Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Piniyata
Pinyata (isp. Piñata) karton və ya konteynerlərin içinə şəkər, saqqız və ya konfet kimi şirin yeməklər və ya oyuncaqlar doldururlan, quş ya da başqa bir heyvana bənzər Meksika mədəniyyətinə aid bir oyuncaqdır ki, mərasim və ya bayramda tavandan asılır. Uşaqlar ona çubuq vururlar və qutu dağılır - içindən şokolad, konfet, nabat və s. tökülür. Pinyatalar həmçinin bir sıra digər Latın Amerika ölkələrində eyni şəkildə populyardır. Onlar həmçinin ABŞ-də da nisbətən populyar olublar.
Riniya
Riniya (lat. Rhynia) — bitkilər aləminin riniopsidlər sinfinin riniyaçiçəklilər dəstəsinin riniyakimilər fəsiləsinə aid bitki cinsi.
Həsən Pirniya
Həsən Pirniya (fars. حسن پیرنیا‎ , D.1872 – Ö.08/11/1935) – İranın baş naziri, Müşirüddövlə, tarixçi, siyasətçi. Həsən Pirniya 1872-ci ildə Nayində anadan olmuşdur. Rusiyada hüquq təhsili aldıqdan sonra İrana qayıdan Həsən Pirniya, 1902-ci ildə Rusiyada diplomat kimi fəaliyyət göstərməyə başladı. Daha sonra İranda müxtəlif yüksək vəzifələrdə çalışan Hasan Pirniya 4 dəfə İranın baş naziri təyin edilmişdir. Həsən Pirniya, İranın qədim tarixi, 3 ciliddə Ghani, Cyrus, Iran and the Rise of Reza Shah: From Qajar Collapse to Pahlavi Power (I. B. Tauris: London, 2000). ISBN 1-86064-629-8 Jane Lewisohn, Flowers of Persian Song and Music: Davud Pirniā and the Genesis of the Golhā Programs, Journal of Persianate Studies, Vol. 1, No. 1, pp.
Riniya (sinif)
Riniya (sıra)
Rhynia gwynne-vaughanii (lat. Rhynia gwynne-vaughanii) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin riniya cinsinə aid bitki növü.
İniya Trinkuniyene
İniya Trinkuniyene (lit. Inija Trinkūnienė; 25 oktyabr 1951) — Litva etnoloqu, sosioloq, folklorşünas, psixoloq; 2014-cü ildən bəri Romuva adlı Litva neobütpərəst cəmiyyətinin lideri (krive, baş kahinə). Cəmiyyətin qurucusu və "Kūlgrinda" adlı musiqi folk-qrupunun lideri Yonas Trinkunas onun həyat yoldaşıdır. 1969-cu ildə Kelme şəhərində orta məktəbi və 1974-cü ildə psixologiya ixtisası üzrə Vilnüs Universitetinin fəlsəfə fakültəsini bitirmişdir. Litva Mədəni Tədqiqatlar İnstitutunda (Vilnüs Fəlsəfə və Sosiologiya İnstitutu) sosioloq kimi çalışmışdır. 1990-cı ildə, 1988-2014-cü illərdə Romuva dini bütpərəst icmasının rəhbəri olan əri ilə birlikdə Litva xalq musiqi ansamblını və "Kūlgrinda" xorunu təsis etdi. Onun Rimqayle, Vetra, Uqne və İndre adlı 4 uşağı var. Elmi karyerası boyunca Trinkuniyene xalq mədəniyyətinin yayılması sahəsində araşdırmalarla məşğul olmuşdur. 60-dan çox elmi məqalə yazmış, Litva və xaricdə müxtəlif elmi konfranslarda iştirak etmişdir. 2004-2013-cü illərdə Litva Respublikası Seymi yanında Xalq Mədəniyyətininin Müdafiəsi Şurasının üzvü olmuşdur.
Alpiniya
Alpiniya (lat. Alpinia) — zəncəfilçiçəklilər sırasının zəncəfilkimilər fəsiləsinə aid bitki cinsi.
Deniya
Denia (isp. Denia) — İspaniyada yerləşən bələdiyyə və şəhər. Bələdiyyə Marina-Alta ərazisinin 66.2 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 42704 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 100 km uzaqlıqda yerləşir. Marina-Alta Xavea Kalpe Rəsmi səhifə Ayuntamiento de Denia Portal Turístico de Denia Índice Estadístico Municipal de Denia.
Keniya
Keniya (suah. Kenya; ing. Kenya) və ya rəsmi adı ilə Keniya Respublikası (suah. Jamhuri ya Kenya, ing. Republic of Kenya) — Şərqi Afrikada dövlət. Keniya şərqdən Somali, şimaldan Efiopiya, şimal-qərbdən Cənubi Sudan, qərbdən Uqanda, cənubdan Tanzaniya ilə həmsərhəddir. Cənub-şərqdən isə Hind okeanı ilə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Nayrobi, ümumi sahəsi 580,367 kvadrat kilometr, əhalisinin sayı 47 milyon nəfərdən çoxdur. Keniya 12 dekabr 1963-cü ildə Birləşmiş Krallıqdan müstəqillik əldə etmişdir. Dünyanın ən korrupsiyalaşmış ölkələrinin “Transparency İnternational” tərəfindən hazırlanan cədvəlində Keniya 154-cü yeri tutur.
Lidiya
Lidiya çarlığı — Lidiya, Anadoluda Tunc dövründən II minilliyin ikinci yarısında hökm sürən çarlıqdır. Maians adlı bir qəbilənin yaşadığı bilinən bölgəyə qədim zamanlarda Lidiya deyilirdi. Paytaxt Sardis şəhəri olmuşdur. Şərqdə Fripiya (Afyon , Eskişehir , Kütahya), şimalda Mysia (Balıkesir), qərbdə Ailoia və Ioania (İzmir) , cənubda Karia (Aydın , Muğla) və Homer ilə əhatə olunmuşdur. İlk gəliş tarixləri dəqiq bilinmir. Bəziləri Lidyalıların Anadoluya Tunc dövrünün sonunda (miladdan öncə 2002) Friglərlə eyni zamanda gəldiyini söyləyirlər. Bəziləri, Lidiya dili ilə Hitit arasında bir əlaqənin olduğunu və Lidyalıların II minilliyin əvvəllərində Anadolunun qərbinə gəlib yerləşdiklərini iddia edirlər. Araşdırmalarda Lidiyalıların isdifadə etdiyi mixi yazı bunuda ehtimal edir ki, Lidyalıların II minillikdən əvvəl şərqə gələn Hind-Avropa olmaları mümkündür. Lidiya tarixi dəqiq olaraq bilinmir, lakin Lidiyalıların tunc dövrünün sonlarında Fragiyalılarla eyni zamanda (təxminən e.ə 1300–1200 dönəmləri) Anadoluya yerləşdikləri ehtimal edilir. Herodot , Lidiya Krallığının eramızdan əvvəl VII əsrdən əvvəl 3 kral sülaləsi tərəfindən idarə olunmuşdur.
Likiya
Likiya və ya Lisiya (Likcə: Trm̃misa) — Anadolunun Təkə yarımadasını əhatə edən qədim ərazi. Likiya, eyni zamanda bu bölgədəki antik şəhərlərin təşkil etdiyi bir dövlət qurumu, daha sonra da Roma imperiyasının bir əyalətidir. Likiya "İşıq ölkəsi" mənasını verir. Likiyalıların, eradan əvvəl 3-cü minilin ikinci yarısında Anadoluya gələn və 2-ci minil boyunca Cənubi Anadolu bölgəsində yaşamış və Anadolunun ən qədim Hind-Avropa mənşəli xalqı olan Luvilərin dağılmasından sonra bir qisminin davamı olduğu söylənilir. Luvi dilinin Xet dilinə yaxınlığı və Luvilərin də Xetlərlə qohum olduğu bilinsə də Likcə də Xet dilinə olan fərqlər anlaşılır. Xet dilində Likiyanın adı Lukkadır. Ən başdan bəri Yunanların hücumlarına cavab verə bilən Likiyalılar, E.ə. VI əsrdə farslarl tərəfindən işgal edilmişdir. Ancaq E.ə. IV əsrdə Makedoniyalı İsgəndər çıxdığı "Şərq səfəri" daxilində bu bölgəni işğal etmişdir.
Liviya
Liviya (ərəb. ‏ليبيا‎) — Şimali Afrikanın Məğrib hissəsində yerləşən dövlət. Şimalda Aralıq dənizi, şərqdə Misir, cənub-şərdə Sudan, cənubda Çad və Niger, qərbdə Əlcəzair və Tunis ilə həmsərhəddir. Liviya vətəndaş müharibəsinə görə Liviyada "de-yure" Müəmmər Qəddafi və onun rəhbərlik etdiyi Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsi var. Eyni zamanda bütün ölkə ərazisinə "de-fakto" hakimiyyət olan Mustafa Abdul Cəlilin rəhbərlik etdiyi Liviya Milli Keçid Şurası nəzarət edir. Onlar ölkəni Liviya Dövləti adlandırırlar. . BMT-də Liviya hələ də Qəddafinin dövründəki kimi adlanır; ancaq oradakı sayt keçid hökumətinin nəzarətindədir. Ərazisinə görə Liviya Afrikanın dördüncü, dünyanın 17-ci ölkəsidir. . 6.4 milyon əhalinin 1.7 milyonu paytaxt Tərabülüs əl-Qərbdə yaşayır. Ölkə üç tarixi ərazidənTripolitaniya, Fəzzan və Kirenaikidən ibarətdir.
Midiya
Midiya dövləti
Paviya
Paviya (it. Pavia) — İtaliyanın Lombardiya regionunda şəhər.
Pinidae
İynəyarpaqlılar (lat. Pinidae) — i̇ynəyarpaqlılar sinfinə aid bitki yarımsinfi.
Pinyao
Pinyao əyaləti — Çinin mərkəzi Şansi əyalətindəki Tsinzhonqda bir mahaldır. Pinyao Min və Tzin sülalələrindən çoxlu sayda memarlıq abidələri qalmış Çinin ən yaxşı qorunan, ən vacib turistlik məkanlarından biridir. 2010-cu ildən 502,712 nəfər sakini var. Pinyao əyaləti ilk dəfə Çin krallığı vahid güc altında birləşən zaman yarandı. 20-ci əsrdə Yaponiya ilə müharibə zamanı 1938-ci ilin fevralında mahal yapon qoşunları tərəfindən işğal edildi və müharibənin sonuna qədər Yapon işğalı altında qaldı. 1949-cu ildə Yuytsi Xüsusi Dairəsi (榆次 专区) yaradıldı və mahal onun tərkibinə daxil oldu. 1958-ci ildə Yuyi Xüsusi Rayon Tsinzhonq Xüsusi Bölgəsi (晋中 专区) adlandırıldı. 1970-ci ildə Tsinzhonq Xüsusi Rayonu Tsinzhonq şəhəri (晋中 地区) adlandırıldı. 1999-cu ildə Çin Xalq Respublikası Dövlət Şurasının qərarı ilə Tsinzhonq rayonu və Yuqi şəhəri dağıldı və Tsinzhonq şəhəri yaradıldı.
Pinyin
Pinyin (pīnyīn) — çin yazısının ən çox istifadə olunan latın transkripsiyası sistemi. 1958-ci ildə qəbul edilmişdir, 1979-cu ildən isə bütün dünyada Çin yer və şəxs adlarının rəsmi latın transkripsiyası kimi istifadə olunur. Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən bəyənilmişdir. Pinyində V hərfindən başqa bütün latın hərfləri, hətta Ü hərfi belə işlədilir.
Pitaya
Pitaya və ya Pitahaya — Kaktus növü olub, ekzotik meyvəsi (Əjdaha meyvəsi) var. Meyvəsi tropik superqida hesab edilir. 100 ildən çoxdur ki, bu meyvə Vyetnamda, eləcə də dünyanın bir çox bölgəsində – Kamboca, Tailand, Filippin, Malayziya, İndoneziya, Kolumbiya, Ekvador, Meksika və İsraildə yetişdirilir. Son illərdə isə Türkiyədə də yetişdirilməkdədir. Kaktus meyvəsi kimi tanınan bu meyvənin müxtəlif adları vardır. Bu meyvə türkcə “ejder meyvesi”, ingilis dilində “draqun fruit” adlandırılır. Əslində isə bu sözlər şərq ölkələrindəki mənalarından yaranmışdır. Belə ki, onu görünüşünə görə Çin dilində “od əjdahası meyvəsi” və “əjdaha ləl-cəvahiratı meyvəsi”, Vyetnam dilində “yaşıl əjdaha”, İndoneziyada isə “əjdaha meyvəsi” olaraq adlandırılır. Əsasən üç növ Əjdaha meyvəsi vardır: Qırmızı ətli qırmızı qabıqlı Ağ ətli qırmızı qabıqlı Ağ ətli sarı qabıqlı. Ədədlə satılan əjdaha meyvəsinin qiyməti ölçüsündən asılı olaraq dəyişir.
İoniya
İoniya (q.yun. ἡ Ἰωνία, lat. Ionia) — Kiçik Asiyada qədim əyalət. Qədim yunanlar özlərinə qədər şərqdə yaranmış elmlə tanış olur, təbiət üzərində müşahidələr aparırdılar. Bir çox ölkələrə səyahət etdilər və təbiət haqqında elmi inkişaf etdirdilər. E.ə. VII əsrdə Milet şəhəri nə Egey dənizinin şərqində yerləşən İoniya əyalətinin şəhərləri elmin mərkəzi idi. İoniya alimləri təbiət hadisələri üzərində müşahidələr aparır, onları izah etməyə, onların səbəblərini aşkar etməyə çalışırdılar. İoniya alimləri dünyanın mənşəyini də izah etməyə cəhd göstərirdilər. Bir qrup alimlər təbiətin başlanğıcını suda, bəziləri havada, torpaqda, digərləri odda görürdülər.
Pinaliya
Pinaliya (lat. Pinalia) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Proniya
Proniya (yun. πρόνοια – qayğı) — XI–XV əsrlərdə Bizansda feodal institutu, xidmətə görə mükafat olaraq dünyəvi şəxsə və ya monastıra müəyyən ərazini idarə etmək və ondan vergi toplamaq hüququ ilə ömürlük (bəzən irsi) imperiya qrantı. Ən böyük inkişaf XII əsrin ikinci yarısında, torpaq mülkiyyətinin xidmət, əsasən hərbi xidmət şərtləri ilə verildiyi vaxt baş vermişdir. Zamanla proniya irsi mülkiyyətə çevrilmişdir. Tipoloji cəhətdən Qərbi Avropada benefisiyaya yaxındır. XI əsrə qədər artıq əhəmiyyətli gücə malik olmayan Bizans aristokratları hakim imperatoru dəstəkləmək üçün aldıqları fəxri adlardan və titullardan yapışmışdılar. IX Konstantinin dövründə aristokratiya imperiyanın müxtəlif yerlərində öz suverenliyini açıq şəkildə bəyan etməyə, öz məqsədləri üçün yerli əhalidən vergi yığmağa və tez-tez bu vəsaitləri mərkəzi hakimiyyətə qarşı üsyanlar hazırlamaq üçün istifadə etməyə başlamışdı. XI əsrin sonlarında I Aleksey Komnin zadəganları Bizans ərazisində yaymaq qərarına gələrək aristokratiyanı dəyişdirməyə çalışmışdı. Bu, hərbi xidmət şərtləri altında torpaq qrantı yolu ilə edilmişdir. Beləliklə, imperatora meydan oxumaq arzusunda olan mümkün rəqiblərini Konstantinopoldan uzaqlaşdırmışdır.
Minija
Minija qərbi Litvada çaydır və Nemunas çayının sağ qoludur. Uzunluğu 202 km-dir (126 mil).O, kiçik Didovas gölündən, hidroqrafik cəhətdən isə Telşiaidən 14 km cənubda yerləşən Sydeklis gölündən başlayır.
Balineziya pişiyi
Balineziya pişiyi — yarımuzuntüklü pişik cinsi. 20-ci əsrin ortalarında ABŞ-də Siam pişiyinin mutasiyası nəticəsində alınmışdır. Bədən hissəsi uzun, çevik, əzələli, girdə kiçik pəncəli ayaqları hündürdür. Üçbucaq şəkilli, düz profilli və iri enli qulaqlı başı uzun sovdur. Gözləri tünd-mavidir. Tükü ipək kimi hamar, tükarası tiftiyi seyrəkdir. Rəngi Siam tiplidir, balaları ağ rəngdə doğulur. Adamayovuşan və istiqanlıdır. Balineziya pişiyi ifadəsi əslində olaraq Bali və İndoneziya sözlərinin birləşməsindən yaranmamışdır. Onun tarixi Siam pişiklərinin adı ilə bağlıdır.
Bidens minima
Əyilən yatıqqanqal (lat. Bidens cernua) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü. Bidens cernua var. bidens (L.) Farw. Bidens cernua f. cernua Bidens cernua var. coreopsis Pursh Bidens cernua var. discoidea Wimm. & Grab. Bidens cernua var.
Punica
Nar (lat. Punica) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin ağlarotukimilər fəsiləsinə aid bitki cinsi. Nar ilkin olaraq Aralıq dənizi bölgəsində görülmüşdür . 16-cı əsrin sonlarında İspanlar Amerikaya, 1769-cu ildə isə ispan köçkünləri Kaliforniyaya gətirmişlər. Meyvənin mövsümü Cənub yarımkürədə martdan may ayına qədər, Şimal yarımkürəsində isə sentyabrdan fevral ayına qədər olur . Sağlam sarkotestalar və ya şirə kimi nar çörək bişirməkdə, yemək hazırlamaqda, şirə qarışıqlarında, yemək qarnirlərində, kokteyl və şərab kimi spirtli içkilərdə istifadə olunur. Nar Yaxın Şərq və Qafqaz regionunda, şimal və tropik Afrikada, İranda, Hindistan yarımadasında, Mərkəzi Asiyada, Cənub-Şərqi Asiyanın daha quru hissələrində və Aralıq dənizi hövzəsində geniş şəkildə becərilir. Narın adı orta əsrlərdə Latın pōmum "alma" və qranātum "toxumlu" sözlərindən yaranmışdır. Ola bilsin ki, köhnə fransız dilində meyvə, pomme-qranat sözündən qaynaqlanan nar qədim ingilis dilində "Qrenadanın alması" kimi tanınırdı - bu termin bu gün yalnız heraldik blazonlarda qalır. Bu, Latın qranatusunu İspaniyanın Qranada şəhərinin adı ilə qarışdıran xalq etimologiyasıdır ki, bu da əlaqəsi olmayan ərəb sözündəndir.
Pınara
Pınara (Likiya dili: Pinalə və yaxud Pinara) - Fəthiyənin 45 km-də, Minarə kəndi yaxınlığında yerləşən antik yaşayış yeri. Müasir dövrdə Minarə kəndinin adı, minarə formasında və üzərində quş yuvasına bənzəyən qaya məzarlarının yerləşdiyi bir qayadan götürüldüyü güman edilir. Xarabalığın adıda bu qayadan götürülüb. Pınara Likiya dilində "yuvarlaq" mənasındadır. Qədim qaynaqlara əsasən, şəhrin əsasını Ksanthosdan gələn kolonistlərin qoyduğu məlum olmuşdur. Pınaranın tarixi Troyaya gedib çıxır. Troya müharibəsində Pınaralı oxçu Pandarosdan bəhs edilir. Stroban və daha sonralar Stephan Bizantions Pınara şəhərinin Likiyanın əhəmiyyətli bir şəhəri olduğunu qeyd etmişdir. Likiya Birliyində "3 səs" haqqında sahib 6 şəhərdən biri olan Pınara Makedoniyalı İsgəndərin ölümü ilə Bergama Krallığına tabe olmuş, sonralar isə Romanın tərkibinə daxil edilmişdir. Roma dövründə şəhər inkişaf etmişdir.