Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gergebil rayonu
Gergebil rayonu – Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublikasının rayonlarından biri. == Coğrafiyası == Rayonun sahəsi 341,9 km², inzibati mərkəzi Gergebil kəndidir. == Əhalisi == Rayonun əhalisi 20.700 nəfərdir (2015-ci il).
Qələbin
Qələbin — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 334 nəfərdir. Toponim qələ (qala) və bin (alt, dib) sözlərindən ibarət olub, “qala altı, qalanın dibi” mənasındadır. Kəndin yerləşdiyi coğrafi mövqe də bunu təsdiq edir. Kənd qədim Zəməqalanın ətəyində yerləşir. Yerli əhali arasında Qalaaltı da adlanır. Rayonun Mistan inzibati ərazi vahidində eyniadlı köçəbə də vardır.
Qəribli
Qəribli — Azərbaycanda daha çox işlədilən soyad. Bu soyadı olan tanınmış insanlar Şahmar Qəribli — azərbaycanlı rejissor, aktyor. İslam Qəribli — f.e.d, yazıçı-ədəbiyyatşünas, Kəndlər Qəribli (Tovuz) — Azərbaycan Respublikasının Tovuz rayonunun inzibati ərazi vahidində kənd. Qəribli (Ağdaş) — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd.
Qərəkli
Qərəkli (Urmiya) —
Qərənfil
Qərənfil (lat. Dianthus) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinə aid bitki cinsi. Avropa, Asiya, Afrikada təxminən 300 növü var. Dünyada ən böyük qərənfil əkən firma Hollandiyadadır. Ot və nadir hallarda yarımkollardır. Lansetşəkilli və ya bizvari yarpağı qarşı qarşıya düzülür. Ətirli çiçəkləri tək-tək və ya çiçək qrupunda yerləşir. Rəngarəngliyi ilə seçilir — sarı, qırmızı, ağ, çəhrayı, çəhrayı kantlı və s. olur. Amur qərənfili (Dianthus amurensis Jacq.) Çin qərənfili (Dianthus chinensis L.) Şərq qərənfili (Dianthus orientalis Adam) Parlaq qərənfil (Dianthus superbus L.) Azərbaycanda 26 növü mövcuddur.
Sirəbil
Sirəbil — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. 1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Lənkəran qəzasının Xıl kəndində, həmçinin bu kənd sakinlərinin yeni saldıqları Sirəbil kəndində toplam 76 evdə 280 nəfəri kişilər, 212 nəfəri isə qadınlar olmaqla 492 nəfər şiə təriqətli müsəlman azərbaycanlılar yaşayırdı. Qodman çayı sahilində yerləşən Xıl kənd həmin tarixdə dövlət xəzinəsinə məxsus idi və kənddə bir məscid var idi. Hazırda kənd əhalisinin sayı 739 nəfərdir. Milli tərkibi talışlardan ibarətdir. Yaşayış məntəqəsi XIX əsrin ortalarında Xıl kəndindən ayrılmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Yerli əhali kəndin adını Sırabır kimi tələffüz edir və “qırmızıya çalan tikanlıq” mənasında olduğunu söyləyir. Tədqiqatçılara görə, oykonim talış dilindəki sir (doymuş) və bil (sərhəd, çöl, düz, kənar, sahil) komponentlərindən düzəlib (-ə burada mənsub, bildirir), “su sahili”, “sudan doymuş çöl” mənasındadır.
Şorəbil
Şorəbil gölü — Ərdəbil şəhərinin cənubunda yerləşən gözəl bir gölün adı dır. Bu göl Ərdəbil universitəsinin qonşuluğunda yerləşibdir. Yanında bir park və əyləncə imkanları da vardır.
Şərədil
Şərədil – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 iyun 2003-cü il tarixli, 493-IIQ saylı Qərarı ilə Şamaxı rayonunun Şərədil kəndi Saqiyan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Şərədil kənd inzibati ərazi vahidi yaradılmışdır. Şoradil variantında da qeydə alınmışdır. Kənd eyniadlı yaylanın adını daşıyır. XIX əsrin sənədlərində Şamaxı qəzasının Qoşun sahəsində Şərədil adlı kənd (28 ailə, 244 nəfər) qeydə alınmışdır. Adı isə şora (şoranlaşmış) və dil (quru torpaq zolağı) komponentlərindən düzəlib, "şoranlaşmış quru torpaq zolağı" mənasındadır. Kənd Ləngəbiz silsiləsinin Şərədil yaylasında yerləşir. Kənd əhalisi 590 nəfərdir ki, onun da 281 nəfəri kişi, 309 nəfəri isə qadınlar təşkil edir. Kənddə 147 təsərrüfat var. Kənddə beşulduzlu "Şamaxi Palace Platinum By Rixos" oteli fəaliyyət göstərir.
Ərdəbil
Ərdəbil — İranda yerləşən şəhər. Ərdəbil ostanının mərkəzidir. Ərdəbilin 5000 ilə yaxın tarixi vardır. Bu, şumer abidələrində qeyd edilib. 2011-cı il əhalinin siyahıya alınmasının nəticələrinə görə Ərdəbil şəhərinin 564,365 nəfər əhalisi var. Ərdəbil özünün xalı, xalça, ipək və s. məhsulları ilə şöhrət qazanmışdır. Həmçinin, İranın kartof becərilən ən böyük bölgələrindən biridir. Məşhur Şeyx Səfiəddin və Şah İsmayıl məqbərələri bu şəhərdə yerləşir. Ərdəbilin digər tarixi abidələrinə gəldikdə, Cümə məscidini və şəhərin Kəhralan adlanan hissəsindəki Şeyx Cəbrayıl məzarlığını qeyd etmək olar.
Qəribi
Qəribi — XVI əsr Azərbaycan şairi, Səfəviyyə təriqətinin üzvü, I İsmayılın saray şairi. Qəribi irsi iqamətgahı olan Bozüyük mahalında Şeyx Səfiəddinin valisi Manteşə tayfasından olan Sufi Hacı Müslihəddin Əmir Xanın ailəsində doğulub. Şairin özünün dediyinə görə, atası savadlı və dindar olmaqla yanaşı, zəngin və xüsusi ictimai statusa malik idi. Qəribi mistik yola erkən girişi atasından almış, Osmanlı sultanı I Səlimin dövründə, Qəribinin on yaşı olarkən sünni üləmalarından olan atasının qızılbaşlar tərəfindən zülmə məruz qalaraq edam edilməsini ilə təlimi yarımçıq qalmışdır. Bundan sonra Qəribi Səfəvi ordeninə qoşularaq I Şah İsmayılın saray şairi olur. 1520-ci illərdə onun Osmanlı İmperatorluğunda olması onun bu torpaqlarda fəaliyyət göstərən Səfəvilərin bir qolu olduğunu göstərir. Qəribi I Şah Təhmasibə həsr etdiyi divanı və dini mübahisələrə dair Azərbaycan dilində “Hekayət-e Yohanna” (“Yunusun tarixi”; Yunus peyğəmbərin kitabı ilə qarışdırılmamalıdır) adlı risaləsi ilə tanınır. Əsərdə təriflər verilir, şahın hakimiyyəti, eləcə də onun atası I İsmayıl, onun məsihçi poeziyasını Qəribi dəfələrlə parafraz və müxəmməs şəklində təqlid edir. Əsər 1558-1576-cı illər arasında yazılmışdır. Qəribinin əsərinin ərəb ("Alzam ən-navaseb") və farsca ("Resala-ye Yohanna") başqa versiyaları da var, lakin onlar natamamdır və hər ikisinin sonu yoxdur.
Ərəbli
Ərəbli (Meşkinşəhr)
Ərbil
Ərbil və ya Həvler — İraqda, Kürdüstan Regional Hökumətinin tərkibində şəhər. Dünyada ən qədim şəhərlərdən biri olduğu iddia olunur. Şəhər şumerlər tərəfindən salınmışdır. Erbil tarixinin qədim daimi yaşayış şəhərlərindən biridir təklif edilmişdir. Ur olan Neo-Qədim hökmdarı Amar-Sin ikinci il Urbilum işdən. (1975 BC ətrafında) Ərbil 2000 ətrafında M. Ö. 608 BC qədər bir Asur şəhəri idi və fars, yunan, Parfiya, Roma və Sasani hakimiyyəti altında bir Assyria vilayətinin bir hissəsi qalmışdır. Bu fars idarə Assyria paytaxtı idi. Minilliyin dən sonra, orta imperiyası altında Cyaxares yəqin Nineveh ilə ələ. Fars imperatoru Cyrus da onların yardım üçün bir mükafat olaraq, Arbela və Kərkük ildə Sagarthians qədim İran qəbilənin insanları bir sıra həll ola bilər 547 BC böyük işğal Assyria və paytaxtı kimi Arbela Yaşlı fars Aθurā Assyria adlı bir Achaemenid satrapy yaradılmışdır. Makedoniyalı İsgəndər M. Ö. 331 İranlı Darius III məğlub olan Gaugamela Savaşı, yer təxminən 100 kilometr (62 mil) Ərbil qərb etmişdir.
Dümdümə (Ərdəbil)
Dümdümə (fars. دمدمه‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 242 nəfər yaşayır (53 ailə).
Dəliklidaş (Ərdəbil)
Dəliklidaş (fars. دليكلي داش‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 54 nəfər yaşayır (16 ailə).
Dəlili (Ərdəbil)
Dəlili (fars. دليلو‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 335 nəfər yaşayır (63 ailə).
Firuzabad (Ərdəbil)
Firuzabad (fars. فيروزاباد‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 80 nəfər yaşayır (18 ailə).
Fərab (Ərdəbil)
Fərab (fars. فاراب‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 650 nəfər yaşayır (138 ailə).
Fərəcabad (Ərdəbil)
Fərəcabad (fars. فرج اباد‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 76 nəfər yaşayır (20 ailə).
Fəxrabad (Ərdəbil)
Fəxrabad— İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanının Şərqi Meşgin bəxşində şəhər. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Gilandeh (Ərdəbil)
Gilandeh (fars. گيلان ده‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 877 nəfər yaşayır (241 ailə).
Goradil (Ərdəbil)
Goradil (fars. گورادل‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 377 nəfər yaşayır (91 ailə).
Gilavan (Ərdəbil)
Gilavan (fars. گيلوان‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 245 nəfər yaşayır (92 ailə).
Gürgabad (Ərdəbil)
Gürgabad (fars. گرگ اباد‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 82 nəfər yaşayır (14 ailə).
Hacıabad (Ərdəbil)
Hacıabad (fars. حاجي اباد‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 139 nəfər yaşayır (37 ailə).
Heris (Ərdəbil)
Heris (fars. هريس‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 277 nəfər yaşayır (68 ailə).
Kamiabad (Ərdəbil)
Kamiabad (fars. كمي اباد‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 563 nəfər yaşayır (128 ailə).
Görədil
Görədil — Azərbaycan Respublikasının Abşeron rayonunun Görədil kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Abşeron rayonunun Goradil kəndi Fatmayı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Goradil kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Oykonim ərazidəki eyniadlı dağın adındandır. Əsl adı Horadildir. Bəzi tədqiqatçılara görə, toponim tat dilindəki oura (qala) və ərəb dilindəki tel (təpə) sözlərindən olub, "qala təpəsi" mənasındadır. Bir müşahidəyə görə Goradil Goranboy tayfa adı ilə əlaqədar yaranıb. Digər müşahidəyə görə "goran" sözü monqol-türk dillərindən olub, "düşərgə", "qoşun", "müharibə" edən tərəf deməkdir. == Tarixi == Görədil kəndi Azərbaycanın ən qədim və Abşeron yarımadasının ən dilbər yaşayış məntəqələrindən biridir. Bu ərazidə əhalinin məskunlaşmasının III əsrə aid olduğu bildirilir. Qədimdə bu kənd yuxarı, mərkəz və aşağı məhəllədən ibarət olub.
Gərmsil
Gərmsil-Köpətdağın və Qərbi Tyanşanın ətəklərində yayda cənubdan və şərqdən əsən,quru isti fön tipli küləkdir. Gərmsil kənd təsərrüfatı bitkilərinə məhvedici təsir göstərir.
Gərəkli
Gərəkli — Azərbaycan Respublikasının Balakən rayonunun Gərəkli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Balakən rayonunun faktiki mövcud olan Gərəkli kəndi dürüstləşdirmə qaydasında Poştbinə kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş, Poştbinə kənd Sovetinin mərkəzi Gərəkli kəndinə keçirilmiş, Poştbinə kənd Soveti Gərəkli kənd Soveti adlandırılmışdır. == Toponimikası == 1992-ci ilədək kəndin adı Pəştbinə olmuşdur. Yaşayış məntəqəsini XIX əsrdə Dağıstandan gəlmiş Gərəkhacı adlı şəxs saldığına görə belə adlandırılmışdır. Hazırda kənddəki məhəllələrdən biri gərəkhacılar adlanır. Etnotoponimdir. Pəştbinə oykonimi isə vaxtilə burada olan poçt məntəqəsinin adındandır.
Gelrebia
Gelrebia (lat. Gelrebia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.