Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qızbəs Əsədova
Əsədova Qızbəs Zülfüqar qızı (1916, Laçın rayonu – 11 dekabr 2008, Bakı) — Azərbaycan Respublikasının əməkdar həkimi. Qızbəs Əsədova 1916-cı ildə Laçın rayonunda anadan olub. 1937-ci ildə Azərbaycan Tibb İnstitutunun müalicə işi fakültəsini bitirib. Təyinatla Qusar rayonuna göndərilən Qızbəs Əsədova həkim kimi əmək fəaliyyətinə başlayıb. İkinci dünya müharibəsinin qara xəbəri bütün Azərbaycanı bürüyəndə gənc vətənpərvər həkim könüllü olaraq cəbhəyə getmiş, müxtəlif hospitallarda çalışmış minlərlə döyüşçüyə həyat bəxş etmişdir. 1951-ci il oktyabrın 8-dən Bakıdakı M.Hüseynov adına 3 saylı şəhər poliklinikasına baş həkim təyin olunub. 2002-ci il mayın 23-də işdən azad olunub. Poliklinikada baş həkim işlədiyi dövrdə eyni zamanda Yasamal rayon Veteranlar Şurasının sədri olub. Respublikanın əməkdar həkimi fəxri adına layiq görülüb. "Qırmızı Əmək Bayrağı ordeni (Azərbaycan SSR)", "II dərəcəli Böyük Vətən müharibəsi" ordenləri və müxtəlif medallarla təltif olunub.
Üzük gizlətdi
Fincan-fincan — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Novruz bayramlarında eləcə də el şənliklərində xalq arasında yayılan maraqlı məişət oyunlarından biri də "Fincan-fincan oyunudur. Bu oyun bəzən məhəllələrarası, çayxanalarda, bəzən də toy gecələrində oynanılır. Fincan-fincan oyunu Azərbaycanın bəzi bölgələrində "Üzük-üzük", "Üzük gizlətdi", "Gül oyunu" adları ilə də tanınır. Oyunda iştirakçıların sayına görə məcməyi, siniyə düzülən üzüqoylu fincanlardan birinin altında üzük gizlədir. Bir dəstə o biri dəstəyə onu tapmağı təklif edir. Üzük tapılmadıqda iştirakçı "cərimə" olunur. Oyuna yığılan cavanlar çay içir, cürbəcür çərəzlər yeyirlər. Oyun zamanı məzəli əhvalatlar, nağıl deyir, aşıq, dərviş oxudurlar. Çox zaman oyun gecəyarısına qədər davam edir.