Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Poliqamiya
Poliqamiya (yun. “polys” – çoxsaylı, geniş + “gamos” – nikah) – bir fərdin ikidən çox əks cinsin nümayəndəsi eyni vaxtda nikahda olmasıdır. Onun iki forması vardır – poliginiya və poliandriya. Poliginiya bir kişinin eyni zamanda bir neçə arvadla nikahda olması, poliandriya isə bir arvadın bir neçə kişi ilə nikahda olmasıdır. Poliandriya bəzi cəmiyyətlərdə olsa da çox da yayılmamışdır. Ən çox yayılmış poliginiya olmuşdur. Bunun da səbəbi cəmiyyətlərin tarix boyu patriarxal olduğundan irəli gəlir. 2. Bitkilərə münasibətdə poliqamiya eyni bir bitki üzərində, yaxud eyni növdən olan müxtəlif bitkilər üzərində ikicinsli, yaxud ayrıcinsli çiçəklərin əmələ gəlməsidir.
Qazaxıstanda poliqamiya
Qazaxıstanda çoxarvadlılıq qanunla qadağandır. Qazaxıstanda siyasətçilərin çoxarvadlılığından danışanda Qazaxıstanda bir ifadə işlədirlər: “Almatı bir arvadı olanlar üçündür, Astana çox arvadı olanlar üçün”. Uzun illər Almatıda qərarlaşan hökumət 1990-cı illərin axırlarında yeni paytaxt Astanaya köçdü. İndi Almatı köhnə dövrün simvoludur, Astana yeni dövrün. == Qanun nə deyir? == Qanunla Qazaxıstanda poliqamiya, çoxarvadlılıq olmaz. Hətta məhz 90 il bundan qabaq iyunun 21-də Sovet hakimiyyəti çoxarvadlılığı qadağan etdi. Bütün Orta Asiya dövlətlərində çoxarvadlılıq cinayətdir, buna görə iki il həbs cəzası almaq olar. Ancaq Qazaxıstanda vəziyyət fərqlidir. Burda 1998-ci ildə çoxarvadlılıq cinayət məcəlləsindən çıxarıldı və artıq cinayət deyil.
Poliqamiyanın qanuniliyi
Poliqamiyanın qanuniliyi bəzi dünya ölkələrində tanınır. Poliqamiya təxminən 200 müstəqil dövlətdən 58-də qanunidir. Onların əksəriyyəti Afrika və Asiyada yerləşən müsəlman dövlətləridir. Həmin dövlətlərin əksəriyyətində poliginiyaya qanunvericiliklə icazə verilir. Poliandriya isə faktiki olaraq bütün dünya ölkələrində qanunsuz hesab olunur. Digər müstəqil dövlətlər poliqamiyanı tanımırlar. == Poliqam nikahları tanıyan dövlətlər == === Afrika === Əlcəzair Kamerun Çad Mərkəzi Afrika Respublikası Konqo Respublikası Cibuti Misir Qabon: Qabon qanunvericiliyinə görə, həm kişilər, həm də qadınlar əks cinslə poliqam nikaha daxil ola bilərlər. Praktikada bu hüquq yalnız kişilərə münasibətdə tanınır. Qambiya Qvineya Liviya Keniya: Poliginiya 2014-cü ildə qəbul edilən qanunla qanuni olmuşdur. Mali Mavritaniya Mərakeş Nigeriya (yalnız bəzi əyalətlərdə) San-Tome və Prinsipi Seneqal Somali Cənubi Sudan Sudan Esvatini Toqo Tanzaniya Uqanda Zambiya === Asiya === Əfqanıstan Bəhreyn Banqladeş Butan Bruney İndoneziya (Maluku, Şimali Maluku, Papua və Qərbi Papua vilayətlərindən başqa) İran İraq (İraq Kürdüstanı istisna olmaqla) İordaniya Küveyt Livan Maldiv adaları Oman Qətər Pakistan Səudiyyə Ərəbistanı Şri-lanka Suriya (Suriya Kürdüstanı istisna olmaqla) Birləşmiş Ərəb Əmirlikləri Yəmən === Okeaniya === Solomon adaları == Yalnız müsəlmanlara münasibətdə poliqam nikahları tanıyan dövlətlər == Qeyd edilən dövlətlərdə yalnız müsəlmanlara münasibətdə poliqam nikahları tənzimləyən xüsusi qanunvericilik aktları var.
Polimiya
Polimiya — Qafqaz Albaniyasının çarı. Rostovlu Dimitrinin "Müqəddəslərin həyatları" əsərində adı çəkilir. == Hakimiyyəti == Rostovlu Dimitrinin "Müqəddəslərin həyatları" əsərinə görə Müqəddəs Varfolomey Alban ölkəsi hökmdarı Polimiyanın ürəyinə şeytanın hakim olduğu qızını sağaldır. Bundan sonra Alban hökmdarı bütün nəsli ilə birlikdə vəftiz olundu. Dmitri hadisələri bütün Qafqaz Albaniyasının xristianlığı qəbul etməsi kimi qələmə verir: "Çarın məsləhətinə əmə edərək ona yaxın və daha çox şəhər vəftizi qəbul etdi." Rostovlu Dimitrinin bu məlumatları hardan əldə etdiyi məlum deyil. Ola bilər ki, o, Müqəddəs Varfolomeyə aid daha qədim məlumatlara malik idi. Hal-hazırda kilsə elmində belə məlumatlar yoxdur. Hər halda Qafqaz Albaniyası və antik Ermənistan krallığının həmin dövrə aid mənbələrində Polimiya adlı çara rast gəlinmir. IV əsrə qədər ilk alban çarlarının adı bilinməsə də, xristianlığın bütün ailəsi və ətrafı ilə qəbul edən alban çarının tarixi mənbələrdə qeyd edilməməsi Polimiyanın alban çarı yox, vilayət hakimi olması hesab edilə bilər. == Paralel hekayələr == Oxşar hadisələr 91-109-cu illərdə hakimiyyətdə olmuş I Sanatruk üçün də qeyd edilir.
Monotip (poliqrafiya)
Monotip (q.yun. μόνος – tək; τύπος – çap izi) — ayrı-ayrı literlərdən və boşluq materialından ibarət, tələb olunan uzunluqda şrift sətirlərinə uyğun çap yığısı hazırlayan avtomatik hərftökən maşın. Klaviaturalı və hərftökən aparatlardan ibarətdir. Klaviaturalı aparat çap yığısını deşiklərdən ibarət kombinasiyalar (perforasiyalar) ardıcıllığı şəklində kağız lentə (perfolentə) qeyd edir və sözlər arasındakı boşluqların ölçülərini müəyyələşdirir. Hərftökən aparatda isə kağız lent üzərində qeyd olunmuş mətnə və boşluq ölçülərin əsasən uyğun ardıcıllıqda literlər, boşluqlar tökülür, səirlər yığılıq və qrankalar alınır. İdarəetmə proqramının avtomatda hazırlanma sürəti adi yazı makinasında çapetmə sürətinə yaxındır. Monotip dəqiqədə 180-ə qədər liter tökə bilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Бушунов В. Т. Монотип (Наборная и отливная машины). — М.; Л., 1948. Шульмейстер М. В. Монотип.
Mütərcim Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzi
"Mütərcim" Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzi — Azərbaycanda nəşriyyat 1993-cü ildən fəaliyyətə başlayan "Mütərcim" Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzi Azərbaycanda yaranan ilk özəl nəşriyyatlardandır. Əsasən, tərcümə ədəbiyyatlarının, lüğətlərin, ensiklopediyaların, ali və orta ixtisas məktəbləri üçün dərslik, dərs vəsaitlərinin nəşri sahəsində ixtisaslaşmışdır. İldə 100-120 adda kitab nəşr edir. == Tarixi == 1993-cü ildən fəaliyyət göstərən "Mütərcim" - Tərcümə Mərkəzinin təsisçiliyi ilə fəaliyyətə başlamışdır. == Mükafatları == Nəşriyyat 1999 və 2001-ci illərdə "İlin nəşriyyatı" adına layiq görülmüşdür. Bir sıra respublika və beynəlxalq kitab sərgilərinin nominantı olmuşdur. Müxtəlif kitab sərgi və yarmarkalarda nəşriyyatın çap etdiyi kitablardan A.Hacyevin «Ренессансный мир «Хамсе» Низами Гянджеви» - "ən məzmunlu kitab", R.Əkbərovun «İlk tibbi yardım» kitabı – «tibbi biliklərin təbliği», V.Yusiflinin «Tənqid də yaradıcılıqdır» kitabı – "ən yaxşı tənqidi kitab", T.Cəfərovun «Тйрко-славйанскийе связи в литературе древней Руси» kitabı – "ən yaxşı ədəbiyyat tarixi kitabı", R.Əkbərovun «Povest və hekayələr» kitabı – "ilin satira kitabı", F.Dostoyevskinin «Karamazov qardaşları» romanı (tərcümə edəni Telman Vəlixanlı) – "ilin bədii tərcümə kitabı", «Dilçilik ensiklopediyası» – "ilin filoloji layihəsi", həmçinin «Mütərcim» jurnalı – "ilin tərcümə jurnalı" və s. nominasiyaların qalibi olmuşdur. == Yerli və xarici əlaqələri == Nəşriyyat respublikanın yaradıcı birlikləri (Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi, «Содружество», «Луч», «Южный треугольник» və s.), respublikanın və xarici ölkələrin nüfuzlu ali təhsil ocaqları (Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, əl-Fərabi adına Qazaxıstan Dövlət Universiteti, A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutu, Voronej Dövlət Pedaqoji İnstitutu (Rusiya) və s., elmi-tədqiqat müəssisələri (AMEA-nın Ədəbiyyat, Dilçilik İnstitutları və s., Təhsil Problemləri İnstitutu), həmçinin xarici ölkələrin bir sıra nəşriyyat və jurnalları («Златоуст», «Спутник+», «РАЕ», «Росиздат», «Литера», «Наука и жизнь Казахстана» və s.) ilə sıx əməkdaşlıq edir.
Poliginiya
Poliginiya (q.yun. πολύ- çox , γυνή arvad) — bir kişinin bir neçə arvadla eyni vaxtda nikahda olmasıdır. Poliqamiyanın bir formasıdır. Nikahın bu forması həmişə mövcud olub və hazırda da, müxtəlif cəmiyyətlərdə mövcud olmaqdadır. Əhdi-ətiqə görə, yəhudi və xristian patriarxlarının böyük əksəriyyəti çoxarvadlı olublar. Tarixdə bu adi bir hal kimi qəbul olunur. Hətta belə nikaha Tanrı tərəfindən icazə də verilməsi söylənilir. Məsələn, İbrahimin Tövrata görə üç arvadı olub, - Sara, Həcər və Hettura (Yaradılış, 25:1-6). Bundan başqa, onun çoxlu kənizləri də olub. Peyğəmbər Davudun iyirmiyə yaxın arvadı və çoxlu kənizləri olub.SüleymanPeyğəmbərin isə 700 arvadı 300 kənizi olub (3 Padşahlar, 11:3).