Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Presedent
Presedent (lat. praecedens — əvvəlki) — keçmişdə baş vermiş və hazırkı dövrdə nümunə və əsas ola biləcək hadisə.
Hüquqi presedent
Hüquqi presedent — müasir dünyada hüququn daha geniş yayılmış mənbəyi. Hüquqi presedentin mahiyyəti, konkret iş üzrə dövlət orqanının (məhkəmə orqanının və ya inzibati orqanın) əvvəllər çıxardığı qərarın sonradan oxşar işlərin həlli zamanı hüquq norması qüvvəsinə malik olmasıdır. Hüquqi presedentin vətəni İngiltərədir. Məhkəmə presedenti o zaman hüquq mənbəyi hesab olunur ki, konkret iş üzrə məhkəmənin qəbul etdiyi qərarın gələcəkdə oxşar işlərin həllində məhkəmədə ümumi qayda ola biləcəyi qəbul edilsin. Belə hallarda məhkəmə qərarları mahiyyətcə hüquq normasına çevrilir və ona ümumməcburi qayda kimi istinad edilə bilər. Məhkəmə presedenti xüsusən Böyük Britaniyada geniş yayılmışdır. Azərbaycanda məhkəmə praktikasına, məhkəmə qərarlarına başqa cür yanaşma var ki, bunu aşağıdakı kimi ifadə etmək olar: məhkəmənin vəzifəsi norma yaratmaq yox, mövcud normaları tətbiq etməkdir.
Məhkəmə presedenti

President.az
president.az — Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Saytın hal-hazırkı versiyası 2007-ci ilin sentyabr ayında hazırlanmışdır. Sayt 1998-ci ilin may ayında qeydiyyata alınsa da, 2007-ci ilin oktyabrından etibarən KİV nümayəndələri üçün prezidentin fəaliyyəti ilə bağlı məlumatlar və fotoşəkillər, 2010-cu ilin iyul ayından etibarən isə gündəlik yenilənməklə fəaliyyət göstərir. Saytda dövlət başçısının fəaliyyətini əks etdirən materiallar, o cümlədən görüşlər, səfərlər, qəbullar, çıxışlar, mətbuat konfransları, müsahibələr, habelə göndərilmiş və qəbul edilmiş məktublar, imzalanmış fərmanlar, sərəncamlar, müraciətlər, bəyannamələr, bəyanatlar, qanunlar və digər sənədlər yerləşdirilir. Həmçinin, saytın hər bir istifadəçisi Azərbaycan Respublikasının Prezidentinə məktub göndərmək, təklif və arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə müraciət etmək imkanına malikdir.Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidentinin mətbuat katibinin xidməti və prezident administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir. == Saytın altbölmələri == 24 oktyabr 2009-cu ildə president.az saytının məktəblilər üçün xüsusi altbölməsi fəaliyyətə başlamışdır. Həmin bölmə mektebli.president.az Arxivləşdirilib 2010-03-03 at the Wayback Machine ünvanında yerləşir. == Mobil tətbiqlər == President.az saytının iOS və Android əməliyyat sistemləri üçün mobil tətbiqləri yaradılmışdır. Bu tətbiqlər saytdakı xəbərləri birbaşa telefondan və planşetdən oxumağa imkan verir. iPhone və iPad qurğuları üçün tətbiqləri "iTunes"dan, Android əməliyyat sistemi ilə işləyən mobil telefonlar və planşet qurğuları üçün isə "Google Play"dən endirmək mümkündür.
Prezident
Prezident (lat. pre - "əvvəl" və sedere - "oturmaq" sözlərindən, "öndə oturan" mənasını verir) — seçki yolu ilə müəyyən olunan dövlət və ya inzibati-ərazi vahidinin rəhbəri, yaxud kollegial orqanın, ictimai birliyin və ya kommersiya təşkilatının sədri. Bəzi ölkələrdə isə (məsələn, ABŞ-də) bu vəzifəni nə vaxtsa tutmuş bütün şəxslərə ömürlük verilən titul. Prezident idarə üsuluna sahib olan ölkələrdə prezident icraedici hakimiyyətin rəhbəri, parlament idarə üsuluna sahib ölkələrdə isə yalnız dövlət başçısıdır. Müasir dövrdə bəzən seçki yolu ilə deyil, dövlət çevrilişi yolu ilə hakimiyyətə gələn diktatorlar da özlərini rəsmi olaraq prezident adlandırırlar. == Tarixi == Tarixdə ilk dəfə "prezident" titulunu milli rəhbər mənasında istiqlaliyyət müharibəsi dövründə Corc Vaşinqton istifadə etmişdir. 1787-ci ildə ABŞ Konstitusiyası qəbul olunanadək o, Britaniya İmperiyasına qarşı üsyan qaldıran ştatların "Kontinental konqres"inin prezidenti olmuş, sonradan isə ABŞ-nin prezidenti seçilmişdir.
Müvəqqəti prezident
Müvəqqəti prezident (ing. Acting president) bir şəxsdir ki, əgər prezident mövcud olmaya (məsələn; xəstə ola və ya məzuniyyət əsasında) və ya prezident vəzifəsi boş olsa (məsələn; ölüm, zədə, istefası və ya vəzifədən azad edilməsinə görə) bir təşkilatın və ya ölkə prezidentinin rolunu müvəqqəti olaraq doldurur.
Nazir -prezident
Baş nazir — hökumətin başçısı. Bir sıra ölkələrdə bu dövlət postu praym-ministr adlanır. (Fransızca-le premier—birinci) — birinci, baş nazir. Dövlət başçısı postunun hökumət başçısı postundan ayrı olduğu ölkələrdə hökumət başçısı. Bəzi ölkələrdə baş nazir birbaşa parlament seçkilərində seçilir, bəzilərində dövlət başçısının təqdimatı ilə parlament təsiq edir. Bəzilərində parlamentin təqdimatı ilə dövlət başçısı təsdiq edir.Dualist və parlamentli respublikalarda icra hakimiyyətini Baş nazir həyata keçirir,prezident formal xarakter daşıyır. Türkiyə, Böyük Britaniya, Fransada Baş nazir, Rusiya Federasiyasında hökumətin sədri; Latviyada — nazirlərin prezidenti; Almaniya və Avstriyada — kansler; Bolqarıstanda — nazir - sədr adlanır. == Tarixi == Baş nazir vəzifəsi ilk dəfə XVI — XVII əsrlərdə Qərbi Avropa ölkələrində təsis edilib. Fransada XVI—XVII əsrlərdə baş dövlət naziri vəzifəsi var idi. Türk dövlətlərində müvafiq olaraq vəzir və baş vəzir vəzifələri var idi.
Prezident.az
president.az — Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Saytın hal-hazırkı versiyası 2007-ci ilin sentyabr ayında hazırlanmışdır. Sayt 1998-ci ilin may ayında qeydiyyata alınsa da, 2007-ci ilin oktyabrından etibarən KİV nümayəndələri üçün prezidentin fəaliyyəti ilə bağlı məlumatlar və fotoşəkillər, 2010-cu ilin iyul ayından etibarən isə gündəlik yenilənməklə fəaliyyət göstərir. Saytda dövlət başçısının fəaliyyətini əks etdirən materiallar, o cümlədən görüşlər, səfərlər, qəbullar, çıxışlar, mətbuat konfransları, müsahibələr, habelə göndərilmiş və qəbul edilmiş məktublar, imzalanmış fərmanlar, sərəncamlar, müraciətlər, bəyannamələr, bəyanatlar, qanunlar və digər sənədlər yerləşdirilir. Həmçinin, saytın hər bir istifadəçisi Azərbaycan Respublikasının Prezidentinə məktub göndərmək, təklif və arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə müraciət etmək imkanına malikdir.Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidentinin mətbuat katibinin xidməti və prezident administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir. == Saytın altbölmələri == 24 oktyabr 2009-cu ildə president.az saytının məktəblilər üçün xüsusi altbölməsi fəaliyyətə başlamışdır. Həmin bölmə mektebli.president.az Arxivləşdirilib 2010-03-03 at the Wayback Machine ünvanında yerləşir. == Mobil tətbiqlər == President.az saytının iOS və Android əməliyyat sistemləri üçün mobil tətbiqləri yaradılmışdır. Bu tətbiqlər saytdakı xəbərləri birbaşa telefondan və planşetdən oxumağa imkan verir. iPhone və iPad qurğuları üçün tətbiqləri "iTunes"dan, Android əməliyyat sistemi ilə işləyən mobil telefonlar və planşet qurğuları üçün isə "Google Play"dən endirmək mümkündür.
Prezident (2007)
== Məzmunu == Film Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi və iqtisadi fəaliyyətindən bəhs edir. == Film haqqında == Filmdə Prezident İlham Əliyevin xarici ölkələrə etdiyi rəsmi səfərlər, eləcə də, Ölkə daxilində səfər etdiyi rayon və şəhərlərdə görülən işlər təqdim edilir.
Prezident (ağac)
Prezident — ABŞ-nin Kaliforniya ştatı, Nəhəng Sekvoya Milli Parkı, Nəhəng Meşədə mövcud olan Nəhəng sekvoyadendron (Sequoiadendron giganteum) növünə aid böyük ağac. “Prezident” dünyanın üçüncü ən böyük sekvoyasıdır (2012-ci ildə National Geographic jurnalında yayımlanan bir hesabata görə, “Prezident”-in həcmi “General Qrant”-ın həcmini 15% üstələyərək dünyanın ikinci ən böyük ağacına çevrilir). Bununla belə, canlı bir ağacın həcminin dəqiq ölçülməsi çox çətin bir iş olduğundan, həcm müxtəlif yollarla ölçülə bilər (bütün budaqları və ya yalnız böyük budaqların nəzərə alınması, yeraltı kök hissəsini nəzərə alınması və ya almaması və s.). Milli parkın rəsmi veb səhifəsində hələ də "Prezident"-in dünyada üçüncü böyük sekvoya olduğu göstərilmişdir. Ağacın 3240 yaşında olduğu təxmin edilir ki, bu da onun planetdəki ən qədim yaşıyan ağac olması deməkdir. Ağac adını 1923-cü ildə ölümüş ABŞ-nin 29-cu Prezidenti Uorren Hardinqin şərəfinə adlandırılmışdır. Prezidentin yanında Konqres Qrupu adlanan iki orta ölçülü sekvoya böyüyür: Palata və Senatı təmsil edirlər.
Prezident (dəqiqləşdirmə)
Prezident
Prezident Kitabxanası
Prezident Kitabxanası (ABŞ)
Prezident Sarayı
Prezident sarayları — == Azərbaycanda Prezident və Hökumət Sarayları == Tarix boyu, Azərbaycan imperiya və dövlətlərində başçıların və onların hökumətlərinin sarayları mövcud olmuşdur, buna misal olaraq Şirvanşahlar Sarayı, Bayat qalası, Həşt-Behişt sarayı və s. nümunə göstərə bilərik (bax: Tarixi Azərbaycan dövlətlərinin rəsmi sarayları). AXC dövründən başlayaraq bugünə qədər Azərbaycan Respublikası Prezidenti və Hökumətinin rəsmi dövlət sarayları mövcuddur və istifadəsinə görə bir-neçə yerə bölünür: Rəsmi İqamətgah Prezident Administrasiyası və İşlər İdarəsi Qonaqqarşılama Sarayı Ziyafət və şənlik imarətləri İstirahət iqamətgahları (paytaxtda və bölgələrdə) == Həmçinin bax == Prezident sarayı (Türkiyə) — Türkiyənin paytaxtı Ankarada yerləşən və 2014-cü ildən Türkiyə prezidenti tərəfindən istifadə edilən rəsmi prezident sarayı.
Prezident rejimi
Prezident üsulu idarəetmə də adlandırılan bu rejim, parlamentar sistemdən xeyli fərqlənir. Prezident rejiminin başlıca xüsusiyyətlərini bu şəkildə sıralaya bilərik: Prezident rejimi, bərk/qatı bir hakimiyyətlər ayrılığı prinsipinə söykənir. Qanunvericilik və icra hakimiyyətləri bir-birindən qəti xəttlərlə ayrılmışdır. İcra etmə, xalqın seçdiyi Başçı, qanunuma isə Konqres tərəfindən yerinə yetirilər. Dövlət Başçısı, icra vəzifəsini tək başında əlində məbləğ. Başçı, həm dövlət başçısı, həm hökumət başçısı vəzifəsini icra edər. Prezident rejimində, parlamentar rejimdəkinin əksinə icra etmənin yasamayı dağıt/paylaması, yasamanın da icra etməyi salması imkanı yoxdur. Qanunvericilik və icra arasındakı əlaqələrdə qopuqluğu aradan qaldırmaq üzrə, bir "yoxlama və tarazlıq sistemi" inkişaf etdirilmişdir. İcra etmənin bəzi əməliyyatları, məsələn üst səviyyə idarəçilərinin təyin edilməsi Senatın təsdiqini tələb edir. Buna qarşılıq, Başçının da yasamadan keçən qanunları veto etmə səlahiyyəti var.Başçılıq rejiminin doğulduğu və hələ də tətbiq olunduğu ölkələrin başında Amerika Birləşmiş Dövlətləri gəlməkdədir.
Prezident respublikası

Prezident sarayları
Prezident sarayları — == Azərbaycanda Prezident və Hökumət Sarayları == Tarix boyu, Azərbaycan imperiya və dövlətlərində başçıların və onların hökumətlərinin sarayları mövcud olmuşdur, buna misal olaraq Şirvanşahlar Sarayı, Bayat qalası, Həşt-Behişt sarayı və s. nümunə göstərə bilərik (bax: Tarixi Azərbaycan dövlətlərinin rəsmi sarayları). AXC dövründən başlayaraq bugünə qədər Azərbaycan Respublikası Prezidenti və Hökumətinin rəsmi dövlət sarayları mövcuddur və istifadəsinə görə bir-neçə yerə bölünür: Rəsmi İqamətgah Prezident Administrasiyası və İşlər İdarəsi Qonaqqarşılama Sarayı Ziyafət və şənlik imarətləri İstirahət iqamətgahları (paytaxtda və bölgələrdə) == Həmçinin bax == Prezident sarayı (Türkiyə) — Türkiyənin paytaxtı Ankarada yerləşən və 2014-cü ildən Türkiyə prezidenti tərəfindən istifadə edilən rəsmi prezident sarayı.
Vitse-prezident
Vitse-prezident (ing. Vice President) — hökumətin icraedici strukturunda əhəmiyyətinə görə prezidentdən sonra ikinci məsul şəxs hesab olunur. Vitse-prezidentin əsas funksiyası ondan ibarətdir ki, o, prezidentinin vəfatı, istefası və ya hakimiyyətdən uzaqlaşdırılması hallarında prezidenti əvəz edir. Vitse-prezidenti həm də Milli Məclisə də rəhbərlik etdiyi üçün onun hakimiyyətin icraedici, yoxsa qanunverici qoluna mənsub olması mübahisəlidir.
Resident evil
Resident evil (azərb. Şərin sakini‎) - Survival horror janrında olan Resident evil oyunlar seriyasından olan ilk videooyundur. 1996-cı ildə Capcom şirkəti tərəfindən istehsal edilmişdir. Oyun ilk öncə PlayStation, sonralar isə personal kompüterlər və digər oyun platformaları üçün də istehsal olunmuşdur.
ABŞ prezident inauqurasiyası
Amerika Birləşmiş Ştatları prezidentinin andiçmə mərasimi ABŞ prezidentinin dörd illik səlahiyyət müddətinin başlanmasına həsr olunmuş mərasimdir. Bu mərasim zamanı prezident seçkilərindən təxminən 72 ilə 78 gün sonra prezident and içir. İnauqurasiya (andiçmə mərasimi) hər yeni prezidentlik müddətində keçirilir. Hətta prezident ikinci müddətə seçilərək səlahiyyətlərini davam etdirsə belə bu mərasim yenidən keçirilir. Corc Vaşinqtonun ilk andiçmə mərasimi 30 aprel 1789-cu ildə baş tutdu. 1821, 1849, 1877 və 1917-ci illər istisna olmaqla, 1793-cü ildən 1933-cü ilə qədər bütün sonrakı ictimai andiçmələr martın 4-də keçirildi. Martın 4-ü bazar gününə təsadüf etdiyi halda inauqurasiya 5 mart bazar ertəsi gününə keçirildi. 20 yanvarın 1957, 1985 və 2013-cü illərdə bazar gününə təsədüf etdiyindən bu illər istisna olmaqla 1937-ci ildən etibarən mərasim yeni ilin ilk günü yəni yanvarın 20-də günorta saatlarında keçirilir. Həmin illərdə prezident andı həmin gün təkbətək, ertəsi gün, bazar ertəsi, yanvarın 21-də yenidən açıq mərasimlə icra olunurdu. Ən son prezidentin andiçmə mərasimi 2021-ci il yanvarın 20- də Co Baydenin vəzifəyə gəldiyi zaman keçirilib.
Arg, Prezident Sarayı
Arg (puşt. ارگ — kiçik şəhər) — Kabildəki Prezident Sarayı. == Tarixi == Arg'ın təməli taxta çıxdıqdan sonra 1880-ci ildə Əmir Əbdürrəhman Xan tərəfindən qoyuldu. Ətrafında su dolu bir xəndək olan bir qala kimi dizayn edilmişdir. Əbdürrəhman xan onu Arg-e-Shahi (Kralın Citadel) adlandırdı və digər tikililər arasında ailəsi, ordu kazarmaları və milli xəzinə üçün bir yaşayış binasına daxil edildi. Əvvəllər Bala Hissarı İkinci Anglo-Əfqan müharibəsi (1878–80) əsnasında İngilis Hind qoşunları tərəfindən məhv edilməyincə əmirliklərin qalası və ya qərargahı olaraq vəzifə yerinə yetirirdi. Arg, Əfqanıstanın bütün padşahları və prezidentləri üçün kral və prezident sarayı olaraq xidmət etmişdir. Ancaq Hafizullah Amin də Tacbeg Sarayından ailəsi üçün iqamətgah olaraq istifadə etdi. Fərqli hökmdarların nəzdində dəyişikliklərə və canlanmaya məruz qalmışdır. 1978-ci il Saur inqilabı zamanı Məhəmməd Daud Xan və ailəsi Arg içərisində Əfqanıstan Xalq Demokratik Partiyasının (PDPA) üzvləri tərəfindən öldürüldü.
Azərbaycanın Prezident Sarayı
Prezident sarayı — Bu binada Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və İşlər İdarəsinin yerləşir. == Tarixi == Azərbaycan Respublikasının Prezident sarayı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və İşlər İdarəsinin yerləşdiyi inzibati binadır. Prezident sarayı əvvəllər Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi adlanırdı. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən və Azərbaycan SSR-in institusional strukturları ləğv olunduqdan sonra bu bina ali hakimiyyət iqamətgahı statusunu saxlamış və hakimiyyət orqanlarının yeni adlarına müvafiq olaraq, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası adlanmağa başlamışdır. 2005-ci ildə bu bina özünün yüksək rəmzi mənasını haqlı olaraq vurğulayan yeni ad almışdır – Prezident sarayı. Bu ad hakimiyyət haqqında ictimai təsəvvürdə baş vermiş irəliləyişi əks etdirirdi. Azərbaycan SSR-də (1920-1991) dövlətin əsas binasının adı – Kommunist Partiyasının Mərkəzi Komitəsi – idarəetmə anlayışlarının əhatə dairəsi ilə əlaqələndirilir və partiya-dövlət vəzifələrinin mexanizmini əks etdirirdi. Hakimiyyət Aparat ilə eyniləşdirilirdi. Bu təsəvvürdə mənfi məna yox idi, çünki hakimiyyət barədə təsəvvür təşkilat, qayda, intizam, mexanizm, paternalizm, sosiallıq kimi konsensus xarakterli dəyərlərə əsaslanırdı. Azərbaycan Respublikasında hakimiyyətin simvolikası və onun dəyərlər məcmusu müəyyən dəyişikliklərə məruz qalmışdır.
Corc Vaşinqton (prezident)
Corc Vaşinqton (ing. George Washington; 22 fevral 1732[…] – 14 dekabr 1799[…], , Virciniya[…]) — ABŞ-nin dövlət xadimi. ABŞ İstiqlal müharibəsi zamanı Kontinental Ordunun baş komandanı, ABŞ-nin ilk Prezidenti (1789–1797), ABŞ-nin bani atalarından biri. 1753–1754-cü illərdə Virciniyadakı könüllü hərbi birləşmələrdən birinə rəhbərlik etmişdir. 1759-cu ildə polkovnik rütbəsində istefaya çıxmış, 1759–1774-cü illərdə Virciniya qanunvericilik məclisinin deputatı olmuşdur. 1787-ci ildə Vaşinqtonun sədrliyi ilə ABŞ Konstitusiyası hazırlanmış və yeni paytaxtın salınması üçün Potomak çayı sahilindəki yeri Corc Vaşinqton seçmişdir. Şəhər əvvəllər onun şərəfinə Corctaun, sonra isə Vaşinqton adlandırıldı. Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == Corc Vaşinqton varlı fermer ailəsində dünyaya gəlmişdir. Onun ailəsi böyük fermer təsərrüfatına və çoxlu qullara sahib idi.
Cənab Prezident (roman)
Cənab Prezident (isp. El Señor Presidente) — Qvatemalalı yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Migel Anhel Asturiasın 1946-cı ildə ispan dilində yazdığı diktator romanı.
Prezident (film, 2007)
== Məzmunu == Film Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi və iqtisadi fəaliyyətindən bəhs edir. == Film haqqında == Filmdə Prezident İlham Əliyevin xarici ölkələrə etdiyi rəsmi səfərlər, eləcə də, Ölkə daxilində səfər etdiyi rayon və şəhərlərdə görülən işlər təqdim edilir.
Prezident (film, 2014)
Prezident (ing. The President) Möhsün Məxməlbafın rejissorluğu ilə 2014-cü ildə yayımlanan dram janrında filmdir. Filmin premyerası Venesiya Film Festivalının açılış bölməsinində 27 Avqust 2014-cü ildə ekranlaşdırılmışdır. Əlli gürcü aktyoru və çoxlu sayda iştirakçı həmçinin müxtəlif yer və mənzərələrdə çəkilişlər aparılmışdır. == Məzmun == Diktator inqilabdan sonra nəvəsi ilə birlikdə qaçmağa məcbur olur. Diktator və nəvəsi film boyunca ölkə daxilində insanlara etdiyi zülmü başa düşür. Əslində bu film bir diktatorun cəmiyyətə təsirini və əksinə fərdin diktatora çevrilməsində cəmiyyətin rolunu göstərir. == Film haqqında == Möhsün Məxməlbafın rejissorluğu ilə 2014-cü ildə yayımlanan dram janrında filmdir. Filmin premyerası Venesiya Film Festivalının açılış bölməsinində 27 Avqust 2014-cü ildə ekranlaşdırılmışdır. Əlli gürcü aktyoru və çoxlu sayda iştirakçı həmçinin müxtəlif yer və mənzərələrdə çəkilişlər aparılmışdır.