Yustín Filósof (Əzabkeş Yustin; q.yun. Ιουστίνος ὁ Φιλόσοφος; təq. 100[1][2][…], Nablus, İordan çayının qərb sahili – təq. 165, Roma) — erkən xristian apologeti. İlk dəfə xristian ehkamlarını antik fəlsəfi kateqoriyalarla uyğunlaşdırmaq yolunu tutmuşdur. Tarixin ilahiyyat baxımından izah edilməsinin əsasını qoymuşdur. Müqəddəs kilsə atasıdır.
Əzabkeş Yustin | |
---|---|
Doğum tarixi | təq. 100[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | təq. 165 |
Vəfat yeri | |
Vəfat səbəbi | başın kəsilməsi |
Elm sahələri | fəlsəfə, ilahiyyat, apologetika |
Tanınır | Kilsə Atası, apologet |
Vikianbarda əlaqəli mediafayllar |
Erkən xristianlıq |
Yunandilli apologetika:
Yustin • Tatian • Afinoqor • Teofil Latındilli apologetika:
Minusius Feliks • Arnobius • Laktansius • Tertullian Qnostiklərə qarşı olanlar:
|
Xristian ehkamlarının formalaşması
Rəsmi kilsəyə qarşı duran təriqətlər:
Rəsmi kilsə tərəfdarları:
Atanasius • İoann Xrisostom • Saxta Dionisius Xristoloji mübahisələr səbəbilə ayrılan təriqətlər:
|
Latın qərbində Kilsə Ataları
Boesius • Kassiodor • Avqustin Avrelius |
100-cü ildə Flavia Neapolis (Fələstindəki Nəblusdur) şəhərində bütpərəst ailəsində doğulmuşdur. Ola bilsin onun ata-anası bura Yəhudu savaşlarından sonra şəhəri bərpa etməyə ezam olunmuşdurlar[3].
"Yəhudi Trifonla dialoq"[4] əsərində öz həyat yolunu təsvir etmişdir. Öncə o stoik, sonra platonçu filosofların tələbəsi olmuşdur. Daha sonra peripatetizmlə və pifaqorçuluqla maraqlanmışdır. Bu təlimlər onun dünyagörüşünün formalaşmasında böyük rol oynamışdırlar.[5]
Fəlsəfələrlə maraqlanan zaman xristianların haqqında çoxlu mənfi şaiyələr eşitmişdir. Ancaq sonra onların əqidələri uğrunda ölümə hazır olmaların şahidi olandan sonra bu şaiyələrə şübhələrla yanaşmağa başlamışdır. Bir kərə Suriyalı xristinla mübahisə aparmışdır. O fəlsəfənin həqiqəti üzə çıxartmadığını və inancın hər şüyun başında olduğunu iddia etmişdir[6]. Bu mübahisə Yustinə çox təsir etmiş və onun xristian olmasına təkan vermişdir.
132–137-ci illər arası Yustin Xristianlığı qəbul edib aktiv missioner fıəaliyyətinə başlamışdır. Bundan sonra çoxlu səfərlər etmiş, İsgəndəriyyə və Efesdə olmuş, sonra Romada yaşamışdır. Burada o öz məktəbini açmış, tələbələr yetişdirmişdir. Onların arasında Tatian da olmuşdur. Bir arada Kressent adlı bir kinik (həqarətçi) fəlsəfi məktəbin nümayəndəsi ilə mübahisələr aparmış və onu biliksizlikdə ittiham etmişdir. Bundan sonra Kressen Yustinə düşmən kəsilmiş və bəzi ehtimallara görə onun təqib edilməsinin səbəbkarı olur.[7]
Roma hamimittəti zaman-zaman xristianlara qarşı təqiblər həyata keçirirdi və bu dinin yayılmasını qarşısını almaq istəyirdi. Ona görə də Yustinin aktiv missioner fəaliyyəti dövlət siyasətinə zidd idi. Ona görə də onu imperatora tabe olmamaqda ittiham edərək həbs etmişdirlər. Sonra ona Cristianlıqdan imtina etmək və bütpərəstliyə qayıtmaq təklif olunmuş, ancaq Yustin bundan imtina etmişdir. Beləliklə o təqribən 165-ci ildə edam olunmuşdur.[8].
Yustin bir çox kitablarım yazarı olmuşdur. Ancaq onların bəziləri zamanımıza gəlib çatmamışdır.
Onun ən tanınmış kitablarından biri "Dialogus cum Tryphono Judaeo"'dur (Yəhudi Trifonla dialoq). Bu əsər dialoq şıklində yazılmış. Burada xristianla yəhudi çeşidli ilahiyyat problemləri ətrafında fikir mübadiləsi edirlər. Kitab 3 bölümdən ibarətdir. Birincisində Musa qanununun əhəmiyyəti, ikincisində İsanın təbiəti, üçüncüsündə bütpərəstlərin xilas etmə yolları haqqında bəhs edilir.
Yustinin "Apologiyalar" adlı kitabları da vardır. "Birinci apologiya kitabında" Yustin xristianlara qarşı irəli sürülən çeşidli ittihamları (tanrısızlıq, əxlaqsızlıq, cinayətkarlıq kimi) rədd edir, xristianlıqla onların bir araya sığmaması barəsində dəllilər gətirir. "İkinci apologiya" birincisinin davamıdır, Roma senatına ünvanlanmış məktubdur.
Bunlardan başqa Yustina bəzi kitabların müəllifliyini aid edirlər. Ancaq bu məsələ mübahisəlidir.
Yustin antik mədəniyyətə rəğbət bəsləyirdi, onun nailiyyətlərini tanıyırdı və onunla xristian ideyasını bir-birinə yaxınlaşdırmaq istəyirdi. Yustinin dünyagörüşünə stoiklərin, yeni platonçuların, yeni pifaqorçuların fəlsəfələri təsir etmişdi. Məsələn, öz "Apologiyasında" o, fəlsəfə haqqında belə yazırdı:
Xalqlar və hökmdarlar fəlsəfə ilə məşğul olmayana qədər, dövlətlər rifah içində olmayacaqlar [9] |
Ancaq fəlsəfənin əhəmiyyətini qeyd edən Yustin, onu Xristianlığın üstünlüyünün dərk edilməsi üçün istifadə etməyə çağırırdı. Fəlsəfənin verdiyi fikir azadlığı Xristianlığın xalq tərəfindən daha da yaxşı başa düşülüb, yayılması üçün lazımdır, çünki Yustin üçün həqiqət artıq tam aydındır. Onu əqllə deyil, imanla qəbul etmək lazımdır.
Yustin yunan fəlsəfəsini, müdrikliyi inkar etmirdi, lakin onları Xristianlığa nisbətən ikinci dərəcəli hesab edirdi. Fəlsəfə yalnız hakim zümrələr və alimlər üçündürsə, Xristianlığı bütün xalq başa düşür, və onun verdiyi iman insanların qəlbində özünə yer tapır. Filosofların müxtəlif kitabları və məktəbləri olduğu halda, Xristianlığın yalnız bir mənbəyi var – o da Müqəddəs Kitabdır. Müdriklik insan məhsulu olduğu halda, din Tanrı tərəfindən endirilir. Yustininn fikrincə bütün bu amillər xristian müdrikliyidir.
Daha sonra Yustinus, Xristianlığın yunan fəlsəfəsinə nisbətən, daha da çox həqiqətə yaxın olmasını, onun qədimliyində görürdü. Yəni Müqəddəs kitabın peyğəmbərləri yunan filosoflarından öncə yaşamışdırlar və onların İlahi müdrikliyi yunanlara təsir edə bilərdi.
Beləliklə Yustin yunan dünyagörüşü və fəlsəfəsində çoxlu müsbət cəhətlər görürdü. Onun fikrincə, orada Xristian ehkamları ilə üst-üstə düşən, və bu ehkamları təkrarlayan ideyalar vardır, məsələn: Tanrının birliyi, ruhun ölməzliyi, talenin mövcud olması və bunlar kimi başqa ideyalar. Lakin, bu müsbət halları xatırlayaraq, Yustinus, onların köklərini yenə də Xristianlıqda görür. O deyir:
…hər hansı xeyirli söz bizə, xristianlara məxsusdur.[10] |
Beləliklə Yustin hesab edirdi ki, Platon və digər yunan müdriklərinin ən qiymətli və xristian monoteizmi ilə uyğun gələn fikirləri, əslində onlardan da öncə yaşayan peyğəmbər tərəfindən deyilib. Yunanlar isə o fikirlərlə tanış olub, onları mənimsəmişdilər.
Filon fəlsəfəsində olduğu kimi, Yustin da antik fəlsəfənin Loqosunu Tanrı ilə dünya arasında olan bir vasitəçi kimi qəbul edir. Onun fikrincə, Atanı (Tanrının özünü) əqllə dərk edib, dillə ifadə etmək olmaz. Müqəddəs Kitabda hallanan adları isə (Ata, Rəbb, Yaradıcı və s.) onun siması və ya şəxsiyyətinə deyil, hərəkətlərinə və təcəllilərinə aid edilə bilər. Deməli Ata tamamilə transsendent olaraq, dünya ilə rabitəsini Loqos vasitəsi ilə həyata keçirir. Məhz bu Loqos onun Oğludur və dünyanın yaradılışından öncə doğulmuşdur.
Filondan fərqli olaraq, Yustinus üçün Oğul – İsadır, və o, əbədi olaraq Ata ilə vəhdət təşkil edirdi, sonra isə Ondan ayrıldı. Ayrılandan sonra, Atanın mahiyyətində və tamlığında heç bir əskiklik və yaxud başqa dəyişiklik baş verməmişdir. Bu proses, Yustinin fikrincə, insan tərəfindən deyilən sözə, cümləyə bənzərdir[11]. Loqosun Atadan doğulması işığın bir məşəldən digərinə ötürülməsi kimidir.
Yustinusun fikirləri bir çox hallarda VI əsrdə formalaşan ortodoksal xristian inancı ilə üst-üstə düşürdü. Lakin onun dövründə hələ rəsmi xristian ilahiyyatı formalaşmamışdı.
Beləliklə Yustinus, yunan fəlsəfəsinin bəzi müddəalarının Xristianlıq tərəfindən mənimsənilməsi və həzm edilməsi ənənəsinə qədəm qoyan ilk mütəfəkkirlərdən biri olmuşdur. Sonra bu ənənə Klemens, Origen, Laktansius və Boesius tərəfindən davam etdirilmişdir.