Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Buta Palace
Buta Palace — 2006-cı ildə Heydər Əliyev prospektində tikilmiş Buta Palace binası Beynəlxalq Bakı aeroportu yaxınlıqda yerləşir, kiçik və böyük zallardan ibarətdir və 800 avtomobillik avtodayanacağa malikdir. Karvansara üslubunda stilləşdirilmiş böyük zal 1572 kvadrat metr ərazidən ibarətdir və 2000 qonağa qədər yerləşdirmə imkanına malikdir. == Konsertlər == 50 Cent, Pitbull, Akon, Devid Vendetta kimi dünya məşhurlarının konsertləri və beynəlxalq Avroviziya müsabiqəsinin milli seçiminin yarımfinal və final gecələri məhz burada keçirilib.
Mardan Palace
Mardan Palace - Azərbaycanlı iş adamı Telman İsmayılov tərəfindən Türkiyənin Antalya şəhərində tikilmiş otel. Açılışı 23 May 2009-cu il tarixində keçirilmişdir. Açılışda Monika Belluççi, Şeron Stoun, Riçard Gir, Nursultan Nazarbayev və s. iştirak etmişdir. Otelin tikintisi 1.4 milyard avroya başa gəlmişdir.
Şamaxı Palace Platinum By Rixos
"Şamaxı Palace Platinum By Rixos" — Azərbaycan Respublikasının Şamaxı rayonunda beşulduzlu otel. Bu otel “Rixos” otellər şəbəkəsinə aiddir. Şamaxı rayonunda tikintisinə 2011-ci ildə başlanmış “Şamaxı Palace Platinum By Rixos” oteli Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, həm də respublikamıza gələn turistlərin sayının artmasına zəmin yaradır. “Şamaxı Palace Platinum By Rixos” oteli təkcə Şamaxı rayonu üçün deyil, bölgə üçün də əhəmiyyətli turizm obyektidir. Mükəmməl infrastruktura malik bu otel kompleksindəki şərait böyük turizm potensialına malik olan Şamaxıda turistlərin yüksək səviyyədə qəbulu üçün geniş imkanlar açır.43 min 370 kvadratmetr ərazidə inşa olunan oteldə yüksək keyfiyyətli müxtəlif xidmətlər göstərilir. Otel kompleksi maraqlı memarlıq üslubunda inşa edilmişdir. Avanqard və klassik arxitektura elementlərinin sintezi əsasında inşa edilən binanın interyerinin tərtibatında orijinal mebel və aksessuarlardan istifadə olunmuşdur.Oteldə xidmət göstərən heyət yüksək hazırlıq kursu keçmişdir və onların əksəriyyətini yerli kadrlar təşkil edir. Bu əməkdaşlar otelin istənilən xidmət sahəsində qonaqlara yüksək səviyyəli qulluğun göstərilməsi ilə bağlı xüsusi təlim kurslarına cəlb olunmuşlar.Otel kompleksində müxtəlif toplantı və konfransların keçirilməsi üçün geniş imkanları olan 200 nəfərlik konfrans zalı, müasir restoranlar şəbəkəsi də fəaliyyət göstərir. Restoranlarda turistlərə Azərbaycan və dünya mətbəxinin nümunələri təqdim olunur.Oteldə müxtəlif kateqoriyadan olan nömrələr ən müasir tələblər səviyyəsindədir və yüksək dizaynı ilə seçilir.Oteldə uşaqların da istirahətinin təşkili üçün lazımi şərait yaradılmışdır. Burada uşaqlar üçün müxtəlif əyləncə və idman sahələri qurulmuşdur.
American Beauty: Original Motion Picture Score
“American Beauty: Original Motion Picture Score” 1999-cu ildə təqdim edilmiş “Amerikansayağı gözəllik” filminin Tomas Nyuman tərəfindən yazılmış orijinal film musiqisidir. Film, Ən Yaxşı Orijinal Film Musiqisi nominasiyasında Oskar mükafatına (“Qırmızı violonçel” filmi qazanmışdır) və eyni nominasiyada Qızıl Qlobus mükafatına ("1900-ün əfsanəsi" filmi qazanmışdır) namizd göstərilmiş BAFTA mükafatlarının təqdim edilməsi mərasimində “Film Musiqisinə görə Entoni Osquit Mükafatı”na layiq görülmüşdür. Film musiqisi albomu “Bədii film, televiziya və ya digər visual mediada Ən Yaxşı Orijinal Musiqi” nominasiyasında Qremmi mükafatına layiq görülmüş, prodüsser Bill Bernşteyn, mühəndis Dennis Sends və Nyuman mükafat almışlar. Film musiqisi albomu 5 oktyabr 1999-cu ildə həm də “American Beauty: Music from the Original Motion Picture Soundtrack” adı ilə çıxarılmışdır. Həmin alboma müxtəlif ifaçıların mahnıları daxil edilmişdi ki, onlardan ikisi - "Dead Already" və "Any Other Name." – də Nyumanın yazdığı musiqilər idi. 'Any Other Name', 'Dead Already' və 'American Beauty' musiqilər filmin treylerlərində də istifadə edilmiş və film musiqiləri arasında ən məşhurları olmuşlar. == Treklərin siyahısı == "Dead Already" 3:17 "Arose" 1:05 "Power of Denial" 1:43 "Lunch with the King" 2:26 "Mental Boy" 1:43 "Mr.
Brokeback Mountain: Original Motion Picture Soundtrack
Brokeback Mountain: Original Motion Picture Soundtrack - Enq Linın "Qozbel dağ" filminin musiqilərinin satışa çıxarıldığı albom. Albom 1 noyabr 2005-ci ildə buraxılmışdı. == Musiqi albomu == "Qozbel dağ" filminin orijinal film musiqisi albomu 2005-ci ildə satışa çıxarılmışdır. Orijinal partitura və musiqinin bəstəkarı Qustavo Santaolalladır. Bütün dünya üzrə albomun 300 000-dən artıq nüsxə ilə satılmışdır ki, ondan da 100 000-i ABŞ-nin payına düşürdü.Albom iki Qızıl Qlobus mükafatına nominasiya almışdır: Ən yaxşı orijinal musiqi və Ən yaxşı orijinal mahnı ("A Love That Will Never Grow Old"), həmçinin Qremmi mükafatına da nominasiya edilmişdi. == CD trek siyahısı == "Opening" - Qustavo Santaolalla – 1:31 "He Was a Friend of Mine" - Villi Nelson – 4:42 "Brokeback Mountain I" - Qustavo Santaolalla – 2:32 "A Love That Will Never Grow Old" - Emmylou Harris – 3:20 "King of the Road" - Teddi Tompson & Rufus Ueynrayt – 2:53 "Snow" - Qustavo Santaolalla – 1:18 "The Devil's Right Hand"- Stiv Örl – 2:34 "No One's Gonna Love You Like Me" - Meri Mak Brayd – 3:06 "Brokeback Mountain II" - Qustavo Santaolalla – 1:59 "I Don't Want to Say Goodbye"- Teddi Tompson – 3:12 "I Will Never Let You Go" - Ceki Qrin – 1:55 "Riding Horses" - Qustavo Santaolalla – 1:24 "An Angel Went Up in Flames" - The Gas Band – 2:36 "It's So Easy" - Linda Ronstadt – 2:27 "Brokeback Mountain III" - Qustavo Santaolalla – 2:14 "The Maker Makes" - Rufus Ueynrayt – 3:50 "The Wings" - Qustavo Santaolalla – 1:52 == "The Wings" CD sinqlı üçün trek siyahısı == "The Wings" (Gabriel & Dresden's Organized Nature Remix) "The Wings" (Manny Lehman, Tony Moran & Warren Rigg Collaboration Remix) "The Wings" (Manny Lehman Remix) == Tam soundtrek siyahısı == Filmdə orijinal kompozisiyalar istifadə olunmuşdu: "Universal Pictures fanfara" – Ekranda Universal Pictures titrları "Focus Features fanfara" – Ekranda Focus Features titrları "River Road Entertainment fanfare" – Ekranda River Road Entertainment titrları "Opening" - Qustavo Santaolalla – Filmin əvvəli; Ennis Signala (Vayominq) gəlir "Brokeback Mountain #1" - Qustavo Santaolalla – Cek & Ennis qoyunları otarmağa gedirlər "Camp" - Qustavo Santaolalla – Cek və Ennis qoyunları otaran vaxt №1 lagerinə üz tuturlar. "Streets of Laredo (song)" ("Laredo küçəsi" ilə də tanınır) – Ennis dağda ayının izinə düşür "Carrying Sheep" - Qustavo Santaolalla – Montaj: Cek düşərgədən çıxaraq Ennislə birgə palatka qurur. Amma Cek, palatkaların "düz quraşdırılmadığını" deyir "Harmonica #1" - Qustavo Santaolalla – Cek riffdə "O mənim dostum idi" mahnısını çalır (No. 53) "Water Walkin' Jesus" – Cek və Ennis ocağın ətrafında din haqqda söhbət edirlər. "Getting Drunk" - Qustavo Santaolalla – Ennis, viskidən çox içərək sərxoş olur və ocağın yanında yatır "Horse Love" - Qustavo Santaolalla – Ennis düşərgəni tərk edir; ölü qoyunları tapır; palatkada Cek və Ennis cinsi əlaqədə olurlar.
Bozbash Pictures
Bozbash Pictures — ATV telekanalında yayımlanan komediya layihəsi. Serial əsas qəhrəmanlar Şəmi və Şöşü və onların qohumları, Fəlakət, Ağsaqqal, Şirin və Qılman doktorun sərgüzəştlərini əks etdirir. Layihə serial formatında ilk dəfə olaraq 2011-ci ildə yayımlanıb. 2014-cü ildə isə, ikinci mövsümün çıxışından sonra ölkə üzrə böyük populyarlıq qazanıb. 2018-ci ilin sonuna əsasən, Bozbash Pictures 6 mövsüm ərzində 142 seriya buraxıb. == Mövsümlər == == Filmin heyәti == Aktyorlar İlkin Həsəni — Şəmi Ramil Babayev — Şöşü Elşən Orucov — Fəlakət Azər Baxşəliyev — Ağsaqqal Nicat Rәhimov — Şirin İlkin Misgәrli — Qılman == Filmlər == Əsas serialdan əlavə, Bozbash Pictures komandası öz obrazları ilə beş film çəkib: Ay Brilliant (2015) Axırıncı yol (2016) Stalinin başı (2017) Bir xalanın sirri (2018) Bombaltı (2019) == Əlavə layihələr == 2016-cı ildə, Bozbash Pictures aktyorları yeni obrazlarla Palata 106 (film, 2016) serialını çəkiblər. Lakin ilk mövsümdən sonra layihə bağlanıb. 2018-ci ildə Nicat Rəhimov və İlkin Misgərli "Buğlama" adlı yeni komediya layihəsini təqdim ediblər. 2018-ci ildə Ramil Babayev "Şou Şu" adlı layihəsini təqdim edir. Bu layihə Şöşu obrazının spin-off verilişi idi və bir neçə buraxılışdan sonra fəaliyyətini dayandırdı.
Columbia Pictures
Columbia Pictures— Hollivudun 6 böyük film studiyasından biri. == Şirkət haqqında == “Columbia Pictures” Hollivudun 6 böyük film studiyasından biridir. Studiyanın əsası 1919-cu ildə “Cohn-Brandt-Cohn Film Sales” adı ilə Cek Koyn, Harri Koyn və Cob Bren tərəfindən qoyulmuşdur. Studiyanın ilk filmi 1922-ci ildə ekranlara çıxdı. “Columbia Pictures” adını isə 1924-cü ildə qəbul etdi. Yarandığı ilk illərdə kiçik işlər görən studiya 1920-ci illərin sonlarında böyüməyə başladı. Məşhur rejissor Frenk Kapra ilə əməkdaşlıq da buna təkan verdi. Studiya komediya filmləri istehsal edən ən uğurlu şirkətlərdən birinə çevrildi. 30-cu illərin sonunda studiyanın müqavilə imzaladığı iki əsas ulduz Cin Artur və Keri Qrant idi. 50-ci illərə doğru Rita Heyvors, Rozalin Rassel, Qlenn Ford, Uilliam Holden və başqaları studiya ilə əməkdaşlığa başladı.
DreamWorks Pictures
DreamsWorks Pictures — şirkəti dünyanın ən prestijli film studiyalarından biri hesab olunur. Əsasən, filmlər, video oyunları və televiziya verilişləri hazırlanır.
Paramount Pictures
Paramount Pictures — film istehsal edən şirkət. Əsası 1912-ci ildə ABŞ-də Adolf Tsukor tərəfindən qoyulmuşdur. İlk adı "Famous Players Film Company" olub.
RKO Pictures
RKO Pictures (Radio-Keith-Orpheum abbreviaturasından) — klassik Hollivudun beş böyük studiyası içərisində ən sonuncu açılmışı və dövriyyəsi baxımından ən kiçiyi olan studiya. Şirkət 1928-ci ilin oktyabr ayında Cozef Kennedinin kinostudiyasının (Film Booking Office of America, qısaca FBO) və Keith-Albee-Orpheum kinoteatrlar şəbəkəsinin birləşməsi nəticəsində quruldu. Birləşdirmə təşəbbüskarı kimi Radio Corporation of America adlı korporasiyanın başçısı David Sarnoff çıxış etdi, onun sərəncamında səsli filmə olan patent var idi. Sarnoff bu yenilikçi texnologiyanı inkişaf etdirmək üçün studiyadan istifadə etməyi planlaşdırırdı. RKO-nun film bazarında əsas oyunçu kimi nüfuzu yarı rəngli "Rio Rita" (1929) müziklı və gənc Selznikin prodüser olduğu 1933-cü il tarixli "Kinq Konq" macəra filmi ilə möhkəmləndi. 1930-1940-cı illərdə RKO-nun Amerika film bazarındakı payı 9-10% ətrafında dəyişirdi.
Sony Pictures
Sony Pictures Entertainment Inc. (qısaca Sony Pictures və yaSPE) film və televiziya proqramlarının istehsalını, ticarətini və distribütorluğunu edən Amerika mərkəzli əyləncə şirkətidir. Yaponiya texnologiyası və media şirkəti olan Sony-ə aid şirkətdi r. 2007-ci ildə dəyəri 8,58 milyard $ olaraq açıqlanmışdır.
Universal Pictures
Universal Studios və ya Universal Pictures — film istehsal edən kompaniyadır. Əsası alman əsilli Karl Lemmle tərəfindən 8 iyun 1912-ci ildə qoyulub. Kompaniyanın mərkəzi Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşir. 2004-cü ildən etibarən "NBC Universal" şirkətinin tərkibinə daxil olub.
Ebenezer Place
Ebenezer-pleys (ing. Ebenezer Place) — dünyanın ən kiçik küçəsi; uzunluğunun cəmi 2,06 metrdir və sadəcə bir evin divarını əhatə edir.Ebenezer-leys Böyük Britaniyada, daha dəqiqi Şotlandiyanın kiçik şəhəri olan Uikdə (ing. Wick) yerləşir.Divarını əhatə etdiyi evin inşası başa çatdıqdan sonra, 1883-cü ildə həmin ev heç bir küçəyə aid olunmadığından, bu ev üçün xüsusi olaraq bu küçəni salmışdırlar. Beləliklə də, Ebenezer-pleys ən kiçik küçə adını almışdır.Küçə yalnız 2006-cı ildə dünyanın ən kiçik küçəsi kimi Ginnesin Rekordlar Kitabına daxil ola bilmişdir.
Pennzoil Place
Pennzoil Place - iki 36 mərtəbəli göydələndən təşkil olan kompleks. Binalar Hyuston şəhərində yerləşirlər. Onların tikintisi 1975-ci ildə bitmişdi. Tikintilərin hündürlüyü 151 metrdir.
Place (Reddit)
Place — 2017-ci ilin Ümumdünya Gülüş Günündə başlayan və 2022-ci ilin Ümumdünya Gülüş Günündə beş ildən sonra yenidən canlandırılan sosial şəbəkə saytı Reddit-də təşkil edilən birgə layihə və sosial eksperiment idi. 2017 eksperimenti, r/place adlı subredditdə yerləşən onlayn lövhədən ibarət idi və qeydiyyatdan keçmiş istifadəçilər 16 rəngli palitradan tək bir pikselin rəngini dəyişdirərək lövhəni redaktə edə bilərdilər. Hər piksel yerləşdirildikdən sonra taymer istifadəçiyə 5 ilə 20 dəqiqə arasında dəyişən müddət ərzində daha çox piksel yerləşdirməyə icazə vermədi. Eksperiment ideyası Coş Uordl tərəfindən hazırlanmışdır.
A-1 Pictures
A-1 Pictures Inc. (株式会社エー・ワン・ピクチャーズ) — keçmiş Sunrise prodüseri Mikihiro İvata tərəfindən 2005-ci ildə təsis edilmiş Yaponiya animasiya studiyası, Sony Music Entertainment şirkətinin istehsal firması olan Aniplex-in budaq şirkəti. == Tarix == Animasiya studiyası Sony Music Entertainment Japan şirkətinin istehsal firması Aniplex tərəfindən anime serialları çəkmək üçün 9 may 2005-ci ildə qurulmuşdur. 2006-cı ildə Noside studiyası ilə ilk işi olan "Zenmai Zamurai" anime serialını istehsal etmişdir və həmin ilin oktyabrında Asaqayada studiya qurmuşdur. 2007-ci ildə studiya ilk müstəqil anime serialı olan "Big Windup!"-ı yaratmışdır. Əslində Aniplex-in az saylı seriyalarının istehsalına nəzarət etməli olan studiya zaman getdikcə böyümüş və təşəkkül tapmışdır. Studiya həmçinin beynəlxalq münasibətlərini genişləndirərək 2007-ci ildə Kaliforniya ştatının Lonq Biç şəhərində keçirilən Anime Ekspo tədbirində iştirak etmişdir.
Walt Disney Pictures
Walt Disney Pictures — həm Yaponiya, həm də ABŞ-də bölməsi olan 1983-cü ildə yaradılan Amerika kino kampaniyasıdır. Bundan öncə bütün Disney filmləri "Walt Disney Productions" adı altında istehsal edilirdi. Cizgi film kampaniyasının loqotipindəki qəsr "Yatmış gözəl"in qəsrini canlandırırdı. 2006-cı ildən etibarən kampaniyanın loqotipi dəyişdirilir. 14 dekabr 2017-ci ildə Walt Disney Pictures 52.7 milyard ABŞ dolları qiymətinə 20th Century Fox şirkətinin televiziya və kino aktivlərini (buraya X-adamlar, Avatar, Fantastik dördlük, Meymunlar planeti, Simpsonlar, Qriffinlər, Buz dövrü, The Brave Little Toaster, Mighty Joe Young, Walt Disney’s Fables 1 Walt Disney’s Fables 2 Walt Disney’s Fables 3 Walt Disney’s Fables 4 Walt Disney’s Fables 5 Walt Disney’s Fables 6 Walt Disney's Timeless Tales 1 Walt Disney's Timeless Tales 2 Walt Disney's Timeless Tales 3 Evdə tək, Amerikan ata! franşizaları daxildir) alıb.
Warner Bros. Pictures
Warner Bros. Entertainment, Inc. və ya sadəcə Warner Bros. — ABŞ şirkəti, film və teleserialların istehsalı ilə məşğul böyük müəssələrdən biri. Hal-hazırda Time Warner şirkətinin filialıdır və ofisi Kaliforniya, What's Opera, Doc?, Birds Anonymous, ABŞ-də yerləşir.
BG Group Place
BG Group Place hündürlüyü 192 m olan Texasın Hyuston şəhərindən yerləşən 46 mərtəbəli binadır. == Qalereya == == İstinadlar == == Xarici keçidlər == Rəsmi sayt BG Group Place на Hines Green is the new tall in Houston skylines.
Bozbash Pictures (teleserial, 2011)
Bozbash Pictures — ATV telekanalında yayımlanan komediya layihəsi. Serial əsas qəhrəmanlar Şəmi və Şöşü və onların qohumları, Fəlakət, Ağsaqqal, Şirin və Qılman doktorun sərgüzəştlərini əks etdirir. Layihə serial formatında ilk dəfə olaraq 2011-ci ildə yayımlanıb. 2014-cü ildə isə, ikinci mövsümün çıxışından sonra ölkə üzrə böyük populyarlıq qazanıb. 2018-ci ilin sonuna əsasən, Bozbash Pictures 6 mövsüm ərzində 142 seriya buraxıb. == Mövsümlər == == Filmin heyәti == Aktyorlar İlkin Həsəni — Şəmi Ramil Babayev — Şöşü Elşən Orucov — Fəlakət Azər Baxşəliyev — Ağsaqqal Nicat Rәhimov — Şirin İlkin Misgәrli — Qılman == Filmlər == Əsas serialdan əlavə, Bozbash Pictures komandası öz obrazları ilə beş film çəkib: Ay Brilliant (2015) Axırıncı yol (2016) Stalinin başı (2017) Bir xalanın sirri (2018) Bombaltı (2019) == Əlavə layihələr == 2016-cı ildə, Bozbash Pictures aktyorları yeni obrazlarla Palata 106 (film, 2016) serialını çəkiblər. Lakin ilk mövsümdən sonra layihə bağlanıb. 2018-ci ildə Nicat Rəhimov və İlkin Misgərli "Buğlama" adlı yeni komediya layihəsini təqdim ediblər. 2018-ci ildə Ramil Babayev "Şou Şu" adlı layihəsini təqdim edir. Bu layihə Şöşu obrazının spin-off verilişi idi və bir neçə buraxılışdan sonra fəaliyyətini dayandırdı.
Balase
Balase (fr. Balacet) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Kastiyon-an-Kuzeran kantonuna daxildir. Kommunanın dairəsi — Sen-Jiron. INSEE kodu — 09034. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 19 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 12 nəfər arasında (15-64 yaş) 7 nəfər iqtisadi fəal, 5 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 58,3%, 1999-cu ildə 54.5%). 7 aktiv adamdan 5 nəfər (3 kişi və 2 qadın), 2 nəfər işsiz (1 kişi və 1 qadın) idi. 5 hərəkətsiz 0 nəfər arasında şagird və ya tələbə, 2 nəfər təqaüdçü, 3 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Palmae
Palmakimilər (lat. Arecaceae) — birləpəlilər kladının palmaçiçəklilər sırasına aid bitki fəsiləsi.
Palau
Palau — bir Okeaniya ölkəsidir. Papua Yeni Qvineyanın şimalındadır. 1994-cü ildən ABŞ himayəsindən çıxmışdır. Yerli xalq dilində adı Belaudur. Sakit okeanın şimalındadır. 328 adadan ibarətdir, sahəsi 458 km²-dir. 2013-cü il məlumatına görə əhalisi 21 min nəfərdir. Paytaxtı Nqerulmud şəhəridir (Melekeok ştatı). Ölkə 16 ştata bölünür. Balıq ovuna lisenziya verilməsi ilə ölkə xeyli xarici valyuta əldə edir.
Palaz
Palaz – xovsuz xalçaların ən geniş yayılmış növlərindəndir. Azərbaycanda palazları hətta xalçaçılıq məntəqə və müəssisələrinin olmadığı ərazilərdə belə, toxunur. Ancaq Qarabağda istehsal olunan palazlar Şirvan və Təbriz palazlarından kobud olur. == Ümumi məlumat == Azərbaycanda xovsuz xalça texnikasının ən yayılmış növüdür. O demək olar ki, Azərbaycanın bütün ənənəvi toxuculuq mərkəzlərində istehsal olunurdu. Palazın istehsalında həm yun, həm də pambıq iplərdən istifadə edilir. Lakin yazılı mənbələr göstərir ki, Azərbaycanda əvvəllər ipəkdən hazırlanmış palazlar da toxunurdu. Palazın toxunma texnikası saya və ya tünd rəngli əriş iplərin arasından müxtəlif çalarlı arğac iplərinin ensiz zolaqlar şəklində buraxılmasından ibarətdir. Palaz texnikasında toxunmuş məmulatdan ev döşəmələrinin, alaçıqların üstünün örtülməsində müxtəlif əməli xarakerli məişət əşyalarının, hətta bəzən üst paltarların hazırlanmasında da istifadə olunurdu. Bakının Qobu kəndində və onunla qonşu olan Xocasən və Güzdəkdə qədimdən çiyi palaz adlanan texnikadan istifadə edilirdi.
Bulbophyllum pictum
Bulbophyllum crenilabium (lat. Bulbophyllum crenilabium) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum crenilabium növü Papua-Yeni Qvineya üçün endemik növdür. == Sinonim == Bulbophyllum pictum Schltr.
Cucumis pictus
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Dendrobium pictum
Dendrobium devonianum (lat. Dendrobium devonianum) – səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. == Sinonimləri == Dendrobium pulchellum var. devonianum (Paxton) Rchb.f. (1861) Callista devoniana (Paxton) Kuntze (1891) Dendrobium pictum Griff. ex Lindl. (1859) Dendrobium devonianum var. rhodoneurum Rchb.f. (1868) Dendrobium moulmeinense C.S.P. Parish ex Hook.f.
Amsar Palasa
Amsar Palasa — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Amsar Palsa kəndi 1962 ilində qurulmuşdur və Dağ Amsarın yaylağı kimi işlədilmiş ve əhalinin gedərək ora axişmasi nəticəsində Amsar palsa kəndi yaranmışdır. Amsarpalsa kəndinin üst tərəfindən Ağ çay keçir və kəndin dörd bir tərəfi alma bağları ile əhatə olunur.[mənbə göstərin] == Əhalisi == Kəndin əhalisi 500 nəfər təşkil edir. Burada azərbaycanlıların yanı sıra 1993 ildə Özbəkistandan köç etmiş Axısqa türkləri də yaşayır. 500 nəfərin çoxunluğunu Axısqa türkləri təşkil etməktədir.
Patavə
Patavə — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının Dena şəhristanının Patavə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,925 nəfər və 377 ailədən ibarət idi.
Qalaça
Qalaça və ya Şamilqala — Qax rayonunun İlisu kəndində Yazlıq dağının üstündə inşa olunmuş qala. Qalaça (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd. Qalaça (Loru) — Loruda kənd. Qalaça — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonu ərazisində kənd.
Apaçe
Apache HTTP Server və ya qısa olaraq Apache Linux, Unix, Windows, Mac, Solaris və digər müasir əməliyyat sistemləri üçün nəzərdə tutulmuş veb serverdir. Hal-hazırda internet saytların əksəriyyəti bu server ilə işləyir. Geniş imkanlara malikdir və elədə də açıq kod olduğundan hamı tərəfindən pulsuz istifadə oluna bilir. Apache veb serveri Apache Software Foundation tərəfindən işlənilir.
Kalaç
Kalaç — Rusiya Federasiyasında yerləşən şəhər, Voronej vilayətinə daxildir.
Plоçe
Plоçe (xorv. Ploče) — Xorvatiyanın Adriatik dənizi sahilində yerləşən bir şəhərdir. Bölgə əhəmiyyətli bir limandır. Dуbrоvniçkо-Neretvаnskаya vilayətində yerləşir. Əhalisi (2011-ci il siyahıyaalma məlumatlarına görə) 10,135 nəfərdir.