UZAQLAŞDIRMAQ

f.
1. Bir qədər uzaq etmək, uzağa çəkmək, kənara çəkmək. Stolu özündən uzaqlaşdırmaq. Hədəfi on metr uzaqlaşdırmaq.
// Getməyə, bir yeri tərk etməyə məcbur etmək.
Qəhrəman balaca Sabiri arıxanadan uzaqlaşdırırdı. S.Rəhimov.
[Ataş:] Yaxşısı budur Qönçəylə Mürsəli buradan müvəqqəti uzaqlaşdırım. Ə.Vəliyev.

2. Bir şeyin vaxtını gecikdirmək, daha uzaq bir vaxta keçirmək. Gözlənilməz hadisə məsələnin həllini uzaqlaşdırdı.
3. Əlaqələri kəsmək, yadlaşdırmaq.
[Rüstəm bəy:] Nə edəcəyimi indidən deyə bilmərəm, ancaq onu bilirəm ki, hər nə olsa da, var qüvvəmlə rəqibimi məhbubəmdən uzaqlaşdırardım. Çəmənzəminli.
Onu başımdan çıxarmaq, özümdən uzaqlaşdırmaq istəyirdim. S.Hüseyn.

// Uzaqlaşmasına, əlaqəni kəsməsinə, yadlaşmasına səbəb olmaq. Onun bu münasibəti məni ondan uzaqlaşdırdı.
4. Qovmaq, rədd etmək, yaxın qoymamaq.
Rəhim bəy, bir bəri gəl! Allahı sevirsən… al bu on manatı da qəndə, çaya ver, bu donuzu mənim qapımdan uzaqlaşdır. Ə.Haqverdiyev.

// Eyni mənada bəzən “başından”, “özündən” və s. sözlərlə. Murad gözlərini açdı.
Ayağa qalxdı, damağına hücum edən qara fikirləri özündən uzaqlaşdırmaq istədi. S.Hüseyn.
Vaqonlar [Rübabəni] götürüb, sanki Gəldiyevin şərindən uzaqlaşdırmaq üçün yeyinlədi. Mir Cəlal.

Синонимы

  • UZAQLAŞDIRMAQ 1. UZAQLAŞDIRMAQ [Səlimə:] Soyuq otaq mənə soyuq bir təlqin edir, həyatda gözəl, cazibədar nə varsa məndən uzaqlaşdırır (İ
UZAQLAŞDIRMA
UZAQLAŞMA

Значение слова в других словарях

атла́сец беззло́бность близору́кий в объе́зд заса́хариваться затёсывание обша́рпанность прика́пливаться прику́ска азербайджа́нцы го́льды зажи́мщица многогре́шный приз ровня́ться стани́ца убо́ристый чуркеста́н армия трельяж beardless electioneer explodent пятитонка раскулачивание