Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yustin Martir
Yustín Filósof (Əzabkeş Yustin; q.yun. Ιουστίνος ὁ Φιλόσοφος; təq. 100[…], Nablus – təq. 165, Roma) — erkən xristian apologeti. İlk dəfə xristian ehkamlarını antik fəlsəfi kateqoriyalarla uyğunlaşdırmaq yolunu tutmuşdur. Tarixin ilahiyyat baxımından izah edilməsinin əsasını qoymuşdur. Müqəddəs kilsə atasıdır. == Bioqrafiyası == 100-cü ildə Flavia Neapolis (Fələstindəki Nəblusdur) şəhərində bütpərəst ailəsində doğulmuşdur. Ola bilsin onun ata-anası bura Yəhudu savaşlarından sonra şəhəri bərpa etməyə ezam olunmuşdurlar. "Yəhudi Trifonla dialoq" əsərində öz həyat yolunu təsvir etmişdir.
AK Parti
Ədalət və İnkişaf Partiyası (türk. Adalet ve Kalkınma Partisi, qısa AK Parti kimi tanınır) — Türkiyədə mövcud olan siyasi partiya. Partiyanın sədri 21 may 2017-dən bəri Rəcəb Tayyib Ərdoğandır. == Tarixi == Partiya 14 avqust 2001-ci ildə Rəcəb Tayyib Ərdoğan tərəfindən qurulmuşdur. Partiya 2002, 2007 və 2011-ci ildə keçirilən Parlament seçimlərinin qalibi olmuşdur. Rəcəb Tayyib Ərdoğan, Abdulla Gül, Binəli Yıldırım və Bülənt Arınc partiyanın öndə gələn şəxsləridir. 3 noyabr 2002-ci ildə keçirilən Parlament seçimlərində Ədalət və İnkişaf Partiyası 34,29% səslə birinci seçildi. 550 nəfırlik Milli Məclisdə 365 yer qazandı. 22 iyul 2007-ci il Parlament seçimlərində 46,58% səslə Partiya yenə birinci seçildi. 2007 seçimlərində millət vəkili sayı 22 nəfər azaldı.
DEM Parti
Xalqların Bərabərlik və Demokratiya Partiyası və ya qısaca DEM Partiya (ilkin versiyası ilə HEDEP), 2023-cü ilədək Yaşıllar və Sol Gələcək Partiyası — 25 noyabr 2012-ci ildə qurulan və Türkiyədə fəaliyyət göstərən siyasi partiya. Onun simvolu müdrik ağac, günəş və insan surətindən ibarətdir. Onun həmsədrləri Tuncər Bakırhan və Tülay Hatimoğulları Orucdur. Xalqların Bərabərlik və Demokratiya Partiyası 25 noyabr 2012-ci ildə Bərabərlik və Demokratiya Partiyası ilə Yaşıllar Partiyasının Yaşıllar və Sol Gələcək Partiyası adı altında birləşməsi nəticəsində qurulan siyasi partiyadır. Partiya özünü yaşıl siyasətə əsaslanan və "sol libertarian" ideyaları qəbul edən siyasi partiya kimi təqdim edir. Partiya 2014-cü ildə Türkiyə prezident seçkilərində Səlahəddin Dəmirtaşı, 2015-ci ilin iyununda keçirilən parıament seçkilərində isə Xalqların Demokratik Partiyasını dəstəkləmişdir. == Tarixi == Partiya Ankarada Yaşıllar və Sol Gələcək Partiyası adı ilə 25 noyabr 2012-ci ildə Bərabərlik və Demokratiya Partiyası ilə Yaşıllar Partiyasının birləşməsi ilə quruldu. Partiya 2 aprel 2016-cı il tarixli II növbədənkənar qurultayında adının qısaltmasını Yaşıl Sol Partiya olaraq dəyişdirdi. Partiyanın loqosu 16 oktyabr 2022-ci il tarixli İkinci Fövqəladə Qurultayda dəyişdirildi. Səlahəddin Dəmirtaş iddia edib ki, Xalqların Demokratik Partiyası bağlanarsa, 2023-cü ildə keçiriləcək ümumi seçkilərdə HDP-nin millət vəkili namizədləri Yaşıl Sol Partiyasının vahid namizəd siyahılarına daxil olacaq.
İYİ Parti
İYİ Partiya (türk. İYİ Parti) — 2017 ci il 25 oktyabrda Meral Akşener tərəfindən qurulan partiyadır. == Tarixi == === Bölünmə === Ümid Özdağ 6 noyabr 2020-ci il tarixində İYİ Partiya İstanbul Şəhər Təşkilatının başçısı Buğra Kavuncu və əmisini FETÖ-çü adlandırmasından sonra partiya rəhbərliyi ilə yaşanan problemlər nəticəsində partiyadan ixrac edilmişdir. 13 yanvar 2021 tarixində Ankara Birinci Əsliyə Hüquq Məhkəməsi ixrac qərarını ləğv etmişdir.. Ümid Özdağ 4 mart 2021 tarixində açıqlama verərək İYİ Partiyadan istefa vermişdir: 2021-ci ildə Özdağ partiya qurma hərəkatına başladı və Ayyıldız Hərəkatını təsis etdi. O, partiyasını 26 avqustda quracağını elan etdi. == Hədəfləri == Partiyanın hədəfi Türkiyəni yenidən parlamentar respublika sisteminə döndərməkdir. == Logosu == Logonun əsas arnamenti türklərin Qayı boyunun emblemindən götürülmüşdür.
Partik Tisl FK
Partik Tisl FK (ing. Partick Thistle F.C.) — Şotlandiyanın Qlazqo şəhərini təmsil edən peşəkar futbol klubu.
Mea Culpa (PartII)
Mea Culpa (Part II) — Enigma musiqi layihəsi adından 1991 -ci ildə çıxarılmış sinql. Mahnı MCMXC a.D. albomundan çıxarılmış ikinci sinqldır.
Barter
Barter və ya dəyişmə müqaviləsi — bir tərəfin əmlakının alınması müqabilində həmin tərəfə onun əmlakı dəyərində başqa bir əmlakın verilməsini öhdəsinə götürməklə bağlı vətəndaş hüququ növüdür.
Martin
Martin — ad. Bu soyadı olanlar Vilyam Martin — ingilis təbiətşünası. Bu adı olanlar Martin Haynriş Klaprot — Alman kimyaçısı. Martin Val — Danimarka botaniki.
Mortir
Mortir (nid. mortier) — kiçik lüləli artilleriya topu. Mortir maneələr (təpə, qala divarı, meşə zolağı və s.) arxasında xüsusi möhkəm istehkam və objektləri məhv etmək üçün nəzərdə tutulmuş topdur. XV əsrdən hərbdə tətbiqinə başlanılmışdır. Müasir hərb dilində ona minamyot ya minaatan deyilir. Mortir lülə uzunluğuna və çapına görə bir növ XİV-XVİ əsrlərdə qala divarlarını dağıtmaq üçün nəzərdə tutulmuş ilk arilleriya qurğusu olan bambardalara bənzəyir, lakin fərq ondadır ki, bambarda düz istiqamətdə tuşlanmış divara atəş açırdısa, mortir qıvsi trayektoriza üzrə maneələr arxası obyektləri hədəf seçir.
Panter
Panter (lat. Panthera) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan cinsi. Qırtlaqları xüsusi quruluşa malikdir və nərə çəkmək imkanı verir.
Pariti
Hibiskus (lat. Hibiscus) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == Bombycidendron Zoll. & Moritzi Bombycodendron Hassk. Brockmania W. Fitzg. Pariti Adans. Wilhelminia Hochr.
Parkur
Parkur (fr. parkour, parcours, parcours du combattant - "məsafə", "maneə həddi" sözünün təhrif olunmuş forması) — bir qayda olaraq şəhər şəraitində yerdəyişmə, maneələri aşma sənəti. Parkurla məşğul olanların bir çoxu bunu həyat üslubu kimi qəbul edir. Hərəkatın ideoloqları Devid Bell və Sebastyan Fukandır. Hazırda bir çox ölkədə fəal şəkildə müəyyən birliklər və şəxslər tərəfindən təbliğ olunur və inkişaf etdirilir. Parkurun mahiyyətində hərəkət və müxtəlif səciyyəli maneələrin dəf olunması durur. Bu maneələr memarlıq abidələri (məhəccərlər, hasarlar, divarlar və s.) də, xüsusi hazırlanmış konstruksiyalar (məşqlər və tədbirlər zamanı istifadə olunan) da ola bilər.
Partav
Partav, Firuzabad və ya Qədim Bərdə — Qafqaz Albaniyasının və Ərməniyyənin paytaxtı. Rusların hücumları nəticəsində zəifləyib və monqol işğalı dövründə şəhər dağıdılıb. == Tarixi == 460-cı illərdə Qafqaz Albaniyası hökmdarı II Vaçe tərəfindən əsası qoyulub və Albaniyanın paytaxtı olaraq Kabalakanı əvəz edib. VII əsr atlası Aşxaratsuyts onu Utik vilayətinin tərkibində göstərir. 552-ci ildə Partav Alban Həvari Kilsəsinin mərkəzinə çevrilir. Bərdə X əsrdə Nestorian kilsəsinin Arran yepiskopluğunun mərkəzi olmuşdur. Musa Kalankatlı Cavanşir tərəfindən Bərdə yaxınlığında inşa etdirilmiş monastırlar haqqında da məlumat verir: “Katolikos və bütün əyalətlərin yepiskoplarını yanına alaraq o, Firuzabaddan yola çıxdı, iki əyalət arasında öz rahatlığı üçün inşa etdirdiyi monastırda dua etdi....” Bu məlumatda Cavanşirin Bərdə-Girdman yolunda, paytaxtdan bir günlük məsafədə, qışlaq ərazisində inşa etdirdiyi başqa bir monastır da xatırlanır. === 944-cü il basqını === İlkin salnaməyə görə 944-cü ildə ali liderləri I İqor olan ruslar Salarilər dövlətinin hökmdarı Mərzban ibn Məhəmmədi məğlub etdikdən sonra və Aranın paytaxtı Bərdəni ələ keçirdilər. Ruslar hakimiyyətlərinin tanınması qarşılığında yerli camaata öz dinlərində qalmağa imkan verdilər; mümkündür ki, ruslar burda daimi qalmaq istəyirdilər. İbn Miskəveyhə görə yerli insanlar ruslara daş ataraq və onlarla pis davranaraq sülhü pozdular.
Parçin
Parçin (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Parçin-i Süfla (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Parçin-i Ülya (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Paster
Paster (əsl adı: Pərviz Quluzadə; 18 oktyabr 1991, Bakı) — Azərbaycan repçisi. Paster müxtəlif dövrdə Xpert, Uran və digər sənətkarlar ilə əməkdaşlıq edib. == Həyatı == === Erkən illəri === Paster 1991-ci il oktyabr ayının 18-də Bakıda dünyaya gəlmişdir. Hip-hopla 10 yaşından həvəskar olaraq məşğul olmağa başlayıb. İlk peşəkar fəaliyyətinə 2009-cu ildə Difai qrupunun tərkibində oxuduğu "Artıq sabahdır" treki ilə başlayıb. Pasterin Difai qrupunda "Mən gedirəm", "Cavab ver", "Newschool", "Həyatın oyunu", "Marshal ve biz", "Forever", "Smackdown", "Music Note", "Love and peace", "Küçələr bizimdir", "Huk" kimi trekləri işıq üzü görüb. 2012-ci ildə də Difai qrupundan ayırlaraq "All in Label" və "Synaps Production" tərkibinə qatılıb. Həmin illərdə Klick Klick Bau, Pis teatr, Like 10, Meqabaytlar, TTM, Fransızsayağı işgəncə, North west, Bang bang, Demo, X noise, Label 3, Ağır metal, İri çaplı kimi treklərə imza atmışdır. Bu dövrdə Uran, Xpert, Sansar Salvo kimi repçilərlə əməkdaşlıq edib. === Məşhurlaşması === 2016-cı ildə Pasterin karyerasında yeni mərhələ başayır.
Patriar
Patriarxal nəzəriyyəyə görə,dövlət xalqın ümumi səadətə çatmaq məqsədi ilə insanların əlaqəsinin ən yaxşı formasıdır.Dövlət ailə üzvlərinin sayının çoxalması nəticəsində yaranmışdır.Dövlətə ailənin başçısı olan ata(monarx) başçılıq edir və o,bütün üzvlərin(vətəndaşların) qayğısına qalır, tabe edir. Bu nəzəriyyəyə tərəfdar çıxan məşhur filosoflar arasında Aristotel,Filmer,Mixaylovski də olmuşdur.
Pertit
Pertit — albit və ya turş plagioklaz ilə qanunauyğun bitişmə əmələ gətirən kaliumlu çöl şpatı. Bitişmə formasına görə qaytanabənzər, pərdəcik, damarcıq, ləkəli pertit növlərinə ayrılır. Bunlardan birinci iki növ parçalanma, sonuncular isə əvəzolunma hesab olunur. Bitişmə cücərtilərin ölçüsünə görə pertit mikropertit və kriptopertitlərə ayrılır. Plagioklaz üzrə kalium çöl şpatının yeni əmələgəlmələri antipertitlər adlandırılır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Porfir
Porfir - fenokristalları qələvi çöl şpatı, turş plagioklaz, kvars, biotit, əsas kütləsi isə eyni minerallardan və ya mikrofelzit, bəzən hornblenddən, təşkil olunmuş süxurların ümumi adı. Əsas kütləsi bəzən şüşədən və ya təkrar kristallaşmış şüşədən ibarət olur. Porfir termini həm paleotip effuziv süxurlar (məsələn: kvarslı porfir) və həm də hipabissal və damar süxurlar (məsələn: qranit-porfir) üçün işlədilir. Zavaritski, Lodoçnikov və b. "porfir" terminini paleotip effuziv süxurlara tətbiq etdikdə müvafiq süxur tərkibini göstərən söz əlavə etməyi təklif etmişlər (məsələn: traxit-porfir, riolit-porfir). == Həmçinin bax == Süxurlar Mineral == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Portik
Portik (lat. porticus) — üst örtüyü sütunlara söykənən qapalı qalereya. Sütunlar üst örtüyü birbaşa və ya aralarındakı tağlar vasitəsilə saxlaya bilərlər. Bir tərəfi açıq olan portik digər tərəfdən qapı-pəncərələri olan və ya olmayan divara söykənir. Başqa sözlə, portik — üst örtüyü sütunlar üzərində dayanan yarıaçıq məkandır. Antik yunan və Roma şəhərlərində ictimai binaların və məbədlərin girişində çox rast gəlinən portiklər, Şərqi Roma imperiyası ilə mədəni əlaqə nəticəsində ərəb-fars mədəniyyətinə, oradan da Səlcuqlular dövləti dövründə türk memarlığına keçən və Anadolu bəylikləri dövrünə qədər yayılan bir memarlıq nümunəsidir. Türk memarlığında portiklər məscid girişlərində məscidin izdihamdan dolub-daşdığı zamanlarda namaz qılanların yağışdan, qardan və ya günəşdən qorunmasını təmin edir. Kəbədə tikilən portiklər Osmanlı sultanı II Səlimin dövründə tikilmiş, planlarını Memar Sinan hazırlamışdır.
Qarnir
Qarnir (fr. garnir — bəzəmək, doldurmaq, əlavə etmək) — əsas xörəyə (və ya içkiyə) əlavə. Boşqabın bəzədilməsi, yeməyə əlavə dad vermək üçün istifadə olunur. Sovet mətbəxində adətən ətdən hazırlanmış quru yeməklərə daxil edilən, əti müşayiət edən köməkçi yemək - kartof, makaron məmulatları və yarmadan hazırlanmış əlavə.
Qartiz
Qartiz — Qubadlı rayonu ərazisində dağ. Bərgüşad sıra dağlarının cənub-şərq qurtaracağında zirvədir. Hündürlüyü 1277 m. Oronim qart (daş növü) və üz (örtük) komponentlərindən düzəlib, “qart daşı ilə örtülmüş” mənasındadır.
Çartar
Güneyçartar — Azərbaycan Respublikasının Xocavənd rayonunun Güneyxırman kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Güneyçartar kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır. == Toponimikası == Kəndin adı Güneycarpaz variantında da qeydə alınmışdır. Oykonim güney (güntutan, cənub) və cartar/cartaz (dağda uçurum, yarğan) komponentlərindən düzəlib, "cənubda yerləşən yarğanlı dağ" mənasındadır. Kənd yerləşdiyi ərazinin coğrafi movqeyi ilə bağlı adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Güneyçartar kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Pastor
Alasığırçın (lat. Pastor) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinə aid heyvan cinsi.
Pamfir
Pamfir (ukr. Памфір) — 2022-ci ilin Ukrayna bədii filmi, rejissoru Dmitri Suxolitki-Sobçuk. Filmin dünya premyerası 2022-ci il mayın 22-də 75-ci Kann Film Festivalında 54-cü Rejissorların 2 həftəliyi proqramında baş tutdu. Ukraynada paylanması — 23 mart 2023-cü ildən. 22 iyun 2023-cü ildə film Netflix axın platformasında, noyabrın 25-də isə 1+1 kanalında televiziya premyerası baş tutdu. Film Qahirə Beynəlxalq Film Festivalının baş mükafatını, Kiyev Beynəlxalq "Molodist" kinofestivalının Qran-prisini alıb, bir çox beynəlxalq kinofestivalların iştirakçısı olub. "Pamfir" Britaniyanın "The Guardian" nəşrinin versiyasına görə 2023-cü ilin ən yaxşı filmləri arasında seçilib. Baş rolu Aleksandr Yatsentyuk ifa edib. Film Rusiyanın Ukraynanı işğal etməsindən əvvəl çəkilib və "bugünkü Ukrayna haqqında – sarsılmaz ruh və yaşamaq gücü haqqında ən mühüm bədii ifadələrdən birinə çevrildi". == Süjeti == Baş qəhrəman Pamfir keçmiş qaçaqmalçı və yaxşı ailə başçısıdır, bir neçə il xaricdə işlədikdən sonra Qərbi Ukraynadakı doğma kəndinə qayıdır.
Pratia
Firəngotu (lat. Lobelia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Adriana Martin
Adriana Martin (12 aprel 1996) — İspaniyalı oxatan. Adriana Martin İspaniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Adriana Martin birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Çin Taybeyinin nümayəndəsi Le Çien-Ying ilə üz-üzə gəldi. Həmin görüşdə Adriana Martin rəqibinə 2:6 hesabı ilə uduzdu.
Bartın
Bartın (türk. Bartın) — Türkiyənin Bartın ilinin inzibati mərkəzi. Şəhərdən keçən Bartın çayından dənizə getmək mümkündür. Türkiyədə dəniz nəqliyyatına uyğun tək axarsudur. == Etimologiya == Qurulduğu Bartın axınının qədim adından (Parthenios) adını alan şəhər, Pafaqoniyanın qədim şəhərlərindən olan Sesamos (Amasra), Kromna (Kurucaşile) və Erythinoi (Çakraz) sərhədlərindədir. Bartın çayına Roma dövründə Parthenius deyilirdi. Axın sahilində qurulan şəhər Partheniya adlanırdı. Zamanla bu ad Bartına çevrildi. == Tarixçə == 7 sentyabr 1991-ci ildə il statusu almışdır. Bartının 4 ilçəsindən biridir.