Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Primaret
Primaret (fr. Primarette) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Boreper kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38284. Kommunanın 1999-cu il üçün əhalisi 620 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 300 ilə 485 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 45 km cənubda, Qrenobldan 60 km şimal-qərbdə yerləşir.
Primat
Primatlar (lat. Primates) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi. Bu dəstəyə meymunlar və insan da daxildir. Dəstədə 400-dən çox növ mövcuddur. == Yarımdəstə və fəsilələri == Yaşburunlar (Strepsirrhini) Cırtdan lemurlar (Cheirogaleidae) Lemurlar (Lemuridae) Lepilemurlar (Lepilemuridae) İndrilər (Indridae) Əlayaqlılar (Daubentoniidae) Lorilər (Lorisidae) Qalaqolar (Galagidae)Quruburunlar (Haplorhini) Uzuntopuqlar (Tarsiidae) Oynağanlar (Callitrichidae) İlməquyruqlar (Cebidae) Gecə meymunları (Aotidae) Sakolar (Pitheciidae) Hörümçəyəbənzərlər (Atelidae) Əntərmeymunlar (Cercopithecidae) Hibbonlar (Hylobatidae) Hominidlər (Hominidae) == Primatların xarakterik xüsusiyyətləri == Primatkimilər dəstəsinə daxil olan canlılar formasına və boyuna görə müxtəlifdir. Müasir primatlar Asiya, Afrika və Amerikanın tropik və subtropik ərazilərində, Zond və Filippin adalarında yaşayırlar. Ətrafları 5 barmaqlıdır, bu da onlara ağacdan möhkəm tutmağa imkan verir. Beyin yarımkürələri iri olur. Göz çuxurları kəllənin ön tərəfində yerləşir. Müəyyən edilmişdir ki, primatlar cücüyeyən məməlilərin qədim qruplarından əmələ gəlmişdir.
Nissan Primera
Nissan Primera — Nissan avtomobil istehsalçısının D sinfinə məxsus avtomobil ailəsi. Sedan, hetçbek və universal banlarla istehsal olunur.
Primore (Monteneqro)
Primore — Monteneqronun bütün Adriatik sahili boyunca uzanan tarixi ərazi. Tarixi vilayət şimal-qərbdəki Kotor körfəzindən cənub-şərqdə Boyana çayının mənsəbinə qədər 230 km məsafədə uzanırdı. Çimərlik tətili üçün bir yer olmuşdur. Bardakı dəniz limanı, Bar - Belqrad dəmir yolu xətti, Tivat beynəlxalq hava limanı əsas nəqliyyat qovşağlarından biri idi. Orta əsr şəhərləri: Kotor, Budva və s. Yuqoslaviyanın yaranmasından əvvəl Monteneqro Primoresi, Monteneqro Krallığının bir hissəsi deyildi, əksinə Avstriya-Macarıstan İmperiyasının sərhədyanı bir bölgəsi olmuşdur. Sonda Sloven, Xorvat və Serb Dövlətinin bir hissəsi idi. == Tarixi == Orta əsrlərdə Monteneqro sahilləri Serbiya torpaqlarının bir hissəsi idi. XV əsrdə Albaniya Venetası adı altında Venesiyanın bir hissəsi olur. XVI əsrin sonlarında Venesiya Primorye ərazisinin çox hissəsini Osmanlı İmperiyasına verməyə məcbur olur.
Priçard Kolon
Priçard Kolon Melendez (19 sentyabr 1992, Maitland[d], Florida) — Puerto-Rikolu keçmiş peşəkar boksçu, fəxri WBC Dünya Çempionu. 2010-cu ildə Pan Amerika Gənclər Çempionatında 64 kq (141 funt) kateqoriyasında qızıl medal qazanmışdır. 2015-ci ildə Terrel Villiams ilə matçdan sonra Kolon soyunub-geyinmə otağında yıxılıb və beyin qanaxması səbəbindən 221 gün komada qalıb. O, çox zaman ayıq olsa da, davamlı vegetativ vəziyyətdə idi. Terrel Villiams ilə döyüş zamanı başının arxasından dəfələrlə qadağan olunmuş zərbələrə məruz qalmışdı. O, hal-hazırda ayıqdır və fizioterapiya alır. O, motorlu əlil arabası və rabitə qurğusundan istifadə edir. == Həyatı == Priçard Kolon Florida ştatının Meytlend şəhərində anadan olub. Onun valideynləri Riçard və Nieves Kolondur. 10 yaşında atası Puerto-Rikoya köçmək qərarına gəlib, buna görə Kolon adanı yarışlarda təmsil edə bilib.
Aqnes Primas
Aqnes Primas (5 mart 1980, Dunauyvaroş, Feyer medyesi[d]) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Aqnes Primas, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra Aqnes Primas, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu.
Palestina Prima
Palestina Prima (lat. Palaestina Prima, yun. Πρώτη Παλαιστίνης; mənası – Birinci Fələstin) — Bizans imperiyasında vilayət. 390-cu ildə qurulmuş vilayət 614-cü ildə Sasanilər tərəfindən ələ keçirilmiş, daha sonra 628-ci ildə geri alınmışdır, ancaq 638-ci ildə müsəlmanları tərəfindən birdəfəlik fəth edilmişdir. == Tarixi == Ərazi İsavra, Kilikiya, Kipr, Yevfratisiya, Mesopotamiya, Osroena, Finikiya və Araviya Petreya ilə birlikdə Roma imperiyasına aid Şərq diosezinin bir parçası olmuşdur. Bizans imperiyası dövründə inzibati bölgülərə yeni dəyişikliklər edilmişdir. Kilikiya vilayəti Kilikiya Prima və Kilikiya Sekundaya bölünmüşdür. VI əsrdə Siriya Palestina vilayəti Siriya Prima, Siriya Salyutaris, Finikya Lebanensis, Palestina Prima, Palestina Sekunda və Palestina Salyutarisə bölünmüşdür. Samaritlər xristian dominantlığına rəğmən IV–V əsrlərdə Samariya ölkəsində öz muxtariyyətlərini qoruya bilmişdir. Bu muxtariyyət tədricən genişləmiş və üsyanlara səbəb olmuşdur.
Primera Fila: Hecho Realidad
Primera Fila: Hecho Realidad – Amerikalı pop qrupu Ha*Ashın 1-cü canlı albomudur. 11 noyabr 2014-ci ildə Sony Music Latin tərəfindən nəşr olundu. = Albomdakı mahhnılar = == Standard Edition == CD == Deluxe Edition == CD + DVDDVD == Mənbə == Primera Fila: Hecho Realidad - Genius.
Prima (film, 1994)
== Məzmun == Filmdə Azərbaycanın məşhur milli rəqqasəsi Əminə Dilbazinin həyatından ayrı-ayrı səhifələr canlandırılmışdır. == Film haqqında == Film "Sənətkar Taleləri" silsiləsindəndir. Filmdə Azərbaycan Dövlət kino və foto sənədləri baş arxivi materiallarından istifadə edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Tofiq İsmayılov Quruluşçu rejissor: Tofiq İsmayılov Quruluşçu operatorlar: Rafiq Qəmbərov, Fikrət Hacı Abrek Şeirlər: Ramiz Rövşən Rejissor: Ötkəm İsgəndərov Bəstəkar: Rauf Əliyev Musiqi tərtibatçısı: İsmayıl Dadaşov Səs operatoru: Kamal Seyidov Montaj edən: Gülşən Səlimova Filmin direktoru: Akif Əliyev === Filmi səsləndirənlər === Əminə Yusifqızı — mətni oxuyan (titrlərdə yoxdur) Əliabbas Qədirov — şeirləri deyən (titrlərdə yoxdur) === Filmdə iştirak edənlər === Əminə Dilbazi (titrlərdə yoxdur) Ədalət Nəsibov (titrlərdə yoxdur) Ötkəm İsgəndərov (titrlərdə yoxdur) Cövdət Hacıyev (titrlərdə yoxdur) === Arxiv kadrlarda iştirak edənlər === İosif Stalin (şəkil), (titrlərdə yoxdur) Əlibaba Abdullayev (titrlərdə yoxdur) Ağasadıq Gəraybəyli (titrlərdə yoxdur) Sona Hacıyeva (titrlərdə yoxdur) Əli Qurbanov (titrlərdə yoxdur) Leyla Bədirbəyli (titrlərdə yoxdur) Niyazi (titrlərdə yoxdur) Bülbül (titrlərdə yoxdur) Adil İsgəndərov (titrlərdə yoxdur) Şövkət Məmmədova (titrlərdə yoxdur) Mirzə İbrahimov (titrlərdə yoxdur) Nəcibə Məlikova (titrlərdə yoxdur) Xan Şuşinski (titrlərdə yoxdur) Rəşid Behbudov (şəkil), (titrlərdə yoxdur) Üzeyir Hacıbəyov (şəkil), (titrlərdə yoxdur) Fikrət Əmirov (şəkil), (titrlərdə yoxdur) == Sponsor == "Azəriqaz" Dövlət Şirkəti == Çəkilişə köməklik edən qurumlar == "Aşkar-Film" K.D.M. (lentlərin aşkarlanması) Azərbaycan Dövlət Kino və Foto Sənədləri Arxivi (kino və foto materiallar) == Çəkilişə kömək edənlər == Faiq Əliyev (lentlərin aşkarlanması üzrə bədii rəhbər) Əminə Cəfərova (lentlərin aşkarlanması üzrə rəng ustası) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-Bülleten. IV buraxılış. Bakı: Apostroff, 2011.