Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Permanent inqilab
Permanent inqilab — periferik və zəif inkişaf etmiş ölkələrdə inqilabi proseslərin inkişafı haqqında nəzəriyyə. Nəzəriyyə əvvəlcə Lev Trotski tərəfindən "Permanent inqilab" əsərində, habelə Ernest Mandel və digər marksist nəzəriyyəçilər (Maykl Levi, Cozef Hansen, Livio Maitan kimi trotskist müəlliflər) tərəfindən təklif edilmiş və daha da inkişaf etdirilmişdir. Л. Троцкий. Перманентная революция. Сборник. — М.: «Аст», 2005. Л. Троцкий. История русской революции: В 2 т. — М.: «Терра», «Республика», 1997. Перманентная революция от Маркса до Маркузе = Permanente Revolution von Marx bis Marcuse : сб.
Perqament
Perqament (alm. Pergament‎, yun. Πέργαμον, Perqamon) — heyvan dərilərindən hazırlanmış və yazı yazmaq üçün nəzərdə tutulmuş material. E.ə. II əsrdə istifadə olunmağa başlanmışdır. Materialın adı onun ilk dəfə hazırlandığı Perqam şəhərinin adından götürülmüşdür. Perqament aşılanmamış qoyun, dana, balıq, ceyran, bəbir və ya keçi dərisindən hazırlanırdı. Papirusdan fərqli olaraq perqamentdən geniş istifadə olunmasının səbəbi onun üzərində suda həll oluna bilən mürəkkəblə yazılmış yazını silib, yenisini yazmaq imkanının olması idi. Bundan başqa, perqamentin hər iki üzünə yazı yazmaq mümkün idi.