Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qandax
Qandax — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin Əliabad naibliyinə daxil olan Qandax kəndində milli tərkibi muğallardan ibarət 97 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. Qandax kəndi Qandax İcra nümayəndəliyi və Qandax Bələdiyyəsi tərəfindən idarə olunur. Əhalinin ümumi sayı –1900 nəfər, Azərbaycanlılardan ibarətdir.390 evdə 541 təsərrüfat fəaliyyət göstərir.Ərazidə 1 məktəb, tibb məntəqəsi,mədəniyyət evi,kitabxana,400 abanentlik Telefon stansiyası,poçt,məsçid,fındıq təmizləmə sexi fəaliyyət göstərir.Qandax kəndindən Zaqatala şəhərinə məsafə 29 km,Bakı şəhərinə 418 km. Kənddə Qandax kənd məscidi dini icması fəaliyyət göstərir.
Qundaq-qundaq
Qandal
Qandal — bir adamın biləklərini bir-birinə yaxın tutmaq və hərəkət qabiliyyətini maneə törətmək məqsədiylə hazırlanmış alətlərdir. Ümumiyyətlə bir zəncir ya da bar ilə bir-birinə tutdurulmuş iki oval parçadan meydana gələr. Metal xəlitəli ola biləcəyi kimi praktik plastik qandalların da istifadəsi yayılmışdır. Metal qandallar ümumiyyətlə bir açarla aça bilən kilid mexanizminə malikdir. Bəzi modellərdə dönən bir vint köməyi ilə qandal bağlanıla bilər və açıla bilər. Qandallar ümumiyyətlə polis və digər təhlükəsizlik işçilərin tərəfindən şübhəlilərin qaçmasını önləmək məqsədiylə istifadə edilər.
Qandağ
Qandağ — Şərur rayonu ərazisində dağ; Qandağ — Balakən rayonu ərazisində dağ silsiləsi.
Qızdağ
Qızdağ — Gədəbəy rayonu ərazisində dağ. Əsl adı Qızqaladır. Qızdağ — Hacıqabul rayonu ərazisində dağ. Hündürlüyü 271 m.
Qundaq-qundaq oyunu
Tında
Tında (rus. Тында) — Rusiya Federasiyasında yerləşən şəhər, Amur vilayətinə daxildir.
Qandak çayı
Qandak çayı (Нараяни; nep. कालीगण्डकी नदी, hind. कालीगण्डकी)- Nepal və Hindistan arasında çay. Nepalın ən iri dörd çayından biri. Yuxarı axarlarında çay Kali-Qandak adını daşıyır. Himalay dağlarından başlanğıc götürür. Belə ki, Kali-Qandak Muztanq-Kxola və Kyuqoma-Kxola ilə də birləşir. Çayın hövzəsi Nepalın mərkəzi hissəsini əhatə edir. Çayın mənbəyində Mustanq krallığı yerləşir ki, oda Tibetə daxildir. Çay Qanq çayına Patnı rayonu yaxınlığında tökülür.
Qəndab Quliyeva
Qəndab Həbib qızı Quliyeva (10 avqust 1949, Dilağarda, Füzuli rayonu, Azərbaycan SSR – 26 iyun 2017, Bakı, Azərbaycan) — müğənni, aktrisa. Azərbaycan Respublikasının xalq artisti (1992). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2005) Quliyeva Qəndab Həbib qızı 1949-cu il avqust ayının 10-u Füzuli rayonunun Dilağarda kəndində anadan olmuşdur. 1976–1980-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində , 1991–1996-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır. İlk muğam müəllimi Nəriman Əliyev olmuşdur. Eyni zamanda, o, Vahid Abdullayevin muğam sinfində dərs almış və onun sənətini təkmilləşdirmişdir. 1981-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərmişdir. Bu teatrın səhnəsində Leyli, Əsli (Üzeyir Hacıbəyov – "Leyli və Məcnun", "Əsli və Kərəm"), Ərəbzəngi (Müslüm Maqomayev – "Şah İsmayıl"), Şahcənəm (Zülfüqar Hacıbəyov – "Aşıq Qərib"), Gülbahar (Şəfiqə Axundova – "Gəlin qayası"), Xanəndə qız (Ramiz Mustafayev – "Vaqif") rollarını yaratmışdır. Qəndab Quliyeva bir çox xarici ölkələrdə – Almaniyada, Kanadada, Yaponiyada, Fransada, İsveçdə, Türkiyədə, İranda, İraqda qastrol səfərlərində olmuş, Azərbaycan muğam sənətini inkişaf etdirmişdir. Xanəndənin repertuarına muğam dəstgahlar və təsniflər daxildir.
Salvia mendax
Salvia patens (lat. Salvia patens) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Index Kewensis
Índex Kewénsis (qısaca IK, ing. Kew Index) — 1893-cü ildə Cozef Huker tərəfindən əsası qoyulmuş və indiyə qədər Kyu kral botanika bağları (İngiltərə) tərəfindən nəşr olunan botanik adlandırma məlumat kitabçası.
İctimai qınaq
İctimai qınaq və ya sosial tənqid — sosial problemləri gündəmə gətirən bir tənqid üsuludur. Burada ədalətsizlik və güc anlayışlarına diqqət yetirilir. Sosial tənqid zamanı hansı metodun mənimsənilməsi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bu vəziyyətə misal olaraq Karl Popper ilə Frankfurt məktəbi arasındakı fikir ayrılığını göstərmək olar.
Şuyçi Qonda
Şuyçi Qonda (d. 3 mart 1989) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Cindağ
Cindağ (Ordubad) — Azərbaycanın Ordubad rayonu ərazisində dağ. Cindağ (Şahbuz) — Azərbaycanın Şahbuz rayonu ərazisində dağ.
Grindex
"Grindeks" — Baltikyanı ölkələrdə fəaliyyət göstərən beynəlxalq bir dərman şirkəti. 2018-ci ildə Grindeks konserninə Latviya, Estoniya və Slovakiyadakı dörd törəmə şirkət daxil idi. 2017-ci ildə dünyanın 77 ölkəsinə məhsul ixrac edilmiş və ixracat şirkətin ümumi dövriyyəsinin 92,5% -ni təşkil etmişdir. Əsas satış bazarları Avropa İttifaqı, Rusiya və MDB ölkələridir. "Grindeks" 2020-ci il üçün Latviyanın əczaçılıq bazarında yüksək mövqeyə sahib olmuşdur. == Tarixi == "Grindeks" in tarixi 1946-cı ildə Vitaminlər və Hormonlar zavodunun tədricən Eksperimental zavoda çevrilməsi məqsədi ilə Latviya Elmlər Akademiyasına verildiyi zaman başlayır. 1991-ci ildə Təcrübə Zavodu əsasında Latviyanın "Grindeks" sərmanların tədqiqatı və istehsalı firması qurulur. 1995-ci ildə "Grindeks" şirkətində təxminən 630 işçi çalışırdı, bunların demək olar ki yarısı ali təhsilli, 16 işçi əsasən kimya, biologiya, tibb və əczaçılıq sahələrində doktorluq dərəcəsinə sahib idi. 1997-ci ildə müəssisənin özəlləşdirmə prosesi başa çatır və "Grindeks" ictimai səhmdar cəmiyyəti yaradılır. Özəlləşdirmə prosesi zamanı şirkət 6000-dən çox səhmdar cəlb edir.
Gəndab
Gəndab (Xudabəndə) Gəndab-i Ülya (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Gəndab-i Süfla (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Hindarx
Hindarx — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Hindarx qəsəbə inzibati ərazi dairəsində qəsəbə. 23 oktyabr 2007-ci ildən Hindarx kəndi qəsəbə statusu almışdır və fəaliyyətini qəsəbə kimi davam etdirir. Hindarx qəsəbəsinin ərazisi 48.2 kv.km.-dir. == Toponimikası == Hindarx kəndi Ağcabədi rayonunun əhalisi ən çox olan yaşayış məntəqəsidir. Kəndin İsmayilovlar, tağılar, hacızeyinlilər, fərruxbəylilər, xəlilbəylilər, misiruşağılar, bəşirlilər, verdiyevlər, hacızeynallı, məşədiağauşağılar, umud yüzbaşılar, hacıcabbarlar, hümbətalılar, mirzəlilər, həsənqulular, səfilər, kəlbaallahverdilər, rzalılar, ədillilər, bayramlılar, davudlularl ceyranlı və s. nəsilləri vardır. Yerli məlumata görə, bu yaşayış məntəqəsi XVI əsrdə yaranıb. Guya dahi Azərbaycan şairi Məhəmməd Füzulinin yeznəsi olan bir nəfər hindli, Boyat kəndinin yaxınlığından indiki kəndin ərazisinə arx çəkdirmiş və həmin arxın ətrafında yaranan yaşayış məntəqəsi də onun şərəfinə Hindarx adlanmışdır. Sonralar hindarxlılarla Füzulinin atası Suleyman kişi arasında nifaq düşdüyündən o, kürəkənini bələdçiliyi ilə ailəsini də götürüb İraqa köçmüşdür.Çox güman ki, toponimin belə izahı xalq etimologiyasıdır. Digər bir yerli məlumata görə isə buraya Hind Vəli adlı bir nəfər arx çəkmiş və sonralar arx onun adı ilə əlaqədar olaraq Hindarx adlanmışdır.Arxın bir nəfər hindistanlı mühəndisin çəkməsi ilə əlaqədar belə adlanması haqqında rəvayət də vardır.
Lintax
Lintax (ind. Selat Lintah) — Kiçik Zond adalarına daxil olan Komodo və Rinka adaları arasında yerləşir. Flores dənizini Sumba boğazı ilə birləşdirir. Daxilində çoxlu qayalıqlar vardır. Ərazisi Komodo Milli Parkı ərazisinə daxildir. Sahilləri turistləri cəlb edir. == Coğrafiyası == Boğazın uzunluğu 40 km-dir. Eni minimal 4,7 km, şimal-şərqdə isə 20 km təşkil edir. Maksimal dərinliyi 100 m-dir. Sahillərinin bir hissəsi Manqrov meşəsi ilə örtülü olur.
Pindar
Pindar (q.yun. Πίνδαρος; e.ə. 517 – e.ə. 437, ehtimal ki, ) — qədim yunan şairi. Ədəbi irsindən epinikiyalardan (ümumyunan idman yarışlarının qaliblərini mədh edən odalar) ibarət 4 kitab qalmışdır. Yarışda qalib çıxan gənclərin şücaətini və fiziki gözəlliklərini tərənnüm edən Pindar bu keyfiyyətlərin fitri istedad və zəhmətlə vəhdətdə qazanıldığını göstərirdi. Odaları üslub gözəlliyi, bədii təsvir vasitələrinin zənginliyi ilə seçilir. Bowra C M. Pindar. Oxford: Clarendon Press, 1964 (и мн. репринты).
Sindao
Sindao - Çində, Şandonq əyalətində, Sarı dənizin sahilində qədim şəhər. Sindao, Şandonq əyalətinin ən vacib ticarət və turist mərkəzidir. Şəhərin adı çin dilindən tərcümədə "mavi ada" deməkdir. 2008 Pekin Yay Olimpiya oyunlarının yelkən yarışları bu şəhərdə keçirilmişdir. Şəhər ərazisində ilk məskunlaşma 6000 il əvvələ aiddir. İkinci dünya müharibəsindən sonra şəhər ABŞ donanmasının Qərbi Sakit Okean Donanmasının baş qərargahı olmuşdur. Çinin 1984-cü ildəki xarici ticarət siyasəti dəyişikliyindən sonra şəhər sürətlə inkişaf etmişdir. Şəhər Şandun yarımadasının cənub sahilində yerləşir. Şəhərin ən hündür yeri 1.133 metr yüksəklikdə yerləşir. Şəhərdə musson iqlimi hakimdir.
Zindan
Zindan — Orta əsrlərdə məhkumların saxlanılması üçün nəzərdə tutulmuş yerlər. Zindanlar adətən qəsrlərin zirzəmilərində yerləşirdi. Zindanlarda verilən işgəncələr barədə İntibah dövrü mənbələrində geniş məlumatlar mövcuddur.
Giday
Giday (fars. گداي‎‎) və ya Əhmədabad - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Linda
Linda — ad. Linda Torres — ABŞ aktyor. Linda Co Rizzo — İtalyan əsilli ABŞ ifaçısı, prodüseri, bəstəkarı və aktrisasıdır. Linda Lavleys — əsasən Linda Lovelace kimi tanınan amerikalı pornoqrafik film aktrisası Linda De Rocco — İtaliyanı təmsil edən buzüstü hokkeyçi. Linda Hamilton — ABŞ-lı aktrisa. Digər Linda (Suxumi) — Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Kvemo Linda — Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd.
İndau
İndau (lat. Eruca) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi.
Baltic Dry Index
Baltic Dry Index (BDI) — ticarət indeksi, (Baltic Exchange) Baltic birjasinda gundəlik hesab olunur. İndeks gostərər əsas 20 dəniz yoluyla daşilinan guru yukun (komur,duyu,bugda və dig.) qiymətini və Handymax, Panamax və Capesize gəmi novlərinin daşınmalarini hesablayir. == Hesablanma == Əsas muqabilələrin qiymətini satıb-alan tərəflər danişir, birja maklerlarinin əsas məqsədi bu muqabilələrin qiymətlərini orta hesab qostəricisinə gətirmək.
Qondab-e Hacı (Bicar)
Qondab-e Hacı (fars. گنبدحاجي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 51 nəfər yaşayır (10 ailə). Əhalisini kürdlər təşkil edir.
Ginnal ağcaqayını
Qinnal ağcaqayını (lat. Acer tataricum subsp. ginnala) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinin tatar ağcaqayını növünə aid bitki yarımnövü. == Arealı == Uzaq Şərqin оrta və cənub hissələrində çay ətrafı ərazilərdə yabani halda bitir. == Botaniki xarakteristikası == Hündürlüyü 3-7 m-ə çatan kоl və ya ağac bitkisidir. Yarpaq ayası оval-uzunsоv, ucu biz, 3 dilimli, kənarı ikiqat mişar dişlidir. Yarpaqlar açıldıqda əvvəlcə çəhrayı-qırmızı, sоnra tünd-yaşıl оlur. Payızda bitkinin yarpaqları al-qırmızı rəng alır. Çiçəkləri ətirli, sarımtıl, оval, uzunsaplaqlı süpürgələrdə yеrləşir. May ayında çiçəkləyir, qanadcıqlı mеyvələri sеntyabr ayında yеtişir.
Gəndab (Xudabəndə)
Gəndab (fars. گنداب‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 260 nəfər yaşayır (45 ailə).
Hakan Günday
Hakan Günday (d.29 may, 1976, Rodos) — Türk yazıçıdır. == Həyatı == 29 may 1976-cı ildə Rodosda doğulmuşdur. İlk təhsilini Brüsseldə tamamlamış, Ankaradakı Tofiq Fikrət Liseyini bitirdikdən sonra Hacettepe Üniversitetinin Fransız tərcüməçiliyi fakültəsində təhsil almışdır. Növbəti il Université Libre Brukselles-in siyasi elmlər fakültəsinə keçmişdir. Təhsilinə Ankara Universitetinin Siyasi Elmlər fakültəsində davam etmişdir. Hakan Günday Türkiyənin keçmiş millət vəkillərindən olan Faiq Gündayın nəvəsidir. == Yaradıcılığı == İlk romanı Kinyas və Kayranı 2000-ci ildə çap etdirir. Son romanı Daha isə 2013-cü il oktyabrın 23-də çıxmışdır.
Hindarx bələdiyyəsi
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kral Sindae
Kral Sindae (d. 89 – ö. 179) — Goguryeo krallığının səkkizinci kralıdır. 165-179-cu illərdə hökmdarlıq etmişdir. Hakimiyyəti Kral Çadaedan təhvil almışdır. Ondan sonra hakimiyyətə Kral Gogukçeon keçmişdir.
Qinnal ağcaqayını
Qinnal ağcaqayını (lat. Acer tataricum subsp. ginnala) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinin tatar ağcaqayını növünə aid bitki yarımnövü. Uzaq Şərqin оrta və cənub hissələrində çay ətrafı ərazilərdə yabani halda bitir. Hündürlüyü 3-7 m-ə çatan kоl və ya ağac bitkisidir. Yarpaq ayası оval-uzunsоv, ucu biz, 3 dilimli, kənarı ikiqat mişar dişlidir. Yarpaqlar açıldıqda əvvəlcə çəhrayı-qırmızı, sоnra tünd-yaşıl оlur. Payızda bitkinin yarpaqları al-qırmızı rəng alır. Çiçəkləri ətirli, sarımtıl, оval, uzunsaplaqlı süpürgələrdə yеrləşir. May ayında çiçəkləyir, qanadcıqlı mеyvələri sеntyabr ayında yеtişir.
Australian Plant Name Index
Avstraliya Bitki Adları İndeksi (ing. Australian Plant Name Index) — Avstraliyada bitən bitki adlarının indeksi.
International Plant Names Index
Bitkilərin Elmi Adının Beynəlxalq Siyahısı (ing. IPNI — ing. International Plant Names Index) — İnternet şəbəkəsində bitkilərin latın dilində adları olan verilənlər bazasına keçidi təmin edən sayt. Vəsait botaniki nomenklatura haqqında informasiyaların standartlaşdırılması məqsədilə yaradılıb.