Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pirəhmədli
Pirəhmədli (Füzuli)
Pirəhmədli (Füzuli)
Pirəhmədli – Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Pirəhmədli kəndi öz adını məşhur türkman əmiri Pir Əhməddən alıb. Kənd Səfəvilər dövləti dönəmində Qarabağ əyalətinin Dizaq nahiyəsinə aid idi. Qarabağ xanlığına bağlı Xırdapara-Dizaq mahalının başkəndi bir sürə Pirəhmədli şenliyi оlub. XVIII yüzildə mahalın naibi bu kənddə əyləşirdi. Sоnralar bu kəndə «Xanlıq Pirəhmədli» deyildi. 1727-ci ilə aid Оsmanlı qaynağında Pirəhmədli kəndindən bəhs оlunur. Həmin bilgini yazımıza köçürürük. Dizaq nahiyəsinə tabe оlan Pirəhmədli kəndi Kənd Əriş (Arış) kəndinin yaxınlığında yerləşir. Kəndin gəliri 9.600 ağça idi.
Pirəhmədli (Kəleybər)
Pirəhmədli (fars. پيراحمدلو‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 95 nəfər yaşayır (21 ailə).
Pirəhmədli (Tuzxurmatu)
Pirəhmədli — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasında kənd. Kəndin əhalisini qədim Bayat boyudan törəmiş etnik türkmanlar təşkil edir.
Yal Pirəhmədli
Yal Pirəhmədli – Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Yal Pirəhmədli kəndi Füzuli rayonunda, Qarabağ silsiləsinin ətəyində yerləşir. Kənd rayon mərkəzindən 9 km məsafədədir. Əhalisi əsasən üzümçülük və heyvandarlıqla məşğul olurdu. Kənddə məktəb, klub və s. vardı. Bu yaşayış məntəqəsi 1993-cü ilin avqustunda ermənilər tərəfindən işğal olunub. 2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.. == Tarixi == Yal Pirəhmədli toponimi yal coğrafi terminindən və pirəhmədli etnonimindən ibarətdir. Pirəhmədli həmin kənddə məskunlaşmış nəslin adıdır.
Məlik Namazəli bəy Pirəhmədli-Dizaği
Məlik Namazəli bəy Şəmil bəy oğlu Pirəhmədli (1735) — Qarabağ bəylərindən biri, Xırdapara-Dizaq mahalının naibi, məlik. == Həyatı == Məlik Namazəli bəy Şəmil bəy oğlu 1735-ci ildə Qarabağın Dizaq nahiyəsinin Pirəhmədli kəndində dünyaya göz açmışdı. Mükəmməl mədrəsə təhsili almışdı. Xanlığın ictimai-siyasi yaşamında fəal iştirak etmişdi. İbrahimxəlil xan Sarıcalı-Cavanşir onu yeni yaranmış Xırdapara-Dizaq mahalına naib, məlik təyin etmişdi. Savaş zamanı mahalın piyada tüfəngçilərinə başçılıq edirdi. Onun törəmələri Məliknamazəliyev soyadını daşıyırlar. Məlik Namazəli bəyin Rəhim bəy adlı oğlu vardı. == Mənbə == M.İ. Əmrahov, Ə. Çingizoğlu, H.İ.Həsənov. Qarabağ xanlığı.
Nurəhməd Ulubəyov
Ulubəyov Nurəhməd Hacıbəy oğlu (2 iyun 1995, Bakı, Azərbaycan — 7 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin könüllü əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Haqqında == Ulubəyov Nurəhməd Hacıbəy oğlu 2 iyun 1995-ci ildə Bakı şəhərində anadan olub. 2001-2012-ci illərdə Xətai rayonu 25 nömrəli tam orta məktəbdə orta təhsil alıb. Elə həmin ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının İqtisadiyyat fakultəsinə daxil olur. Ali təhsilini başa vurduqdan sonra 2016-2017-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin sentyabr ayının 21-də Nurəhmədi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsi tərəfindən həqiqi hərbi xidmətə ehtiyatdan çağırılmışdır. 2020-ci ilin sentyabr ayının 27-si tarixdən erməni separatçılarının milli və düşmənçilik niyyəti ilə yaratdıqları qanunsuz silahlı birləşmələrinin Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində hücumunun qarşısının alınması ilə əlaqədar könüllü olaraq döyüşlərə qatılır və ön cəbhədə döyüşür. Vətənimiz Azərbaycan uğrunda döyüşlərdə hərbi anda sadiq qalaraq Cəbrayıl və Füzuli rayonlarının azad olunması uğrunda döyüşür, mərdlik və mətinlik nümayiş edərək 2020 cı ilin Oktyabr ayının 7 - də Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşdə ön cəbhədə döyüş meydanında qəhrəmancasına Şəhidlik zirvəsinə ucalmışdır. Oktyabr ayının 9-u Ulubəyov Nurəhməd Hacıbəy oğlu əbədi olaraq 2 saylı Fəxri və Şəhidlər xiyabanında torpağa tapşırılır. Vətən uğrunda, Cəbrayılın azad olunmasına görə və Füzulinin azad olunmasına görə Medalları ilə təltif olunur.
Ulubəyov Nurəhməd

Usta Baba Pirməmməd
Usta Baba Pirməmməd (1898, Balaxanı, Bakı qəzası – 26 mart 1957, Bakı) — Azərbaycan neft və qaz istehsalı qabaqcılı, Sosialist Əməyi Qəhrəmanı (1948), "Stalin" mükafatı laureatı (1950). == Həyatı == Usta Baba Pirməmməd 1898-ci ildə Bakı qəzasının Balaxanı kəndində neftçi fəhlə anadan olmuşdur. Üçsinifli məktəb bitirmiş və 1916-cı ildə qazmaçılar dəstəsində fəhləliyə başlamışdır. 1923-cü ildə qazmaçı, 1928-ci ildə qazma ustası vəzifələrində işləmişdir.Sonrakı illərdə Usta Baba Pirməmməd quyuların təmiri, izolyasiyası kontorunda və qazma kontorunda bir sıra inzibati-texniki vəzifələrdə işləmiş və Azərbaycan Sənaye İnstitutu yanındakı təsərrüfatçı kurslarında oxumuşdur. Bir müddət "Leninneft" qazma kontorunun katibi, 1938-ci ilin dekabrında isə quyuların əsaslı təmiri kontorunun direktoru vəzifəsinə təyin edilmişdir. O, 1940-cı ildən "Leninneft"in qazma kontorunda, 1945-ci ildən isə "Kirovneft"in qazma kontorunda direktor vəzifəsində çalışmışdır. 1945-ci Buzovnaya göndərilən Usta Baba Pirməmməd "Buzovnaneft" qazma kontorunun rəhbəri olmuşdur. O, yeni Buzovna–Maştağa neft sahəsinin kəşfində fəal iştirak etmişdir.Usta Baba Pirməmməd 1930-cu ildən ildən Sov.İKP üzvü, 1937-ci ildən Bakı Şəhər Zəhmətkeş Deputatlar Sovetinin, Azərbaycan SSR Ali Sovetinin deputatı (4-cü çağırış) olmuşdur.Usta Baba Pirməmməd uzun sürən xəstəlikdən sonra 26 mart 1957-ci ildə Bakıda vəfat etmişdir. == Təltif və mükafatları == Sosialist Əməyi Qəhrəmanı — 8 may 1948 ("Lenin" ordeni və "Oraq və Çəkic" medalı təqdim edilməklə) 3 dəfə "Lenin" ordeni — 6 fevral 1942, 8 may 1948, 15 may 1951 "Stalin" mükafatı (3-cü dərəcə) — 1950 == İstinadlar == == Xarici keçidlər == "Уста Баба Пир Мамед" (rus). "Герои страны" saytında.
Qışlaq-i Acıişmə-i Nurəhməd (Biləsuvar)
Qışlaq-i Acıişmə-i Nurəhməd (fars. قشلاق اجي اشمه نوراحمد‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 34 nəfər yaşayır (10 ailə).