Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Prodüser
Prodüser (ing. producer — istehsal edən, istehsalçı) — hansısa layihənin həyata keçirilməsidə iştirak edən, onun maliyyə, inzibati, texnoloji, yaradıcılıq və ya hüquqi fəaliyyətininin həyata keçirilməsində iştirak edən mütəxəssis. "Prodüser — istehsal edən". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 44–45.
Troposfer
Troposfer — atmosferin alt qatı olub, orta qalınlığı 11 km, ekvatorda 17–18 km, mülayim enliklərdə 10–11 km, qütblərdə 7–8 km-dir. "Hava fabriki" adlandırılan troposferdə hündürlük artdıqca temperatur və təzyiq azalır. Yerin cazibə qüvvəsinin təsiri nəticəsində atmosfer kütləsinin 80%-i troposferdə cəmləşib. Troposferdə külək əsir, bulud yaranır, yağıntı düşür. Günəş şüalarının yer səthini qeyri-bərabər qızdırması, gecə və gündüzün növbələşməsi, Günəş istiliyi və işığının udulma və əks olunma dərəcəsi troposferdə havanın temperaturunun dəyişməsinə təsir edən əsas amillərdir. Troposferdən yuxarı qalxdıqca temperatur aşağı düşür. Yerə ən yaxın təbəqədir.
Prodüser (dəqiqləşdirmə)
Prodüser və ya istehsalçı aşağıdakı mənaları verə bilər:
Nazim Hüseynov (prodüser)
Nazim Fikrət oğlu Hüseynov — Azərbaycanfilm kinostudiyasının sabiq direktoru. Nazim Fikrət oğlu Hüseynov Bakıda anadan olub. M. Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Neft-mədən fakültəsində (1990), Rusiya Federasiyası Prezidenti yanında Təsərrüfat və Dövlət Qulluğu Akademiyasının Dövlət və bələdiyyə idarəçiliyi ixtisasında (2018) təhsil alıb. "215 KL" Müstəqil televiziya şirkətində maliyyə direktoru (1992–1997, 1999–2010), Space Teleradio Şirkətində reklam və kommersiya departamentinin direktoru (1997–1999), "Salnamə" Sənədli Filmlər studiyasının direktor müavini olaraq çalışıb. "Azərbaycanfilm" kinostudiyasında direktor vəzifəsini icra edib (2020). II Bakı Beynəlxalq İdman Filmləri Festivalının, III, IV, V Bakı Beynəlxalq Turizm Filmləri Festivalının icraçı direktoru olub. 2013-cü ildən "Salnaməfilm" studiyasının, 2022-ci ildən "Azərbaycanfilm" kinostudiyasının direktorudur. Bir neçə bədii, 60-dan çox sənədli filmin prodüseridir. Azərbaycan xalçası (1997, qısametrajlı sənədli film) – direktor Yeddi oğul istərəm, bircə dənə qız gəlin (2002, qısametrajlı sənədli film) – direktor Onun ürəyi (2010, qısametrajlı bədii film) – icraçı prodüser Hüseyn xan Naxçıvanski. Qayıdış (2014, qısametrajlı sənədli film) – prodüser Qafqazdan Appeninə (2014, qısametrajlı sənədli film) – prodüser Qalib (2014, qısametrajlı sənədli film) – prodüser Mən Bakını sevirəm (2014, qısametrajlı sənədli film) – prodüser Mən evə qayıdıram (2014, tammetrajlı bədii film) – icraçı prodüser Uçmaq istəyirəm (2014, qısametrajlı sənədli film) – prodüser Vətən qeyrəti (2014, qısametrajlı sənədli film) – prodüser Naftalan cövhəri (2015, qısametrajlı sənədli film) – prodüser Polkovnik (2015, qısametrajlı sənədli film) – prodüser Sübhdən başlanan həyat (2015, qısametrajlı sənədli film) – prodüser Yüksəliş (2015, tammetrajlı sənədli film) – prodüser Bakı Avropa Oyunları 2015 (2016, tammetrajlı sənədli film) – prodüser Bakı əsrlərin aynasında (2016, tammetrajlı sənədli film) – baş prodüser Cırtdan və sehirli xalat (2016, animasiya filmi) – prodüser Daşın yaddaşı (2016, qısametrajlı sənədli film) – prodüser Hapıtlar (2016, qısametrajlı sənədli film) – prodüser Qırmızı bağ (2016, tammetrajlı bədii film) – icraçı prodüser Aprel yüksəkliyi (2018, qısametrajlı sənədli film) – prodüser Cümhuriyyət tələbələri (2018, qısametrajlı sənədli film) – prodüser İki əsgər (2018, qısametrajlı sənədli film) – prodüser Qəhrəmanlıq zirvəsi (2018, qısametrajlı sənədli film) – prodüser Memar (III) (2018, qısametrajlı sənədli film) – prodüser Məni yada salarkən… (2018, qısametrajlı sənədli film) – prodüser 36 bahar (2019, qısametrajlı sənədli film) – prodüser 777 (2019, qısametrajlı sənədli film) – prodüser Bir elin Şahları (2019, qısametrajlı sənədli film) — prodüser Cırtdan və sehrli xalat.
Nəriman Məmmədov (prodüser)
Nəriman Kamileviç Məmmədov (10 iyul 1969, Moskva) — Azərbaycan Respublikası Kinemotoqrafçılar İttifaqının katibi. "Narimanfilm" kinostudiyasının rəhbəri, "Azərbaycan Respublikası İstehsalçılar Gildiyası"nın sabiq sədri (2021–2023), Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi (2018), "Salam" Beynəlxalq Yeniyetmə Film Festivalının təsisçisi. Nəriman Məmmədov 1969-cu il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olub. Ali hüquq və hərbi-siyasi təhsil almışdır. Müxtəlif yerli və beynəlxalq şirkətlərdə idarəetmə vəzifələrində 25 ildən artıq təcrübəyə malikdir. 1994-cü ildə "Narimanfilm" kinostudiyasının əsasını qoymuşdur. Şirkətin əsas fəaliyyətləri, qısametrajlı, sənədli və bədii filmlərin istehsalı, texniki dəstək və Azərbaycan filmlərinin dünyada tanıdılmasıdır. O, bir neçə qısametrajlı, sənədli və bədii filmlərin prodüseri olmuşdur. 2005-ci ilin sentyabr ayında "Cənubi Qafqaz Müstəqil Kino Xadimləri Transmilli Assosiasiyası"– nın (İFA-SC) təsisçilərindən biri olmuşdur. Həmin ilin oktyabr ayında isə Assosiasiyasının İdarə Heyətinin sədri seçilmişdir.
Tarix Əliyev (prodüser)
Tolik (Tarix Əliyev, 6 iyun 1979, Bakı) — Azərbaycanlı prodüser, təşkilatçı, televiziya aparıcısı. Tarix Tahir oğlu Əliyev 6 iyun 1979-cu ildə Bakı şəhərində anadan olub. Atası Tahir Tarix oğlu Əliyev neftçidir. Anası Sara Heybət qızı Cəfərova qarmon müəlliməsidir. 1986-cı ildə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi 141 nömrəli məktəbin 1-ci sinfinə daxil olur. Daha sonra orta təhsilini 146 nömrəli məktəbdə davam etdirir. Bir dəfə, 1998-ci ildə ailəli olub, 1 il sonra isə boşanıb. 2002–2004-cü illərdə Almaniyada müvəqqəti yaşadığı dövrdə Dünya Azərbaycanlıları Konqresi, Azərbaycan diasporasının təşkil etdiyi tədbirlərdə iştirak edib. 2004-cü ildən, Azərbaycana qayıtdığı gündən Yeni Azərbaycan Partiyasının üzvüdür. YAP-ın Pirallahı rayon təşkilatının tədbirlərində fəal iştirakına görə fəxri fərmana layiq görülüb.
Nicat Əliyev (rejissor, prodüser)
Nicat Hüseynqulu oğlu Əliyev (15 iyul 1959, Bakı) — Rejissor, prodüser. == Həyatı == 15 iyul 1959-cu ildə Bakı şəhərində anadan olub. 1976-cı ildə 132 saylı Bakı şəhər orta məktəbini bitirib. 17 yaşından AzTV-də rejissor köməkçisi kimi əmək fəaliyyətinə başlayıb. 1981-ci ildə N. K Çerkasov adına Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutuna (indiki Rusiya Dövlət Səhnə Sənəti İnstitutu) daxil olub. Televiziya rejissoru ixtisası üzrə məzun olduqdan sonra AzTV-də rejissor vəzifəsində çalışmağa davam edib. N. Əliyev 1991-ci ildə respublikamızda ilk müstəqil studiyalardan sayılan "215 KL" eksperimental studiyasının rəhbəri olub. 1997-ci ildə "SPACE" Müstəqil Televiziya kanalının yaradılmasında iştirak edib və həmin kanalda efir direktoru vəzifəsində çalışıb. 2007–2019-cu illər Azərbaycan Televiziyasının Amerika bürosunun rəhbəri olub. "Xəbərlər" informasiya proqramı üçün həm Şimali, həm də Cənubi Amerikadan siyasi xəbərlər, soydaşlarımızın fəaliyyəti və okeanın o tayında yaşayan müxtəlif xalqların mədəniyyəti haqqında süjetlər hazırlayıb.
Post hoc ergo propter hoc
Post hoc ergo propter hoc (Latın dilindən tərcümədə: "bundan sonra, deməli buna görə") — məzmunu "X hadisəsindən sonra Y baş verirsə, deməli X hadisəsi Y hadisəsinə səbəb olur" olan qeyri-formal məntiqi səhv. Bu, adətən post hoc səhvi olaraq qısaldılır. Aydın olmayan səbəb müxtəlifliyi olan bu məntiqi səhv cum hoc ergo propter hoc ("bununla, deməli buna görə") səhvindən azca fərqlidir, hansı ki, ardıcılıq və ya xronoloji olaraq baş vermiş iki hadisə əhəmiyyətsiz və ya naməlumdur. Post hoc olduqca qaçınılmaz bir səhvdir, çünki korrelyasiya səbəb əlaqəsi hissi yaradır. Bu səhv nəticənin potensial səbəbkarı olan və qeyd edilən əlaqənin mövcud olmadığını sübut edə biləcək digər amillər əvəzinə, yalnız və yalnız hadisələrin gerçəkləşmə ardıcıllığından alınan nəticəyə əsaslanır. Bu səhvə sadə bir nümunə "xoruz günəşin doğmasından əvvəl banlayır, deməli xoruz günəşin doğmasına səbəb olur"dur. post hoc səhvinin forması belədir: A baş verir, bundan sonra B baş verir. Deməli, A-nın səbəbi B-dir. B arzuolunmaz bir şeydirsə, bu nümunə antesedentin inkarı formal məntiqi səhvi ilə kombinasiya edilir. Beləliklə, bu fərz edilir: A-dan yayınmaq B-nin qarşısını alır.