Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qızılgül qönçəli (Faberje yumurtası)
Qızılgül qönçəli (rus. Яйцо с бутоном розы ) — Faberje Evi tərəfindən hazırlanmış 52 imperial yumurtasından biri. 1895 cü ildə Karl Faberje tərəfindən hazırlanmış, bu imperator II Nikolay tərəfindən pasxa sürprizi olaraq arvadı Aleksandra Fyodorovna üçün sifariş olunmuş ilk yumurtadır. Neoklassisizmin modern üslubunda hazırlanmış olan "Qızılgül qönçəli" Faberje yumurtası mücrü kimi açılır. Onun içərisində sarı ləçək və yaşıl kasacıq yarpaqlı qızılgül qönçəsi yerləşmişdir. III Aleksandr vəfat etdikdən sonra, taxta çıxan II Nikolay Aleksandra Fyodorovna adı altında imperatriça titulu əldə etmiş Hessen-Darmştadt şahzadəsi Alisa Viktoriya Yelena Luiza Beatrisə evlənir. İmperatriçanın vətəni olan Darmştadt öz qızılgülləri ilə məşhur idi və o, onlar üçün çox darıxırmış. Məhz sürprizin qızılgül qönçəsi formasında olması bununla bağlı idi. Şabalıdı rəngdə olan yumurta emal ilə örtülüdür. Yumurta dörd meridian xətti ilə hücrələrə bölünür.
Qonselen
Qonselen (fr. Goncelin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ot-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38181. Kommunanın 1999-cu il üçün əhalisi 89 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 395 ilə 525 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 60 km cənubda, Qrenobldan 39 km şimal-qərbdə yerləşir.
Göycələr
Göycələr (lat. Lycaenidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinə aid heyvan fəsiləs.
Göycələr dağı
Göycələr dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 1193,3 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənuba istiqamətlənmiş Gəvək şaxəsinin şərq yamacında zirvə. Gilançayın sağ sahilində, Biləv kəndindən 3,5 km-dək cənub-qərbdədir. Zirvə hissəsi Alt Miosen yaşlı subqələvi bazalt tərkibli, ellipsvari kiçikölçülü sillə təmsil olunmuş günbəzvari yüksəklikdir. Yamaclarında Orta Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurları açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin cənub-qərb cinahına aid Gilançay antiklinalının şimal-şərq qanadında yerləşir.