Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rodium
Rodium (Rh) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 45-ci element.
Teucrium polium
Ağ məryəmnoxudu (lat. Teucrium polium) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin məryəmnoxudu cinsinə aid bitki növü.
Bodrum
Bodrum (türk. Bodrum) — Türkiyənin Muğla ilində şəhər. Bodrum əhalisi 2021(türk.bilgi xidmetine göre) 187.284 nəfərdir. == İqlim == İqlim etibarilə Egey və Aralıq Dənizi iqlimlərinin sintezindən ibarət olan bir xüsusiyyətə malikdir. Yarımada olaraq mikro kondisioner xüsusiyyəti göstərər. Yay aylarında az qala heç nəm tapılmaz. Qış aylarında isə nəmişlik olduqca aşağıdır. Yay ayları isti və quraq, qış ayları isə olduqca ilıq və yağışlıdır. 1970-ci ildən bu yana qar yalnız 2004-ci ilin Fevral ayında yağmış və qarın qalınlığı orta hesabla 5 sm olmuşdur. Yarımada bitki örtüyü olaraq çox diqqətə çarpan bir şəkildə ikiyə ayrılmışdır.
Borium
Borium (Bh) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 107-ci element.
Conium
Badyan (lat. Conium) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Erodium
Durnaotu (lat. Erodium) - ətirşahkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Durnaotu:The Plant List saytında takson barədə məlumat.
Godizm
Lolium
Quramit (lat. Lolium) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi.
Medium
Medium - ruhlar aləmi ilə əlaqəyə keçə bildiyini və ölülər ilə canlılar arasında əlaqə qura bildiyini iddia edən şəxs. Azərbaycan dilinə Fransız dilindən keçən sözün mənşəyi Latınca medium (vasitəçi) sözünə dayanır.Spiritualizm terminologiyasında "dünyadakı bədənini tərk etmiş ruhlarla əlaqə quraraq onlardan aldıqları təsirləri müxtəlif təzahürlər halında dünyaya əks edən, ekstrasens baxımdan həssas şəxslərə (zehni mediumlar) və ya hər hansı bir ruhani əlaqə mövzusu olmadan paranormal fenomenlər ortaya qoya bilən xüsusi qabiliyyətlərə sahib şəxslərə (fiziki mediumlar) verilən ad" olaraq izah edilir. Bu izahdan da başa düşüləcəyi kimi bir mediumun paranormal bir fenomen ortaya qoymasında mediumun ruhundan başqa bir ruhun var olması şərt deyildir. Yəni mediumun ruhundan başqa bir ruhun mövzusu olmadığı meduimi təzahürlərin də olduğuna inanılır. Spiritualist anlayışa görə mediumluq qabiliyyətinə sahib olmaq bir hünər deyildir və spiritualist etik anlayışına görə şəxsin bu qabiliyyətini əsla yanlış yollarda və ya hər hansı bir məqsəd güdməklə istifadə etməməsi lazımdır. Neo-spiritualist terminologiyada mediumluq yalnızca ekstrasens həssas olmaqdan ibarət deyildir; medium, mediumluq haqqında bəs edən ədəb, məlumat və təcrübəyə sahib olmasıyla birlikdə, mediumluğun vəzifələrini, məsuliyyətlərini lazımi qədər bilən və tətbiq edən şəxsə deyilir. Həmçinin mediumun lazımi xüsusiyyətlərə sahib olması da bəs etmir; o xüsusiyyətlərə mediumu transa soxan və istiqamət verən operatorun da sahib olması lazımdır. == İdrak və iradə cəhətdən == Mediumluq mediumda dünyəvi idrak və iradənin görünüb görünməməsi baxımından üç qrupda ələ alınır: Medium etdiyi işləri idrak etdiyi kimi bunların öz iradəsi daxilində meydana gəldiyini bilir. İntuisiyal mediumluk bu qruba daxildir. Medium idraksız və öz iradəsiylə hərəkət etməyən kimi görsənir.
Neodium
Neodim (Nd) – nadir metallardandır, lantanoidlərə aid edilir. D.İ. Mendeleyevin elementlərin dövri sistemində 60-cı element. Neodim - elementlərin dövri sisteminin III qrupundadır. Təbiətdə 5 stabil (kütlə ədədləri 142,143,145,146,148) və 2 radioaktiv (kütlə ədədləri 144,150 olan) izotopu tapılmışdır. Yer qabığında neodimin miqdarı 2,5.10-3 %, dəniz suyunda – 9,2.10-6 mq/l təşkil edir. Monosit və loparit minerallarının kristal qəfəsinə izomorf qarışıq kimi daxildir. == Tarixi == Avstriya kimyaçısı Karl Auer fon Velsbax tərəfindən 1885-ci ildə oksid neodim şəklində kəşf edilmişdir. == Alınması == Başqa lantanoidlər kimi neodimdə əridilmiş xloridin NdCl3 elektrolizindən alınır.Saf neodim almaq üçün metalotermik üsuldan istifadə edilir. == Fiziki xassələri == Neodim gümüşü-sarımtıl rəngli metaldır, paramaqnit xassəlidir. Oksidləşmə dərəcələri +3, +4, nadir hallarda +2 olur.
Psidium
Psidium (lat. Psidium) — mərsinkimilər fəsiləsinə aid bitki cinsi.
Radium
Radium (Ra) – Dmitri Mendeleyevin elementlərin dövri sistemində 88-ci element.Qələvi torpaq metallarından radium ən axırda kəşf edilmişdir, hələ Dmitri Mendeleyev onun üçün dövri sistemdə əvvəlcədən boş xana saxlamışdı. Radium 1898-ci ildə uran filizində tapıldı. Pyer və Mariya Kürilər bu mineralı tədqiq edərkən bəzi filiz nümunələrinin radioaktivliyinin onlardakı uranın miqdarına görə gözləniləndən böyük olduğunu müəyyən etdilər. Onlar belə nəticəyə gəldilər ki, uran filizinin tərkibində radioaktivliyi uranınkından yüksək olan yeni element vardır. Tezliklə onlar bu birləşməni ayıra bildilər. Radioaktiv parçalandığına görə elementi radium adlandırdılar. Kürilər təqribən bir ton uran filizini işləyərək, 0,1 q-a yaxın radium duzu aldılar. Radium metalı isə 1910 -cu ildə civə katodundan istifadə etməklə radium – xlorid məhlulunun elektrolizindən alındı. Radium gümüşü – ağ rəngli ağır, çətinəriyən metaldır (6,5x10-4 atm təzyiqə tər=0,63C0). Digər qələvi – torpaq metallar kimi o da sərbəst halda yüksək kimyəvi aktivliyə malikdir, su ilə şiddətli reaksiyaya daxil olaraq hidrogeni ayırır: Ra+2H2O=Ra(OH)2+H2.
Torium
Torium (Th) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 90-cı element. 1882-ci ildə Y.Y.Berselius ona Norveçdən göndərilmiş nadir mineralda yeni elementin birləşməsini aşkar edir. O, bu elementi qədim skandinav Allah – ildırım saçan Tora şərəfinə torium adlandırır. Doğrudur Berselius bu adı hələ 1815-ci ildə toriumu İsveçdən olan digər mineralda səhv olaraq “kəşf edərkən” düşünmüşdü. Bu, o nadir hadisə idi ki, tədqiqatçının özü guya onun aşkar etdiyi elementi “bağladı”. “Bağlama” 1825-ci ildə baş verdi, o vaxt məlum oldu ki, əvvəllər Berselius ittrium fosfatı analiz edibmiş. Yeni mineralı isə torit adlandırdılar, bu, torium slikat idi.
İndium
İndium (In) – Dmitri Mendeleyevin elementlərin dövri sistemində 49-cu element. 1863-cü ildə F. Reyx və T. İ. Rixter tərəfindən sfalerit (ZnS) mineralında spektral üsul ilə kəşf olunmuşdur. Onlar spektrdə Hindistandan gətirilmiş qədim boyaq indiqonun iki parlaq rəng xəttini aşkar etmişlər. Yeni element indium adlandırılmışdır. Gördüyümüz kimi onun adı dolayısı ilə Hindistan ilə əlaqədardır. Həmin kimyaçılar az miqdarda bəsit maddə — indium metalını da ayırmışdılar. İndiumun ekvivalentini müəyyən etdikdən sonra D. İ. Mendeleev inandırıcı olaraq sübut etdi ki, bu elementin yeri beşinci dövrdə və III qrupda və yaxın keçmişdə boş qalmış xanadadır. İndiumun başlıca nuklidi təbiətdə nisbi miqdarına görə 115In-dur (95.71%). Bu radionuklid nəhəng yarımparçalanma dövrünə malikdir: T1/2=4.4∙1014(440 trilion) il. Yer mövcud olduğu dövrdən onun cəmi 7∙10–4 % nüvəsi parçalanmışdır.
Allium porrum
Üzüm soğanı (lat. Allium ampeloprasum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Amomum medium
Alpiniya qalanqa (lat. Alpinia galanga) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.
Bodiam qəsri
Bodiam qəsri (ing. Bodiam Castle) — Susseks qraflığında, Roter çayı sahilində yerləşən qəsr. İngiltərədə yaşayış üçün əlverişli nadir qəsrlərdən biridir. Qala xüsusiyyətlərini qoruyub saxlamaqla yanaşı, həm də ətraf ərazidən çox ustalıqla ayrılmışdır. Dərin xəndək və su qəsrin kənar hücumlardan qorunmusı üçün nəzərdə tutulmuşdur. Maraqlıdır ki, qəsrin mövcud olduğu müddətdə o heç bir hücuma məruz qalmayıb və özünün müdafiə özəlliyini həyata keçirə bilməmişdirQəsr III Eduardın cəngavəri olmuş Edvard Delinqric tərəfindən inşa olunmuşdur. Qəsri Yüzillik müharibə zamanı fransızların bölgəyə hücumlarından müdafiə olunmaq üçün tikmişlər. == Tarixi == III Eduard 1360-cı ildə, Yüzillik müharibə zamanı Fransa ilə müqavilə imzaladı və könüllü olaraq Fransa taxtından imtina etdi. Bu zaman Akvitaniya, Kale ərazilərinə o nəzarət etsə də, buradan öz ordularının çıxarılması məsələsini tam həll etmədi. 1377-ci ildə Fransadan qayıdan Robert Nollesə və Edvard Delinqricə 1385-ci ildə İngiltərə kralı II Riçard La-Manş tərəfdən fransızların hücum təhlükəsinə görə həmin ərazilərdə möhkəmləndirmə işləri aparmağa icazə verdi..
Bodrum qalası
Bodrum qalası — Bodrumun simvolu halına gəlmiş və bu gün Sualtı Arxeologiya Muzeyi kimi istifadə olunan qala. Sent Con Cəngavərləri tərəfindən Zephyiria deyə bilinən keçmiş adda, ancaq günümüzdə yarımada kimi tanınan ərazidə inşa edilmişdir. Bodrum qalası iki liman arasında qayalıq bir sahə üzərində qurulmuşdur. Antik dövrdə əvvəl ada olan bu sahə sonra şəhərə bağlanaraq yarımada vəziyyətinə gəlmişdir. 1523-cü illər arasında inşa edilən St. Jan Cəngavərlərinin qalası, kvadrat planlı, 180 x 185 mt həddindədir. İç qala içində müxtəlif ölkə adları verilmiş qurğular yerləşir. Ən hündür qüllə dəniz səviyyəsindən 47,50 mt hündürlükdə olan Fransız qülləsidir. Digər qüllələr İtalyan qülləsi, Alman qalası, İlanlı qüllə və İngilis qülləsidir. Şimalda, antik dünyanın yeddi möcüzəsindən biri olan Kral Mousollosun Mausoleum (indi "mozole" deyilir) bir zəlzələ nəticəsində az qala yerlə bir olmuşdur.
Bulbophyllum apodum
Bulbophyllum apodum (lat. Bulbophyllum apodum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum apodum növü Sikkimdən Sakit okeanın cənub-qərb hissələrinə qədər yayılmışdır. == Sinonim == Bulbophyllum apodum var. lanceolatum Ridl. Bulbophyllum balapiuense J.J.Sm. Bulbophyllum ebulbe Schltr. Bulbophyllum ebulbum King & Pantl. Bulbophyllum humiligibbum J.J.Sm. Bulbophyllum nigroscapum Ames Bulbophyllum polypodioides Schltr.
Bulbophyllum badium
Bulbophyllum membranifolium (lat. Bulbophyllum membranifolium) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum membranifolium növü Malayziyadan Filippinnə qədər yayılmışdır. == Sinonim == Bulbophyllum badium Ridl. Bulbophyllum costatum Ames Bulbophyllum crista-galli Kraenzl. Bulbophyllum cryptophoranthoides Kraenzl. Bulbophyllum dagamense Ames Bulbophyllum insigne Ridl. Bulbophyllum maculosum Ames Bulbophyllum sanguineomaculatum Ridl. Bulbophyllum scandens Kraenzl. Phyllorchis maculosa (Ames) Kuntze Phyllorchis membranifolia (Hook.
Bulbophyllum modicum
Bulbophyllum modicum (lat. Bulbophyllum modicum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Conium maculatum
Xallı badyan (lat. Conium maculatum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin badyan cinsinə aid bitki növü. == Yayılması == Təbiətdə bu bitki Afrikada Əlcəzair, Mərakeş, Tunis və Efiopiya, Avropanın bütün ərazisində, Asiyada isə Türkiyədən Çinə qədər mülayim iqlimi olan ərazilərdə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 100 sm qədər olan, çox vaxt mixəyiqırmızı ləkəli ikiillik ot bitkisidir. Gövdəsi çılpaq, düz budaqlı, xırda şırımlı içi boşdur. Aşağı yarpaqları saplaqlı, enli üçbucaqşəkillidir. Orta və yuxarı yarpaqları daha xırda və oturaqdır. Çox saylı çətirlərinin 12-20 sayda nahamar şüası vardır. Çiçəkləri ağ, meyvəsi 3 mm, dalğalı tinli yumru-kürəvaridir. İyun-iyul aylarında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir.
Empetrum medium
Empetrum nigrum (lat. Empetrum nigrum) — erikakimilər fəsiləsinin empetrum cinsinə aid bitki növü. == Sinonim == Chamaetaxus nigra (L.) Bubani Empetrum crassifolium Raf. Empetrum medium Carmich. Empetrum nigrum f. ciliatum Jordal Empetrum nigrum f. cylindricum Lepage Empetrum nigrum subsp. nigrum Empetrum nigrum var. nigrum Empetrum nigrum f. nigrum Empetrum procumbens Gilib.
Erodium ambiguum
Adi durnaotu, Sikuta durnaotu (lat. Erodium cicutarium) - durnaotu cinsinə aid bitki növü. Yayılması, Aralıq dənizi sahili olan ölkələr və Şimali Amerikada yayılıb. Azərbaycanda Qobustan,Xaçmaz rayonu ,Ceyrançöl və Naxçıvan Muxtar Respublikasının bəzi dağətəyi rayonlarında yayılıb.
Erodium arenarium
Adi durnaotu, Sikuta durnaotu (lat. Erodium cicutarium) - durnaotu cinsinə aid bitki növü. Yayılması, Aralıq dənizi sahili olan ölkələr və Şimali Amerikada yayılıb. Azərbaycanda Qobustan,Xaçmaz rayonu ,Ceyrançöl və Naxçıvan Muxtar Respublikasının bəzi dağətəyi rayonlarında yayılıb.