Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pinus pinea
Aralıq dənizi ölkələri, Balkan , Asiya, Cənubi Amerika, Çin və Çili də təbii halda bitir. Hündürlüyü 30 m-ə, gövdəsinin diametri 100 sm-ə qədər olan, enli, oval şəkilli və ya kürəvi çətirli ağacdır. Gövdəsinin qabığı qırmızımtıldır, tumurcuqları qatranlı deyil, iynəyarpaqları tünd-yaşıl, 10-15 sm uzunluqdadır. Alt yarpaqları yumurtavarı-neştərvarıdır, təpələri saçaqlı-kirpiklidir. Erkək qozaları çoxdur, xırdadır, silindrovan-uzunsov, sıx, yoğun sünbüllər əmələ gətirir. Qozaları tək-tək və ya iki-üçü bir yerdə yerləşir. Qozaların yoğun və kifayət qədər uzun ayaqcıqları var, onlar kürə şəkilli və ya oval şəkilli-kürəvi olub, dik dayanmışdır. Uzunluğu 8-9 sm, eni 6-8 sm, qalxancıqları qalın, bucaqlıdır, piramidal şişdir, işıqda parıldayır, az nəzərə çarpan, zəif görünən, köndələn, tili və bir neçə çıxıntısı vardır. Toxumları iri, uzunsov-tərs, yumurtavarı, bucaqlıdır, üzərində qalın, tünd-qonur, qırmızı rəngli, 18–20 mm uzunluqda pərdəciyi vardır, qanadlı və ya qanadsızdır. Azərbaycan da Abşeron, Zaqatala, Kür-Araz ovalığında, Şəmkir və Lənkəran da rast gəlinir.
Panay
Panay (taqal Panay) — Filippinin orta ölçülü adasıdır. Neqros adasından Himaras boğazı ilə ayrılır. Şimaldan Visayan dənizi və Sibuyan dənizi, cənubdan isə Sulu dənizi onun sahillərini yuyur. Sahəsi — 12 011,1 km², Əhalisi — 4 031 636 nəfər təmkil edir. Ada dağlıqdır və ən hündür nöqtəsi Nanqtud vulkanıdır (2049 m). Qərbi əsasən dağ silsilələri, şərqi isə təpəlik, mərkəzi isə sabit hüdürlüyə malikdir. Ən iri çayı Panaydır. İqlimi subekvatorial, mussondur. Qərb hissədə illik yağıntının miqdarı 3000 mm təşkil etdiyi halda şərq çox quraqdır. Talalar şəklində savannalara rast gəlinir.
Panno
Panno (fr. panneau, lat. pannus sözündən — "parça") — divarın və ya tavanın (plafon) tam və ya qismən örtülməsi üçün nəzərdə tutulmuş dekorativ xarakterli rəsm əsəri, yaxud barelyef, yonma, yapma və ya keramik kompozisiya. Bayır divarlarda freska texnikası ilə rəngli plitələrdən hazırlanmış pannoları bəzən mural adlandırırlar.
Piano
Pianino (it. Piano — sakit) — simli və klavişli çalğı aləti. Pianinoda səsləri kiçik çəkiciklər zərbə ilə tellərə dəyərək yaradırlar. Onlara qüvvə dəstəkləri basmaqla xüsusi mexanzimin köməyi ilə ötürülür. Çəkic tellərə dəyməmişdən öncə, tellər dempferdən ayrılırlar ki, yaxşı səs çıxara bilsinlər. Dəstəklər pianinonun qabaq hissəsində bir lövhənin üzərində yerləşdirilirlər. Pianino iki formada mövcuddur: Royal Fortepiano Royalda tellər, titrəyidicilər və dayaqlar döşəməyə nisbətən paralel yerləşir. Pianinoda isə onlar şaquli istiqamətdə olurlar. Buna baxmayaraq, onların təşkilediciləri eynidir.
Pifey
Pifey (yunanca Πυθέας. təq. e.ə. 359 – təq. e.ə. 289) — qədim yunan taciri, səyyahı və coğrafiyaşünası. Əslən Massaliya (müasir Marsel şəhəri) koloniyasından idi. Pifey 60 dərəcə şimal enliyindən yuxarı qalxmış və adı bizə məlum olan yeganə qədim səyyahdır. Pifey öz səyahətini “Okean haqqında” kitabında təsvir etmişdir. Bu kitab dövrümüzədək gəlib çatmasa da, Strabon, Ptolomey, Siciliyalı Diodor, Böyük Plini, Tasit və başqa qədim müəlliflər ona istinad etmişlər.
Pinanq
Pinanq — Malakka boğazı ilə Malayziya yarımadasının şimal-qərb sahillərində yerləşən Malayziya ştatıdır. Pinanq ştatı cənubdan Perak, şimal və şərqdən Kedah ştatı ilə həmsərhəddir. Ştat Pinanq adasından və Malay yarımadasında yerləşən Seberanq Perai daxili rayonu olmaqla iki hissədən ibarətdir. Yüksək urbanizasiya və sənayeləşməyə görə Pinanq ölkənin ən çox inkişaf etmiş və iqtisadi cəhətdən vacib ştatlarından biri sayılır. Pinanq həmçinin ölkənin əsas turizm bölgəsidir. Pinanq Selanqor ştatı və Kuala-Lumpur federal ərazisindən sonra Malayziyada üçüncü ən yüksək İnsan İnkişafı İndeksinə malikdir. Ştatın heterogen əhalisi etnik mənsubiyyətinə, mədəniyyətinə, dilinə və dininə görə rəngarəngdir.
Pinin
Pinyin (pīnyīn) — çin yazısının ən çox istifadə olunan latın transkripsiyası sistemi. 1958-ci ildə qəbul edilmişdir, 1979-cu ildən isə bütün dünyada Çin yer və şəxs adlarının rəsmi latın transkripsiyası kimi istifadə olunur. Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən bəyənilmişdir. Pinyində V hərfindən başqa bütün latın hərfləri, hətta Ü hərfi belə işlədilir.
Pinsk
Pinsk (belar. Пінск) — Belarusda şəhər. Brest vilayətində yerləşən bu şəhər Pinsk rayonunun inzibati mərkəzidir. 1 yanvar 2017-ci il tarixinə olan məlumata əsasən şəhər əhalisinin sayı 138,045 nəfərdir. Pinsk Polesiya ərazisinin tarixi və mədəni mərkəzlərindən biri hesab olunur.
Pinus
Şam ağacı (lat. Pinus) — şamkimilər fəsiləsinə aid bitki cinsi. Şam ağacının 115 növü məlumdur. Şam ağacının iynəyarpaqlarından diş ağrısının müalicəsində istifadə olunur. Ağızı iynəyarpaq həlimi və sirkə ilə yaxalamaq uğurlu nəticə verir. İynəyarpaq buxarı ilə inhalyasiya etmək aborta kömək edir və aybaşının başlanmasına təkan verir. İynəyarpağın tüstüsü qaş və kipriklərin tökülməsində, gözdən yaş gəldikdə və zəif görmədə kömək edir. Şamağacı tumurcuğunun həlimi öskürəyə qarşı vasitədir. İynəyarpağından böyrək xəstəliklərinə qarşı preparatlar və vanna üçün şamağacı ekstraktı hazırlanır. İynəyarpaq-karotin pastası yaraların müalicəsində işlənir.
Pirey
Pirey (yun. Πειραιάς Pireás, q.yun. Πειραιεύς Peiraieus) Yunanıstanda Attika coğrafi regionuna bağlı bir liman kəndidir. Pirey Afina şəhərinin mərkəzindən 12 km məsafədə, dəniz sahilində yerləşir. 2001 əhali statistikalarına görə Pireyin əhalisi 175.697 nəfərdir. Pirey Yunanistanın üçüncü böyük və Afinadan sonra Attika ərazisinin ikinci böyük bələdiyyəsinə sahibdir.
Piank
Piank — Azərbaycan Respublikası ərazisində olmuş qədim tarixi toponim, Qafqaz Albaniyası və Böyük Ermənistanın tərkibində olmuş tarixi Arsak vilayətinin on iki əyalətindən (havar) biri. Arsak vilayətinin mərkəzində yerləşən Piank havarı əsasən dağlıq relyefə malik idi. Havar, şimal-qərbdə Arsak bilayətinin Mets-İrank havarı, şimal-şərqdə Utik vilayətinin Aranrot havarı, cənub-şərqdə Arsak vilayətinin Muxank havarı, cənub-qərbdə isə Arsak vilayətinin Harçlank havarı ilə sərhədlənirdi. Piank havarının cənub-şərq sərhəddi boyunca Qarqarçay axırdı.
İnna
İnna — qadın şəxs adı. İnna Rıskal — karyerasını başa vurmuş Azərbaycan voleybolçusu. İnna Çurikova — Rusiya aktrisası. İnna (müğənni) — Rumıniyalı müğənni.
Böyük Pliniy
Böyük Plini (lat. Plinius Maior); əsl adı Qay Plini Sekund (lat. Gaius Plinius Secundus; ən tezi 23 və ən geci 24[…] – 79[…], Stabie[d], İtaliya[d], Roma imperiyası[…]) — Qədim Roma yazıçısı və filosofu. Bir çox yüzilliklər ərzində "Təbiət tarixi" (lat. Naturalis Historia) əsəri avropalıların maddi aləm haqqında aldıqları biliklərin ən mühüm mənbəyi olmuşdur. Əsər 36 kitabdan ibarətdir. Burada Plini kainatın Roma və yunan filosoflarının təssəvvür etdiyi formadakı təsvirini verirdi. Kainatı özünün gördüyü kimi təsvir edirdi. Onun birinci kitabına astronomik və fiziki müşahidələrə dair məlumatlar var idi. Növbəti 4 kitab isə coğrafiyaya aid idi.
Ceserik Pinto
Ceserik Pinto (d. 21 mart 1990) — Venesuelalı üzgüçü. Ceserik Pinto Venesuelanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. Ceserik Pinto birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 50 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 29.50 saniyəlik nəticəsi ilə 63 üzgüçü arasında 40-cı oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Cinni Uizli
Cinni Cinevra Molli Uizli (ing. Ginny Ginevra Molly Weasley 11 avqust 1981) C. K. Roulinq-in Harri Potter roman seriyasındakı uydurma personajdır. Cinni Harri Potter və Fəlsəfə Daşı kitabında Uizli ailəsinin yeganə qızı kimi təqdim edilir. O, Harrinin əsas sevgisinə çevrilir və serialın sonunda onunla evlənir. Cinni Uizli 11 avqust 1981-ci ildə anadan olmuş saf qanlı cadugərdir, Artur və Molli Uizlinin yeddinci övladı və yeganə qızıdır.O, Hoqvarts Cadu və Sehrbazlıq Məktəbində ailəsinin qalan üzvləri kimi Qriffindor fakültəsində oxuyub. Serialın gedişatında Cinni özünü müstəqil və bacarıqlı kimi göstərən, Qaranlıq İncəsənətə qarşı döyüş zamanı birdən çox dəfə Harri ilə birlikdə döyüşən güclü cadugər olur. "The Leaky Cauldron" və "Mugglenet"-ə verdiyi birgə müsahibədə Roulinq Cinni və Harrinin "bir yerə gəlib sonra ayrılacaqlarını" "həmişə bildiyini" açıqladı.Müəllif izah etdi ki, serial irəlilədikcə Harri və bununla da oxucu Cinninin əslində Harri üçün ideal qız olduğunu kəşf edir. Roulinq, Harrinin "Harri Potter onunla birlikdə olmağın tələblərinə dözə bilən biri ilə birlikdə olmalıdır, çünki o, bir çox cəhətdən qorxulu bir sevgilidir" dedi.Serialın sonrakı hissəsində Cinni və Harri "tam bərabərdirlər" və "bir-birinə layiqdirlər". Müəllif, həmçinin hər iki personajın keçdiyi "böyük emosional səyahət"i yazmaqdan həzz aldığını və bir personaj kimi Cinni çox bəyəndiyini də qeyd edib. Cinni ilk dəfə Harri Potter və Fəlsəfə Daşı filmində Harri Kinqs Kross stansiyasında Uizli ailəsi ilə qarşılaşdıqda və onlar ona Platforma 9¾-ə çatmağa kömək edəndə görünür.
Donny montell
Donatas Montvidas (lit. Donatas Montvydas; d. 22 oktyabr 1987, Vilnüs, Litva) və ya səhnə adı ilə Donni Montell — Litva müğənnisi və bəstəkarı. Litvanı Bakıda keçirilən 2012 Avroviziya Mahnı Müsabiqəsində "Love is Blind" mahnısı ilə təmsil etmiş və finalda ölkəyə 70 xalla 14-cü yeri qazandırmışdır. Donni Montell Litvanı bir daha İsveçin paytaxtı Stokholmda keçirilən 2016 Avroviziya Mahnı Müsabiqəsində "I've Been Waiting for This Night" mahnısı ilə təmsil etmiş və ölkəsinə final mərhələsində topladığı 20 xalla 9-cu yeri qazandırmışdır. Donatas Montvidas Litvanın Vilnüs şəhərində anadan olmuşdur. Onun anası gimnast, atası isə "Plackartas" rok qrupunda təbilçi olaraq fəaliyyət göstərmişdir. Montvidasın böyük bacısı peşəkar rəqqasədir. Montvidas uşaq yaşlarından musiqiyə maraq göstərmişdir. O, altı yaşında ikən vokal müəllimi Donatası azyaşlı musiqiçilərin yarışması olan “Dainc dainelė” (“Mahnıların mahnısı”) yarışmasına göndərmişdir.
Dərman pionu
Dərman pionu (lat. Paeonia officinalis) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin pionkimilər fəsiləsinin pion cinsinə aid bitki növü.
Enrike Pinti
Enrike Pinti (isp. Enrique Pinti ; 7 oktyabr 1939 – 27 mart 2022, Buenos-Ayres) — Argentina aktyoru və komediyaçı.
Fanny Cadeo
Fanni Kadeo (it. Fanny Cadeo) — məşhur italyan müğənnisi, aparıcısı, aktrisası və modelidir.
Karl Linney
Karl Linney (isveç Carl von Linné, lat. Carolus Linnaeus; 23 may 1707[…], Roshult[d] – 10 yanvar 1778[…]) — canlı orqanizmlərin təsnifləşdirilməsinin əsasını qoymuş məşhur İsveçli həkim, naturalist və fizik. 1739-cu ildən İsveç Kral Elmlər Akademiyasının üzvü, onun yaradıcılarından biri, 1762-ci ildən Paris Elmlər Akademiyasının və bir sıra digər elmi cəmiyyətlərin və akademiyaların üzvü olmuşdur. Əli Hüseynov, Məcnun Babayev. "Məşhur biologiya alimləri", Bakı, "Maarif", 2002. səh.6.
Korreya Pinto
Korreya Pinto (port. Correia Pinto) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2008-ci il məlumatlarına əsasən bələdiyyənin əhalisi 14838 nəfərdir. Ərazisi 651,614 кm²-dir. Əhalinin sıxlığı 26,1 nəfər/кm²-dir. Bələdiyyə 10 may 1982-ci ildə yaradılmışdır.
Minoy sivilizasiyası
Minoy sivilizasiyası — Krit adasında qədim sivilizasiya. Minoy mədəniyyətinin çiçəklənməsi e.ə. XVI əsr və XV əsrin birinci yarısına təsadüf edir. Krit mədəniyyətinin (yaxud da Minoy mədəniyyətinin) yaranması Kritin əfsanəvi hökmdarı Minosun adı ilə bağlıdır və e.ə. III-I minilliklərə təsadüf edir. İngilis arxeoloq Artur Evans 1899-cu ildə “Minos”u axtarmağa başladı. Evans yunan adası Kritdə qazıntı işlərinə başladı, əfsanəyə görə Minos adlı hökmdarın idarə etdiyi qüdrətli imperiyanın paytaxtı Knos Krit adasında yerləşirdi. Evans tezliklə Henrix Şlimanın (Mikena mədəniyyətini aşkarlayan arxeoloq) tapdığı qalıqlardan daha zəngin və daha gözəl xarabalıqlar aşkarladı. Evansın apardığı qazıntı işlərinin Şlimandan sonra həyata keçirlməsinə baxmayaraq, onun Knosda aşkarladığı sivilizasiya Şlimanın aşkarladığı yunan sivilizasiyasından daha qədim idi. Bu nailiyyəti Evansa cəngavərlik titulu qazandırdı.
Mlokoseviç pionu
Mlokoseviç pionu (lat. Paeonia mlokosewitschii) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin pionkimilər fəsiləsinin pion cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir — VU D2. Qafqazın endemik növüdür. Çoxillik ot bitkisidir. Gövdəsi 1 m hündürlüyündə, düz, budaqlanandır. Yarpaqlar ikiqat-üçlü, uzun saplaqlı, uzunsov–yumurtavari və ya uzununa ellipsi formalıdır, hər iki kənardan daralmış hissəli, 6-12 sm uzunluğunda, üstdən göyümtüldür. Çiçəkləri solğun–sarı və ya sarıdır. Ləçəkləri 4-6 sm uzunluğunda olur. Yarpaqcıq 2-5 sm uzunluqda, 1-1,5 sm enində, sıx sarımtıl tüklərlə örtülmüş, qövsvari çevrilmişdir.
Penni Mordont
Penelope Meri Mordont (ing. Penelope Mary Mordaunt; 4 mart 1973, Torki, Devon qraflığı) — Böyük Britaniyanın siyasi və dövlət xadimi. 15 sentyabr 2021-ci ildən Böyük Britaniyanın ticarət siyasəti üzrə dövlət naziri. Əvvəlllər Böyük Britaniyanın ilk qadın müdafiə naziri olub (1 may — 24 iyul 2019-cu il). Penni Mordont 4 mart 1973-cü ildə Devon krallığının Torki şəhərində anadan olub.[daha etibarlı mənbəyə ehtiyac var]. O bildirir ki, o atası desantçı olduğuna görə ona Arethusa HMS sinifli Penelope adlı kreyserin adı verilib . Atası Con Mordont, Hilsi kazarmalarında anadan olub, desant polkunda qulluq edib, sonra müəllim ixtisasına keçib, sonda isə Hempşir şurasında gənclər üzrə işçi kimi çalışıb. Anası Cennifer ( qızlıq soyadı Snouden), Purbrukun bir neçə məktəbində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəllim kimi çalışıb. Ana xətti ilə o ilk leyborist xəzinədarlıq kansleri Filip Snoudenin qohunudur, aktrisa Anjela Lensberi onun nənəsinin əmisi qızıdır, beləlikə o leyboristlərin keçmiş lideri Cor Lensberinin uşaq qohumudur. Prnninin iki qardaşı var : ekiz qardaşı Ceyms və kiçik qardaşı Edvard.
Taylor Kinney
Teylor Cekson Kinni (ing. Taylor Kinney. d. 15 iyul 1981), Amerikalı aktyor və model. The Vampire Diaries, Zero Dark Thirty, Chicago Fire və Chicago PD kimi filmlərdə aldığı rollar ilə məşhurdur. Kinney, İyul 2011-ci ildə bəri müğənni Lady Gaga ilə birlikdədir. İkili, Gaganın "You and I" mahnısının klip çəkilişində tanış oldu və qısa müddət sonra əlaqələri başladı. Fevral 2015-ci ildə nişanlandılar.