Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şamaxı Palace Platinum By Rixos
"Şamaxı Palace Platinum By Rixos" — Azərbaycan Respublikasının Şamaxı rayonunda beşulduzlu otel. Bu otel “Rixos” otellər şəbəkəsinə aiddir. Şamaxı rayonunda tikintisinə 2011-ci ildə başlanmış “Şamaxı Palace Platinum By Rixos” oteli Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, həm də respublikamıza gələn turistlərin sayının artmasına zəmin yaradır. “Şamaxı Palace Platinum By Rixos” oteli təkcə Şamaxı rayonu üçün deyil, bölgə üçün də əhəmiyyətli turizm obyektidir. Mükəmməl infrastruktura malik bu otel kompleksindəki şərait böyük turizm potensialına malik olan Şamaxıda turistlərin yüksək səviyyədə qəbulu üçün geniş imkanlar açır. 43 min 370 kvadratmetr ərazidə inşa olunan oteldə yüksək keyfiyyətli müxtəlif xidmətlər göstərilir. Otel kompleksi maraqlı memarlıq üslubunda inşa edilmişdir. Avanqard və klassik arxitektura elementlərinin sintezi əsasında inşa edilən binanın interyerinin tərtibatında orijinal mebel və aksessuarlardan istifadə olunmuşdur. Oteldə xidmət göstərən heyət yüksək hazırlıq kursu keçmişdir və onların əksəriyyətini yerli kadrlar təşkil edir. Bu əməkdaşlar otelin istənilən xidmət sahəsində qonaqlara yüksək səviyyəli qulluğun göstərilməsi ilə bağlı xüsusi təlim kurslarına cəlb olunmuşlar.
Platonizm
Platonizm — Antik yunan filosofu Platonun və onun sələflərinin fəlsəfi təlimi. Bu təlimin tərəfdarlarına görə ideyanın reallığı mütləqdir və ruh ölməzdir. Platonizmin ilk ardıcılları Platonun e.ə. IV əsrdə əsasını qoyduğu məktəbin — Akademiyanın şagirdləri olmuşdur. Məktəb Platonun özü tərəfindən yaradılmış və b.e.529-cu ilinə qədər mövcud olmuşdur. Afina divarları yaxınlığında yerləşən bu Akademiya imperator I Yustinianın əmri ilə bağlanmışdır. Adətən Platonizmi üç əsas dövrə ayırırlar: ilkin, orta və neoplatonizm. == Dövrlər == === İlkin platonizm === İlkin (yaxud "qədim") (e.ə. IV əsr), dövr Platon və onun ən yaxın tərəfdarlarının (Spevsipp, Ksenokrat, Pontiyalı Heraklit) adı ilə bağlıdır. Platonun şagirdləri onun biliklərə fəlsəfi yanaşmasının əsası kimi gündəlikdən istifadə edirdilər.
Plutonium
Plutonium (Pu) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 94-cü element.
Platini
Mişel Fransua Platini (fr. Michel François Platini; 21 iyun 1955[…], Jyof[d]) — Fransa futbolçusu, məşqçi və futbol məmuru. 1984-cü il Avropa çempionatının qalibi. "France Football" dərgisinin versiyasına görə XX əsrdə ən yaxşı fransız futbolçu. Yeganə futbolçudur ki, 3 dəfə ardıcıl "Qızıl top" (1983, 1984 və 1985) mükafatının qalibi olmuşdur. == Həyatı == Mişel Fransua Platini 1955-ci il iyunun 21-də Fransanın Lotaringiya əyalətinin Jyof şəhərində anadan olub. Öz dövrünün ən istedadlı futbolçularından hesab edilir. == Klub karyerası == "Nansi" (Fransa, 1973–1979) – 175 oyun, 98 qol "Sent-Etyen" (Fransa, 1979–1982) – 107 oyun, 58 qol "Yuventus" (İtaliya, 1982–1987) – 147 oyun, 68 qol == Yığma komanda == Fransa milli futbol komandasının heyətində 72 oyun keçirib, 41 qol vurub. == Titulları == Fransa kubokunun qalibi – 1978 Fransa çempionu – 1981 Fransa kubokunun finalçısı – 1981, 1982 İtaliya kubokunun qalibi – 1983 İtaliya çempionu – 1984, 1986 Kuboklar Kubokunun qalibi – 1984 Avropa Superkubokunun qalibi – 1984 Avropa çempionu – 1984 Çempionlar Kubokunun qalibi – 1985 Qitələrarası kubokun qalibi – 1985 Dünya çempionatının bürünc mükafatçısı – 1986 Avropanın ən yaxşı futbolçusu – 1983, 1984, 1985 Kavaler ordeninin Fəxri legionu – Şevalye (1985), Zabit (1988) 1984-cü ildə keçirilən Avropa çempionatının bombardiri (9 qol) olub. 1983, 1984 və 1985-ci illərdə Avropanın ən yaxşı futbolçusu seçilərək "Qızıl top"a yiyələnib == Məşqçi karyerası == Fransa milli yığma komandasının baş məşqçisi – 1988–1992 == Mükafatları == Fəxri Legion ordeni (29 aprel 1985) Xidmətlərə görə ordeni (Fransa) (3 dekabr 1994) "Şöhrət" ordeni (Azərbaycan) (2007) "Şərəf" ordeni (Moldova) (2009) "Şərəf" ordeni (Ermənistan) (2010) == Məmur kimi fəaliyyəti == Mişel Platini Fernando Sastre ilə birlikdə 1998-ci ildə Fransada keçirilən dünya çempionatının təşkilat komitəsinə rəhbərlik edib.
Orta Platonizm
Orta platonizm — Platon Akademiyasının dürdünçü tarixi mərhələsidir. Bu mərhələ m.ö. 87 ildə Qədim Akademiyanın bağlanmasından sonra başlamış və yeni-platonçuluğun yaranmasına qədər sürmüşdür. == Tarixi və təmimin əsasları == Arkesilausdan sonra akademiklər Platon təlimindən tədricən aralanmışdırlar. Karneadesdən sonra isə bu proses daha da dərinləşmişdir. M. ö. I yüzillikdə Qədim Akademiya eniş dövrünü yaşamışdır. Ancaq, sonra Platonun təliminə qayıdış və şübhəçilikdən aralanma dövrü başlanmışdır. Onu Akademiyanın Orta dövrü (m. ö.
Mişel Platini