Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Polonez RYAS
Polonez 300 mm kalibrli Belarus istehsalı reaktiv yaylım atəş sistemidir. == Xarakteristikası == Bir döyüş maşınında 8 raket olur. Bu kompleks düşmənin əməliyyat düzülüşünün bütün dərinliyində onun nüvə və kimyəvi hücum vasitələrinə, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərinə, qoşunların əsas qruplaşmalarına, bazalarda yerləşən aviasiyasına, hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurulması üçündür. Bundan başqa, kompleks vasitəsilə dənizsahili istiqamətlərdə düşmən donanmasının yerləşmə məntəqələri dağıdılır və onun döyüş gəmiləri məhv edilir.“Polonez”in istehsalına 2014-cü ildə başlanıb. Bir maşın üzərində döyüşə hazır 8 raket var. “Polonez”-in bir maşını raketlərlə eyni zamanda səkkiz hədəfə dəqiq zərbə endirməyə imkan verir. Maksimal məsafədə koordinatdan sapma 30 metrdən çox deyil. Dəqiq Elektromexanika Zavodunda hazırlanmış raketin atış məsafəsi 280 km təşkil edir. 300 mm çaplı raket 480 kq çəkidə döyüş başlığına malikdir. Ümumilikdə “Polonez” raket kompleksi Belarus Ordusunda “Uraqan” (220 mm) və “Smerç” (300 mm) raketlərini əvəz etməyə hazırlanıb.
Polonez əməliyyat taktiki raket kompleksi

Polonezköy Təbiət Parkı
Polonezköy Təbiət Parkı (türk. Polonezköy Tabiat Parkı) ― Türkiyənin İstanbul ilindəki Polonezköy kəndində yerləşən təbiət parkı. Polonezköy kəndi İstanbul ilinin Beykoz ilçəsində yerləşir. Ərazi 1994-cü ildə Ətraf və Meşə Nazirliyi tərəfindən təbiət parkı elan edilmişdir. Park 3 004 hektar ərazini əhatə edir. Bura İstanbul ilinin ilk və ərazi baxımından ən böyük təbiət parkıdır. Qorunan ərazi uğursuz Noyabr qiyamından sonra 1842-ci ildə Polşa mühacirləri tərəfindən məskunlaşılan Polonezköy kəndinin adını daşıyır. Yaşayış məntəqəsi əvvəlcə Adam Yeji Çartorıyskinin şərəfinə "Adamköy" və ya "Adampol" olaraq adlandırılmış, lakin daha sonra "Polonez Karyesi" olaraq dəyişdirilmişdir. Kənd mövcud rəsmi adını 1923-cü ildə almışdır.Təbiət parkı piknik, düşərgə, gəzinti və orientirinq kimi açıq hava fəaliyyətləri təklif edir. Parkda bir neçə restoran mövcuddur.
I Vologez
I Vologez (parf 𐭅𐭋𐭂𐭔; Valaqaş; 25 – 78) — eramızdan əvvəl 51-78-ci illərdə hakimiyyətdə olmuş Parfiya çarı. Parfiya çarı II Vononun yunan konkubinasından olan oğlu idi və atasının ölümündən sonra, 51-ci ildə taxta çıxmışdır. Atropat Midiyasının hakimiyyətini qardaşı II Pakora verdikdən sonra o, digər qardaşı I Trdat üçün Ermənistanı işğal etmişdir. Bu, Roma ilə Parfiya arasında uzun illər müharibələrə səbəb olmuş (54–63) və Roma sərkərdəsi Korbulonun Ermənistanı fəth etməsi ilə nəticələnmişdir.Vologezin gücü daki və sak tayfalarının hücumu, hirkanlıların üsyanı və oğlu II Vardanın taxta olan iddiaları ilə zəifləmişdir. İosif Flavi qeyd edir ki, onu şərq tayfalarının işğalından Adiabena vassal kralı xilas etmişdir. Trdatın Ermənistan çarı kimi tanınmasından sonra sülh bərpa olunmuş, lakin razılaşmaya görə, Trdat Romanın vassal kralı olmalı idi. O, imperator Neronun dövründə Romaya getmiş və ondan kral diademini təntənəli şəkildə almışdır. Həmin andan etibarən arşakunilər sülaləsi Ermənistanın yeni hakim sülaləsi olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == === Qədim === Korneli Tasit, Annallar === Müasir === Alemany, Agustí. Sources on the Alans: A Critical Compilation.
Yuyçzülyü Polomen
Yuyçzülyü Polomen (v. 524 və ya 525) — Jujan dilindəki adı ilə Sakit xan 521-ci ildə qardaşı oğlunun yoxluğu vaxtında dövlət başsız qalmasın deyə taxta çıxmışdı. Yuyçzülyü Yujufanın üsyanını yatırmış və Qaoçeləri məğlub etmişdi. Anaxuanı neçə dəfə taxta qayıtmağa çağırsa da o qorxaraq gəlməmişdi. 524-cü ildə öldürüldükdən sonra Anaxuan hakimiyyətə qayıtmışdı. Ölümündən sonra hersoq titulu ilə mükafatlandırılmışdı.
Olones bərzəxi
Olones bərzəxi (rus. Олонецкий перешеек) - Bərzəx Kareliya Respublikasının ərazisində, Ladoqa gölü ilə Oneqa gölü arasında yerləşir. Bəzən Oneqa-Ladoqa suayrıcısı kimi adlandırılır. == Tarixi == Olones bərzəxi artıq mezolit dönəmində meydana gəmişdir. Artıq dağ döründə Kareliya ərazisində bir çox qədim yaşayış yerləri formalaşmışdı. Bu isə bərzəxin əhəmiyyətini artırırdı. Bərzəx 1801-1922-ci ilə qədər eyni adlı quberniyanın tərkibində olmuşdur. Bərzəxin əhəmiyyəti səbəbindən bölgə ərazisi bir çox müharibələrə şahidlik etmişdir. XIII əsrin ortalarından XX əsrə qədər İsveç, Finlandiya, Rusiya imperiyası və SSRİ kimi ölkərərin nəzarətində olmuşdur.
Poloves-qıpçaq dilləri
Kuman-qıpçaq dilləri, həmçinin polovets-qıpçaq dilləri, Qafqaz-qıpçaq dilləri, oğuz-qıpçaq dilləri — türk dillərindən qıpçaq dil qrupunun bir hissəsi. Onlara qərbi qıpçaq dilləri də deyilir, lakin belə bir terminin istifadəsi arzuolunmaz omonimliyə gətirib çıxarır, çünki şərqi qıpçaq dillərindən Cənubi Altay, Fərqanə qıpçaq və qırğız dillərindən fərqli olaraq Volqa-qıpçaq, kuman-qıpçaq və noqay-qıpçaq dilləri birlikdə qərbi-qıpçaq dilləri hesab edilir. == Tərkibi == Müasir dillərdən kuman-qıpçaq dilləri qrupuna aşağıdakılar daxildir: Krım-tatar dilinin orta dialekti; Qumuq dili; Qaraçay-balkar dili; Urum dili; Kəraim dili; Qırımçaq dili.Kuman-qıpçaq dillərini kəraim-krım-tatar və qumuq-qaraçay-balkar alt qruplarına bölmək olar. Oleq Mudrak da məhz bu bölgüyə əməl edir. == İstinadlar == == Əlavə ədəbiyyat == Баскаков Н. А. Историко-типологическая фонология тюркских языков. М.: Наука. Отв. ред. Э. Р. Тенишев. 1988.
Coreopsis poloe
Coreopsis poloe (lat. Coreopsis poloe) — mürəkkəbçiçəklilər fəsiləsinin koreopsis cinsinə aid biki növü.