Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pişikli (Bostanabad)
Pişikli (fars. پشيكلو‎‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 353 nəfər yaşayır (57 ailə).
Cibikli
Aşağı Cibikli
Kiçikli
Kiçikli — Azərbaycan Respublikasının Ağdam rayonunun Üçoğlan kənd inzibati ərazi dairəsində kənd.
Pirili
Pirili (Ağstafa) — Azərbaycanın Ağstafa rayonunda kənd. Pirili (Kürdəmir) — Azərbaycanın Kürdəmir rayonunda kənd.
İpəkli
Hacı Elyaz, İpəkli, Masis sovxozu — İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 7 km şimal-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Hacı İlyas formasında, Qafqazın 5 verstlik xəritəsində Hacı Eylyaz formasında qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı Hacı Eylaz, Eylas formalarında qeyd edilir. Kəndin adı xalq arasında Hacı Elləz formasında işlədilirdi. Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı dəyişdirilib İpəkli qoyulmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4.IV.1946-cı il fərmanı ilə yenidən dəyişdirilib «Masis sovxozu» qəsəbəsi adlandırılmışdır.
Aşağı Cibikli
Aşağı Cibikli — Azərbaycan Respublikasının Qubadlı rayonunun Aşağı Cibikli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildən Ermənistan Respublikası Silahlı Qüvvələrinin işğalı altındadır. Aşağı Cibikli kəndinin qədim adı Kosa Kərəm olub. XIX əsrdə yaxınlıqda yerləşən Cibikli kənd sakinlərinin bir hissəsi burada məskunlaşandan sonra kənd Aşağı Cibikli adını alıb. Kəndin adını Cibilli kimi yazanlar da var. Cibikli türkdilli tayfalardandır. "Cib" ərəbcə "dağ", "təbiət" deməkdir. Mənbələrdə XV əsrdə bu ərazidə Cibikli (Cibiklu) adlı qədim türk tayfasının yaşaması məlumdur. Kənd öz adını həmin tayfanın adından almışdır. 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir == Toponimikası == Aşağı Cibikli kəndi Kosakərəm (Bərgüşad çayının qolu) çayının sahilindədir.
Kiprikli zəngçiçəyi
Kiprikli zəngçiçəyi - (lat. Campanula ciliata) == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Kökümsovu şaquli, yoğundur. Gövdəsi 7-15 sm hündürlükdə, düz, birçiçəklidir. Kökyanı yarpaqları sıx rozet əmələ gətirirlər, demək olar ki, oturaq, xəttvari-lansetvari və ya uzunsovlansetvari, qıraqları vəzivari dişcikli və arxaya burulmuş kirpikli, hər iki tərəfdən çılpaqdır. Gövdə yarpaqları nisbətən kiçik, dar xəttvari, qıraqları kirpiklidir. Kasacığı çılpaq, dişcikləri ağkirpikli, xəttvari-lansetvari və ya xəttvaridir. Tacı mavi, tərs konusvari və ya zınqırovvari, çılpaq, bəzən damarlar boyu kirpiklidir. == Yayılması == BQ Quba sahəsinin rayonlarında subalp və alp qurşaqlarında yayılmışdır. Qayaların üstündə, töküntü torpaqlarda, yüksək dağ çəmənlərində bitir.
Kirpikli acılıq
İran da, Orta Asiya da təbii halda bitir. Hündürlüyü 5 m-ə qədər olan, saemaşan gövdəli və lifli, boz qabıqlı, qol-budaqlı kol bitkisidir. Budaqcıqları dəstəli, sarımtıl, göyümtül-yaşıl olub, uzundur. Yarpaqlarının 2-4-ü bir yerdədir, xətvarı, ucu sivriləşmişdir, uzunluğu 30 mm-ə, eni isə 1 mm-ə qədərdir, qaidəsində zər pərdəcikli qın əmələ gəlmişdir. Tozcuq sünbüllərinin bir neçəsi bir yerdə olub, yumurtavarıdır. Çiçəkləri ikicinsli və bəzən bircinslidir. Erkək çiçəkləri təkdir və ya 2-4 ədəd olmaqla qısa dəstələrdə yığılmışdır. Dişi çiçəkləri tək və ya təbəqə şəklində 2-3 ədədi bir yerdə yerləşir. Erkəkcik yarpağı ümumi qələmşəkilli bünövrədə yerləşir. Ləpəyarpaqları təkdir, toxumun qabığından çıxır.
Kirpikli infuzorlar
Kirpikli infuzorlar (lat. Oligohymenophorea) İbtidailərin infuzorlar tipinə aid sinif. Bu sinfə daxil olan nümayəndələrin bədəni xaricdən çoxlu sayda kirpikİərlə örtülmüşdür. Bədəndə, 2 cür nüvə vardır. Çoxalma qeyri-cinsi və cinsi yolla baş verir. Tənəffüs bədən səthi ilə tənzim olunur. Həzm və ifrazat sistemi həzm qovuqcuqlarından, iki ədəd yığılıb-açılan qovuqcuqdan və tullantı dəliyindən ibarətdir. Sərbəst yaşayan və parazit nümayəndələri vardır.
Kirpikli qurdlar
Kirpikli qurdlar (lat. Turbellaria) — heyvanlar aləminin yastı qurdlar tipinə aid heyvan sinfi. Bu sinfin nümayəndələri adətən sərbəst yaşayan yırtıcı formalardır, nadir hallarda parazit və quruda yaşayanlarına rast gəlinir. Dəri örtüyü çox sayda vəzilərlə təchiz olunmuş kirpikli və ya qamçılı epitelidən ibarətdir. Parazit növlərdən fərqli olaraq, turbellarilərin ixtisaslaşmış xüsusi fiksasiya orqanı və mürəkkəb həyat tsikli yoxdur. Kirpikli qurdların 3500 növü məlumdur. Onların çoxu dənizlərdə və şirinsularda, az hissəsi isə quru üzərində nəm yerlərdə, torpaqda rast gəlir, nadir hallarda ektoparazitlik edən formaları mövcuddur. Kirpikli yastı qurdların əsasən də planarilərın bədəni yastılanmış oval və ya uzunsov formadadır. Bədənin ön ucunda hiss orqanları – gözlər, statosist, qoxu (iybilmə) çuxurları yerləşir. Müxtəlif növlərdə bədən ölçüləri müxtəlifdir, yəni həm mikroskopik, həm də 30-40 sm uzunluğa malik olan formalara rast gəlinir.
Pisiyli ilankölgəsi
Pisiyli ilankölgəsi (lat. Ferula foetida) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin i̇lankölgəsi cinsinə aid bitki növü.
Pisiyli klerodendrum
Pisiyli klerodendrum (lat. Clerodendrum foetidum) - klerodendrum cinsinə aid bitki növü.
Pisiyli pederiya
Pisiyli pederiya (lat. Paederia foetida) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin pederiya cinsinə aid bitki növü.
Pisiyli qaraqaytaran
Pisiyli qaraqaytaran (lat. Thalictrum foetidum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin qaraqaytaran cinsinə aid bitki növü.
Pisiyli qonaqotu
Pisiyli qonaqotu (lat. Passiflora foetida) - qonaqotu cinsinə aid bitki növü. == Sinonim == Decaloba obscura (Lindl.) M.Roem. Dysosmia ciliata M.Roem. Dysosmia foetida (L.) M.Roem. Dysosmia gossypiifolia M.Roem. Dysosmia hibiscifolia M.Roem. Dysosmia nigelliflora M.Roem. Dysosmia polyadena M.Roem. Granadilla foetida (L.) Gaertn.
Pisiyli simisifuqa
Pisiyli şoran
Xeyrəddin Zirikli
Xeyrəddin əz-Zirikli (ərəb. خير الدين الزركلي‎; 25 iyun 1893, Beyrut – 25 noyabr 1976, Qahirə) — Suriya şairi və qəzetçisi. “Əl-Əlam” adlı bir bioqrafik lüğəti yazmışdır.
Yuxarı Cibikli
Yuxarı Cibikli — Azərbaycan Respublikasının Qubadlı rayonunun Aşağı Cibikli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Yuxarı Cibikli kəndi Kosakərəm (Bərgüşad çayının qolu) çayının sahilindədir. Keçmiş adı Tercür olmuşdur. Kənd Aşağı Cibikli kəndinə nisbətən bir qədər yüksəklikdə yerləşir. Oykonimin ikinci komponenti cibikli tayfasının adını əks etdirir. == Əhalisi == Qiyasəddin Qeybullayevə görə, kəndin əhalisi kürd mənşəli cibikli tayfasına mənsub olmuşdur.
Pisiyli şorangə
Pisiyli şorangə (lat. Salsola foetida) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü.
Pirili (Ağstafa)
Pirili — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Kəndin əhalisinin çoxluğunu azərbaycanlılar təşkil etsə də, kənddə az sayda axısqa türkləri də məskunlaşıb. 90-cı illərdə kəndə yerləşməyə başlayan axısqa türkü ailələrinin sayı çox olsa da, hal-hazırda (2015-ci ildə) kənddə axısqa türkü ailələrin sayı 5-dir. Onlar əsasən Pirilinin "Türklər məhəlləsi" adlı məhəlləsində məskunlaşıblar.
Pirili (Kürdəmir)
Pirili — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Pirili oyk., sadə. Ağstafa r-nunun eyniadlı i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. XVI əsrin əvvəllərinə aid mənbələrdə kəndin adı Qurumsulu Canəli Pirilu, 1798-ci ilə aid sənəddə isə Pirilu kimi qeydə alınmışdır; Kürdəmir r-nunun eyniadlı i.ə.v.-də kənd. Şirvan düzündədir. Yaşayış məntəqələri pirili tayfasının adını daşıyır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2114 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Pirili bələdiyyəsi
Pirili bələdiyyəsi (Ağstafa) — Ağstafa rayonunda bələdiyyə. Pirili bələdiyyəsi (Kürdəmir) — Kürdəmir rayonunda bələdiyyə.
Pirili bələdiyyəsi (Ağstafa)
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Pirili bələdiyyəsi (Kürdəmir)
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.