Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Plastik
Plastmas (və ya Plastik kütlə) məmulun hazırlanma mərhələsində özülü axıcılıq və ya yüksək elastik, istismar zamanı şüşəyəbənzər və ya kristallik halını alan, tərkibində polimer olan materialdır. Prosesin xarakterindən asılı olaraq plastmasdan hazırlanmış məmulları reaktoplast və termoplast olaraq iki qrupa bölürlər. Reaktoplastlara emalı zamanı tərkibində bərkidmiş halda polimer toru yaranan plastik kütlələr aid edilir, bunlar qızdırıldıqda maye halına çevrilə bilmirlər. Termoplastlar isə əksinə olaraq yenidən ərimə qabiliyyətini özündə saxlayırlar. Plastmas adətən iki qarşılıqlı birləşməyə girən və qarışmayan təşkiledicilərdən ibarət olur. Bu zaman polimerdən başqa materiala polimerin axıcılıq tempearturunu və özülülüyünü aşağı salan doldurucular, plastifikatorlar və onların köhnəlməsinin qarşısını alan stabilləşdiricilər, həmçinin rənglər əlavə olunur. Plastmaslar bir fazalı (homogen) və ya çox fazalı (heterogen, kompozit) materialar ola bilərlər. Homogen plastik kütlələr materialın xassəsini müəyyənləşdirən əsas təşkiledici sayılır. Digər komponentlər polimerdə həll olunaraq onun bu və ya digər xassələrini yaxşılaşdırıır. Heterogen plastik kütlələrdə polimer sərbəst faza şəklində olan komponentlər arasında əlaqələndirici dispesiya mühiti rolunu oynayır.
Plastik deformasiya
Deformasiya (latınca deformatio — təhrif olunma) hər hansı obyektin xarici və daxili qüvvələrin təsiri nəticəsində konfiqurasiyasının dəyişməsidir. == Haqqında == Deformasiya bərk cisimlər (kristal, amorf, üzvi mənşəli mayelər, qazlar, fiziki sahə, canlı orqanizmlər və s.) məruz qalırlar. Deformasiya -maddi mühit (bərk,maye, qazabənzər) hissəcikləri çoxluğunun qarşılıqlı yerləşməsinin dəyişməsidir; bu isə cismin və ya onun hissəciklərinin forma və ölçülərinin dəyişməsinə səbəb olur, hissəciklər arasında qarşılıqlı təsir qüvvələrini dəyişir, yəni gərginlik yaradır. Bütün maddələr deformasiyaya uğraya bilər. Deformasiya istilik genişlənməsi, maqnit və elektrik sahələrinin, həmçinin xarici mexaniki qüvvələrin təsirinin nəticəsi ola bilər. Deformasiya üç qrupa bölünür: Plastiki deformasiya Elastiki deformasiya Elastiko-plastikBərk cisimlərdə, əgər yükü götürəndən sonra deformasiya itirsə - elastiki, əgər itmirsə- plastiki, əgər tamamilə itmirsə, elastiko-plastik deformasiya adlanır. Əgər deformasiyanın qiyməti zamandan aşkar asılıdırsa, məsələn, dəyişməz yüklənmə təsiri ilə artırsa, lakin dönəndirsə, bərpa olunandırsa o, özlü elastiki adlanır.Bütün həqiqi bərk cisimlər, hətta kiçik deformasiyalarda az və ya çox miqdarda plastiki xassələr malik olurlar. Elastiklik nəzəriyyəsində olduğu kimi cismin plastiki xassələrini müəyyən edən şəraitlərdə nəzərə almamaq olar. Bərk cismi kifayət qədər dəqiqliklə elastiki hesab etmək olar, yəni yüklənmə hər hansı sərhəddi (elastiklik sərhəddini) keçənə qədər hiss ediləcək plastiklik aşkar olunmur. Plastik deformasiyanın təbiəti temperaturdan, yükün uzun müddətli təsirindən və ya deformasiya sürətindən asılı olaraq müxtəlif ola bilər.
Plastik kartlar
Plastik kartlar və ya ödəmə kartları - vəsait ödəniməsində istifadə edilən müasir texniki imkan - özünəməxsus "elektron pul".Ənənəvi nağd pul vəsaitindən bir çox xüsusiyyətlərinə görə üstün hesab edilir. Hazırda dünyada plastik kartların müxtəlif növləri mövcuddur.Ancaq onların fəaliyyət sxemləri və prinsipləri faktiki olaraq eynidir. Fərq onlar üzrə göstərilən xidmətlərin həcmində və təqdim olunan imkanlardadır. Bankların fiziki və hüquqi şəxslərə təqdim etdiyi müxtəlif plastik kartlar vardır. Bunlar, əsasən üç yerə ayrılır: Kredit kartlar (ingilis: Credit Cards) - hesablaşma zamanı nağd kredit istifadə imkanını yaradır. Ödəmə kartları (ingilis: Charge Cards) - hesablaşmanın asan yolunu təmin edən kartlar. Debit kartlar -bankomat və ya bankın kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması.Sahibkarlar, kartı ixrac edən bankla razılığa girməmişdən əvvəl bankın yeterli sayda kart sahibi olub olmadığına diqqət etməlidirlər. İnsanlar alacaqları kartın mümkün olduqca daha çok yerlərdə qəbul edilməsinə üstünlük verirlər. Bu baxımdan kart ixrac edən və ya yayımında vasitəçilik edən banklar, həm kart sahibləri həm də kartı qəbul edən tərəflər arasında uyğun bir bazar yaratmağa çalışırlar. Plastik kartlar aşağıdakı imkanları verirlər: Pul vəsaitlərinin rahat və təhlükəsiz saxlanılması.Çünki kart məxfi PİN-kodla qorunur və plastik kartın itirildiyi və ya oğurlandığı hallarda hesabdakı vəsait olduğu həcmdə qalır; Dünyanın istənilən nöqtəsində, sutkada 24 saat ərzində, banka müraciət etmədən, bankomatlardan pul vəsaitinin çıxarılması; Ölkə daxilində və onun hüdudlarından kənarda malların və xidmətlərin ödənilməsi; İnternet vasitəsilə həyata keçirilən “on-line” sifarişlərin ödənilməsi; Kart hesabınızdakı hər hansı dəyişikliklər barədə ətraflı hesabatın alınması; Şəxsi məsrəflərin və gəlirlərin kart hesabı üzrə alınmış çıxarışların əsasında təhlil edilməsi və planlaşdırılması; Bir hesaba ailə üzvləri üçün bir neçə əlavə kartın, onlara müəyyən limit müəyyən etməklə və ya bunsuz, rəsmiləşdirilməsi ;.Plastik ödəniş kartların istifadəsində 3 əsas istiqamət mövcuddur: fiziki şəxslər üşün plastik kartlar nümayəndəlik xərcləri üçün korporativ kartlar maaş kartları .Ödəmələrin bu sisteminin tətbiqini beynəlxalq aləmdə daha da təkmil formada tətbiq etmək məqsədi ilə Qərbdə İSO ( İnternarional Standarts Organisation ) – Beynəlxalq Standartlar Təşkilatı yaradıldı.
Plastik qablar
Plastik qablar — gündəlik həyatımızda hər gün istifadə etdiyimiz plastik stəkanlar, çəngəllər, butulkalar və s. bu kimi qida vasitələrindən istifadə edirik. Əsasən maliyyə cəhətdən istehsalçılara ucuz başa gələn plastik qablar insan sağlığına isə baha başa gəlir. Çünki plastik bir stəkana isti çay və ya digər hər hansi isti bir içki tökdüyümüz zaman istinin təsiri ilə plastik qabın tərkibindəki bəzi kimyəvi maddələr ayrılaraq qidaya qarışır. Hər gün istifadə etdiyimiz və nisbətən daha keyfiyyətli olduğu düşünülən su bidonları da həmçinin insan sağlamlığı üçün həddən artıq dərəcədə təhlükəli olan polikarbonat adlı kimyəvi maddədən istehsal edirlər ki, bu maddə də 100 dərəcə istilikdə tərkiblərə ayrılaraq qidaya qarışır. Digər plastik qablar hazırlanan bir kimyəvi maddə isə fosgendir ki, bu maddənin ayrılaraq qidaya qarışması üçün isə soyuq qida məhzullarınin təsiri nəticəsində asanlıqla ayrılaraq qidaya qarışma qabilliyətinə malikdir. Həmçinin mütəxəsislər analara körpələrinə plastik butulkalarda isti süd və ya çay verməyin düzgün olmadığını butulkaları şüşələrlə əvəz etməyin daha məqsədəuyğun olduğunu bildirirlər. Müsbət xüsusiyyətləri: Yüngül asan daşınandır. Qab əldən düşərkən sınır, plastik qab isə yox.
Plastik çirklənmə
Plastik çirklənmə — vəhşi təbiətə, vəhşi heyvanların və insanların yaşayış mühitinə mənfi təsir göstərən plastik məmulatların ətraf mühitdə toplanması prosesi. Böyük miqdarda plastik tullantı ətraf mühitə daxil olur; məsələn tədqiqatlar göstərir ki, dəniz quşlarının 90%-nin bədənlərində plastik var. Plastik çirklənmənin bir çox növləri və formaları var. Plastik çirklənmə yer səthinə, su yollarına və okeanlara mənfi təsir göstərir. Müxtəlif bölgələrdə plastik çirklənməni azaltmaq üçün səylər edilir. Birdəfəlik plastiklərin istehlakını azaltmaq, onların təkrar emalını təşviq etmək cəhdləri vardır. Plastik çirklənmənin yayılması plastiklərin aşağı qiyməti və davamlılığı, eləcə də bu materialın hazırda bəzi ərazilərdə əvəzolunmazlığı ilə əlaqələndirilir ki, bu da insanlar tərəfindən istifadənin yüksək səviyyəsini müəyyənləşdirir. 2018-ci ildə dünyada hər il təxminən 380 milyon ton plastik istehsal olunmuşdur. Ümumilikdə 1950-ci ildən 2018-ci ilə qədər təxminən 6,3 milyard ton plastik istehsal edilmişdir ki, bunun da təxminən 9%-i təkrar emal edilmiş, 12%-i isə yandırılmışdır. Planetin plastik çirklənməsi üzrə dünya liderləri Coca-Cola, PepsiCo və Nestledir.
Plastik Salyan FK
Plastik futbol klubu 1971-ci ildə Salyanda yaranmışdır. 1 dəfə futbol üzrə Azərbaycan çempionatında iştirak etmişdir.
Plastik sürtkülərin təsnifatı
Sürtkü - sürtünmənin azaldılmasına yönəldilən özlülüklü maddədir. Sürtkülər – bərk, plastik, maye və qaz şəklində olan texniki sürtkü materiallarıdır. == Tətbiqi == Avtomobil texnikasının, sənaye maşın və mexanizmlərinin sürtünmə düyünlərində gedən sürtünmə və siyrilmə proseslərinin azaldılması məqsədi ilə istifadə olunur. == Sürtkülərin təsnifatı == Sürtkülər - tərkib və təyinatına görə təsnafatlandırılır. Sürtkülərin struktur və xassələrinə əsas təsir göstərən qatılaşdırıcılardır ki, buna görə də təsnifatlandırmanın əsasında qatılaşdırıcının növü durur. Qatılaşdırıcının növünə görə sürtkülər aşağıdakı növlərə bölünür: Sabunlu sürtkülər. Karbohidrogenli sürtkülər. Qeyri üzvü qatılaşdırıcılar əsasında alınan sürtkülər.Sürtkülər maye əsasdan (dispers mühit), bərk qatılaşdırıcıdan (dispers faza) və müxtəlif əlavələrdən ibarətdir. Bu tərkibdən başqa sürtkülərdə digər komponentlər də iştirak edir: hidratlaşmış kalsium sürtkülərində stabilləşdirici komponent kimi su iştirak edir; bəzi sabunlu sürtkülərdə yağların sabunlaşması zamanı ayrılan qliserin olur; sürtkülərin termiki emalı zamanı yağ əsasının oksidləşmiş məhsulları; sərbəst turşu və qələvilər.Sürtkülərin istismar xassələrini yaxşılaşdırmaq üçün onlara müxtəlif funksional təyinatlı aşqarlar və bərk əlavələr daxil edirlər. Beləliklə, sürtkülər əsas xassələri dispers mühit, dispers faza, aşqar və əlavələrlə müəyyən olunan mürəkkəb çoxkomponentli sistemdir.
Kipləşdirici-yağlayıcı plastik sürtkülər
Kipləşdirici-yağlayıcı sürtkülər- hər hansı mexanizmin sürtünən hissələri üçün istifadə edilir, bu zaman detalların yeyilməsi və sürtünmədə güc itkisi kəskin surətdə azalır, detallar az qızır, sürtünən hissələr daha ağır yükə davam gətirir, sürtünən detalların etibarlılığı və iş müddəti artır. Texnikanın səmərəli istifadəsi sürtkü materiallarının keyfiyyətindən çox asılıdır. Sürtkü materiallarının əsas təyinatı iki əsas tələb- sürtünmənin və yeyilmənin azalmasıdır. == Alınması == Plastik sürtkülərin hazırlanmasında ən əsas və vacib dispers faza kimi mineral sintetik və ya yarımsintetik yağlardan istifadə olunur. Dispers faza kimi yüksək özlülüklü yağları istifadə etdikdə yaxşı nəticələr almaq mümkündür. Metal tozu iştirak etmədən mis ftalosianid, kobalt ftalosianid, kepoflyuks aşqarlar götürüldükdə neft və qaz armaturları üçün yüksək keyfiyyətli kipləşdirici sürtkü almaq mümkündür. Bu sürtkülər üçün dispers faza kimi sintetik B-3V və ya mineral yağ qarışığı götürülməsi məsləhət görülür. Müəyyən edilmişdir ki, qaz magistrallarında paylayıcıları və kompressor stansiyalarında işlədilən qazda həll olmayan sürtkü alınması üçün baza komponenti kimi rasinal yağı götürmək və qatılaşdırıcı komponentlər olaraq rasinat kalsium, alkil-benzolsulfonat və antioksidant-ionol əlavə etmək lazımdır. Yüksək temperatur zonasında işləyən yiv sürtküləri almaq üçün baza komponenti kimi kerosindən istifadə edilmişdir yüksək temperatura davamlı sürtkü almaq üçün qatılaşdırıcı kimi alümosilikat götürülür və dispers faza kimi poliol efiri, naften karbohidrogenləri və s. istifadə olunur.
Elastiklik və plastiklik nəzəriyyəsi
Elastiklik və plastiklik nəzəriyyəsi == Elastiklik nəzəriyyəsinin əsas prinsipləri == Elmin müasir səviyyəsi real materialın bütün məxsusiyyətlərini nəzərə almaqla ümumi hesabat metodu verə bilmir.Ona görə də klassik elastikiyyət nəzəriyyəsi deformasiya olunan cisimlər üçün verilmiş xüsusi modelə əsaslanır bu model ideal elastiki cisimdir. Modelin aşağıdakı xassələrini qeyd edək. 1. Fərz edilir ki, ideal elastiki cisim tam elastikidir. Başqa sözlə, cismə təsir edən xarici nisbi qüvvələrin təsiri kəsildikdən sonra cisim öz forma və həcmini bərpa edə bilir. Cismin əvvəlki vəziyyətinə təbii vəziyyət deyilir. Bu zaman başlanğıc gərginlik nəzərə alınmır yəni, cisim yüklənmədikdə onda heç bir gərginlik vəziyyəti yaranmır. Başlanğıc gərginlik cismin yaranma tarixindən asılıdır. 2.Elastiki cismə təsir edən qüvvə ilə onun yerdəyişməsi arasında xətti asılılıq fərz olunur. Bu fərziyyə imkan verir ki, zamandan asılı olmayaraq ixtiyari temperatur üçün gərginlik və deformasiya arasında xətti asılılıq mövcuddur.
Plastiklik (fizika)
Fizikada və materialşünaslıqda, plastiklik və ya plastik deformasiya materialın tətbiq olunmuş qüvvənin təsirindən daimi deformasiyaya uğrayaraq formasını dönməz olaraq dəyişə bilməsini ifadə edir. Məsələn, bərk bir metal hissə əyildikdə və ya çəkiclə döyüldükdə, bu hissə plastiklik göstərərək formasını daimi olaraq dəyişir. Texnikada, materialın elastiklik vəziyyətindən plastiklik vəziyyətinə keçid nöqtəsi axıcılıq həddi adlandırılır. Plastik deformasiya bir çox materiallarda, xüsusilə də metal, torpaq, qaya, beton və başqalarında müşahidə edilir. Ancaq, plastik deformasiyanın yaranmasına səbəb olan fiziki mexanizm fərqli ola bilər. Metallarda plastiklik kristal ölçü miqyasında dislokasiyaların hərəkətindən yaranır. Qaya, beton və ya sümük kimi tezsınan materiallarda isə plastik deformasiyanın əsas səbəbi mikrosınıqlarda sürüşmədir.
Plastid
Plastidlər – sitoplazmanın içərisində yerləşən və onda davam edən maddələr mübadiləsinin gedişində çox mühüm rol oynayan canlı orqanizmlərdən bir qrupudur. Onlara ancaq yaşlı bitkilərdə rast gəlmək olur. Kolloidal quruluşlu plastidlər sitoplazmaya nisbətən xeyli qatıdır. Cisimciyi stroma adlanır. Stromanın əsasını plazma tipli zülallar və lipoidlər təşkil edir. Plastiddə toplanan piqmentdən asılı olaraq bitkilərdə 3 müxtəlif plastid ayrılır: leykoplastlar, yaxud rəngsiz plastidlər; xloroplastlar – yaşıl plastidlər və xromoplastlar – sarı, qonur, narıncı və qırmızımtıl plastidlər. Mühit amillərinin təsirindən, bitkinin mövcud inkişaf fazasından və ən nəhayət, hüceyrədə davam edən mübadilə reaksiyalarının gedişindən asılı olaraq bir növ plastid başqa növ plastidə çevrilə bilər.Xloroplastlar bitkinin mürəkkəb quruluşlu orqanoidi olub sitoplazmadan ikiqat membranla ayrılır.
Plastic Memories
Plastic Memories (プラスティック・メモリーズ, Purasutikku Memorīzu, azərb. Plastik xatirələr‎) və ya qısaca Pla-Memo (プラメモ, Puramemo) — Yoşiyuki Fucivaranın rejissorluğu ilə Doga Kobo studiyası tərəfindən istehsal olunmuş anime serialı. Anime serialının ssenarisini Naotaka Hayaşi yazmış, personajlarını Okiura dizayn etmişdir. Yaponiyada 5 apreldən 28 iyun 2015-ci ilə kimi yayımlanmışdır. == Məzmun == "Plastic Memories"-də hadisələr yaxın gələcəkdəki bir şəhərdə baş verir. Bu şəhərdə insanlar normal insana çox oxşayan, emosiyalara və yaddaşa malik androidlərlə birlikdə yaşayırlar. Android istehsalında qabaqcıl şirkətlərdən biri olan SAI Corp indiyə qədər insana ən çox oxşayan android modeli Qiftiyanı (ing. Giftia) təqdim edir. Bir qiftiyanın ömrü 81.920 saat (təxminən 9 il 4 ay) təşkil edir. Bu zaman limitini keçdikdən sonra qiftiya şəxsiyyətini və yaddaşını itirir, insanlara qarşı şiddət tətbiq etməyə başlayır.
Elastik büdcə
Elastik büdcə (elastik qiymətləndirmə, ing. flexible budget) — müxtəlif fəaliyyət səviyyələrində (satış həcmlərində) maddələrinin tənzimlənməsinə imkan verən büdcə. == Tərifi == Tərif İngilis professoru Kolin Druri elastik büdcəni müxtəlif fəaliyyət səviyyələri üçün düzəldilə bilən büdcə kimi müəyyən edir. Elastik büdcə elastik standart göstəricilərdən istifadə edir. Amerikalı professor Rey Qarrison elastik büdcəni müəyyən fəaliyyət həcmlərində biznes fəaliyyətinin istənilən səviyyəsində çəkiləcək xərcləri qiymətləndirən büdcə kimi müəyyən edir. Nəzarət oluna bilməyən amillər (məlum olmayan və müvafiq olaraq planlaşdırılmayan xarici şərait) büdcə maddələrində dəyişən xərcləri dəyişmiş (artırmış/azalmış), sabit xərclər isə dəyişməz qalmışdır. Hesabat dövrü başa çatdıqdan sonra menecer, idarəolunmaz fəaliyyət amillərinin təhrifedici təsiri olduqda, bu sapmaları nəzərə almağa başlayır. İlkin büdcə dəyişkən məsrəf maddələri baxımından faktiki fəaliyyət səviyyəsinə uyğunlaşdırılır (əgər istehsalın həcmi artıb/azalıbsa, o zaman birbaşa xərclər də artıb/azalıb), beləliklə, elastik büdcə tərtib edilir və sonra təhlil edilir. Amerikalı professor Çarlz Hornqrenin fikrincə, elastik büdcə planlaşdırılmış gəlirin və ya planlaşdırılan xərclərin həcminə əsaslanaraq, faktiki məhsulun (və ya satışın) həcminə uyğunlaşdırılaraq formalaşır. Elastik büdcə məhsulun faktiki istehsalının / satışının həcmindən və statik büdcədən — istehsal / satışın planlaşdırılmış səviyyəsindən istifadə edir.
Platin
Ağqızıl və ya Platin (Pt') – kimyəvi element. Elementlərin dövri sisteminin VIII qrupundadır, atom nömrəsi 78, atom kütləsi 195,09-dur. Təbii platin 190Pt (0,0127%), 192Pt (0,78%), 194Pt (32,9%), 195Pt (33,8%), 196Pt (25,2%) və 198Pt (7,23%) izotoplarının qarışığından ibarətdir. Platin insana hələ qədimdən (Misir, Həbəşistan və s.) məlum idi. Külçə platin nümunələri 18 əsrin ortalarında Avropaya gətirilmiş, saf platin metalı isə ancaq 19 əsrin birinci yarısında alınmışdır. Platin çox nadir elementdir. Yer qabığında miqdarı 10−6%-dir. Təbiətdə, əsasən, dəmir, palladium, iridium, rodium, mis və ya nikellə birlikdə tapılır, onlarda platinin miqdarı 65-dən 94%-ə qədərdir. Ən çox yayılmış mineralları poliksen, ferroplatin və palladiumlu platindir. Platin, gümüşü ağ rəngli, çox ağır, dəyərli bir metaldır.
Arkadi Plastov
Arkadi Aleksandroviç Plastov (rus. Аркадий Александрович Пластов; 31 yanvar 1893 Simbirsk Rusiya; 12 may 1972 Ulyanovsk vilayəti)—Rusiya rəssamı. == Həyatı == Arkadi Aleksandroviç Plastov 31 yanvar 1893-cü ildə Rusiya imperiyasının Simbirsk şəhəri yaxınlığındakı Prislonixa kəndində anadan olmuşdu. O, misilsiz tablolar yaradan dahi bir rəssam idi. Sosializm realizminin ustalarından sayılır. Arkadi Aleksandroviç Plastov 12 may 1972-ci ildə vəfat edib. Ulyanovsk vilayəti Prislonixa kəndində dəfn edilib.
Elastiki qüvvə
Elastiki qüvvə — deformasiya zamanı yaranan qüvvə. Qüvvənin növündən asılı olaraq cismə tətbiq olunan qüvvə ona təcil verir, yaxud cismi deformasiyaya uğradır (ölçü və formanı dəyişdirir). Qüvvənin təsiri ilə baş verən deformasiyaya nəzər salaq. Qüvvənin təsiri kəsildikdən sonra cismin ilk ölçüsünün və formasının bərpa olunma dərəcəsinə görə iki növ deformasiyaya rast gəlinir. Təsir kəsildikdən sonra cisim tamamilə ilk ölçü və formasını alırsa, baş vermiş deformasiya elastiki deformasiya adlanır. Təcrübi faktlarla müəyyən olunmuşdur ki, elastiki deformasiya cismin fərdi xüsusiyyətindən asılı olmaqla yanaşı təsir edən qüvvənin müəyyən qiymətləri intervalında baş verir. Qüvvənin müəyyən qiymətindən sonra təsirin kəsilməsinə baxmayaraq cisim tam mənada ilk hala qayıda bilmir. Elə maddələr vardır ki, onlarda hətta çox kiçik qüvvənin təsiri ilə meydana gələn deformasiya təsir kəsildikdən sonra bərpa olunmur. Bu növ deformasiyalar plastik deformasiya adlanır. Plastik deformasiyanı yaradan qüvvənin ən kiçik qiyməti (yaxud, elastiki deformasiyanı yaradan qüvvənin mümkün olan ən böyük qiyməti) müxtəlif cisimlər üçün müxtəlifdir.
Klassik Yunanıstan
Klassik Yunanıstan (E.ə. V—IV əsrlər) — polis qurumunun ən yüksək inkişaf dövrü. Yunanların memarlıq, heykəltəraşlıq, vaza rəssamlığı, zərgərlik, poeziya, teatr sənəti, elm (astronomiya, həndəsə, fizika, zoologiya, tibb, psixologiya, məntiq, siyasətşünaslıq, sənət tarixi, ritorika, iqtisadiyyat, tarix, coğrafiya) sahələri üzrə nailiyyətləri bu dövrdə o qədər böyük oldu ki, onları təqlid etmək və nümunə götürmək istəyi yarandı. Buna görə bu dövr "klassik" adlanır, yəni təqlid etməyə layiq olan. == Hərbi-siyasi tarixi == Yunan-Fars müharibələrində (e.ə. 500-449) yunanların qələbəsi nəticəsində Afina şöhrət qazandı və Delos liqası (Afinanın rəhbərliyi ilə) yaradıldı. Afinanın ən qüdrətli dövrü, siyasi həyatının ən çox demokratikləşməsi və mədəniyyətin çiçəklənməsi Periklın hakimiyyətinə (e.ə. 443—429) təsadüf edir. Afina və Sparta arasında Yunanıstanda hegemonluq və ticarət yolları uğrunda mübarizə nəticəsində Afina və Korinf arasında yaranan ziddiyyətlər Afinanın məğlubiyyəti ilə sona çatan Peloponnes müharibəsinə (e.ə. 431—404) səbəb oldu.
Klassik cümhuriyyətçilik
Klassik respublikaçılıq və ya klassik cümhuriyyətçilik, həmçinin vətəndaş respublikaçılığı, vətəndaş cümhuriyyətçiliyi və ya vətəndaş humanizmi — respublikaçılığın antik dövrün dövlət modelləri və yazılarından, xüsusilə də Aristotel, Polibi və Siseron kimi klassik yazıçılardan ilhamlanaraq İntibah dövründə formalaşmış növü. Klassik respublikaçalıq vətəndaş cəmiyyəti, vətəndaş ləyaqəti və qarışıq dövlət kimi anlayışlar ətrafında qurulmuşdur. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Brugger, Bill (1999). Republican Theory in Political Thought: Virtuous or Virtual?. Basingstoke: St. Martin's Press. Coutant, Arnaud (2007). Une Critique republicaine de la democratie liberale. Mare et Martin Fink, Zera (1962). The Classical Republicans: an Essay in the Recovery of a Pattern of Thought in Seventeenth-Century England.
Klassik dixotomiya
Klassik dixotomiya makroiqtisadiyyat — klassik və Keynsdən əvvəlki iqtisadiyyata aid edilən, həqiqi və nominal dəyişənlərin ayrı-ayrılıqda təhlil edilə biləcəyi fikridir. Daha doğrusu, iqtisadiyyat nominal həmkarları ilə nə baş verdiyini, məhsulun pul dəyəri və faiz dərəcəsini nəzərə almadan məhsul və real faiz dərəcələri kimi real dəyişənlərin tam təhlil edilə biləcəyi klassik bir ikitirəlik nümayiş etdirir. Xüsusilə, bu, nominal pul kütləsinin səviyyəsini və ya inflyasiya səviyyəsini bilmədən həqiqi ÜDM və digər real dəyişənlərin müəyyən edilə bilməsi deməkdir. Pul neytral olduqda və real dəyişənləri deyil, yalnız qiymət səviyyəsini təsir edərsə, iqtisadiyyat klassik ikiqatlığı nümayiş etdirir. Beləliklə, klassik dixotomiya mövcuddursa, pul mallar arasındakı nisbi qiymətləri deyil, yalnız mütləq qiymətləri təsir edir. == Haqqında == Klassik dixotomiya bəzi Precainsian iqtisadçılarının (“pul örtük kimi”) uzunmüddətli iddia kimi düşünməsinin ayrılmaz bir hissəsi idi və bu gün yeni klassik makroiqtisadi nəzəriyyələrdə tapılmışdır. Yeni klassik makroiqtisadiyyatda daima yenidən işlənmiş rasional gözləntilərə uyğun olaraq şaquli olaraq dəyişdirilə bilən qısamüddətli Fillips əyrisi vardır. Qəti mənada pul qısa müddətdə neytral deyil, yəni klassik dixotomiya mövcud deyil, çünki agentlər təklif qərarlarını dəyişdirərək qiymətlərdəki dəyişikliklərə və pul miqdarına reaksiya göstərməyə meyllidirlər. Bununla birlikdə, pul uzun müddətdə neytral olmalıdır və klassik dixotomiya uzun müddətə bərpa edilməlidir, çünki məlumat səviyyəsində qiymətlərlə real makroiqtisadi göstəricilər arasında heç bir əlaqəsi yoxdur. Bu baxışın iqtisadi siyasət üçün ciddi təsiri vardır.
Klassik elektrodinamika
Elektrodinamika — elektrik yüklәri arasında qarşılıqlı tәsiri hәyata keçirәn elektromaqnit sahәsinin klassik nәzәriyyәsi. Klassik elektrodinamikanın әsas qanunları Maksvell tәnliklәrindә tәşәkkül tapmışdır. Bu tәnliklәr elektromaqnit sahәsinin әsas xarakteristikaları olan elektrik sahәsinin intensivliyinin (E) vә maqnit induksiyasının (B) qiymәtlәrini vakuumda vә makroskopik cisimlәrdә elektrik yüklәrinin vә cәrәyanların fәzada paylanmasından asılı olaraq tәyin etmәyә imkan verir. Klassik elektrodinamikada ayrı-ayrı yüklü zәrrәciklәrin yaratdığı mikroskopik elektromaqnit sahәsi makroskopik cisimlәrdә elektromaqnit proseslәrin klassik statistik nәzәriyyәsinin әsasını tәşkil edәn Lorens–Maksvell tәnliklәri ilә tәyin olunur; Lorens–Maksvell tәnliklәrinin ortalaması Maksvell tәnliklәrinә gәtirir. Klassik elektrodinamikanın qanunları yüksәktezlikli (qısa dalğa uzunluqlu) elektromaqnit dalğaları, yәni kiçik fәza–zaman intervallarında baş verәn proseslәr üçün kafi deyil. Bu halda kvant elektrodinamikasının qanunları tәtbiq olunur. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, VII CİLD. İ.M.Nəcəfov. Müasir klassik elektrodinamika, I hissə.
Klassik fizika
Klassik fizika — kvant və nisbilik nəzəriyyələrinin meydana gəlməsinə qədər fizika elmində hakim istiqamət olmuşdur. Klassik fizikanın əsasları Avropa İntibah dövründə klassik mexanikanın banisi İsaak Nyuton başda olmaqla bir sıra alimlər tərəfindən qoyulmuşdur. Klassik fizika aşağıdaki prinsiplərə əsaslanır: Səbəb nəticəni birmənalı şəkildə təyin edir (determinizm) Zaman və məkan mütləqdirlər – bu o deməkdir ki zaman və məkan materiyadan və onun hərəkətindən və zaman-məkan kəsimlərinin ölçülməsi seçilmiş hesablama sistemindən asılı deyil (başqa sözlə, müşahidəçiyə nəzərən ölçülən obyektin hərəkət sürətindən) Fiziki sistemi xarakterizə edən istənilən kəmiyyətin dəyişməsi kəsilməzdir – bu o deməkdir ki, fiziki sistemin bir vəziyyətdən başqa vəziyyete keçidi sonsuz aralıq keçidlərlə baş tutur. Bu zaman sistemin bütün fiziki parametləri başlanğıc və son vəziyyətlər arasında aralıq bir qiymət alır.Klassik fizikanın fundamental nəzəriyyələri aşağıdakılardır: Klassik mexanika Termodinamika və statistik fizika Klassik elektrodinamika == XIX–XX əslərin astanasında klassik fizikada böhran == XX əsrin əvvəllərində klassik fizika çərçivəsində izahı mümkün olmayan bir sıra suallar yaranmağa başladı: Elektromaqnit şüalanmasının spektrləri. Klassik nəzəriyyə mütləq qara cismin şüalanma spektrlərinin qənaətbəxş təsvirini verə bilmirdi. İşığın qaz halında olan maddələrdən şüalanması və əksinə udulması zamanı müşahidə olunan xətti spektrləri də klassik fizika çərçivəsində öz cavablarını tapa bilmirdilər. Günəş və ulduzların enerji mənbələri. Klassik fizikanın ulduzların enerji mənbəyinə dair irəli sürdüyü fərziyyə bu enerjini dəqiq ifadə edə bilmirdi. 1896-cı ildə Bekkerel tərəfindən kəşf olunan və Mari və Pyer Kürilər tərəfindən tədqiq olunan radioaktivlik hadisləri atom daxilində ölçüləri və kütlələri ilə nisbətdə çox böyük enerji olduğuna dəlalət etdi. Bu enerjinin mənbəyini də klassik fizika izah edə bilmirdi.
Klassik iqtisadiyyat
Klassik iqtisadiyyat və ya klassik siyasi iqtisadiyyat - 18-ci əsrin sonu 19-cu əsrin erkən ortalarında, əsasən Britaniyada inkişaf edən iqtisadi təlim məktəbi. Əsas mütəfəkkirlərinə Adam Smit, Jan Batist Sey, David Rikardo, Tomas Robert Maltus və Con Stüart Mill daxildir. Bu iqtisadçılar mübadilə və istehsalın təbii qanunları tərəfindən idarə olunan, öz-özünü tənzimləyən sistemlər kimi qəbul edilən bazar iqtisadiyyatları nəzəriyyəsini formalaşdırmışdılar.(Bunun daha geniş izahı Adam Smitin "Görünməyən əl" prinsipində verilmişdir) Adam Smitin 1776-cı ildə nəşr olunan Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında traktat kitabı klassik iqtisadiyyatın başlanğıcı kimi göstərilir. Smitin kitabının əsas çatdırmaq istədiyi bir millətin və ya xalqın sərvətinin o ölkəni idarə edən monarxın sandıqçasındakı qızılla yox, ölkənin milli gəliriylə ölçüldüyü düşüncəsi idi. Qarşılığında bu gəlir əmək bölgüsündə və klassik iqtisadçıların əsas konsepsiyalarından biri olan toplanmış kapitalın istifadəsində efektiv təşkil edilmiş əmək istifadəsinə əsaslanırdı.İqtisadi siyasət baxımından klassik iqtisadçılar ictimai malın istehsalında dövlətin rolunu görmələrinə baxmayaraq, bazar azadlığını müdafiə edən praqmatik liberallar idi. Smitə görə bəzi yerlərdə bazar ortaq marağı təmin etmək üçün ən yaxşı vasitə bazar deyildi. Bununla o ortaq malların xərcinin böyük hissəsinin bu malları ən rahat şəkildə almağa gücü çatanların üstünə yüklənməli olduğunu müdafiə edirdi. Smit təkrar-təkrar inhisarın təhlükələrinə diqqət çəkir və rəqabətin əhəmiyyətini vurğulayırdı. Beynəlxalq ticarət baxımından klassik iqtisadiyyatçılar proteksionizmi dəstəkləyən merkantilist sələflərinin əksinə azad ticarətin müdafiəçiləri idi. Smit, Rikardo və digər erkən iqtisadçıların "klassik" olaraq adlandırılması Karl Marks aiddir.
Klassik liberalizm
Klassik liberalizm — özəl mülkiyyəti, maneəsiz bazar iqtisadiyyatını, hüququn aliliyini, din və mətbuat azadlığının konstitusional qarantiyalarını, eləcə də azad bazara əsaslanan beynəlxalq sülhü dəstəkləyən ideologiyanı təyin etmək üçün istifadə edilən termin. Liberalizmin bir qoludur. Klassik liberallar fərdi azadlığa əsaslanan və bu azadlıqların qorunması ilə məhdudlaşdırılmış, cəmiyyətə yüksək üstünlük təmin edəcək bəzi xidmətlər göstərən bir dövlətin olması, geriyə qalan bütün funksiyalar azaldılaraq sərbəst bazar tərəfindən qarşılanmalıdır. İdeyaları klassik liberalizmə təsir edən insanlar arasında Con Lokk, Jan Batist Sey, Tomas Maltus və David Rikardo var. Onların fikirləri Adam Smitin Xalq Sərvətlərindən Biri Kitabında irəli sürülən klassik iqtisadi fikirlərə və təbii qanuna, utilitarizmə və tərəqqiyə inam üzərində quruldu. XX əsrdə iqtisadçılar Fridrix fon Hayek və Milton Fridmenin rəhbərliyi ilə klassik liberalizmə marağın canlanması baş verdi. Bəziləri klassik liberalizmin müasir inkişafını "neoklassik liberalizm" adlandırır. == Etimologiyası == Klassik liberalizm XIX əsrdə Avropa və ABŞ-də inkişaf etmişdir. XVIII əsrdə Klassik liberalizmin məlum ideyalar üzərində qurulmasına baxmayaraq, bu, yeni bir cəmiyyət tipinə, sənaye inqilabına və urbanizasiyaya cavab olaraq meydana gələn, hökumətə və ictimai münasibətlərə yönəlmişdir.
Klassik mexanika
Fizikada klassik mexanika - mexanikanın iki əsas bölməsindən biri olub, qüvvələr sisteminin təsiri altında cisimlərin hərəkətini təsvir edən fizika qanunlarını əhatə edir. Cisimlərin hərəkətinin öyrənilməsi çox qədim tarixə getməklə, elm, texnika və texnologiyada klassik mexanikanı ən böyük və qədim fənn edir. Klassik mexanika makroskopik obyektlərin hərəkətini, roketlərdən maşın hissələrinə kimi, eləcə də astronomik obyektlərin, məsələn, kosmik gəmilərin, planetlərin, ulduzların və qalaktikaların həkətini xarakterizə edir. Bununla yanaşı,fənn daxilində bir çox ixtisaslaşmalar qazları, mayelərı, bərk cisimlərı və başqa xüsusi mövzuları əhatə edir. Klassik mexanikanın işıq sürətinə yaxın olmayan sürətlə və böyük obyektlərlə məhdudlaşan mühitlərdə tətibiqi olduqca dəqiq nəticələr verir. Baxılan obyekt kifayət qədər kiçik olduqda, mexanikanın digər əsas bölməsi olan kvant mexanikasının daxil edilməsi zərurəti yaranır, hansı ki, cisimlərin atomik təbiətini makroskopik fizika qanunları ilə uzlaşdırır və atom və molekulların dalğa-zərrəcik dualizmini (ikili xüsusiyyətini) öyrənir. Obyektlərin işıq sürətinə yaxın yüksək sürətli hallarında, klassik mexanika xüsusi nisbilik nəzəriyyəsi ilə əvəzlənir. Ümumi nisbilik nəzəriyyəsi Nyutonun ümumdünya cazibə qanunu ilə xüsusi nisbilik nəzəriyyəsini özündə birləşdirməklə, fiziklərə dərin səviyyədə qravitasiya ilə işləmək imkanını verir. == Maddi nöqtə == Müəyyən məqsədlər üçün ölçüləri nəzərə alınmayan cismə deyilir. Məsələn Yer kürəsinin Günəş ətrafında hərəkətini öyrənərkən ona maddi nöqtə kimi baxmaq olar.
Klassik musiqi
Klassik musiqi — klassik musiqi o əsərlərə deyilir ki, həmin əsərlər artıq tarix olub, zamanın sınağından çıxıb. Buna baxmayaraq, hələ də müasir cəmiyyətdə auditoriyasını qoruyub saxlayıb, sevilir və dinlənilir.Klassik musiqi incəsənətin bir növü olub Qərb ənənələrinə söykənir. Bu XI əsrdən bu günə qədər böyük bir dövrü əhatə edir. Bu ənənənin mərkəzi normaları ümumi təcrübə dövrü kimi sayılan 1550 və 1900-cu illəri bir-birinə bağlayır. Klassik musiqinin böyük vaxt bölmələri erkən musiqi dövrü sayılır. Buna daxildir- Medival və Renesans; Barokko və Romantik; Klassik; və XX əsrdən müasir dövrə qədər olan dövr. == Avropa və rus klassik musiqisi == Avropa dünyaya Vivaldi, İohann Bax, Hendel, Motsart, Mendelson, Şopen, Rixard Vaqner, Cüzeppe Verdi, İohann Ştrauss, Yohans Brams, Jorj Bize və başqa dahi bəstəkarları bəxş edib. Lakin iki dahi bəstəkar var ki, mənim üçün heç kimlə müqayisə oluna bilməz. Bunlar – Volfqanq Amadey Motsart və Lüdviq van Bethovendir. Motsart artıq 6 yaşı olanda musiqi bəstələməyə, konsertlər verməyə, Avropanı gəzməyə başlamışdı.
Klassik respublikaçılıq
Klassik respublikaçılıq və ya klassik cümhuriyyətçilik, həmçinin vətəndaş respublikaçılığı, vətəndaş cümhuriyyətçiliyi və ya vətəndaş humanizmi — respublikaçılığın antik dövrün dövlət modelləri və yazılarından, xüsusilə də Aristotel, Polibi və Siseron kimi klassik yazıçılardan ilhamlanaraq İntibah dövründə formalaşmış növü. Klassik respublikaçalıq vətəndaş cəmiyyəti, vətəndaş ləyaqəti və qarışıq dövlət kimi anlayışlar ətrafında qurulmuşdur. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Brugger, Bill (1999). Republican Theory in Political Thought: Virtuous or Virtual?. Basingstoke: St. Martin's Press. Coutant, Arnaud (2007). Une Critique republicaine de la democratie liberale. Mare et Martin Fink, Zera (1962). The Classical Republicans: an Essay in the Recovery of a Pattern of Thought in Seventeenth-Century England.
Sərbəst platin
Sərbəst platin – Pt — Kubik sinqoniya; Rast gəlmə tezliyi şkalası - nadir. == Növ müxtəliflikləri == Təmiz halda çox nadir hallarda qeyd edilir və adətən başqa metallarla birlikdə təbii ərintilər – ferroplatin (15-20 % Fe), iridiumlu platin (7 %-dək Ir), palladiumlu platin (bəzən 7 %-dək və daha çox miqdarda Pd), rodiumlu platin (4,5 %-dək Rh), nikelli platin (3,8%-dək Ni), kuproplatin (8-13 % Cu) və b. əmələ gətirir. == Xassələri == Rəng – gümüşü-ağdan poladı-bozadək; Mineralın cizgisinin rəngi – gümüşü - və qalayı-ağ, parıltılı; Parıltı – metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – təmiz platinin – 21,5, təbii xəlitələrin – 14-19; Sərtlik – 4-4,5; AR – yoxdur; Sınıqlar– tikanlı; Başqa xassələr – döyüləndir, olduqca dartıla biləndir, çətin ərimə, kimyəvi dayanıqlıq, dəmirli platin isə həm də maqnit və elektrik keçiricilik xassələri ilə səciyyələnir; Morfologiya – kristallar: nadir hallarda rast gəlir; oktaedrik, heksaedrik; Mineral aqreqatları: qeyri-düzgün və yuvarlaq formalı, vərəq- və pulcuqvari əmələgəlmələr, dendritlər, külçələr – adətən kiçik ölçülü, nadir hallarda çəkisi 10 kq və daha çox olan bütöv kütlələr. == Mənşəyi və yayılması == Platinin maqmatik ana yataqları və səpinti yataqları ayrılır. Mineralın ana – ilkin yataqları genetik cəhətdən ultraəsasi və əsasi süxurlarla əlaqədardır. Hiperbazitlər (dunit) içərisində yerləşən yataqlarda platin xromşpinelidlərlə sıx assosiasiya təşkil edir, gec (pnevmatolit-hidrotermal mənşəli olması da istisna deyil) minerallar sırasına daxil olub, silikatlar və oksidlərdən sonra əmələ gəlir. Əsasi süxurlarda (norit, qabbro-diabazlar) yerləşən yataqlarda sərbəst platin maqmatik ərintinin likvasiyası ilə əlaqədar olaraq yaranır və onunla assosiasiyada olan sulfidlərin erkən əmələgəlmələrindən sonra kristallaşır. Mineralın hidrotermal mənşəli tapıntıları da məlumdur. Mineralın səpinti törəmə yataqları onun ana yataqlarının dağılması nəticəsində formalaşır.
Plaoşnik
Plaoşnik və ya qısaca Plaoş (maked. Plaoşnik, Plaoş) — Oxridin qədim şəhərinin tarixi (tarix) mərkəzidir, hal-hazırda arxeoloji qazıntıların əsas yeri, böyük mənəvi, mədəni və turizm mərkəzidir. Samuel qalasından 250 metr məsafədə yerləşmişdir. Oxrid gölünün şərq sahilindədir. == Tarixi == Hələ bu yerdə 893-cü ildə Oxridin müqəddəs Klimentinin məbədi tikilmişdi və bu bina şəhərin ərazisində ən qədim məbədlərdən biri hesab olunurdu. Məbəd regionun ən böyük mədəni və maarifləndirici mərkəzi idi, belə ki o vaxt yaxınlıqda məşhur Oxrid kitab məktəbi işləyirdi, harada ki tədris üçün slavyan əlifbasından, yəni kiril əlifbasından istifadə olunurdu. Məktəb slavyan yazısının və ədəbiyyatın formalaşmasına əhəmiyyətli təsirini göstərdi, onun vasitəsilə bir neçə min şagird təhsil aldı. Müqəddəs Kliment öz əlləriylə tikilmiş məqbərədə-məbəd yaxınlığında dəfn edilmişdi. Bununla belə, mərkəz Osmanlı imperiyasının idarələri dövründə (vaxtında) dəfələrlə talan edilib və dağılmışdır, çoxlu qalıqlar və mədəni dəyərlər itirilmiş, Oxridin, Klimentinin məbədi tamamilə məhv edilmişdi və onun bünövrəsində məscid tikilmişdir. == Restavrasiya işləri == Məbəd kompleksinin inkişafı yalnız 2000-ci ilin dekabrında başlandı — hədəflər üçün genişmiqyaslı layihə hazırlanmışdı, bütün ölkədən bir neçə yüz ixtisaslaşdırılmış mütəxəssis cəlb olundu, hansının ki, layihənin reallaşdırmasıyla məşğul olurdular.