Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pompey
Qədim Pompey (lat. Pompeii, it. Pompei) — Qədim Roma şəhəri. Neapol şəhərinin yaxınlığında yerləşir. Eramızın 79-cu ilində Vezuvinin güclü püskürməsi nəticəsində Pompey şəhəri sakinləri ilə birlikdə vulkan külünün və lavanın altında qalıb məhv olmuşdur. 1713-cü ildə təsadüfən bu şəhərin qalıqlırı aşkar edilmiş və arxeoloqlar tərəfindən şəhər, demək olar ki, qalın vulkan külündən tamamilə təmizlənmişdir. Zəhərli qaz və isti külün təsiri ilə məhv olmuş canlıların qalıqları indiyədək qalmaqdadır. Hazırda Pompey şəhəri açıq hava altında qədim dövrün muzeyinə çevrilmişdir. Ölkənin cənub hissəsində yerləşən qədim Pompey şəhəri İtaliyanın ən çox turist qəbul edən üçüncü, dünyanın isə 48-ci şəhəridir. Buraya ildə 2,5 milyondan çox insan baş çəkir.
Barbara Pompili
Barbara Pompili (fr. Barbara Pompili; 13 iyun 1975[…], Bois-Bernard[d]) — fransız siyasətçi, Fransa Milli Assambleyasının üzvü. Kompleks Ətraf Mühitin Dəyişiklikləri Naziri (2020-ci ildən). == Bioqrafiya == 13 iyun 1975-ci ildə Bois-Bernard kəndində (Pas-de-Kale departamenti) anadan olub. Lill Universitetini siyasi elmlər üzrə bitirib. Siyasi fəaliyyətə 2000-ci ildə Yaşıllar Partiyasına qoşularaq başlayıb. 2002-ci ildə Fransada keçirilən prezident seçkiləri zamanı o, Yaşılların namizədi Noel Mamerin mətbuat katibi olub. Sonrakı beş il ərzində o, İva Koşun köməkçisi kimi çalışır. 2007-2012-ci illərdə o, Fransa Milli Assambleyasında Sol Demokratlar və Respublikaçılar fraksiyasının Aparat rəhbərinin müavini olub. 2012-ci il Milli Assambleya seçkilərində Barbara Pompili Somme departamentinin 2-ci seçki dairəsində Yaşıllar və Sosialistlər Alyansının namizədi olur və 50,83% səslə qalib gəlir.
Dəli Domrul
Duxa Qоca oğlı Dəli Domrul— Kitabi-Dədə Qorqudda obraz. V boyda işlədilmişdir. "Duxa" "Kitabi-Dədə Qorqud"un antroponimiyasına daxil olan, lakin müasir antroponimiyamızda işlənməyən adlardandır. Bu antroponimik vahiddən bəhs edən Ş.Cəmşidov və E.Əlibəyzadə onun formalaşmasında zahiri səslənmə-alliterasiya, yaxud poetiklik yaratma keyfiyyətlərini əsas götürmüşlər. Deli Dumrul əhvalatı Türk xalq inancında "Aylanu" motivinin ən gözəl və ən mükəmməl olaraq törədildiyi yerdir. "Domrul" antroponimi Mirəli Seyidov, Tofiq Hacıyev, Arif Acalov, Osman Mirzəyev və başqa müəlliflərin diqqətini cəlb etmişdir. Onun leksik-semantik xüsusiyyətləri, antroponimik vahid kimi formalaşmasında "nəsil verən", "həyat başlanğıcı" kimi keyfiyyətin əsas olması həmin müəlliflər tərəfindən təsdiqlənmişdir. "Duxa Qoca" antropоnimik vahidi isə araşdırmalardan kənarda qalmışdır. Mövcud tədqiqatlarda "Duxa" antroponiminin yalnız yunanlardakı "Duka" şəxs adından olduğu göstərilir. Göründüyü kimi, "Duxa" antroponiminin leksiksemantik xüsusiyyətləri, onun yaranması üçun əsas olan apelyativin tarixi-linqvistik baxımdan araşdırılması, həmçinin həmin vahidin adyaratma üçün seçilmə, yaxud motivləşmə səbəbi müəyyənləşdirilməmişdir.
Mayk Pompeo
Maykl (Mayk) Riçard Pompeo (ing. Michael Richard «Mike» Pompeo; 30 dekabr 1963, Orinc[d], Kaliforniya) — ABŞ siyasətçisi. 2011-ci ildən Kanzas şatatını ABŞ Nümayəndələr Palatasında təmsil edir. 18 noyabr 2016-cı ildə ABŞ-nin 45-ci, yeni seçilmiş Prezidenti Donald Trampın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsini tutmaq təklifini qəbul edib. == Həyatı == Pompeo Vest Point hərbi akademiyasından birinciliklə məzun olmuşdur (1986). Bir müddət Soyuq Müharibə dövründə orduda xidmət eləmişdir. Daha sonra isə Harvard Universitetində hüquq təhsili almışdır. Harvard Law Review adlı jurnalın redaktəsini etmişdir. Qısa müddətlik vəkillik işinin ardından hərbi təyyarələr üçün parçalar emal edən Thayer Aerospace adlı firmanı qurmuşdur. Neft ehtiyatlarında istifadə edilən vasitələri istehsal edən Sentry İnternational firmasında rəhbərlik etmişdir.
Neoseiulus populi
Neoseiulus populi (lat. Neoseiulus populi) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Numa Pompili
Numa Pompili (lat. Numa Pompilius; 21 aprel e.ə. 753 – e.ə. 671, bilinmir) — Romuldan sonra Roma çarı Tit Tasinin yeznəsi Numa Pompili olmuşdu. O, dinc siyasət yürüdürdü. O, torpaqsızlara torpaq vermiş, yadellilərdən yeni icma yaratmış, sənətkarları “bir kollegiyada birləşdirib onlara xüsusi bayram günü - Aqonalia bayramı - müəyyən etmişdir”. O, pontifiklərin (kahinlər) kollegiyasını yaratmışdı. Onun vaxtında Romada taun xəstəliyinin yayıldığını da deyirlər. Pompilinin hakimiyyəti 43 il davam etmişdir.
Pompey Lakşmisi
Pompey Lakşmisi — fil sümüyündən hazırlanmış hind heykəlciyi; dağılmış Pompeyin yerində XX əsrin 30-cu illərində aparılmış arxeoloji qazıntılar zamanı tapılmışdır. Ehtimallara görə bu hindust və buddistlərin məhsuldarlıq, gözəllik və var-dövlət ilahəsi hesab etdikləri Lakşminin heykəlciyidir. Heykəlcik hal-hazırda Neapol Milli Arxeologiya Muzeyinin Məxfi kabinəsində saxlanılır (№ 149425). Heykəlcik Pompey xarabalığındakı böyük olmayan Via dell Abbondansa evindən tapılmışdır. Həmin ev hal-hazırda "Hind heykəlcikləri evi" adlanmaqdadır. Tapılma tarixi haqqında məlumatlar fərqlidir və əsasən 1930 − 1935-ci illər arasında dəyişir, bəzən isə 1938-ci il hesab olunur. Əgər ilahəni bəzəyən zinət əşyaları nəzərə alınmazsa, demək olar ki o, tamamilə çılpaq təsvir edilib. İki xidmətçi qadın – hər tərəfində biri olmaqla, onun sağında və solunda dayanıb və əllərində kosmetika vasitələri qutusunu saxlayıblar. Bu heykəlciyin Pompeyə gəlib çıxması b. e.-nın 79-cu ilinədək baş verib, həmin tarixdə isə Vezuvi vulkanının püskürməsi nəticəsində şəhər lava axını və vulkan külünün altında qalmışdır.
Qney Pompey
Qney Pompey (tam adı: Qney Pompey Maqn, lat. Gnaeus Pompeius Magnus, tələffüzü: [ˈgnae̯.ʊs pɔmˈpɛj.jʊs ˈmaŋ.nʊs]), Böyük Pompey (lat. Gnaeus Pompeius Magnus) və ya sadəcə Pompey (lat. Pompeius, tələffüzü: /ˈpɒmpiː/; ən tezi 29 sentyabr e.ə. 106 və ən geci 30 sentyabr e.ə. 106, Piçen[d], Roma respublikası[…] – 28 sentyabr e.ə. 48, Pelusi[d], Ellin Misiri[d]) — Roma siyasi və hərbi xadimi, e.ə. 70-ci, 55-ci və 52-ci illərdə Roma Respublikası konsulu, e.ə. 49–45-ci illərdə gerçəkləşmiş vətəndaş müharibəsində senata ləyaqətli olan qüvvələrin komandiri. E.ə.
Muhammed Popal
Məhəmməd Popəl Muqim oğlu — Əfqanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Qarabağ müharibəsi iştirakçısı. Məhəmməd Popəl 1967-ci ildə Əfqanıstanın paytaxtı Kabul şəhərində doğulub. Ali təhsillidir. Kabulda Kimya Biologiya İnstitutunu, eləcə də Pakistanda Politologiya İnstitutunu bitirib. 1993-cü ildə könüllü olaraq Qarabağda döyüşmək üçün Azərbaycana gəlib. 1994-cü ildə Azərbaycanda fəxri polkovnik rütbəsinə layiq görülüb. 2007-ci ildən təsis etdiyi Əfqanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədridir. Ailəlidir, 2 övladı var.
Məhəmməd Popəl
Məhəmməd Popəl Muqim oğlu — Əfqanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Qarabağ müharibəsi iştirakçısı. Məhəmməd Popəl 1967-ci ildə Əfqanıstanın paytaxtı Kabul şəhərində doğulub. Ali təhsillidir. Kabulda Kimya Biologiya İnstitutunu, eləcə də Pakistanda Politologiya İnstitutunu bitirib. 1993-cü ildə könüllü olaraq Qarabağda döyüşmək üçün Azərbaycana gəlib. 1994-cü ildə Azərbaycanda fəxri polkovnik rütbəsinə layiq görülüb. 2007-ci ildən təsis etdiyi Əfqanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədridir. Ailəlidir, 2 övladı var.
Papul Çanqmay
Romul Avqust
Romul Avqust (Ravenna) — Sonuncu Qərbi Roma imperatoru. 476-cı ildə qot kralı Odoakr tərəfindən hakimiyətdən salınmışdır.
Pompe xəstəliyi
Pompe xəstəliyi, turş maltazanın defisiti, qlikogenoz II tip – turş maltazanın defisitidir, uşaq yaşlardan əzələ zəifliyi, hipotoniya və durğunluq ürək çatızmazlığı.
Pompey (film, 2014)
"Pomey" (ing. Pompeii) — 2014-cü ildə çəkilmiş ABŞ filmi. Filmdə kölə Maylo və Roma senatoruna nişanlı olan xeyirxah Kassiiyanın sevgisindən və Vezuviya vulkanının püskürərək qədim Pompey şəhərini yer üzündən tamamilə silinməsindən bəhs olunur. Pompeii — Internet Movie Database saytında.
Qney Pompey Maqn
Qney Pompey (tam adı: Qney Pompey Maqn, lat. Gnaeus Pompeius Magnus, tələffüzü: [ˈgnae̯.ʊs pɔmˈpɛj.jʊs ˈmaŋ.nʊs]), Böyük Pompey (lat. Gnaeus Pompeius Magnus) və ya sadəcə Pompey (lat. Pompeius, tələffüzü: /ˈpɒmpiː/; ən tezi 29 sentyabr e.ə. 106 və ən geci 30 sentyabr e.ə. 106, Piçen[d], Roma respublikası[…] – 28 sentyabr e.ə. 48, Pelusi[d], Ellin Misiri[d]) — Roma siyasi və hərbi xadimi, e.ə. 70-ci, 55-ci və 52-ci illərdə Roma Respublikası konsulu, e.ə. 49–45-ci illərdə gerçəkləşmiş vətəndaş müharibəsində senata ləyaqətli olan qüvvələrin komandiri. E.ə.
İrlandiya Homrul hərəkatı
İrlandiya Homrul hərəkatı (muxtariyyət hərəkatı-"self-government") — İrlandiyanın Britaniya içərisində avtonomiya qazanması məqsədilə başladılan hərəkatdır. Home Rule 1885–1918-ci illərdə irland seçicilərinin böyük hissəsinin başlıca tələbi idi.1801-ci il Birləşmə Aktından sonra Vestminster tərəfindən idarə olunan İrlandiya parlamenti idarəçiliyini milliyyətçilər yenidən İrlandiyaya qaytarmağın yollarını axtarırdılar. İlk Homrul krizisinin 1885-ci ildə Uilyam Qladston Homrul haqqında çıxış etdikdə başladı. Əvvəlki baş nazirliyi dövründə(1868–1874) o, İrlandiyanı "sakitləşdirməyin" yollarını axtarmış , bunun üçün İrland kilsəsini dövlətdən ayırmış və təsirsiz qalmış 1870-ci il Torpaq Aktını qəbul elətdirmişdi.1879–1881-ci il Torpaq müharibəsindən sonra Qladston konstitusiya dəyişikliyini Birləşmiş Krallığın bütünlüyünü qorumaq üçün tək vasitə kimi görürdü. O, 1886-cı ildə ilk Homrul billini təqdim etdi , ancaq bu bill aşağı palatadan keçmədi,1893-cü ildə təqdim olunan ikinci bill isə Lordlar palatası tərəfindən rədd edildi. İlk Homrul krizisinin İrlandiyada iki əsas nəticəsi oldu: Olsterdə liberal siyasətin sonu gəldi və dini siyasətin başlanğıcı qoyuldu. Katoliklər milliyyətçilərə , protestantlar isə konservativ birlik tərəfdarlarına səs verdilər.
Rem və Romul
Romul (lat. Romulus; v. Kapitoli) — Qədim Romanın ilk çarı. Rəvayətə görə Romada yeddi padşah olmuşdur. Bunlardan birincisi Romul idi. Bir rəvayətə görə, romalılar gənc əsgərlərə arvad almaq məqsədilə böyük bir tamaşa təşkil etmişdilər. Onlar qonşu tayfa — sabinliləri bu məclisə dəvət etmişdilər. Tamaşa zamanı romalılar tamaşaya gələnlərin qızlarını qaçırıb arvadsız əsgərlərə vermişdilər. Bu hadisə sabinlilərlə-romalılar arasında vuruşmaya səbəb olmuşdu, lakin romalı və sabinli qadınlar vuruşanların arasına girib onları barışdırmışdılar. Bundan sonra guya ki, hər iki çar Romul və sabinlilərin padşahı Tit Tasi ölkələrini birlikdə idarə etmişlər.
Romul və Rem
Romul (lat. Romulus; v. Kapitoli) — Qədim Romanın ilk çarı. Rəvayətə görə Romada yeddi padşah olmuşdur. Bunlardan birincisi Romul idi. Bir rəvayətə görə, romalılar gənc əsgərlərə arvad almaq məqsədilə böyük bir tamaşa təşkil etmişdilər. Onlar qonşu tayfa — sabinliləri bu məclisə dəvət etmişdilər. Tamaşa zamanı romalılar tamaşaya gələnlərin qızlarını qaçırıb arvadsız əsgərlərə vermişdilər. Bu hadisə sabinlilərlə-romalılar arasında vuruşmaya səbəb olmuşdu, lakin romalı və sabinli qadınlar vuruşanların arasına girib onları barışdırmışdılar. Bundan sonra guya ki, hər iki çar Romul və sabinlilərin padşahı Tit Tasi ölkələrini birlikdə idarə etmişlər.
Con Popl
1998-ci ildə kimya üzrə Nobel mükafatçısı Con Popl 1925-ci ilin oktyabrın 31-də Böyük Britaniyada anadan olmuşdur. Özünün bütün dərəcələrini Kembric universitetində almışdır, o cümlədən 1951-ci ildə riyaziyyat üzrə fəlsəfə doktoru dərəcəsini. Pensilvaniya ştatında (ABŞ) Karnegi Mellona universitetində 1964-1974-cü illərdə kimyəvi fizika üzrə Karnegi-prefessor və 1974-1991-ci illərdə təbiət elmləri üzrə Con-Kristian-Uorner-professor işləmişdir. 1991-ci ildən Şimali-Qərb universitetində işləmişdir. 2004-cü ilin martın 15-də vəfat etmişdir. Popl London Kral cəmiyyətinin üzvü, ABŞ-nin Milli elmlər akademiyasının xarici üzvü, Avstraliya elmlər akademiyasının müxbir üzvü olmuşdur. 1977-ci ildə Amerika kimya cəmiyyətinin Laynus Polinq mükafatına, 1988-ci ildə Kral cəmiyyətinin Devi medalına və 1992-ci ildə İsrailin Volf mükafatına layiq görülüb. İstvan Xarqitti 1995-ci ildə Evanstonda Poplun kabinetində müsahibə almış və onu “Kimya həmsöhbəti” (The Cemical Intelligencer. 1197, 3(3), 14-19) jurnalında çap etdirib.
Marqarit Poul
Marqarit Poul (ing. Margaret Pole; 14 avqust 1473, Bat, Somerset qraflığı – 27 may 1541, London qalası) — İngilis əsilzadəsi, İngiltərə kralı IV Eduard və III Riçardın qardaşı Klarens hersoqu Corc Plantagenetlə İzabella Nevilin qızı. O, XVI əsrdə İngiltərədə ərindən müstəqil şəkildə ünvan qazanan 2 qadından biri idi. Gül müharibəsindən sonra Plantagenet sülaləsindən həyatda qalan azsaylı insandan biri kimi, Marqarit Pol 1541-ci ildə əmisi qızı Yorklu Elizabetin oğlu VIII Henrinin əmriylə edam edildi. Papa XIII Lev onu 29 dekabr 1886-cı ildə Roma-Katolik kilsəsi üzrə şəhid elan etdi. == Həyatı == == Mənbə == Pierce, Hazel (2003).
Romul, Rem və dişi canavar
Romul, Rem və dişi canavar (lat. Romulus et Remus) falamand rəssamı Piter Paul Rubens tərəfindən 1666-ci ildə çəkilib. Rubensin yaradıcılığı üçün xarakter olan mifoloji süjet: Faustul (sağda) dişi canavarın əmizdirdiyi Romulu və Remi, həm də ağacdələni tapır. Onların anası Reya Silviya və çay allahı Tiberin yaxınlığındadır. Romalıların ilk çarı Romul (Romulus) və onun qardaşı (Remus) barədə salnamədə rəvayət olunur; Vesta kahinəsi Reya Silviya bir dəfə Mars allahına rast gəlir və bunun da nəticəsində onun bir cüt əkiz oğlu doğulur. Bəkarətini itirən vestalkanı (kahinəni) övladları ilə birlikdə suda batırıb öldürmək əmr olunur. Lakin çay allahı Tibrin Reyaya rəhmi gəlir və onu özünə zövcə edir. Uşaqların olduğu çanağı su ağzına alıb aparır və çanaq sahilə yan alır. Bu zaman su içmək üçün çaya yaxınlaşan dişi canavar uşaqların ağladığını eşidir, taleyin ümidinə atılmış uşaqları mağaraya gətirir və onları öz südü ilə əmizdirir. Onların ilk uşaqlıq günləri mağarada keçir: dişi canavar onlara analıq edir, ağacdələn və çökükburun onlar üçün qida gətirir və uşaqları hər cür bəladan hifz edirlər.