Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Proqressiv rok
Proqressiv rok 60-cı illərin ikinci yarısında meydana gələn bir musiqi janrıdır. Standart mahnı qəliblərindən kənara çıxmaqla və rock musiqinin də öz yenilikçi xarakterini əlavə etməklə bu janr sonrakı dövrlərdə öz sözünü deyə bilmişdir. Əsas nümayəndələri King Crimson, Yes, Genesis, Pink Floyd, Jethro Tull, Rush, Camel və Porcupine Tree kimi qruplardır. Bu janrın əsas xüsusiyyətləri axsaq və dəyişkən ritmli olması, standart formaya malik olmaması, mahnıların çox hallarda uzun olması, qrup üzvlərinin instrumental baxımdan virtuoz dərəcəsində musiqiçilər olması və bu səbəbdən də daha çox instrumental mahnılar olması. Əsas rock elementləri ilə (gitara, zərb alətləri, bas gitara) yanaşı başqa alətlərdən geniş istifadə olunur: piano, organ, skripka, fleyta, saksafon və s. Rok musiqisindəki dəyişiklik bu janra da təsir göstərmiş və 80-ci illərdə metal janrının yaranması ilə progressiv metal kimi bir janrın meydana gəlməsinə səbəb olmuşdur. Bura isə Queensryche, Stratovarious, Dream Theater, Pain of Salvation, The Sympony X kimi qrupları aid etmək olar.
Proqressiv şahmat
Proqressiv şahmat — çox iştirakçılı, şahmat əsasında yaranan rəngarəng intelektual oyun. == Haqqında == Bu oyuna proqressiv şahmat adının verilməsinin əsas səbəbi, altıbucaqlı poliqon lövhəsinin üzərindəki üçbucaqların dövriliyi mərkəzdən arifmetik proqressiya üzrə artır. Altıbucağın hər yeni mərhələsi ilə üçbucaqların sayı proqressiyada artır. Bu cür şahmat qaydasının strukturu nəyinki 6 ya 18 nəfər, məhdudiyyətsiz qədər çox oyunçuların iştirakına imkan verir. Oyun rəngarəngdir, 4 rəngdən ibarətdir: ağ, qırmızı, sarı, yaşıl. Mərkəzi kontur göy rənglə təsvir olunub. Yeni şahmat qaydasının strukturu üçbucaqlardan ibarətdir. Oyun lövhəsi üçbucaqlardan – sahələrdən ibarət olan altıbucaq təşkil edir. Ücbucaqların ümumi sayı 384-dür. Üçbucaqların dövrülüyü daimidir.
Proqressivizm
Proqressivizm — sosial islahatların müdafiəsini dəstəkləyən fəlsəfə. Bu fəlsəfə tərəqqi ideyası üzərinə qurulmuşdur. Yəni bu fəlsəfəyə əsasən elmi, texnoloji, iqtisadi və sosial inkişaf bəşəriyyətin təkmilləşməsi üçün ən əhəmiyyətli amildir. == Mənası == Proqressivizmə mütəmadi olaraq fərqli perpsektivlər tərəfindən fərqli mənalar yüklənmişdir. Sözügedən fəlsəfə Avropanın maarifçilik dövründə çox böyük əhəmiyyət daşımışdır. Maarifçilik dövrünün başlamasının əsasında ictimaiyyətin təməl biliklərinin gücləndirilməsinin avropalıların sivil olmayan ictimaiyyətini sivilləşdirəcəyi inancı idi. Maarifçilər inanırdılar ki, tərəqqi təkcə Avropada deyil, dünyanın hər yerindəki sivilizasiyaların inkişafı üçün vacibdir.Müasir dövrdə proqressiv hərəkatın tərifi budur: “siyasi dəyişiklik və hökumət tərəfindən edilən dəstək vasitəsilə sıravi insanların maraqlarını hədəfləyən sosial və ya siyasi hərəkat.” 21-ci əsrdə iqtisadi bərabərsizliyin pis təsirlərinə qarşı ictimai siyasət yürütmək, ətraf mühiti nəzərə alan (qoruyan) siyasət yürütmək, işçilərin haqlarını müdafiə edən siyasət yürütmək, monopoliyaya qarşı siyasət yürütmək və sair bunun kimi fəaliyyətlər proqressiv olaraq dəyərləndirilir. Bütün bu fəaliyyətlərin ortaq cəhəti hazırkı vəziyyətin mənfi təsirlərinə diqqət cəlb etmək, siyasi və ya sosial yolla müsbət bir dəyişiklik istiqamətində tərəqqiyə vəkillik etməkdir. Çağdaş qərb dünyası mədəniyyətindəki proqressivizmə dair siyasi perspektiv 19-cu əsrdə geniş şəkildə keçirilmiş sənayeləşdirmə ilə bağlı islahatların nəticəsidir. 20-ci və 21-ci əsrin əvvəlindəki proqressivlər varlı və kasıb arasındakı böyük iqtisadi bərabərsizliyin tərəqqinin qarşısını aldığını düşünür.
Reqressiv eroziya
Reqressiv ero­ziya (rus. регрессивная эрозия, ing. regressive erosion, head ward erosion, backward erosion) /lat. regressio- geriyə hərə­kət/-geriyə çəkilən eroziya. Süxur­ların səthi axınlarla parçalanması və yuyulması prosesi. Dərinlik ero­ziyası mənbə istiqamətində inkişaf edərək tarazlıq profilinin yaran­masına gətirib çıxarır və adətən qon­şu hövzələrin çaylarının baş hissəsinin zəbt olunmasına səbəb olur.
Reqressiv vergitutma
Reqressiv vergitutma (ing. regressive tax) — vergi tutulan məbləğ artdıqca orta dərəcənin azaldığı vergitutma sistemi. Bu o deməkdir ki, təsərrüfat subyektinin gəlirinin artması ilə nisbət aşağı düşür, gəlir azaldıqda isə əksinə artır. Reqressiv vergi kasıblara (resurslar baxımından) zənginlərə nisbətən daha çox yük qoyur: vergi dərəcəsi ilə vergi ödəyicisinin aktivləri, istehlakı və ya gəlirləri ilə ölçülən ödəmə qabiliyyəti arasında tərs əlaqə mövcuddur. Bu vergilər daha yüksək ödəmə qabiliyyəti olan insanların vergi yükünü azaltmağa meyillidirlər, çünki onlar nisbi yükü daha çox ödəmə qabiliyyəti olan insanların üzərinə keçirirlər. Bir qayda olaraq, reqressiv vergitutma ilə gəlir hissələrə bölünür, onların hər biri öz dərəcəsi ilə vergiyə cəlb edilir, yəni azaldılmış dərəcələr bütün vergitutma obyektinə deyil, əvvəlkindən artıq olan hissəsinə şamil edilir. Məsələn, ƏDV kimi məsrəfdən sabit faiz şəklində tutulan vergilər və ya sorğu vergisi və ya Böyük Britaniya televiziyası lisenziyası haqqı kimi birbaşa sabit vergilər son nəticədə reqressivdir. Reqressiv vergitutma idxal, ticarət, mal və xidmətlərin istehsalı sahəsində tətbiq edilir. Həmçinin reqressiv prinsipə əsasən bir sıra xüsusi rüsumlar hesablanır, onlar üçün vergitutma müddəti fərqlidir. Beləliklə, məsələn, məhkəmədə ərizə vermək üçün dövlət rüsumu iddiaçının əmlak iddialarının ölçüsündən asılıdır.
Reqressiv yatım
Reqressiv yatım- (rus. залегание регрессивное, ing. regressive bedding) dənizin geriyə çəkilməsi şəraitində toplanan süxur laylarının yatımı. R. y. üçün fasiyaların ərazi üzrə və şaquli kəsilişdə nisbətən dərin dəniz çöküntülərindən dayaz dəniz çöküntülərinə doğru qanuna¬uyğun dəyişilməsi səciyyəvidir.
Proqress Bakı FK
Proqress 2, (və yaxud Həmkarlar FK) Azərbaycanda əsası qoyulan ən qədim futbol klublarından biri. Klub 1928-ci ildə keçirilən ilk Azərbaycan SSR çempionatının qalibidir.
Santa-Terezinya-du-Proqressu
Santa-Terezinya-du-Proqressu (port. Santa Terezinha do Progresso) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 2926 nəfərdir. Ərazisi 118,997 кm²-dir. Əhalinin sıxlığı 24,6 nəfər/кm²-dir. Bələdiyyə 19 iyul 1995-ci ildə yaradılmışdır.