PİYA

(Qazax)
paho (ədat). – Piya, nə yaxşı oxuyur!
PİVAS
PİYAZ
OBASTAN VİKİ
Dürçə Piyaz
Dürçə Piyaz – İranın İsfahan ostanının Xomeynişəhr şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 43,183 nəfər və 12,038 ailədən ibarət idi.
Dəniz Piyadasına Hərbi Abidə
Dəniz Piyadasına Hərbi Abidə (yaxud İvodzima Memorialı) Virciniyadakı Arlinqton milli qəbiristanı yanında yerləşir, tuncdandır. 1775-ci ildən etibarən ölkəni müdafiə etmiş ABŞ-nin bütün həlak olmuş dəniz piyadaçılarına həsr olunmuşdur. 1954-cü il noyabrın 10-da açılmışdır. Heykəltəraş - Feliks de Ueldon. Abidə altı dəniz piyadaçını təsvir edir (hündürlüyü 10 metr). 1961-ci ildən, Con Kennedi fərmanına əsasən, abidəsində 24 saat ərzində ABŞ bayrağı yellənir. Bayraq ağacı hündürlüyü 20 metrdir.
Dəniz piyadaları
Dəniz piyadası — dənizdən və ya qurudan digər qoşun birləşmələrinə dəstək vermək üzrə ixtisaslaşmış hərbi korpus. Bu hərbi birləşmə bir çox ölkədə dəniz qüvvələrinə bağlı olsa da, bəzi ölkələrdə o cümlədən, Troupes de marine (Fransız dəniz piyadaları) və Givati briqadası (İsrail dəniz piyadaları) quru qoşunlarına tabedir. ABŞ dəniz piyadaları korpusu isə ABŞ Silahlı Qüvvələrinin müstəqil qoludur.
Dəniz piyadası
Dəniz piyadası — dənizdən və ya qurudan digər qoşun birləşmələrinə dəstək vermək üzrə ixtisaslaşmış hərbi korpus. Bu hərbi birləşmə bir çox ölkədə dəniz qüvvələrinə bağlı olsa da, bəzi ölkələrdə o cümlədən, Troupes de marine (Fransız dəniz piyadaları) və Givati briqadası (İsrail dəniz piyadaları) quru qoşunlarına tabedir. ABŞ dəniz piyadaları korpusu isə ABŞ Silahlı Qüvvələrinin müstəqil qoludur.
Keçid piyadası (şahmat)
Keçid piyadası — Şahmat termini Qarşısında rəqibin maneə törədən piyadası olmayan piyada. == Debütdə tətbiqi == Rus görüşü (şahmat): 1.e4 e5 2. Af3 Af6 3.d4 ed 4.e5 Ke4 5. V:d4 d5 (diaqrama bax) 6.ed.
Mexanikləşdirilmiş Piyada
Mexanikləşdirilmiş piyada — zirehli transportyor və ya piyadanın döyüş maşını ilə təmin edilən piyada qoşunlarıdır. Motorlu piyadalardan fərqi odur ki, onların nəqliyyat vasitələri düşmən atəşinə qarşı zirehlidir.
Motorlu piyada
Motorlu piyada — daşınması motorlu nəqliyyat vasitələri ilə təmin olunan piyada qoşunlarıdır. “Çevik piyada” kimi də tanınırlar. Belə bölmələrdə yalnız piyada deyil, birliyin hər cür ləvazimatları da bu cür nəqliyyat vasitələri ilə daşınır. Motorlu piyadaların mexanikləşdirilmiş Piyada heyətindən fərqi nəqliyyat vasitələrinin zirehli olmaması və təkərli nəqliyyat vasitələrindən istifadə etmələridir. Motorlu piyada qüvvələrində istifadə olunan nəqliyyat vasitələri, daha güclü mühərrik, qalın və daha geniş təkər kimi cəhətləri ilə fərqlənən mülki nəqliyyat vasitələrinə bənzər modellərdir. Hərbi hissələrin bu şəkildə motorlu nəqliyyat vasitələri ilə təchiz edilməsi xüsusilə piyada qoşunları kimi elementlər üçün son dərəcə təsirli bir hərəkət təmin edir. Qoşunların cəbhəyə köçürülməsi, yerdəyişməsi, ehtiyat qoşunların lazımi cəbhələrə köçürülməsi motorlu nəqliyyat vasitələri ilə daha sürətli edilə bilər. Bundan əlavə, tədarükün daşınması sürətlənir. Bütün bu üstünlüklərinə baxmayaraq, belə bir motorlaşdırılmış hərbi birliklər münaqişələrdə bir üstünlük təmin etmirlər. Nəqliyyat vasitələrinin zirehsiz olması o deməkdir ki, hətta yüngül silahların da hücumlarına qarşı son dərəcədə həssasdırlar.
Piyada
Piyada — nəqliyyat vasitəsindən kənarda olan yol hərəkət sisteminin iştirakçısı. Piyada kimi əlil arabasında olan şəxs, velosiped, moped, motosikl, xizək sürənlər, uşaq və əlil arabası aparan şəxslər başa düşülür. Fars mənşəli olan piyada kəlməsi qədim türk dilində (Orxon abidələri) yadaq olaraq qeydə alınıbmış. Günümüzdə bəzi bölgələrdə (Dərbənd, Qazax, Ordubad, Borçalı) yayaq kəlməsindən piyada mənasında istifadə edilir. Yol hərəkət qaydalarında piyadaların da vəzifələri müəyyən edilir. Yol infrastrukturunda piyadaların hərəkəti üçün piyada yolları, piyada keçidləri, işıqforlar və yeraltı keçidlər nəzərdə tutulur.
Piyada (şahmat)
Piyada — Şahmat fiquru. Piyadalar ancaq qabağa hərəkət edə bilərlər: a) piyada yerləşdiyi xanadan başlayaraq şaquli xətt üzrə başlanğıcda bir və ya iki xana tullanmaqla hərəkət edir. Sonra onun xanadan-xanaya hərəkəti şaquli xətt üzrə edilir. Rəqib piyadasını vurarkən, o, diaqonal üzrə qarışıq xanaya keçir. b) şaquli xətt üzrə hərəkət edən hər hansı bir piyada taxtanın sonuna çatdıqdan sonra sonuncu gedişdə öz rəngindən olan və rəqibin vuraraq əldə etdiyi vəzirə, topa, filə və ya ata çevrilə bilər. Qoşalaşmış piyada (şahmat) Keçid piyadası (şahmat) Şah (şahmat) Vəzir (şahmat) Top (şahmat) Fil (şahmat) At (şahmat) Azər Zeynallı, Pərviz Əliyev, "Şahmat aləminə səyahət", Bakı, "İşıq", 1986, səh. 8.
Piyada gəzmək
Piyada gəzmək — Piyada gəzmək, yürüşə çıxmaq təkcə bədən üçün deyil, zehin üçün də faydalıdır. Yürüşə çıxarkən beynin ifraz etdiyi maddə qayğı və narahatlığı azaldır. Yaradıcılıq qabiliyyətinizi inkişaf etdirər. Müasir dövrdə sağlamlıq üçün ən böyük təhlükə oturaq həyat tərzidir. Xüsusilə idmanla məşğul olmağa vaxtı və həvəsi olmayanlar üçün piyada gəzmək həm sağlamlıq, həm də artıq çəkidən xilas olmaq baxımından çox faydalıdır. Sürətli və cəld gəzinti əzələləri möhkəmləndirir, bədən quruluşunu normal saxlayır, artıq çəkinin nisbətən azalmasına imkan yaradır. Piyada gəzmək ürək-damar sistemi üçün olduqca faydalıdır. Gəzinti zamanı qan dövranı yaxşılaşır, beyin və digər orqanlar oksigenlə daha yaxşı təchiz olunur, təmiz havada gəzmək əhvalın xoş olması, stress və gərginliyin aradan qaldırılması üçün əvəzsiz vasitədir. Gündəlik gəzinti, həmçinin insanı cavan və gümrah saxlayır, qocalma prosesini ləngidir, tənəffüs yollarını açır, həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, görmə qabiliyyətinə müsbət təsir edir. Hər gün bir neçə saat gəzmək orqanizmin immun sistemini gücləndirir, müqaviməti artırır və bu da xəstəliklərə qarşı mübarizədə ən səmərəli vasitələrdən biri sayılır.
Piyada keçidi
Piyada keçidi — piyadaların yolun və ya küçənin digər tərəfinə təhlükəsiz keçməsini təmin etmək üçün yolun üzəri ilə müəyyən edilmiş və ya yeraltı və yerüstü tikilmiş yer. Yol hərəkəti haqqına qanuna əsasən, piyada keçidi xüsusi yol nişanları ilə göstərilməlidir. Piyada keçidləri əsasən, ictimai nəqliyyat dayanacaqlarına yaxın, həmçinin, piyada axınının intensiv olduğu yerlərdə piyadaların hərəkətini tənzimləmək üçün qurulur. Qanunvericiliyə əsasən yolda istənilən hərəkətin təhlükəsizliyi yol-müfəttişi tərəfindən tənzimlənir. Yolun üzərində olan piyada keçidi (zebr) — yolun (və ya dəmiryolun), piyadaların keçidi üçün nəzərə alınmış hissəsi. Yol üzərində zolaqlarla çəkildiyi üçün zebr da adlandırılır. Nizamlanmayan piyada keçidi — ən sadə piyada keçididir. Belə keçidlərdə avtomobil və digər nəqliyyat vasitələrinin sürücüləri piyadalara yol verməlidir. Nizamlanmayan piyada keçidləri hərəkət intensivliyi nisbətən zəif olan yollarda (və ya küçələrdə) salınır. Bu cür keçidlər Azərbaycan Respublikası yol nişanlarına əsasən 5.16.1, 5.16.2 və 5.17.1, 5.17.2 "Piyada keçidi" nişanları ilə göstərilir.
Piyada əsgərlər
Piyada — Quru qoşunlarındakı əsas döyüş sinifidir. Müharibədə ən ön cəbhədə yer alan, lazım gəldikdə düşmən ordusu ilə qabaq-qabağa döyüşəcək əsgərlərdən formalaşdırılır. Piyadalar, timdən tabora qədər müstəqil birliklərin tərkibində xidmət edirlər. Piyadanın əsas silahı avtomatdır. Piyadanın müharibədə vəzifəsi: Atəş və manevrlər ilə düşmənə yaxınlaşmaq, onu əsir almaq, məhv etmək və ya atəş açaraq, yaxından döyüş və əks-hücum ilə düşmənin hücumunu dayandırmaq və düşməni geri çəkilməyə məcbur etməkdir. Bir bölgənin tam olaraq ələ keçirilməsi və nəzarət altında saxlanılması, ancaq piyada birliklərinin mövcudluğu ilə mümkündür. Piyadalar öz vəzifələrinə görə müxtəlif siniflərə bölünürlər: Piyada, Mexanikləşdirilmiş Piyada, Motorlu piyada, Komando, Sərhəd, Tank əleyhinə, Minaatan və Hava-Desant Qüvvələri olaraq müəyyənləşdirilmişdirlər.
Piyadalar
Piyadalar — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Piyadalar bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Piyadanın döyüş maşını
Piyadanın döyüş maşını (PDM) — zirehli döyüş maşınlarının bir növü olub, müharibə zamanı piyada qoşunun birbaşa döyüş zonasına təhlükəsiz çatdırılması və digər qoşun növlərinə atəş dəstəyi vermək məqsədilə yaradılmışdır. Bu texnikalar əsasən 20 və ya 40 mm-lik avtomatik top, köməkçi silah olaraq isə müxtəlif növ pulemyotla, həmçinin tank əleyhinə idarəolunan raketlə (TƏİR) təchiz olunur. PDM əsas döyüş tankına nisbətən daha yüngül silahlarla təchiz olunur. Ən ağır silahlanmış PDM-lər isə daha böyük kalibrli top və ya TƏİR-lə təchiz olunur.
Piyalə Paşa
Piyalə Paşa(d. 1515 - ö. 1578) — Qanuni Sultan Süleyman dövründə 14 il kapitanı dərya vəzifəsində olmuş və mühüm qələbələr qazanmış bir Osmanlı dövlət xadimi və dənizçisidir. Əslən xarvatdı. Atası sonradan müsəlman olaraq Əbdürrəhman adını almışdır. Mohaç müharibəsindən sonra Macarıstandan yığılan bir uşaq kimi kiçik yaşlarda Endurana gətirilib burada təhsil almışdır. 1547-ci ildə qapıçıbaşı olaraq saraydan çıxmışdır. Sonra Gelibolu bəylərbəyi olmuşdur. 1553-cü ildə aldığı bəylərbəylik ilə kapitanı dərya adı verilmiş və kapitanı dərya adını 1567-ci ilə qədər saxlamışdır. 1555-ci ilin yazında əmrində olan 60 gəmidən ibarət donanma ilə və Turqut Rəislə birlikdə Fransaya yardıma göndərilib.
Piyalə Paşa məscidi
Piyalə Paşa məscidi (osman. پیاله پاشا جامع Piyale Paşa Camii) və ya Tərsanə məscidi — Türkiyədə, İstanbul şəhərinin Bəyoğlu ilçəsinin Kasımpaşa məhəlləsində yerləşən XVI əsrə aid Osmanlı məscidi. Piyalə Paşa məscidi Osmanlı imperatoru memar Mimar Sinan tərəfindən vəzir və böyük admiral Piyalə Mehmed Paşa üçün dizayn edilmişdir. Məscid 1565-1573 -cü illərdə tikilmişdir. Böyük bir mərkəzi günbəzə malik olan Sinan tərəfindən hazırlanmış digər məscidlərdən fərqli olaraq, Piyalə Paşa məscidi hər birinin diametri təxminən 9 metr (30 ft) olan, üç sırada düzülmüş altı eyni günbəz ilə inşa edilmişdir. Məscid Vasat Atik Əli Paşa məscidi ilə birlikdə İstanbuldakı iki çoxqübbəli məsciddən biridir. Qübbələr namaz qılınan yerin mərkəzindəki bir cüt nazik qranit sütunla dəstəklənir. Minarə qiblənin əksi istiqamətindəki divarın ortasında yerləşir. Minarə 19-cu əsrin ortalarında yenidən qurulmuşdur. Məscidin üç daxili divarı üzərində kobalt-mavi fon üzərində yazılmış ağ süls skriptində yazılar olan bir sıra İznik saxsısı ilə örtülmüşdür.
Piyalə və ox
Piyalə və ox — Novruz bayramı ve digər el şənliklərində təşkil edilmiş atüstü oyun. Orta əsrlərdə geniş yayılmış bu oyun klassik ədəbiyyatımızın nümunələrindən də bəllidir. Melumata görə, oyunda bir neçə nəfər iştirak edirmiş. Meydanın ortasında basdırılmış hündür dirəyin başına içi sikkə ile dolu piyalə qoyulur. Süvarilər hər dəfə çaparaq dirəyin yanından keçərkən, eyni yerdə yana çevrilib ox atırdılar. Oxlar qıjıltı ile piyalənin yanından ötüb-keçir. Serrast nişan alıb bu qiymətli mükafatı vurub salan qalıb sayılır ve piyalədən tökülən sikkələr ona çatır.
Piyazbaşı
Piyazbaşı dağı — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində dağ. Hündürlüyü 2612,9 metrdir. Zəngəzur silsiləsinin cənub-qərb yamacında – suayırıcısındakı Yağlıdərə yüksəkliyindən (hünd. 3825,9 m) cənub-qərbə ayrılan Girdəni qolunda zirvədir. Düylünçayla Qaplançayın suayrıcında, Rumus kəndindən 2,75 km cənub-şərqdədir. Hündürlüyü 2612 m-dir. Günbəzvarı formadadır. Düylünçayla Vənəndçayın suayırıcısında, Anaqut kəndindən 2 km-dək qərbdədir. İqankitçayın mənbə hissəsində, Urmis kəndindən 3 km-dək cənubdadır. Alt Eosenin İpr mərtəbəsinin yuxarı hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur, cənub və şimal yamacları sıldırımlı günbəzvari yüksəklikdir.
Piyazbaşı dağı
Piyazbaşı dağı — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində dağ. Hündürlüyü 2612,9 metrdir. Zəngəzur silsiləsinin cənub-qərb yamacında – suayırıcısındakı Yağlıdərə yüksəkliyindən (hünd. 3825,9 m) cənub-qərbə ayrılan Girdəni qolunda zirvədir. Düylünçayla Qaplançayın suayrıcında, Rumus kəndindən 2,75 km cənub-şərqdədir. Hündürlüyü 2612 m-dir. Günbəzvarı formadadır. Düylünçayla Vənəndçayın suayırıcısında, Anaqut kəndindən 2 km-dək qərbdədir. İqankitçayın mənbə hissəsində, Urmis kəndindən 3 km-dək cənubdadır. Alt Eosenin İpr mərtəbəsinin yuxarı hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur, cənub və şimal yamacları sıldırımlı günbəzvari yüksəklikdir.
Qoşalaşmış piyada (şahmat)
Qoşalaşmış piyada — Şahmat termini Bir tərəfin iki (üç) piyadasının bir şaquli xətt üzərində dayandığı piyadalar.
Qışlaq-i Piyazi (Azərşəhr)
Qışlaq-i Piyazi (fars. قشلاق پيازي‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 732 nəfər yaşayır (179 ailə).
1-ci piyada diviziyası (ABŞ)
1-ci piyada diviziyası (ing. 1st Infantry Division) — ABŞ ordusunun 1917-ci ildən mövcud olan taktiki birləşməsi. Birinci Dünya müharibəsindən bəri davamlı xidmətdə olmuşdur. Bu, ABŞ ordusunun müasir personal bölmələrinin ən köhnəsidir. 1-ci piyada diviziyasının bölmələrinin qeyri-rəsmi adı " "Böyük Qırmızı Birlik"dir (Big Red One). == Mədəniyyətdə == "Böyük qırmızı birlik" (1980) bədii filmi diviziyanın İkinci Dünya müharibəsində iştirakına həsr olunmuşdur. "Call of Duty: Finest Hour" (2004) kompüter oyununda 1-ci Piyada Diviziyasından bir heyət bir neçə missiyada iştirak edir. "Call of Duty 2: Big Red One" (2005) və "Call of Duty: WWII" (2017) oyunları tamamilə diviziyanın İkinci Dünya müharibəsində iştirakına həsr olunmuşdur.
Piyada tankı
Piyada tankı ideyası Böyük Britaniya tərəfindən İkinci Dünya müharibəsi zamanı ortaya atılmış olan bir termindir. Bu tanklar süvari tanklarından daha qalın zirehlərlə örtülməsi ilə fərqlənirdilər. Bu formada da arxadan gələn piyada birliklərinin müdafiəsini təmin edərək, güclü müdafiə olunan düşmən xətlərini yarmaqda istifadə edilmək üçün nəzərdə tutulmuşdurlar. Piyada tankları cəbhədə cığır açandan sonra daha yüngül və sürətli süvari tankları sürətlə düşmənin arxasına düşməli, cəbhənin arxasındakı düşmənin rabitə və təchizat yollarını kəsməli idi. Ənənəvi hərbi terminologiyada piyada tankları mahiyyətcə ağır tanklar, süvari tankları isə orta tanklar, yüngül tanklar və yaxud da zirehli maşınlar hesab olunurlar. Piyada və süvari tankları arasındakı parçalanma Birinci Dünya müharibəsi zamanı Britaniyanın ağır tankları ilə sürətli Whippet Medium Mark A və onun varisləri, Medium Mark B (tank) və Medium Mark C (tank) arasında baş vermişdir. Bu, xüsusilə müharibələrarası dövrdə Percy Hobart və Basil Liddell Hart tərəfindən irəli sürülən bir düşüncə tərzidir. Piyada tanklarından əvvəl hazırlanmış olan piyada birliklərinə dəstək verməsi lazım olan tankların yüngül zirehlərinə görə sürətləri də çox idi və bu da öz növbəsində bu tankların düşmən atəşindən qaçmaq üçün sürətlə hərəkət etmələrinə və beləliklə də arxada qalan piyada birliklərinin üzə çıxmasına səbəb olurdu. Hazırlanmış ilk ümumi təyinatlı piyada tank dizaynları Mark I "Matilda" və Mark II "Matilda" tankları idilər. U tanklarında isə pulemyotlar və 2 pounder tank əleyhinə silahlar mövcud idi.
Piyanqotəpə qətliamı
Piyanqotəpə qətliamı — 16 may 1979-cu ildə Türkiyədə baş vermiş kütləvi qətl hadisəsi. Hadisə nəticəsində 7 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır. Ankaranın Piyanqotəpə ərazisində sağçı hərbçilər tərəfindən əsasən solçuların getdiyi qəhvəxanaya basqın edilmişdir. Müttəhimlərdən Əli Bülənd Orxan 12 sentyabr çevrilişindən sonra edam olunmuşdur. 16 may 1979-cu ildə Keçiörən rayonunun Piyanqotəpə məhəlləsində yerləşən Rafiq Saydam küçəsində sağçılar Əli Bülənd Orxan, Nurullah Ağdoğan, Ərol Türkmən və Həsən tərəfindən dağıdılmışdır. Silahlılar kafedəkilərdən yerə uzanmağı tələb etmişdilər. Həmin vaxt qəhvəxanada 20 nəfər buna əməl etmişdir. Hücum edənlər yerdə yatan insanlara təsadüfi atəş açmışdılar. Həlak olanlar Hüsaməddin Qurban, Tuncay Sarıqaya, Mızrap Əli Daşkın, Ərdoğan Doğan, Müslüm Doğan, Mehmet Turan və Əhməd Turandır. 2 nəfər ağır yaralanmışdır.