Ramil Quluyev

Ramil Elşən oğlu Quluyev (4 yanvar 1991, Bakı, Azərbaycan — 20 oktyabr 2020;, Hadrut, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Ramil Quluyev
Ramil Elşən oğlu Quliyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Qubadlı, Azərbaycan
Vəfat tarixi (29 yaşında)
Vəfat yeri Hadrut, Azərbaycan
Vəfat səbəbi Şəhid
Dəfn yeri Sumqayıt Şəhidlər Xiyabanı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbə Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Hadrutun azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020, "Xocavəndin azad olunmasına görə" medalı — 2020

Həyatı[redaktə | mənbəni redaktə et]

Ramil Quliyev 1991-ci il yanvarın 4-də Qubadlı rayonunda anadan olub. 1997-ci ildə Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub və 2008-ci ildə şəhərin 35 nömrəli məktəbin məzunu olub. Bir bacısı var idi. O, Kiyevdə Personalın İdarəetməsinin Regionlararası Akademiyasının Menecment fakültəsinə 2011-ci ildə daxil olub və 2015-ci ildə oranı bitirib.[2][3]

Hərbi xidmətləri[redaktə | mənbəni redaktə et]

Ramil Quluyev 2015-ci ildə hərbi xidmətə başlamışdır. Aprel döyuşləri'ndə iştirak etmiş və iyul 2016-cı ildə tərxis olmuşdur. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ramil Quliyev Hadrutun azad edilməsində savaşıb. 22 oktyabr 2020-ci il tarixində Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub. Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.[4][5][6][7]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Quluyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[8]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Quluyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[9]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 21.10.2021. 2021-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21.10.2021.
  2. "Şəhid Ramil Quliyev". 2022-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-20.
  3. Sumqayıt şəhidləri
  4. "Şəhid Quliyev Ramil Elşən oğluna həsr edilmiş kitab təqdimatı keçirildi". 2022-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-20.
  5. Sumqayıtda İkinci Qarabağ müharibəsi şəhidi Ramil Quluyevin ailəsi ziyarət edilib
  6. Şəhid Ramil Quliyevin adını daşıyan abidə bulaq kompleksi açıldı
  7. "Sumqayıtda şəhid Ramil Quliyevin adını daşıyan küçənin açılışı olub". 2022-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-20.
  8. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  9. 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". 25.12.2020. 2020-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  10. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.