Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gülüzü
Gülüzü — Qars ilinin Arpaçay ilçəsinin Mərkəz bucağında kənd. == Tarixi == Kəndin əski adı Pekraşendir (erm. Փեքրաշեն). == Coğrafiyası == Kənd Qars ilinin inzibati mərkəzi Qars şəhərindən 69 km, Arpaçay ilçəsinin inzibati mərkəzi Arpaçay qəsəbəsindən 27 km uzaqlıqda yerləşir. == Əhalisi == 31 dekabr 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 779 nəfər daimi əhali yaşayır. === Milli tərkibi === 1886-cı ilə olan məlumata əsasən Rusiya İmperiyasının Qars vilayətinin Çıldır şöbəsinin Zurzuna kənd cəmiyyətinin Pekraşen kəndində 360 nəfər əhali yaşayırdı, onların 351 nəfərini etnik qarapapaqlar, 9 nəfərini isə kürdlər təşkil edirdi.
Gülüş
Gülüş — insanlarda ritmik olaraq diafraqma və digər tənəffüs orqanlarının eşidilə biləcək şəkildə fiziki hərəkəti. Bu hərəkət "ha-ha-ha" və ya "he-he-he" şəklindəki səslərin yaranması ilə nəticələnir. Gülüşün (qəhqəhənin) yaranması səbəbləri kimi qıdıqlanma formasında kənar mühit amilləri, yumorik hadisə və sözlər, düşüncələr göstərilir. Gülmək sevincin fiziki göstəricisi hesab olunur. Amma insanlar bəzi halldan utanmaq, təəccüblənmək kimi fərqli emosiyalarda belə gülürlər. Bəzən isə nəzakət xatirinə saxta gülüşlər baş verə bilər. İnsanlardan başqa bəzi primatlar da (şimpanze, qorilla, oranqutan) qəhqəhəyə bənzər səslər çıxarırlar. Ən çox sevinc, xoşbəxtlik, rahatlıq və s. kimi bir sıra müsbət emosional vəziyyətlərdə müşahidə olunsa da bəzi hallarda bunun əksinə xəcalət, təəccüb və ya əks duyğu halları zamanı da ortaya çıxa bilir.
Gülüm-gülüm piri
Gülüm-gülüm piri — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda eyni adlı qədim yaşayış yerinin cənubunda ziyarətgah. Pir dağ daşlarından dördkünc formada tikilmişdir. Girişi cənubdandır. Ölçüsü 4,5 x 3,1 metrdir. Divarlarının qalınlığı 90 sm-dir. Pirin ətrafından aşkar olunan keramika məmulatı Orta əsrlərə aiddir. Gülüm-gülüm dağının əfsanəsinə görə indiki Nəsirvaz kəndi əvvəl bu dağın ətəklərindəymiş. Deyilənlərə görə kənddə bir gəlin hər gün dağın səsini eşidirmiş ki, gəlim-gülüm. Gəlin gül, deyincə bütün çöl-çəmən gülüzarlığa dönür, insanlara sanki xoşbəxtlik verilir. Bir gün gəlin kefsiz olur.
Andrey Quluyev
Andrey Quluyev (oset. Гулуты Андрей; 5 (17) aprel 1892, Çernoyarskaya[d], Terek vilayəti – 25 noyabr 1979, Orconikidze) — Osetinya xalq şairi və publisisti. Əsərlərini osetin (İron və Diqor ləhcələrində) və rus dilində yazmışdır. == Bioqrafiyası == 5 aprel 1892-ci ildə Çernoyarskaya kəndində anadan olmuşdur. Doğulduğu kənddə ibtidai məktəbin birinci sinfini bitirdikdən sonra Şamaxı şəhərindəki dörd sinifli məktəbə göndərilir. 1907-ci ildən 1914-cü ildə bitirdiyi Ardon İlahiyyat Seminariyasında təhsil alır. Tələbəlik illərində şeirlə məşğul olmağa başlayır. Kosta Xetaqurova həsr etdiyi ilk şeirini "Noq sard" qəzetində çap etdirir. 1915-ci ildən Humalaq kəndində müəllim işləyir. Osetiyada Sovet hakimiyyəti qurulduqdan sonra rayon xalq maarif şöbəsində çalışır.
Elşən Quluyev
Hüseyn Quluyev
Qululu (Germi)
Qululu (fars. قيلولو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 167 nəfər yaşayır (38 ailə).
Qəmbər Quluyev
Qəmbər Ağaverdi oğlu Quluyev (10.7.1950) — texnika elmləri doktoru, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Laboratoriya rəhbəri. Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 146 Xaricdə çıxmış elmi əsərlərinin sayı: 47 Respublikada çıxmış elmi əsərlərinin sayı: 89 Konfrans məruzələri və tezislər sayı: 49 Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 10 Idman yarışlarının idarə edilməsi üçün idarəetmə və məlumat sistemləri işlənib hazırlanmışdır. Kompressor aqreqatının vibrasiya vəziyyətinin diaqnostikası və proqnozlaşdırılması üçün robast informasiya sistemi işlənmişdir. 2007- ci ildə istismara verilmişdir. Neftqazçıxarma müəssisələri üçün yeni nəsil ölçü, nəzarət, diaqnostika sistemləri işlənib hazırlanmışdır. Regionda baş verən anomal seysmik proseslərin monitorinqini həyata keçirmək üçün RNM ASP stansiyalar şəbəkəsi yaradılmışdır. T.A.Aliev, A.M.Abbasov, G.G.Mamedova, G.A.Guluevç F.H.Pashayev. "Technologies for Noise Monitoring of Abnormal Seismic Processes." // "Seismic Instruments", 2013, Vol.49, №1, p.64-80. Гулуев Г.А. "Применение нейронной сети для идентификации вибрационного состояния компрессорного агрегата." // "Азербайджанское нефтяное хозяйство", 2013, №1, с.40-45 T.A.Aliev, A.M.Abbasov, G.A.Guluyev, F.H.Pashayev, U.E.Sattarova. "System of robust noise monitoring of anomalous seiemic processes." // "Soil Dynamics and Earthquake Engineereing", 2013, №53, p.11-25.
Ramil Quluyev
Rəmal Gülüşov
Tərlan Gülüşov
Gülüm-gülüm yaşayış yeri
Gülüm-gülüm yаşаyış yеri — Hаqqındа əfsаnələr dоlаşаn bu аbidə Оrdubаd rаyоnunun Nəsirvаz kəndindən cənub-qərbdə dаğın ətəyində yеrləşir. Аrаşdırmаlаr zаmаnı yаşаyış yеrində iri dаşlаrdаn hörülmüş müdаfiə divаrlаrının və yаşаyış binаlаrının qаlıqlаrı аşkаr оlunmuşdur. Müdаfiə divаrlаrı yаnlаrdа iri qаyа pаrçаlаrındаn hörülərək, оnlаrın аrаsı kiçik həcmli dаşlаrlа dоldurulmuşdur. Bəzi yеrlərdə müdаfiə divаrlаrının uzunluğu 35 m-ə çаtır. Divаrın еni müхtəlifdir. Оnun qаlınlığı 1,2-1,5 m аrаsındаdır. Yаşаyış yеrinin ərаzisində dördkünc fоrmаdа inşа оlunmuş yаşаyış binаlаrın qаlıqlаrı vаr. Оnlаrın böyük bir qismi dаğ uçqununun аltındа qаlаrаq dаğılmışdır. Аrаşdırmаlаr göstərir ki, yаşаyış yеrindən uzun müddət istifаdə оlunmuş, Оrtа əsrlərdə isə bаğ yеrinə çеvrilmişdir. Dеyilənə görə, burаdа аğаnın bаğı оlmuş və о bаğdа hər mеyvədən оlmuşdur.
Qulu
Qulu — kişi adı.
Ersan Gülüm
Ersan Adem Gülüm (17 may 1987) — müdafiə mövqeyində çıxış edən türk futbolçudur.
Gülüş günü
Ümumdünya gülüş günü — Avropada və bir sıra Asiya ölkələrində aprelin 1-i gülüş, zarafat günü kimi qeyd olunur. Böyük Britaniyada 1 apreli "Səfehlər günü", Fransada isə "Aprel balığı günü" adlandırırlar. == Tarixi == 1 apreldə bir-birini aldatmaq adətinin meydana gəlməsi haqda müxtəlif versiyalar var. Ən çox yayılmış versiyanın kökü gedib qədim Romaya çıxır. Romada təxminən 2000 il əvvəl hazırkı gülüş gününə oxşar bayramlar təşkil edilirmiş və bu bayramı ağılsızların günü adlandırırlarmış. Hər şey isə qapı qulluqçularından birinin imperator Konstantinə zarafatla gülüşün dövlətə onun özündən çox fayda verə biləcəyini deyəcək qədər ürəklənməsindən başlayıb. Konstantin ona söylədiklərini həyata keçirmək imkanı verib və xüsusi qərar çıxarıb ki, ilin bir günü Romanı zarafatcıl şəxs idarə etsin. Həmin tarixdə ölkənin hər yerində insanlar gülür və müxtəlif zarafatlar edirmişlər. Daha geniş yayılmış versiyalardan biri isə Roma papası Qriqori tərəfindən hazırlanmış 1582-ci ilin Qriqoryan təqvimi ilə əlaqədardır. Həmin vaxtadək yeni il həftəsi martın 25-dən başlayar, aprelin 1-də başa çatırdı.
Kəşfül-qülub
Kəşfül-qülub — Seyid Yəhya Bakuvinin müəllifi olduğu əsər. Əsər dörd bölməyə ayrılmışdır. Əql, qəlb, ruh və nəfsin seyri-süluk, tövbə və tərbiyə ilə kamilləşdirmə metodu izah olunur. Seyid Yəhya "din qardaşları və yəqin yolun salikləri"nin faydalanması üçün ona ünvanlanan suallara cavab olaraq, bu risaləni qələmə almışdır. Əsər Şirvanşah I Xəlilullaha ithaf edilmişdir.
Əcaibül-qülub
Əcaibül-qülub - Seyid Yəhya Bakuvinin böyük sufilərin sözlərindən topladığı əsərdir. Əsərdə məşhur sufi Bəyazid Bistaminin qəlbin əhvalı,Yəhya ibn Muazın məqamat və hallarından bəhs edən sözləri ilə Abdulla Ənsarinin bəzi sözləri nəql edilmişdir. Əsər fars dilindədir. Yeganə məlum nüsxəsi İstanbul Universiteti Mərkəz Kiatbxanası,FY.(956-HE.8194)-də saxlanılır.
Həsən Qulivev (podpolkovnik)
Həsən İsa oğlu Qulivev (20 may 1904, Şuşa – 24 sentyabr 1969, Bakı) — Azərbaycan sovet partiya və dövlət xadimi, publisist, "Sovet döyüşçüsü" qəzetinin redaktoru, podpolkovnik. == Həyatı == Həsən İsa oğlu Qulivev 20 may 1904-cü ildə Azərbaycan SSR-in Şuşa şəhərində anadan olmuşdur. Şuşa müəllimlər seminariyasını bitirdikdən sonra Ağstafa şəhərində orta məktəb direktoru vəzifəsində çalışmışdır (1922–1926 il). 1926-1932 illərdə Azərbaycan Dövlət Universitetinin fəlsəfə fakültəsində təhsil alıb. 1932 ildən Bakı şəhəri Elmi-Tədqiqat İnstitunun aspirantı idi. Həm də o, Azərbaycan Dövlət Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. Həsən Qulivev ali siyasi kursları bitirmişdir, hərbi təhsili var idi. Azərbaycan SSR Maarifləndirmə üzrə Xalq Komissarlığının sistemində rəhbər vəzifələrində çalışmışdır. == Fəaliyyəti == 1932–1933-cü illərdə Naxçıvan SSR Naxçivan şəhərinin maarifləndirmə üzrə xalq komisarı idi. 1933–1936-cı illərdə Azərbaycan SSR MXK Bakı şəhərinin orta və ibtidai məktəblərinin kadrların idarə olunması rəisi vəzifəsində çalışmışdı.
Ümumdünya Gülüş Günü
Ümumdünya gülüş günü — Avropada və bir sıra Asiya ölkələrində aprelin 1-i gülüş, zarafat günü kimi qeyd olunur. Böyük Britaniyada 1 apreli "Səfehlər günü", Fransada isə "Aprel balığı günü" adlandırırlar. 1 apreldə bir-birini aldatmaq adətinin meydana gəlməsi haqda müxtəlif versiyalar var. Ən çox yayılmış versiyanın kökü gedib qədim Romaya çıxır. Romada təxminən 2000 il əvvəl hazırkı gülüş gününə oxşar bayramlar təşkil edilirmiş və bu bayramı ağılsızların günü adlandırırlarmış. Hər şey isə qapı qulluqçularından birinin imperator Konstantinə zarafatla gülüşün dövlətə onun özündən çox fayda verə biləcəyini deyəcək qədər ürəklənməsindən başlayıb. Konstantin ona söylədiklərini həyata keçirmək imkanı verib və xüsusi qərar çıxarıb ki, ilin bir günü Romanı zarafatcıl şəxs idarə etsin. Həmin tarixdə ölkənin hər yerində insanlar gülür və müxtəlif zarafatlar edirmişlər. Daha geniş yayılmış versiyalardan biri isə Roma papası Qriqori tərəfindən hazırlanmış 1582-ci ilin Qriqoryan təqvimi ilə əlaqədardır. Həmin vaxtadək yeni il həftəsi martın 25-dən başlayar, aprelin 1-də başa çatırdı.
Gülü (Sərab)
Gülü (fars. گلي‎) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Hacı Qulu
Hacı Qulu (1792-?)-Qarabağlı mesenat, zərif == Həyatı == Qulu Məhəmmədəli oğlu 1792-ci ildə Şuşa şəhərində doğulmuşdu. Molla yanında oxumuşdu. Cəfərqulu xan Məhəmmədhəsən ağa oğlu Sarıcalı-Cavanşirə xidmət etmişdi. Ticarətlə məşğul idi. Müqəddəs Məkkəyi-müqəddəsi ziyarət etmişdi. Ədəbiyyatşünas Bəylər Məmmədov onun haqqında yazır: "Qarabağın məşhur tacirlrindən olan Hacı Qulu Qasım bəy Zakirlə, Cəfərqulu xan Nəvayla, Xurşidbanu Natəvanla bir dövrdə yaşamış, əqli, fərasəti və zirəkliyi sayəsində xeyli var-dövlət toplamışdır. Vaxtilə onun Şuşada tikdirdiyi əzəmətli saray öz memarlıq üslubu və milli koloriti ilə indi də tamaşaçılarda heyrət doğurmaqdadır. O, qazanc mənbəyi kimi, əsasən, icarədarlıqdan və podrat üsulundan istifadə edə bilmiş, iqtisadiyyatda qənaət metoduna üstünlük vermişdir. Hacı Qulunun zirəkliyi, hazırcavablığı və xəsisliyi haqqında yaranan lətifələr, məsəllər və səhnəciklər bu gün də xalq arasında yaşayıb yayılmaqdadır. Qasım bəy Zakir şeirlərinin birində Hacı Qulunun tacir təbiətinə gülərək yazırdı: Böyük şairin yazdığı kimi Hacı Qulu Cəfərqulu xana xidmət edərkən xeyli vəsait əldə etmişdi.
May gülü
Maygülü (lat. Podiceps) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin maygülükimilər dəstəsinin maygülülər fəsiləsinə aid heyvan cinsi. == Təsnifatı == Azərbaycanda Maygülü cinsinə 5 növ daxildir.
Qulu (Keşavərz)
Qulu (fars. گولي‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı, Keşavərz dehistanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 239 nəfər yaşayır (47 ailə).
Qulu (Sayınqala)
Qulu (fars. گولي‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 34 nəfər yaşayır (7 ailə).
Qulu (Çaroymaq)
Qulu (fars. ‎‎‎‎‎گلي‎‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 348 nəfər yaşayır (56 ailə).