PLATFORM
PLATONIC
OBASTAN VİKİ
Şamaxı Palace Platinum By Rixos
"Şamaxı Palace Platinum By Rixos" — Azərbaycan Respublikasının Şamaxı rayonunda beşulduzlu otel. Bu otel “Rixos” otellər şəbəkəsinə aiddir. Şamaxı rayonunda tikintisinə 2011-ci ildə başlanmış “Şamaxı Palace Platinum By Rixos” oteli Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, həm də respublikamıza gələn turistlərin sayının artmasına zəmin yaradır. “Şamaxı Palace Platinum By Rixos” oteli təkcə Şamaxı rayonu üçün deyil, bölgə üçün də əhəmiyyətli turizm obyektidir. Mükəmməl infrastruktura malik bu otel kompleksindəki şərait böyük turizm potensialına malik olan Şamaxıda turistlərin yüksək səviyyədə qəbulu üçün geniş imkanlar açır.43 min 370 kvadratmetr ərazidə inşa olunan oteldə yüksək keyfiyyətli müxtəlif xidmətlər göstərilir. Otel kompleksi maraqlı memarlıq üslubunda inşa edilmişdir. Avanqard və klassik arxitektura elementlərinin sintezi əsasında inşa edilən binanın interyerinin tərtibatında orijinal mebel və aksessuarlardan istifadə olunmuşdur.Oteldə xidmət göstərən heyət yüksək hazırlıq kursu keçmişdir və onların əksəriyyətini yerli kadrlar təşkil edir. Bu əməkdaşlar otelin istənilən xidmət sahəsində qonaqlara yüksək səviyyəli qulluğun göstərilməsi ilə bağlı xüsusi təlim kurslarına cəlb olunmuşlar.Otel kompleksində müxtəlif toplantı və konfransların keçirilməsi üçün geniş imkanları olan 200 nəfərlik konfrans zalı, müasir restoranlar şəbəkəsi də fəaliyyət göstərir. Restoranlarda turistlərə Azərbaycan və dünya mətbəxinin nümunələri təqdim olunur.Oteldə müxtəlif kateqoriyadan olan nömrələr ən müasir tələblər səviyyəsindədir və yüksək dizaynı ilə seçilir.Oteldə uşaqların da istirahətinin təşkili üçün lazımi şərait yaradılmışdır. Burada uşaqlar üçün müxtəlif əyləncə və idman sahələri qurulmuşdur.