DİLSUZ

Dil farsca “ürək”dir, suz (yandıran) isə soxtən (yandırmaq) məsdəri ilə qo­hum­dur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

DİLRUBƏ
DİLŞÜNAS
OBASTAN VİKİ
Dilsuz
Mustafayev Dilsuz Murtaza oğlu (1 mart 1945, Buruc, Tərtər rayonu) - şair, tərcüməçi, 1985-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü. == Həyatı == Dilsuz 1945-ci il martın 1-də Tərtər rayonunun Buruc kəndində anadan olmuşdur. Burada səkkizillik məktəbin ikinci sinfini bitirdikdən sonra ailəliklə Tərtər rayon mərkəzinə köçdüklərindən orta təhsilini orada, 1 saylı məktəbdə başa vurmuşdur (1961). Sonra Azərbaycan Dövlət Politexnik İnstitutunun avtomatika fakültəsində təhsil almışdır (1962-1968). Əmək fəaliyyətinə Bakı yaxınlığında olan Əmircan qəsəbəsindəki sənaye müəssisəsində layihəçi-mühəndis kimi başlamışdır (1968-1970). Azərbaycan Radio və Televiziya Şirkətində səs operatoru (1970-1973), ədəbi-dram baş redaksiyasının incəsənət və radio teatrı şöbəsində redaktor (1973-1979), "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi, publisistika şöbəsinin müdiri (1979-1992), sonra "Axtarış" qəzetində ədəbi işçi (1992), "Kəndin səsi" qəzetinin redaktor müavini vəzifəsində çalışmışdır (1992-1993). Hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetində məsul işçidir (1993-cü ildən). Bədii yaradıcılığa 70-ci illərdən başlamışdır. Onun şerləri, publisist yazıları "Azərbaycan", "Ulduz" jurnallarında və qəzetlərdə müntəzəm çap edilir. Şerləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.
Dilsuz Dünyamalıyev
Dilsuz Dünyamalıyev (d. 2 noyabr 1945) — yazıçı-publisist; Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azər­bay­can Yazıçılar Birliyinin üzvü. == Həyatı == Hacı Dilsuz Dünyamalıyev 1945-ci ildə Şahbuz rayonunun Keçili kəndində anadan olub. 1959-cu ildə Keçili kənd yeddiillik məktəbini, 1962-ci ildə Şahbuz qəsəbəsində XI sinfi bitirib. Həmin il Naxçıvan şəhərindəki birillik pedaqoji kursa daxil olub. Həmin il pedaqoji kursu bitirəndən sonra Külüs və Keçili kəndlərində müəllim işləyib. 1964-cü ildə V.İ.Lenin adına APİ-nin (indiki N.Tusi adına APU) dil-ədəbiyyat fakültəsinə daxil olub və təhsilini qiyabi yolla başa vurub. 1970–1980-ci illərdə Keçili kənd orta məktəbində direktor, 1980–1995-ci illərdə Keçili və Külüs kəndlərində sovet sədri, 1995–2006-cı illərdə Keçili kənd orta məktəbində müəllim işləmişdir. Ailəlidir. İki övladı, beş nəvəsi, iki nəticəsi var.
Dilsuz Musayev
Dilsuz Musa oğlu Musayev (10 fevral 1948, Saraçlı, Bolnisi rayonu) — Azərbaycan Yazıçılar və jurnanilstlər Birliyinin üzvü və “Azərbaycan ekologiyası” qəzetinin baş redaktoru == Həyatı == 1948-ci il fevral ayının 10-da Gürcüstan Respubilkası Bolnisi rayonunun Saraclı kəndində anadan olub. 1966-cı ildə Saraclı kənd orta məktəbinin 11-ci sinfini, 1973-cü ildə isə Azərbaycan Pedoqoji Dillər İnstitiutunu (İndiki BSU-nu) bitirib. Təyinatla Tərtər (Mirbəşir) rayonuna göndərilmiş 1973-1979 illərdə həmin rayonun Hacıqərvənd (Kolanlı) kəndində rus dili və ədəbiyyatı müəllimi işləyib. 1980- 84-cü illərdə Bakı şəhərində 5 saylı kimya-biologiya təmayüllü internat məktəbində ixtisası üzrə çalışıb. 1985-ci ildə Respublika “Bilik” cəmiyyətinin Abşeron rayon şöbəsinin sədri təyin olunub. 1986—89 cu ullərdə Abşeron Rayon Partiya Kömitəsində müxtəlif vəzifələrdə işləyib. 1987-ci ildə dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi məqsədi ilə Bolqarıstan Xalq respubilkasına gedən nümayəndə heyətinin rəhbəri olub. 1989-cü ildən Qarabağa Xalq Yardımı Komitəsində təlimatçı, ümumi şöbə müdiri, komitə sədrinin birinci müavini vəzifəsində çalışıb. 1994-cü il dekabr ayının 23-də keçirilmiş İkinci Ümumrespublika Konfransında komitənin sədri seçilib. Bir çox ölkələrdə, o cümlədən, Finlandiya, Norvec, Polşa, Avstrya, İspaniya, hollandiya, Almaniya ölkələrində ümumdünya dilçiliyi məsələlərinə həsr olunmuş beynəlxalq konfranslarda iştirak edib.
Dilsuz Mustafayev
Mustafayev Dilsuz Murtaza oğlu (1 mart 1945, Buruc, Tərtər rayonu) - şair, tərcüməçi, 1985-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü. == Həyatı == Dilsuz 1945-ci il martın 1-də Tərtər rayonunun Buruc kəndində anadan olmuşdur. Burada səkkizillik məktəbin ikinci sinfini bitirdikdən sonra ailəliklə Tərtər rayon mərkəzinə köçdüklərindən orta təhsilini orada, 1 saylı məktəbdə başa vurmuşdur (1961). Sonra Azərbaycan Dövlət Politexnik İnstitutunun avtomatika fakültəsində təhsil almışdır (1962-1968). Əmək fəaliyyətinə Bakı yaxınlığında olan Əmircan qəsəbəsindəki sənaye müəssisəsində layihəçi-mühəndis kimi başlamışdır (1968-1970). Azərbaycan Radio və Televiziya Şirkətində səs operatoru (1970-1973), ədəbi-dram baş redaksiyasının incəsənət və radio teatrı şöbəsində redaktor (1973-1979), "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi, publisistika şöbəsinin müdiri (1979-1992), sonra "Axtarış" qəzetində ədəbi işçi (1992), "Kəndin səsi" qəzetinin redaktor müavini vəzifəsində çalışmışdır (1992-1993). Hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetində məsul işçidir (1993-cü ildən). Bədii yaradıcılığa 70-ci illərdən başlamışdır. Onun şerləri, publisist yazıları "Azərbaycan", "Ulduz" jurnallarında və qəzetlərdə müntəzəm çap edilir. Şerləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.
Dilsuz Qarayev
Məhəmmədəmin Dilsuz
Məhəmməd Əmin Dilsuz (XIX əsr, Təbriz – XVIII əsr, Təbriz) — XIX əsr Azərbaycan şairi. XIX əsrin məşhur şairlərindən olan Məhəmməd Əmin Dilsuzun həyat yolu, doğum və ölüm tarixi haqqında ətraflı məlumat yoxdur. F.Köçərlinin yazdığına görə 1834-cü ildə "hali-həyatda imiş və özü dəxi müsinn halında vəfat edibdir". "Ustad" ləqəbi ilə tanınan Dilsuz əsərlərini azərbaycan və fars dillərində yazmışdır. Onun divanı Təbrizdə dəfələrlə çap olunmuşdur. Şeirləri qəzəl, qəsidə, müxəmməs;, rübai, saqinamə, növhə və sinəzənlərdən ibarətdir.
Məhəmməd Əmin Dilsuz

Значение слова в других словарях