CİNDAR

is. [ ər. cin və fars. …dar] köhn. Cinləri guya özünə tabe etməklə onların zərərini aradan qaldıra bilən adam. Ol gün ki, sənə xaliq edər lütf bir övlad; Olsun ürəyin şad; Təyin elə cindarı ki, etsin ona imdad.
Ta dəyməyə həmzad. M.Ə.Sabir.
Sevər səhərdən axşamadək tanış evləri dolanıb, harada bir yaxşı cindar, yaxşı falçı, yaxşı dua yazan, yaxşı nəfəs sahibi dərviş tapsa idi, onun qapısına gedərək, qızı üçün əlac axtarardı. P.Makulu.

Синонимы

  • CİNDAR cindar bax sehrbaz
  • CİNDAR cadugər — sehrbaz
CİNCİLİM
CİNDARLIQ
OBASTAN VİKİ
Cindar Hüseyn Əfəndi
Cindar Qarabaşzadə Hüseyn Əfəndi (ö. noyabr 1648) — Osmanlı sultanı I İbrahimi təsiri altına alaraq dövlət işlərinə təsir edən padşah lələsi və Anadolu başqazısıdır. == Həyatı == Safranboluda dünyaya gəlmişdir. Babası bölgənin tanınmış müəzzinlərindən olan Şeyx Qarabaş İbrahim Əfəndi, atası isə Şeyx Mehmed Çələbidir. İlk təhsilini atasından alan Hüseyn Əfəndi atasından dini təhsillə yanaşı, sehr və cadugərlik dərsləri də almışdır. Ardından İstanbula gələrək təhsilini Süleymaniyyə mədrəsəsində davam etdi. Bu əsnada ətrafında "nəfəsli güclü" olaraq məşhurlaşdı və etdikləri duaların qəbul olduğu şayələri yayıldı. Bir müddət dolanışığını bu yolla təmin edən Hüseyn Əfəndinin sehr-cadu işlərilə məşğul olması onun müəllimləri və digər müdərrislərin narazılığına səbəb oldu, hətta bu səbəbdən mədrəsədən məzun ola bilmədi. Ancaq bu məsələdəki şöhrəti saraya qədər yayılmış və beləliklə həyatı dəyişmişdir. O illərdə psixoloji narahatlıqları olan I İbrahimin müalicəsi üçün dönəmin validə sultanı Kösəm Sultan tərəfindən saraya dəvət edilən Hüseyn Əfəndi təsirli dualarıyla daha da məşhurlaşdı.

Значение слова в других словарях