– Bülbül qonub qönçə üstə; Nə şirin dillər açılıb.
// Sif. mənasında. Açılmamış, qönçə halında olan. Qönçə gül.
– Ətir saç aləmə, sən, ey qönçə gül!
// Obrazlı təşbehlərdə.
Qaydasıdır qönçə yatar xar ilə; Bülbül kimi zimistanə gözlərin.
Mürur ilə gül qönçəsi açılar; O, zor ilə açılsa, bərbad olar.
Sən sevgili vətənciyimin gül fidanısan! Sən bir gözəlcə qönçəsən, amma yabanısan!
// Al, qızılgül rəngi.
Bir anda qızın yanaqlarını bir bahar qönçəsinin rəngini andıran qızartılar bürüdü.
// klas. Gözəlin ağzı, dodaqları, yaxud özü qönçəyə oxşadılır.
Ey qönçə ağızlı, bəni yandırdı hicrin dikəni; Gəl, gəl ki, sənsiz qönçə tək doldu içim qan, qandasan?
Könlüm açılır zülfipərişanını görcək; Nitqim tutulur qönçeyi-xəndanını görcək.
Qamətin tək heç bir qamət biçilməz; Dodaqların tər qönçədən seçilməz.
Çiçəklər açarkən gülüşlərindən; Xəlq olmuş o qönçə dodağın sənin!