Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dilsuz
Mustafayev Dilsuz Murtaza oğlu (1 mart 1945, Buruc, Tərtər rayonu) - şair, tərcüməçi, 1985-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü. Dilsuz 1945-ci il martın 1-də Tərtər rayonunun Buruc kəndində anadan olmuşdur. Burada səkkizillik məktəbin ikinci sinfini bitirdikdən sonra ailəliklə Tərtər rayon mərkəzinə köçdüklərindən orta təhsilini orada, 1 saylı məktəbdə başa vurmuşdur (1961). Sonra Azərbaycan Dövlət Politexnik İnstitutunun avtomatika fakültəsində təhsil almışdır (1962-1968). Əmək fəaliyyətinə Bakı yaxınlığında olan Əmircan qəsəbəsindəki sənaye müəssisəsində layihəçi-mühəndis kimi başlamışdır (1968-1970). Azərbaycan Radio və Televiziya Şirkətində səs operatoru (1970-1973), ədəbi-dram baş redaksiyasının incəsənət və radio teatrı şöbəsində redaktor (1973-1979), "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi, publisistika şöbəsinin müdiri (1979-1992), sonra "Axtarış" qəzetində ədəbi işçi (1992), "Kəndin səsi" qəzetinin redaktor müavini vəzifəsində çalışmışdır (1992-1993). Hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetində məsul işçidir (1993-cü ildən). Bədii yaradıcılığa 70-ci illərdən başlamışdır. Onun şerləri, publisist yazıları "Azərbaycan", "Ulduz" jurnallarında və qəzetlərdə müntəzəm çap edilir. Şerləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.
Pisum
Noxud (Cicer arietinum L.) — Paxlakimilər fəsiləsindən birillik ot bitkisi. Noxudun vətəni Şərqi Əfqanıstan və Şimal-Qərbi Hindistan hesab edirlir, burada onu bizim eradan əvvəl IV əsrdə becərməyə başlamışlar. Zülal, lif və nişasta baxımından zəngin bir qidadır. Göy noxud A, C və B qrupu vitaminlərinin yanında dəmir, fosfor və kalium kimi mineralları da içində saxlayan bəsləyici bir tərəvəzdir. Quru yaşıl noxud zülal və nişasta baxımından təzə yaşıl noxuddan daha zəngindir. Bununla birlikdə, təzə yaşıl noxudu həzm etmək daha asandır. Noxud yüksək zülallı qida və yem məhsuludur. Onun dənini qidaya təzə, konservləşdirilmiş və bişmiş şəkildə qəbul edirlər, yarma və un emal edirlər. Yem sortları (yaşıl kütlə, saman, dən), həmçinin nöxud küləşini və küfəsini mal-qaraya yedirdirlər. Digər dənli bitkilərdə olduğu kimi noxudunda xüsusiyyəti ondadır ki, onun kökündə yerləşən və havadan azotu fiksasiya edən köküyumrular bakteriyaları sayəsində sünbüllü bitkilərindən azot gübrələri olmadan 2 – 3 dəfə artıq zülal sintez edirlər (lizin, valin və s.), toxumlarında nişastanın miqdarı yüksəkdir.
Dilsuz Dünyamalıyev
Dilsuz Dünyamalıyev (d. 2 noyabr 1945) — yazıçı-publisist; Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azər­bay­can Yazıçılar Birliyinin üzvü. Hacı Dilsuz Dünyamalıyev 1945-ci ildə Şahbuz rayonunun Keçili kəndində anadan olub. 1959-cu ildə Keçili kənd yeddiillik məktəbini, 1962-ci ildə Şahbuz qəsəbəsində XI sinfi bitirib. Həmin il Naxçıvan şəhərindəki birillik pedaqoji kursa daxil olub. Həmin il pedaqoji kursu bitirəndən sonra Külüs və Keçili kəndlərində müəllim işləyib. 1964-cü ildə V.İ.Lenin adına APİ-nin (indiki N.Tusi adına APU) dil-ədəbiyyat fakültəsinə daxil olub və təhsilini qiyabi yolla başa vurub. 1970–1980-ci illərdə Keçili kənd orta məktəbində direktor, 1980–1995-ci illərdə Keçili və Külüs kəndlərində sovet sədri, 1995–2006-cı illərdə Keçili kənd orta məktəbində müəllim işləmişdir. Ailəlidir. İki övladı, beş nəvəsi, iki nəticəsi var.
Dilsuz Musayev
Dilsuz Musa oğlu Musayev (10 fevral 1948, Saraçlı, Bolnisi rayonu) — Azərbaycan Yazıçılar və jurnanilstlər Birliyinin üzvü və “Azərbaycan ekologiyası” qəzetinin baş redaktoru 1948-ci il fevral ayının 10-da Gürcüstan Respubilkası Bolnisi rayonunun Saraclı kəndində anadan olub. 1966-cı ildə Saraclı kənd orta məktəbinin 11-ci sinfini, 1973-cü ildə isə Azərbaycan Pedoqoji Dillər İnstitiutunu (İndiki BSU-nu) bitirib. Təyinatla Tərtər (Mirbəşir) rayonuna göndərilmiş 1973-1979 illərdə həmin rayonun Hacıqərvənd (Kolanlı) kəndində rus dili və ədəbiyyatı müəllimi işləyib. 1980- 84-cü illərdə Bakı şəhərində 5 saylı kimya-biologiya təmayüllü internat məktəbində ixtisası üzrə çalışıb. 1985-ci ildə Respublika “Bilik” cəmiyyətinin Abşeron rayon şöbəsinin sədri təyin olunub. 1986—89 cu ullərdə Abşeron Rayon Partiya Kömitəsində müxtəlif vəzifələrdə işləyib. 1987-ci ildə dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi məqsədi ilə Bolqarıstan Xalq respubilkasına gedən nümayəndə heyətinin rəhbəri olub. 1989-cü ildən Qarabağa Xalq Yardımı Komitəsində təlimatçı, ümumi şöbə müdiri, komitə sədrinin birinci müavini vəzifəsində çalışıb. 1994-cü il dekabr ayının 23-də keçirilmiş İkinci Ümumrespublika Konfransında komitənin sədri seçilib. Bir çox ölkələrdə, o cümlədən, Finlandiya, Norvec, Polşa, Avstrya, İspaniya, hollandiya, Almaniya ölkələrində ümumdünya dilçiliyi məsələlərinə həsr olunmuş beynəlxalq konfranslarda iştirak edib.
Dilsuz Mustafayev
Mustafayev Dilsuz Murtaza oğlu (1 mart 1945, Buruc, Tərtər rayonu) - şair, tərcüməçi, 1985-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü. Dilsuz 1945-ci il martın 1-də Tərtər rayonunun Buruc kəndində anadan olmuşdur. Burada səkkizillik məktəbin ikinci sinfini bitirdikdən sonra ailəliklə Tərtər rayon mərkəzinə köçdüklərindən orta təhsilini orada, 1 saylı məktəbdə başa vurmuşdur (1961). Sonra Azərbaycan Dövlət Politexnik İnstitutunun avtomatika fakültəsində təhsil almışdır (1962-1968). Əmək fəaliyyətinə Bakı yaxınlığında olan Əmircan qəsəbəsindəki sənaye müəssisəsində layihəçi-mühəndis kimi başlamışdır (1968-1970). Azərbaycan Radio və Televiziya Şirkətində səs operatoru (1970-1973), ədəbi-dram baş redaksiyasının incəsənət və radio teatrı şöbəsində redaktor (1973-1979), "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi, publisistika şöbəsinin müdiri (1979-1992), sonra "Axtarış" qəzetində ədəbi işçi (1992), "Kəndin səsi" qəzetinin redaktor müavini vəzifəsində çalışmışdır (1992-1993). Hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetində məsul işçidir (1993-cü ildən). Bədii yaradıcılığa 70-ci illərdən başlamışdır. Onun şerləri, publisist yazıları "Azərbaycan", "Ulduz" jurnallarında və qəzetlərdə müntəzəm çap edilir. Şerləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.
Dilsuz Qarayev
Dilsuz Məmmədağa oğlu Qarayev (23 dekabr 1990; Hindarx, Ağcabədi rayonu, Azərbaycan SSR – 3 aprel 2016; Talış, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Aprel döyüşləri şəhidi. Dilsuz Qarayev 23 dekabr 1990-cı ildə Ağcabədi rayonunun Hindarx qəsəbəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Gədəbəydə yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. 6 ay xidmət keçdikdən sonra gizir məktəbinə göndərilməsi üçün komandanlığa müraciət etmişdir. Gizir məktəbinə bitirdikdən sonra Xüsusi Təyinatlı Qüvvələrin giziri olmuşdur. Paytaxtda xidmət edən Dilsuz Qarayev ön xəttdə xidmət etmək üçün komandanlığa müraciət edir və o, ön xəttdə yerləşən "N" saylı hərbi hissələrdən birinə göndərilir. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Dilsuz Qarayev Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşlərdə kəşfiyyatçı olaraq vuruşdu. Dilsuz Qarayev 3 aprel 2016-cı ildə Talış kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid oldu.
Məhəmmədəmin Dilsuz
Məhəmməd Əmin Dilsuz (XIX əsr, Təbriz – XVIII əsr, Təbriz) — XIX əsr Azərbaycan şairi. XIX əsrin məşhur şairlərindən olan Məhəmməd Əmin Dilsuzun həyat yolu, doğum və ölüm tarixi haqqında ətraflı məlumat yoxdur. F.Köçərlinin yazdığına görə 1834-cü ildə "hali-həyatda imiş və özü dəxi müsinn halında vəfat edibdir". "Ustad" ləqəbi ilə tanınan Dilsuz əsərlərini azərbaycan və fars dillərində yazmışdır. Onun divanı Təbrizdə dəfələrlə çap olunmuşdur. Şeirləri qəzəl, qəsidə, müxəmməs;, rübai, saqinamə, növhə və sinəzənlərdən ibarətdir.
Kşumantsyan Pirquz
Kşumantsyan Pirquz (erz. Кшуманцянь Пиргуж, Kšumancäń Pirguž; əsl adı — Qriqori Dmirieviç Musalyov) — Erziyan milli hərəkatının fəalı, hüquq müdafiəçisi. Erzyalıların inyazoru (1999-2019). Üç qardaşın ən kiçiyidir. Atası İkinci Dünya müharibəsi iştirakçısı olmuş, Stalinqrad yaxınlığında vuruşmuş, 1943-cü ildə Xarkov yaxınlığında vəfat etmişdir. Anası kolxozçu olmuşdur. 1958-ci ildə Bolşeiqnatovskaya orta məktəbini bitirmiş, sonra orada laborant işləmişdir. 1959-1962-ci illərdə SSRİ ordusunda xidmət edib. Mordoviya Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmiş, sonra orada riyaziyyatçı-proqramçı kimi çalışmışdır. 1980-ci illərin sonundan etibarən Erzyan milli hərəkatında iştirak edir.
Dorçə Piyaz
Dürçə Piyaz – İranın İsfahan ostanının Xomeynişəhr şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 43,183 nəfər və 12,038 ailədən ibarət idi.
Dürçə Piyaz
Dürçə Piyaz – İranın İsfahan ostanının Xomeynişəhr şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 43,183 nəfər və 12,038 ailədən ibarət idi.
Piruz (Məlayir)
Pəri və ya Piruz— Həmədan ostanın, Məlayir şəhristanında kənd. Məlayir şəhərinin 37 km cənub-şərqində yerləşir. Pəri kəndinin əhalisi Lurlardır. Dinləri İslamın Şiə məzhəbidir. Kəndin əhalisi 821 nəfərdir. Əhali əkinçilik və heyvançılıqla məşğuldur.
Piruz Dilənçi
İsmayılfiruz Əli Baratəli oğlu (16 may 1965, Tehran) — şair, tərcüməçi, siyasi xadim. Piruz Dilənçi (fars. پيروز ديلنچی‎‎, ing. Piruz Dilenchi) 1965-ci il mayın 16-da İranda, Tehran şəhərində anadan olmuşdur. Burada "Hatif" məktəbində ibtidai təhsil almışdır. 1983-cü ildə İsfəndiyar orta məktəbini bitirmişdir. 1983-1988-ci illərdə Tehran Texnologiya İnstitutunun yol və inşaat fakültəsində təhsilini davam etdirmişdir. Ədəbi fəaliyyətə erkən başlamışdır. 14 yaşında ikən ilk kitabı Tehranda fars dilində kütləvi tirajla buraxılmışdır. Doğulduğu şəhərdə yaşadığı illərdə 7 kitabı fars və Azərbaycan dillərində işıq üzü görmüşdür.
Pisum sativum
Əkin noxudu[mənbə göstərin] (lat. Pisum sativum) — paxlakimilər fəsiləsinə aid bitki növü.
Məhəmməd Əmin Dilsuz
Məhəmməd Əmin Dilsuz (XIX əsr, Təbriz – XVIII əsr, Təbriz) — XIX əsr Azərbaycan şairi. XIX əsrin məşhur şairlərindən olan Məhəmməd Əmin Dilsuzun həyat yolu, doğum və ölüm tarixi haqqında ətraflı məlumat yoxdur. F.Köçərlinin yazdığına görə 1834-cü ildə "hali-həyatda imiş və özü dəxi müsinn halında vəfat edibdir". "Ustad" ləqəbi ilə tanınan Dilsuz əsərlərini azərbaycan və fars dillərində yazmışdır. Onun divanı Təbrizdə dəfələrlə çap olunmuşdur. Şeirləri qəzəl, qəsidə, müxəmməs;, rübai, saqinamə, növhə və sinəzənlərdən ibarətdir.
Pulsuz-xətt telefon nömrəsi
Ödənişsiz bir telefon nömrəsi və ya pulsuz telefon nömrəsi, mənşə telefon abunəçisinə ödəniş etmək əvəzinə gələn bütün zənglər üçün hesablanmış bir telefon nömrəsidir . Zəng edən tərəf üçün şəhər telefonundan pulsuz nömrəyə zəng etmək pulsuzdur. Pulsuz zənglər 0120, 800, 0800, 888, 866, 877, 855, 844, 833 və ya 1‑800 nömrəsi 909 (ərazi) kimi coğrafi ərazi koduna bənzər bir yığım prefiksi ilə müəyyən edilir. Xüsusi xidmət giriş nömrələri ölkəyə görə dəyişir. Telefon şəbəkələri elektro-mexaniki zəng keçidindən tamamilə kompüterləşdirilmiş saxlanılan proqram nəzarət şəbəkələrinə keçdikdə pulsuz xidmətlərin xüsusiyyətləri inkişaf etmişdir. Başlanğıcda, çağırılan tərəfə göndərilən zəng, bir telefon şirkəti operatoru vasitəsi ilə bir toplama zəngi olaraq göndərilməli idi . Operator zəngi əl ilə tamamlamadan əvvəl məsafədəki nömrədə ödənişlərin qəbul olunmasını təmin etməli idi. Bir neçə iri müəssisə və dövlət idarəsi çox sayda toplama çağırışı aldı, bu da operatorlar üçün çox vaxt aparırdı. Avtomatlaşdırılmış pulsuz xidmətin inkişafından əvvəl bir çox telefon şirkəti zəng edən pulsuz xidmətin manual versiyasını təqdim etdi. Operator tərəfindən edilən pulsuz danışıq nümunələri arasında 1950-ci illərdə ABŞ-da və Kanadada təqdim olunan Zenith nömrəsi və 1960-cı ildə İngilis Poçt Ofisi tərəfindən təqdim olunan orijinal "Freephone" xidməti var.
Pisum maritimum var. pubescens
Yapon güllücəsi (lat. Lathyrus japonicus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güllücə cinsinə aid bitki növü. Lathyrus japonicus var. acutifolius (Bab.) Bassler Lathyrus japonicus subsp. japonicus Lathyrus japonicus subsp. maritimus (L.) P.W.Ball Lathyrus japonicus var. pellitus Fernald Lathyrus aleuticus (Greene) Pobed. Lathyrus hultenii J.Rousseau & Raymond Lathyrus japonicus var. aleuticus (T.G.White) Fernald Lathyrus japonicus subsp. japonicus japonicus Lathyrus japonicus var.
Pulsuz və açıq mənbə proqram təminatı
Pulsuz və açıq mənbə proqram təminatı — (qısaca PAMPT) həm pulsuz proqram təminatı, həm də açıq mənbə proqram təminatı kompüter proqramı kimi təsnif edilə bilər.Beləliklə, əsər hər kəsin sərbəst surətdə köçürə, işində istifadə edə və istənilən şəkildə dəyişdirə biləcəyi lisenziyaya çevrilir; insanlar könüllü proqram qruplarını inkişaf etdirməyə təşviq edilir və mənbə kodu açıq şəkildə paylaşılır. PAMPT-ın istifadəsi; O, istifadəçilərə aparatları üzərində daha çox nəzarət, eləcə də artan təhlükəsizlik və sabitlik (xüsusilə zərərli proqram baxımından), məxfiliyin qorunması, o cümlədən proqram təminatı xərclərinin azaldılmasını təmin edir. Linux və OpenBSD kimi pulsuz və açıq mənbəli əməliyyat sistemləri bu gün milyonlarla serverdə, stolüstü kompüterlərdə, smartfonlarda (Google Android kimi) və digər cihazlarda geniş şəkildə istifadə olunur. Bundan əlavə, Pulsuz proqram lisenziyaları və açıq mənbə lisenziyaları bir çox proqram paketləri tərəfindən istifadə olunur. 1950, 1960 və 1970-ci illərdə pulsuz proqram təminatının verdiyi azadlıqlar kompüter istifadəçiləri üçün daha çox yayılmışdı. Proqram təminatı, o cümlədən mənbə kodu kompüter istifadəçiləri arasında geniş şəkildə paylaşıldı. Əksər şirkətlər pulsuz proqram təminatını təmin edən aparat əsaslı biznes modeli var idi. Daha sonra bu təşkilatların proqram mübadiləsini asanlaşdırmaq üçün bəzi təchizatçılar yaradılmışdır; nümunələr üçün SHARE və DECUS-a baxın. 1960-cı illərin sonlarında proqram təminatı ətrafında dominant biznes modeli indi dəyişirdi. Böyüməkdə olan və inkişaf etməkdə olan proqram təminatı sənayesində bu yeni şirkətlər aparat istehsalçısının qablaşdırılmış proqram məhsulları ilə rəqabət aparmaq əvəzinə, proqram təminatı hazırlayır və onu birbaşa satır, avadanlıq gəlirlərinin maliyyələşdirilməsindən daha çox gəlir əldə edirdi.