Liviyada vətəndaş müharibəsi (2011)
Liviya vətəndaş müharibəsi — 1969-cu ildən hakimiyyətdə olan Müəmmər Qəddafi və Ərəb Liqası, Avropa Birliyi, NATO və digər beynəlxalq təşkilatlar və dövlətlər tərfindən dəstəklənən Liviya Milli Keçid Şurası arasında baş vermiş hərbi münaqişə.
== Tarixi ==
Münaqişə 2011-ci ilin fevral ayında вaş vermiş çıxışlar nəticəsində başladı. Bu çıxışlar Tunis və Misirdə yerli hakimiyyətlərin devrilməsilə nəticələnən tədbirlər səbəbilə başladı və qısa müddət ərzində vətəndaş müharibəsinə çevrildi. Qəddafinin əleyhdarları ölkənin şərqindəki bir sıra şəhərləri ələ keçirərək, Liviya qoşunları o cümlədədn də Afrikanın digər ölkələri, Çad Qvineya, Nigeriya, Kot-d'İvuardan olan muzdlularla amansız çarpışmalara girişdilər.}} Martın 5-də üsyançılar Liviya Milli Keçid Şurasının yaradıldığını və onun ölkədə legitim olan yeganə hakimiyyət mənbəyi olduğunu elan etdilər.
Beynəlxalq ictimaiyyət bir neçə ölkəni çıxmaq şərti ilə Qəddafi və ona sadiq qoşunların hərəkətlərini tənqid etmişdi. Beynəlxalq Cinayətlərə dair Məhkəmənin rəyinə əsasən, Qəddafi bəşəriyyətə qarşı cinayət törətməkdə ittiham edilə bilərdi. 2011-ci ilin fevralın 26-da BMT Təhlükəsizlik Şurası Qəddafi və ona sadiq insanlara qarşı olan 1970 saylı qətnamə qəbul etdi. Daha sonra martın 18-də qəbul edilmiş 1973 saylı qətnamə ilə Liviya üzərində uçuşsuz bölgə yaradılır və silahsız xalqın müdafiəsi üçün "beynəlxalq işqal güclərinin hansısa formada istınilən Liviya ərazisində mövcudluğu" istisna olmaqla, istənilən addıma yol verdirdi. Bundan sonra, Qəddafi qüvvələrinin nəzarət etdiyi obyektlər bombalamalara məruz qalmışdı.
Beynəlxalq qüvvələrin işə qarışması müharibənin gedişini dəyişdirdi.