PERQAMENT

İsgəndəriyyə şəhərinin vaxtilə dünyanın mədəniyyət mərkəzinə çevrilməsinin əsas səbəblərindən biri onun olduqca əlverişli coğrafi mövqeyi, əsas papirus mənbəyinin yanında yerləşməsi idi. Bu isə şəhərdə həmin çox qiymətli materialdan hazırlanmış kifayət qədər vərəqin olmasına yol açırdı. İsgəndəriyyə kitabxanasının yaranmasının əsas səbəbi də məhz bu idi.

Amma belə vəziyyət digər bölgələrin bu məsələdə Misirlə rəqabət aparmağına mane olmurdu. Belə rəqiblərdən biri Kiçik Asiyanın qərbində e.ə 250-ci ildə yaranmış və paytaxtı Perqam olan müstəqil dövlət idi.

Perqamda çox gözəl bir kitabxana yaradılmışdı. Yazı üçün yaxşı aşılanmış heyvan dərilərindən də istifadə etmək olardı, amma bu çox baha başa gəlirdi. Şəhərdə dərinin hər iki üzündən istifadə etməyə imkan verən yeni aşılama üsulu tapıldı. Bu üsulla emal edilmiş dərinin qiyməti əvvəlkindən iki dəfə ucuz olduğundan Perqam kitabxanası böyüklüyünə görə İsgəndəriyyə kitabxanasından sonra ikinci oldu.

Yunanlar bu yolla aşılanmış dəriləri ondan ən fəal surətdə istifadə edilən şəhərin adı ilə – perqamene adlandırdılar. Latın dilində bu söz “perqamentus” kimi səslənirdi.

Tədricən bu söz perqamentə çevrildi. Bu gün də söhbət xüsusi kağız növündən düşəndə məhz bu söz işlənir. (Ayzek Azimov. Sözlərin tarixi)

PERİKLAZ
PERLİT
OBASTAN VİKİ
Perqament
Perqament (alm. Pergament‎, yun. Πέργαμον, Perqamon) — heyvan dərilərindən hazırlanmış və yazı yazmaq üçün nəzərdə tutulmuş material. E.ə. II əsrdə istifadə olunmağa başlanmışdır. Materialın adı onun ilk dəfə hazırlandığı Perqam şəhərinin adından götürülmüşdür. Perqament aşılanmamış qoyun, dana, balıq, ceyran, bəbir və ya keçi dərisindən hazırlanırdı. Papirusdan fərqli olaraq perqamentdən geniş istifadə olunmasının səbəbi onun üzərində suda həll oluna bilən mürəkkəblə yazılmış yazını silib, yenisini yazmaq imkanının olması idi. Bundan başqa, perqamentin hər iki üzünə yazı yazmaq mümkün idi.

Значение слова в других словарях

баниа́новый бокси́т заклёпочный изо́гнуто необстре́лянный обко́лка опосре́дствоваться тру́бник Яга́ доса́дливо лука́винка облиня́ть пра́вящий ревизо́рский тадибей biochemical high-hearted sharpshooter snubbing-post sound and light аэровокзал кроватка обезличение усыплять фетр