Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cursus publicus
Cursus publicus (kursus publikus; latın dilindən tərcümədə – «ictimai yol»; yun. δημόσιος δρόμος) — Roma imperiyası və daha sonra Bizans imperiyası dövründə tətbiq edilən dövlət nəqliyyat sistemi. Sistem imperator Oktavian Avqustun (e.ə. 27–14) hakimiyyəti dövründə yaradılmışdır. Sistemin məqsədi əhəmiyyətli məktubların ötürülməsi, daha sonra isə ali təbəqədən olan şəxslərin və dəyərli məhsulların nəqliyyatı idi. Cursus publicus nəqliyyatda iştirak etməmiş və sadəcə infastrukturu təşkil etmişdir. Roma imperiyası dövründə sistemə postlar da daxil idi. Burada atlar dəyişdirilir, eləcə yatmağa yer və qida kimi xidmətlər verilir di. Sistem vilayət əhalisinin yardımı və ağır iqtisadi yük ilə fəaliyyət göstərirdi. Sistemdə dövlətə aid məqsədlər üçün buraxılmış formal icazə tələb edilirdi, lakin bu, adətən nüfuzlu şəxslər tərəfindən özəl səbəblərə görə əldə edilirdi.
Public Enemy
"Public Enemy" (qısa olaraq "PE"; ing. dilindən "Xalq düşməni") — Lonq Aylenddən olan ABŞ hip hop qrupu. Media tənqidləri, afroamerikalılar cəmiyyətinin problemlərinə aktiv maraq və mahnılarında siyasiləşdirilmiş mətnlər istifadə etmək ilə tanınır. Onlar ən çox, ilk dəfə Spayk Linin "Düzgün et!" (ing. Do the Right Thing) filmində səslənən "Fight the Power" adlı kompozisiyası ilə tanındılar. Radikalizmi ilə seçilən It Takes a Nation of Millions to Hold Us Back adlı albomun çıxarılması ilə onlar hip hop mühitində avanqard proyekt kimi Run-D.M.C.-i ötdülər. N.W.A-nın erotik eskapizmindən fərqli olaraq, "Public Enemy"nin mətnləri kəskin sosial mövzulara həsr edilmiş və dinləyiciləri aktiv həyat mövqeyi tutmağa təşviq etmişdir. Həm musiqi, həm də siyasi cəhətdən "Public Enemy" inqilabi idi. 1990-cı illərdə aktivliyin kəskin azalmasına baxmayaraq, bir çox hip-hop bilicisi üçün "Public Enemy" rep qrupunun etalonu olaraq qalır. == Qrupun üzvləri == Chuck D (Karlton Duqlas Ridenauer).
Public domain
İctimai varidat və ya İctimai mülkiyyət ― əsərə aid müəlliflik hüququnun qanunla təsbit olunmuş müəyyən bir müddətdən sonra qüvvədən düşərək ictimai varidata keçməsi halı. Azərbaycan Respublikasının ərazisində heç vaxt qorunmamış əsər də ictimai varidata keçmiş sayılır.
Publiy Vergiliy Maron
Publi Vergili Maron (15 oktyabr e.ə. 70 – 21 sentyabr e.ə. 19, Brindizi, Roma imperiyası) — Roma ədəbiyyatının qızıl dövründə yaşamış görkəmli şair. E.ə. 70-19-cu illərdə yaşamışdır. Romanın klassik şairi və ən qüdrətli ədəbi xadimlərindən biri sayılır. Vergilinin üç əsəri çox məşhurdur: "Ekloqlar" "Georgikilər" "Eneida" == Həyatı == Vergili Roma yaxınlığında And kəndində varlı ailədə anadan olmuşdur. Sonralar əmlakının böyük bir hissəsini itirən şairə bunları geri almağa imperator Oktavian Avqust və Messenat kömək etmişdir. Buna görə də onun əsərlərində xüsusilə də bukolikalarında onlar mədh edilir. == "Ekloqlar" == Bu Vergilinin ilk kitabıdır.
Public land mobile network
Public land mobile network (PLMN; azərb. İctimai yerüstü mobil şəbəkə‎) — müəyyən bir ölkədə xüsusi operator tərəfindən təklif olunan simsiz rabitə xidmətlərinin birləşməsi. PLMN adətən GSM/2G, UMTS/3G, LTE/4G kimi bir neçə mobil texnologiyadan ibarətdir. Müəyyən bir ölkə daxilində bir operator tərəfindən təklif olunur və tez-tez mobil şəbəkə adlandırılır. == PLMN kodu == PLMN özü MCC (ölkə kodu) və MNC-dən (şəbəkə kodu) ibarət qlobal unikal PLMN kodu ilə müəyyən edilir. Beləliklə, bu, bir ölkəni və həmin ölkədəki mobil şəbəkə operatorunu müəyyən edən beş-altı rəqəmli nömrədir. PLMN aşağıdakıların bir hissəsidir: Location area identity (LAI) (PLMN və MNC) Cell Global Identity (CGI) (LAI və "Cell Identifier") IMSI == PLMN kodlarında aparıcı sıfırlar == MNC ikirəqəmli formada və başında sıfır olan üç rəqəmli formada ola bilər. Belə ki, 01 və 001 əslində iki fərqli MNC-dir. Beləliklə, PLMN 001–02 və 001–002 eyni ölkədə olur, lakin iki tamamilə fərqli operatora (02 və 002) aiddir. PLMN təyinatlarından aydın olur ki, eyni nömrə dəyərinə malik ikirəqəmli və üçrəqəmli MNC-lərin bu cür ikiliklərindən qaçınmaq olar.