Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Massive Attack
Massive Attack - Bristol, İngiltərədən olan trip-hop qrupudur. Qrup 1987-ci ildə dağılmış "The Wild Bunch" qrupunun üzvləri tərəfindən qurulub. 1988-ci ildə "Any Love" adlı ilk sinqlı satışa çıxardan qrup bir çox məşhurlarla əməkdaşlıq etmiş və bir çox film üçün saundtrek hazırlamışdır. 2011-ci ilə qədər 5 studiya albomu hazırlayan qrupun kompozisiyaları bir çox televiziya proqramlarında və filmlərdə səsləndirilib («Şakal (film)»), («Betmen (film)»), («Mulen Ruj! (film, 2001)»), («Blade II)»), («Doktor Haus (teleserial, 2004)»), («Matriça (film)»), («Qapışma (film, 2000)»), («Həbsxanadan qaçış»), («187 (film)»), («Qal (film)»), («Pi (film)»), («Luck (teleserial)») və s.). Həmçinin qrupun doğma Bristol'da Tube adlı kiçik gecə klubunda da maliyyə payı var. Robert Del Nadja (Robert Del Naja) ("3D") Qrant Marşall (Grant Marshall) ("Daddy G") Nil Devidj (Neil Davidge) Endrü Vaulz (Andrew Vowles) ("Mushroom") Albomların yazılışı vaxtı qrup çox vaxt vokalistlərlə aməkdaşlıq edir.
Passiv təlim
Passiv təlim — Təlim prosesində müəllim dərsin aparıcı siması və idarəedicisi, şagirdlər isə onun göstərişlərinə sözsüz əməl edən passiv dinləyicilər — obyektlərdir. Bu formalı prosesdə tərəflər arasında əlaqə daha çox suallar, yoxlama işləri və test tapşırıqları vasitəsilə saxlanılır. Müasir təlim texnoloqlarına görə passiv metod dövrümüzün ən səmərəsiz metodudur. Onun müsbət cəhəti isə müəllimin dərsə asan hazırlaşmasına və məhdud zaman çərçivəsində daha çox tədris materialı təqdim etməsinə imkan yaratmasıdır. Ona görə hələ də bir çox müəllim bu metoda üstünlük verir. Mühazirə-dərs bu metodun ən yayılmış formasıdır.
Bankda passiv əməliyyatları
Passiv optik şəbəkə
Passiv optik şəbəkə (ing. Passive Optical Network; PON) — son müştərilərə genişzolaqlı şəbəkəyə çıxışı təmin edən fiber-optik telekommunikasiya texnologiyası. Onun arxitekturası, buraxılış zolağının enini son nöqtələr arasında bölmək üçün enerjisiz (passiv) fiber-optik ayırıcılardan istifadə edərək bir optik lifin son nöqtələrə xidmət etdiyi nöqtədən-nöqtəyə topologiyasını həyata keçirir. Passiv optik şəbəkələr çox vaxt İnternet xidmət provayderi (ISP) və onun müştəriləri arasında son mil adlanır. Əksər fiber ISP-lər bu texnologiyaya üstünlük verir. Passiv optik şəbəkə xidmət provayderinin mərkəzi ofisindəki OLT-dən, passiv optik ayırıcılardan və son istifadəçilərə yaxın olan bir sıra ONU və ya ONT-lərdən ibarətdir. PON nöqtədən nöqtəyə arxitektura ilə müqayisədə tələb olunan fiber və mərkəzi ofis avadanlığının miqdarını azaldır. Passiv optik şəbəkə fiber-optik giriş şəbəkəsinin bir formasıdır. Əksər hallarda aşağı axın siqnalları çoxlu fiberləri paylaşan bütün binalara yayımlanır. Şifrləmə dinləmənin qarşısını ala bilər.
Cassine
Cassine (lat. Cassine) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinə aid bitki cinsi.
Massiv
Massiv – proqramlaşdırmada eynitipli verilənlərin siyahısı. Massivin hər hansı bir elementinə müraciət etmək üçün massivin adından və indeks ifadəsindən ibarət olan ifadədən istifadə etmək olar. Massivin hər bir elementinə müraciət onun öz nömrəsi ilə olur. Yəni hər bir elementin öz nömrəsi var. Bu nömrəyə massivin indeksi deyilir. Hər elementin massivdə vəziyyəti onun indeksi ilə müəyyən olunur. Buna görə də massiv nizamlanmış olur. Kompüter Fayl KAZIMOV TOFİQ, f.-r.e.n., AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, "Alqoritmləşdirmə və proqramlaşdırmanın əsasları (Üçüncü mühazirə)".
Cassine fortunei
Euonymus fortunei (lat. Euonymus fortunei) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü. Cassine fortunei (Turcz.) Kuntze Elaeodendron fortunei Turcz. Euonymus austroliukiuensis Hatus. Euonymus carrierei Vauvel Euonymus fortunei var. acuminatus F.H.Chen & M.C.Wang Euonymus fortunei f. albifructus Murata Euonymus fortunei f. angustifolius (Graebn.) H.Hara Euonymus fortunei f. carrierei (Vauvel) Rehder Euonymus fortunei f. gracilis (Siebold) Rehder Euonymus fortunei f.
Cassine koordersii
Cassine koordersii (lat. Cassine koordersii) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin cassine cinsinə aid bitki növü.
Dance Passion
Dance Passion – Roxette qruppunun Pearls of Passion albomun remiks albomudur.
Dağ massivi
Dağ massivi və ya massiv — Geoloji quruluş cəhətdən bir cür olan yastı dağ təpələrindən ibarət sahə, Tyan şan massivi, Monblan massivi.
Laçın massivi
Laçın massivi və ya Laçınkənd — Bakının Qaradağ rayonu ərazisində, Qurd qapısı yaxınlığında Bakı dairəvi avtomobil yolu üzərində yaşayış massivi. 1993-cü ildə Laçın rayonu ermənilər tərəfindən işğal edildikdən sonra əsasən Laçın rayonunun İmanlar kəndinin əhalisi burada yerləşmişdir. Yaşayış massivi daha çox Laçınkənd adı ilə tanınır. Yaşayış massivi dağın yamacında yerləşir. Həmçinin "Qurd qapısı" adlanan ərazi ilə Sədərək Ticarət Mərkəzi aralığında, Bakı dairəvi avtomobil yolu üzərindədir. Laçın massivində Laçın rayonu İmanlar kənd ümumi orta məktəbi fəaliyyət göstərir (Laçın rayonu Vüqar Cavanşir oğlu Niftəliyev adına İmanlar kənd tam orta məktəbi isə Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində fəaliyyət göstərir).
Passione (şirkət)
Passione Co., Ltd. (パッショーネ株式会社, Passhōne Kabu.iki-qayşa) — 2013-cü il 26 yanvar tarixində təsis edilmiş Yaponiya animasiya studiyası. Rail Wars!
Vinson massivi
Vinson massivi — Antarktidanın ən hündür dağıdır. Cənub qütbündən 1200 aralıda yerləşir. Öz növbəsində Elsuort dağlarının tərkib hissəsini təşkil edir. Massivin uzunluğu 21 km, eni isə 13 km təşkil edir. Massivin mövcudluğu haqqında ilk məlumat 1957-ci ilə aiddir. Massiv təyyarədən aşkarlanmışdır. Massiv amerikalı siyasətçi Karl Vinsonun şərəfinə adlandırılmışdır. Ən hündür zirvəsi Vinson pikidir. Dağın hündürlüyü 4892 metr təşkil edir.
Vulkan massivi
Vulkan massivi (rus. массив вулканический, ing. pile, volcanic cruster, volcanic massif) — bir neçə kiçik vulkanın bir- birinə çox yaxın yerləşməsi zamanı əmələ gəlir.
Dark Passage
Dark Passage – 2003-cü ildə yaradılmış Türkiyə kiberidman klubu. Ölkənin ən qədim kiberidman klubudur. "League of Legends" və "Valorant" komandaları fəaliyyət göstərir. Əvvəllər "Counter-Strike: Global Offensive", "Zula", "Point Blank", "Starcraft", "FİFA" komandaları da mövcud olmuşdur. Klub 2003-cü ildə Ertuğ Okçuoğlu tərəfindən yaradılmışdır. "Dark Passage" 2013-cü ildən Türkiyə Çempionluq Liqasından çıxış edir. Klub 2013 və 2014 mövsümlərində həm qış, həm yaz, həm yay turnirlərinin qalibi olaraq ardıcıl 6 çempionluq yaşamış, həmin mövsümlərin böyük final turnirlərinin də qalibi olmuşdur. Komanda 2013-cü ildə Bolqarıstanda keçirilmiş Balkan liqasının finalında Serbiya çempionu "Kalu OP" klubunu məğlub etmiş, xaricdə kubok qazanan ilk türk klubu olmuşdur. 2014-cü ildə Dünya çempionatına qatılmağa haqq qazanan ilk türk klubu olsa da, "Samsung White", "Edward Gaming" və "Ahq Esports" klubları ilə düşdüyü qrupdakı bütün oyunlarını uduzmuşdur. 2015 mövsümündən etibarən Türkiyə Çempionluq Liqası yeni formata keçmişdir.
Massiv (dəqiqləşdirmə)
Massiv (geoloji termin) - termin
Feqeraş (dağ massivi)
Feqeraş (rum. Munţii Făgăraşului) — Cənubi Karpat dağlarından keçən dağ massivi. Massif Rumıniyanın ən mərkəzində yerləşir, ölkənin ən yüksək zirvələridə buradadır — Moldovanu (2544 m), Him (2535 m), Vistia Mare (2527 m) və Lespezi (2522 m). Feqaraş Olta vadisi ilə Dymbovitsa çayının baş çayları arasında təxminən 60 km uzanır. Geoloji baxımdan massiv kristal süxurlardan ibarətdir. Yamaclar təxminən 1700 m hündürlüyə qədər fıstıq, palıd və iynəyarpaqlı meşələrlə örtülüdür \. 2000 m-dən yuxarıda bir neçə nisbətən böyük buzlaq gölü var. Valaxiya və Transilvaniyanı birləşdirən Transfeqeraş şossesi massivdən keçir..
Pearls of Passion
Pearls of Passion — Roxette qruppunun debut albomudur. 1997-də albomun bonus-treklər ilə yeni versiya çıxdı.
Sen-Qotard massivi
Sen-Qotard massivi — İsveçrədə dağ silsiləsi, Alp dağlarının bir hissəsi. Are çayının mənbəyidir. Mərkəzi Alp dağlarında kristal kütləsidir. Arhornda 4,275 metrə qədər yüksəlir. Vadilərlə bir qədər girintili olan Sen-Qotard massivinin hündür zirvələri var. Bunlara Yunqfrau (4,166 m), Mönx (4,105 m), Fişerhorn (4,049 m), Alexhorn (4,182 m) və nəhayət ən yüksək zirvə olan Finsterarborn (4,275 m) aiddir. Alp dağlarının bu hissəsi çox yüksəkdir və eroziya nəticəsində kənarları tamamilə yuyulmuşdur, nəticədə çox güclü kristal-metamorfik (xüsusilə qneys) təməl əmələ gəlmişdir. Sen-Qotard massivi kütləvi suların dağılma mərkəzi rolunu oynayır. Burada hündür vadilər çox girintili deyil, dar vadilər və geniş hövzələr bir-birini əvəz edir. Bu vadilər hərəkət etmək üçün əlverişli olmayan kiçik bölgələri təşkil edir.
Yasamal (yaşayış massivi)
Yasamal — Bakının Yasamal rayonu ərazisində yaşayış massivi. Yasamal termini elmi ədəbiyyatda "dağ döşündə yerləşən, çox geniş olmayan, az meyilli düz sahə" kimi izah edilir. Açıqlıq, meşəsiz sahələrə, dağ belinə də yasamal deyilir. Oronimin yastı və yal sözlərindən ibarət olduğu güman edilir. "Yasamalbaşı", "Yasamal ətəyi" və s. terminləri Şamaxı, Ağsu, Göyçay, Gədəbəy, Şəmkir, Qəbələ rayonlarında işlənir. Əsasən 1959-cu ildən Xızı rayonunun kəndlərindən köçənlər Bakının Yasamal deyilən yerində yaşayış mənzilləri tikməyə başlamışlar. Bakı şəhərinin qərb hissəsində yerləşir. Oykonim ərazidəki Yasamal dərəsinin adı ilə adlandırılmışdır.
Çu-Ponq massivi
Çu-Ponq massivi — Vyetnamın Mərkəzi plato ərazilərində, Kambocaya qədər uzanan mürəkkəb topoqrafiyası, dərələri və meşələri olan massiv. Çu-Ponq Zyalay çayının şimalında, Ya-Krel çayının cənubunda yerləşir və Vyetnamın Çu-Pronq rayonunda yerləşir. Çu-Ponq massivi 1965-ci ildə Vyetnam müharibəsi zamanı Ya-Dranq döyüşünün yeri idi.
Frederik Passi
Frederik Passi (fr. Frédéric Passy; 20 may 1822[…], Paris – 12 iyun 1912[…], Nöyi-sür-Sen) — Fransız iqtisadçı. Barışa doğru mübarizəni fəal dəstəkləmiş, ilk Nobel Sülh Mükafatına (1901) Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının qurucusu Anri Dünanla birgə layiq görülmüşlər. Fransız Dövlət Şurası'nda nəzarətçi olaraq çalışdıqdan (1846-1849) sonra yazıları və konferanslarıyla müxtəlif iqtisadi islahatların reallaşdırılmasını müdafiə etməyə başladı. Bir çox xeyriyyə işinin təşkilatçılığında vəzifələndi. Yaxından tanıdığı ingilis iqtisadçılar Riçard Kobden və Con Braytın liberal fikirləri istiqamətində sərbəst ticarətin aktivlərindən oldu. Krım müharibəsi(1853-1856) əsnasında sülhün təmin edilməsi üçün cəhdlər etdi. 1867-ci ildə "Le Temps" jurnalında yayımlanan çağırışıyla Fransa və Prussiya krallığı arasındakı müharibənin qabağını aldı. Həmin il, sonradan Fransa Beynəlxalq Rəyçilər Dərnəyi olaraq bilinən Beynəlxalq Sülh Birliyini qurdu. Fransız-Alman müharibəsindən (1870-1871) sonra, Alsas-Lorrayna tərəfsizlik statusu verilərək müstəqilliyinin tanınmasını təklif etdi.
Piton-de-Nej massivi
Piton-de-Nej (fr. Massif du Piton des Neiges) — Reyunyon adasında yerləşən dağ massivi. Maksimal hündürlüyü 3070 metr olan Piton-de-Nej dağıdır. Bundan əlavə massivdə Qros Morn, Qran-Benar, Roş-Erkit və Maido kimi zirvələrdə vardır. Massiv vulkanik mənşəllidir. Yaşının 8 milyon il olması ehtimal edilir. Son püskürmə 12 min il öncəyə təsadüf edir. Piton-de-Nej bir yatmış vulkandır. Ondan cənub-şərqdə yerləşən Piton-de-la-Furnez vulkanı 400 illik müşahidə zamanı 150 dəfə püskürmüşdür.