psychologue
publication
OBASTAN VİKİ
Public Enemy
"Public Enemy" (qısa olaraq "PE"; ing. dilindən "Xalq düşməni") — Lonq Aylenddən olan ABŞ hip hop qrupu. Media tənqidləri, afroamerikalılar cəmiyyətinin problemlərinə aktiv maraq və mahnılarında siyasiləşdirilmiş mətnlər istifadə etmək ilə tanınır. Onlar ən çox, ilk dəfə Spayk Linin "Düzgün et!" (ing. Do the Right Thing) filmində səslənən "Fight the Power" adlı kompozisiyası ilə tanındılar. Radikalizmi ilə seçilən It Takes a Nation of Millions to Hold Us Back adlı albomun çıxarılması ilə onlar hip hop mühitində avanqard proyekt kimi Run-D.M.C.-i ötdülər. N.W.A-nın erotik eskapizmindən fərqli olaraq, "Public Enemy"nin mətnləri kəskin sosial mövzulara həsr edilmiş və dinləyiciləri aktiv həyat mövqeyi tutmağa təşviq etmişdir. Həm musiqi, həm də siyasi cəhətdən "Public Enemy" inqilabi idi. 1990-cı illərdə aktivliyin kəskin azalmasına baxmayaraq, bir çox hip-hop bilicisi üçün "Public Enemy" rep qrupunun etalonu olaraq qalır. Chuck D (Karlton Duqlas Ridenauer).
Public domain
İctimai varidat və ya İctimai mülkiyyət ― əsərə aid müəlliflik hüququnun qanunla təsbit olunmuş müəyyən bir müddətdən sonra qüvvədən düşərək ictimai varidata keçməsi halı. Azərbaycan Respublikasının ərazisində heç vaxt qorunmamış əsər də ictimai varidata keçmiş sayılır.
Public land mobile network
Public land mobile network (PLMN; azərb. İctimai yerüstü mobil şəbəkə‎) — müəyyən bir ölkədə xüsusi operator tərəfindən təklif olunan simsiz rabitə xidmətlərinin birləşməsi. PLMN adətən GSM/2G, UMTS/3G, LTE/4G kimi bir neçə mobil texnologiyadan ibarətdir. Müəyyən bir ölkə daxilində bir operator tərəfindən təklif olunur və tez-tez mobil şəbəkə adlandırılır. PLMN özü MCC (ölkə kodu) və MNC-dən (şəbəkə kodu) ibarət qlobal unikal PLMN kodu ilə müəyyən edilir. Beləliklə, bu, bir ölkəni və həmin ölkədəki mobil şəbəkə operatorunu müəyyən edən beş-altı rəqəmli nömrədir. PLMN aşağıdakıların bir hissəsidir: Location area identity (LAI) (PLMN və MNC) Cell Global Identity (CGI) (LAI və "Cell Identifier") IMSI MNC ikirəqəmli formada və başında sıfır olan üç rəqəmli formada ola bilər. Belə ki, 01 və 001 əslində iki fərqli MNC-dir. Beləliklə, PLMN 001–02 və 001–002 eyni ölkədə olur, lakin iki tamamilə fərqli operatora (02 və 002) aiddir. PLMN təyinatlarından aydın olur ki, eyni nömrə dəyərinə malik ikirəqəmli və üçrəqəmli MNC-lərin bu cür ikiliklərindən qaçınmaq olar.
Broward County Public Schools
Broward County Public Schools — Florida ştatının Brauard dairəsində fəaliyyət göstərən dövlət məktəbləri distrikti. Ölkənin altıncı ən böyük dövlət məktəbi distriktidir. 2023–2024-cü tədris ilində "Broward County Public Schools" bölgə üzrə 326 müxtəlif məktəb və təhsil mərkəzlərində 251,106 şagirdə təhsil vermişdir. == Məktəblərin siyahısı == === 6–12 siniflər === Dillard High School 6–12 (1907) Lauderhill 6–12 STEM-MED Millennium 6–12 Collegiate Academy === 9–12-ci siniflər (ing. High Schools) === Atlantic Technical College and Technical High School (1973) Blanche Ely High School (1951) Boyd H. Anderson High School (1971) Broward Virtual Education High (2001) Charles W. Flanagan High School (1996) Coconut Creek High School (1970) Cooper City High School (1971) College Academy @ BCC (2001) Coral Glades High School (2004) Coral Springs High School (1975) Cypress Bay High School (2002) Dave Thomas Educational Center — formerly North County Educational Ctr.
Archie Comic Publications, Inc.
Archie Comic Publications, Inc. (ixtisarlaşmış adı: Archie Comics) — ABŞ komiks nəşriyyatı. Nəşriyyatın baş qərargahı Nyu-York ştatının Pelem qəsəbəsində yerləşir. "Archie Comics" nəşriyyatının əsas seriyaları – Arçi Endrüs, Betti Kuper, Veronika Loc, Caqhed Cons, Reci Mantl, Sabrin Spellman və "Cozi və pişiklər". Nəşriyyatın əsas personajı redaktor Con L. Qolduater və rəssam Bob Montana tərəfindən yaradılmışdır. Nəşriyyat 1939-cu ildə MLJ Comics adı altında fəaliyyətə başlamışdır. Arçi Endrüs ilk dəfə "Pep Comics" jurnalının 22 dekabr 1941-ci ildə nəşr olunan 11-ci nömrəsində nümayiş olunmuşdur. İlkin nömrələrin rəssamı Bob Montana, ssenaristi isə Vik Blum idi. "Archie Comics" 1942-ci ilin qışından başlayaq ən uzun komiks seriyasını nəşr etməyə başlamışdır və 114-cü nömrədən başlayaraq seriyanın adı "Archie" olaraq ixtisarlaşdırılmışdır. 2015-ci ilın iyul ayında nəşriyyat seriyanı yenidən başlatmış və 1-ci nömrədən başlayaraq personajlara yeni bir dizayn vermişdir.
Cursus publicus
Cursus publicus (kursus publikus; latın dilindən tərcümədə – «ictimai yol»; yun. δημόσιος δρόμος) — Roma imperiyası və daha sonra Bizans imperiyası dövründə tətbiq edilən dövlət nəqliyyat sistemi. Sistem imperator Oktavian Avqustun (e.ə. 27–14) hakimiyyəti dövründə yaradılmışdır. Sistemin məqsədi əhəmiyyətli məktubların ötürülməsi, daha sonra isə ali təbəqədən olan şəxslərin və dəyərli məhsulların nəqliyyatı idi. Cursus publicus nəqliyyatda iştirak etməmiş və sadəcə infastrukturu təşkil etmişdir. Roma imperiyası dövründə sistemə postlar da daxil idi. Burada atlar dəyişdirilir, eləcə yatmağa yer və qida kimi xidmətlər verilir di. Sistem vilayət əhalisinin yardımı və ağır iqtisadi yük ilə fəaliyyət göstərirdi. Sistemdə dövlətə aid məqsədlər üçün buraxılmış formal icazə tələb edilirdi, lakin bu, adətən nüfuzlu şəxslər tərəfindən özəl səbəblərə görə əldə edilirdi.
Fleetway Publications
Fleetway Publications — keçmiş Böyük Britaniya nəşriyyatı. Nəşriyyat 1959-cu ildə "Mirror Group" jurnalı "Amalgamated Press" nəşriyyatını satın aldıqdan sonra London şəhərində təsis olunmuşdur. Nəşriyyat 1963-cü ildə "IPC Media" ilə birləşmiş, ancaq 1968-ci ilə qədər "Fleetway" adından istifadə etməyə davam etmişdir. "IPC" jurnalı komikslərinin hüquqları "Fleetway Publications" adı altında Robert Maksvellə satmışdır. "Egmont UK" şirkəti "Fleetway Publications" nəşriyyatını Maksvelldən satın almış və öz nəşriyyatları olan "London Editions" ilə birləşdirmiş, "Fleetway Editions" nəşriyyatını təsis etmişdir, ancaq 2002-ci ildə "Fleetway" adı nəşriyyatın nəşr etdiyi komikslərdə verilməməyə başlamışdır.

Значение слова в других словарях