Qatçina Saray parkında bağ-park tikilisidir. Bu abidə kiçik təpə üzərində hündür tetraedr formasında olan pyedestalda yerləşən sütunu özündə təcəssüm etdirir. Sütunun zirvəsini mərmərdən olan qartal heykəli bəzəyir. Bu sütun Silviya parkına gedən yolun ətrafında olan Amfiteatrın yaxınlığında yerləşir. == Tarixi == Qartal sütunu Saray parkının ən qədim park tikintilərindən hesab olunur. Sütun qraf Qriqori Orlovun Qatçinaya sahib olduğu vaxtlarda qoyulmuşdur. Buna görə də qartal təsvirinin onların ailə gerbində olması buna xarakterikdir. Bu abidənin layihəsinin rəhbəri Antonio Rinaldi olmuşdur. Sütun Sankt-Peterburqda yerləşən İsaakiya kilsəsinin kontor emalatxanasında hazırlandıqdan sonra ilk əvvəl Çarskoye Seloya gətirilmiş, 1770-ci ildə isə pyedestal ilə birlikdə Qatçinaya gətirilmişdir. Belə bir əfsanə mövcuddur ki, Qartal Sütununu imperator I Pavel tərəfindən oxla vurulmuş qartalın düşdüyü yerdə qurmuşdular.
Qırğı qartal
Qırğı qartal (lat. Aquila fasciata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü.
Qızıl Qartal
Qızıl Qartal (rus. Золотой орёл) — Rusiya film mükafatı.
Saqqallı qartal
Sen-Partan
Sen-Partan (fr. Saint-Parthem, oks. Sent Partèm) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Dekazvil kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12240. Kommuna təxminən Parisdən 470 km cənubda, Tuluza şəhərindən 135 km şimal-şərqdə, Rodezdən isə 37 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 415 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 241 nəfər (15-64 yaş arasında) arasında 176 nəfər iqtisadi cəhətdən fəal, 65 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə 65.3%).
Xallı qartal
Xallı qartal (lat. Clanga) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi. Etimoloji cəhətdən, cinsin adı qədim yunan sözü olan "klangos"dan gəlir və qartal mənasını ifadə edir. Əvvəllər bu quşlar qartal cinsində təsnif olunmuşdur. Azərbaycan ərazisində bu cinsə mənsub iki qartal növü qeydə alınmışdır: Böyük xallı qartal və kiçik xallı qartal.
Üçbaşlı qartal
Üçbaşlı qartal, saxa və dolqan folklorunda Öksökö (saxa Өксөку) — üç ayrı başa malik qartal ilə təsvir edilmiş mifik və heraldik quş. == İstifadəsi == === Dində === Üçbaşlı qartal apokrifik Yezdranın üçüncü kitabında, baş kahin Yezdranın yuxusunda təsvir edilmişdir. === Folklorda === Çeçenistan folklorunda üçbaşlı qartal fiqurları hansısa bir qəhrəman tərəfindən öldürülən düşmən bədheybətlər kimi təsvir edilib. Personaj saxa və dolqan folklorunda "Öksökö" adlanır. Evenklərin "Toroqonay" əfsanəsində üçbaşlı qartal baş qəhrəmanın yoldaşı olur. === Heraldikada === Üçbaşlı qartal fiquru "Moness kodeksi" (təx. 1300-cü il) əsərində minnesanqer Reynmar fon Tsveterin (təx. 1200–1248-ci illər) gerbində verilib. Konrad Qrünenberqin (1492-ci il) armorialında üç ayrı başa sahib bir Reyxzadlerin təsviri var. Üçbaşlı bir quş fiquru 1530-cu illərdə orta aşağı alman dilində yazılmış "Günəşin parıltısı" əlyazmasında da təsvir edilmişdir.
İkibaşlı qartal
İkibaşlı qartal Avrasiyada bir çox fərqli mədəniyyətin qəbul etdiyi tarixi bir simvoldur. Bu gün Albaniya, Monteneqro və Serbiya dövlətlərinin rəsmi bayrağında və bir çox ölkələrdə bəzi şəhərlərin və bəzi təşkilatların Emblem və gerblərində hələ də ikibaşlı qartal motivi mövcuddur. == Mənşə == Kralı Lugalanda'ya ait möhür (e.ə. 2400), möhürün ortasında ikibaşlı qartal görünür]] Qədim dövrlərdə Şumer və Xetlərdə bu simvola rast gəlinir. Şumerlərdəki Lagaş şəhərinin simvolu ikibaşlı qartaldır. Onlardan; Akad, Assuriya, Sasanlar, Bizanslara və Türklərin mədəniyətinə axır. Eyni zamanda: Xetlərdə, Böyük Krallığın dövründə: Xattusa, Alacahöyük və Yazılıqaya bölgəsindəki qabartmalarda yenədə ikibaşlı qartal görülür. Mesopotamiyada Şumer ədəbiyyatının araşdırılması, ikibaşlı qartalın yaranmasına aydınlıq gətirə bilər. Şumerlərin göy gürültüsü quşu "İmduqud" və bunun morfologiyası xüsusi maraq doğurur. Bu göy gurultusu quşu Ningirsu ya da Ninurta adlanır.
Kəkilli qartal
Kəkilli qartal (lat. Spizaetus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Veb portal
İnternet portalı həmçinin veb-portal — e-poçtlar, onlayn forumlar və axtarış mühərrikləri kimi müxtəlif mənbələrdən məlumatları vahid şəkildə bir araya gətirən xüsusi hazırlanmış veb-sayt. Adətən, hər bir informasiya mənbəyi məlumatı göstərmək üçün səhifədə öz xüsusi sahəsinə malik olur. Çox vaxt istifadəçi onlardan hansıları göstərmək üçün tələb olunan konfiqurasiyanı tətbiq edə bilər. Portalların variantlarına rəhbərlər və menecerlər tərəfindən istifadə edilməsi üçün meşap və intranet panelləri daxildir. Məzmunun "vahid şəkildə" nümayiş etdirilmə dərəcəsi nəzərdə tutulan istifadəçidən, məqsəddən və məzmunun müxtəlifliyindən asılı ola bilər. Çox vaxt dizaynda məzmunun təqdimatını konfiqurasiya etmək və fərdiləşdirmək üçün müəyyən bir "metafora"lara, seçilmiş icra çərçivəsi və ya kod kitabxanalarına vurğu edilir. Bundan əlavə, istifadəçinin təşkilatdakı rolu hansı məzmunun portala əlavə oluna biləcəyini və ya portal konfiqurasiyasından silinə biləcəyini müəyyən edə bilər. Portal istifadəçilərə intranet məzmununu axtarışa verməsi üçün axtarış mühərrikinin tətbiqi proqramlaşdırma interfeysindən (API) istifadə edə bilər. Hansı domenlərin axtarıla biləcəyini məhdudlaşdırmaqla ekstranet məzmunundan fərqli olaraq həyata keçirilir. Bu ümumi axtarış mühərrikləri xüsusiyyətindən başqa, veb-portallar e-poçt, xəbərlər, birja kotirovkaları, verilənlər bazalarından məlumat və əyləncə məzmunu kimi digər xidmətlər də təklif edə bilər.
Portal hipertenziya
Portal hipertenziya — Portal təzyiq dedikdə, qapı venasındakı qanın damar divarına etdiyi təzyiq nəzərdə tutulur və bu təzyiq qanın splanxik venalardan qaraciyərə və aşağı boş venaya axmasını təmin edən əsas qüvvədir. Normada qapı venası ilə boş vena arasındakı təzyiqlər fərqi 5 mm Hg st. təşkil edir. Bu fərqin 5 mm Hg st.-dan çox olması portal hipertenziya kimi qəbul olunur. Təzyiqlər fərqi 12 mm Hg st.-dan yüksək olduqda isə, varikoz qanaxma riski yaranır.