Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qurbağa
Quyruqsuzlar (lat. Anura) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinə aid heyvan dəstəsi. 5600-dən artıq(bəzi mənbələrə görə 2100-ə yaxın) növü var. • Hələ XVIII əsrdə italyan alimi L. Qalvani şimşək çaxanda qurbağaların ayaq əzələlərinin yığılıb açılmasını müşahidə etmişdi. Sonralar bu müşahidədən elektrikin təsirinin öyrənilməsində istifadə edilmişdir. • Məşhur rus fizioloqu İ. M. Seçenov (1862) ilk dəfə qurbağa üzərində baş beynin reflekslər əmələ gəlməsində rolunu öyrənmişdir. • Şimali Amerikada bəzi qurbağaların səsi bir neçə kilometrlikdən eşidilir. Onların səsi öküz səsinə oxşadığı üçün öküz qurbağa adlandırılır. • Kamerunda qoliaf adlı qurbağa yaşayır. Bütün dünyada ən iri hesab edilən bu qurbağanın kütləsi 3 kq 300 qr, gövdəsinin uzunluğu isə 32 sm-dir.
Nargilə Qəribova
Nargilə Dursun qızı Qəribova — Azərbaycan aktrisası, teatr rejissoru, Azərbaycanın əməkdar artisti. Nargilə Qəribova 1977-ci ildə anadan olmuşdur. Əvvəlcə ixtisasca rəqqasə olmaq istəsə də, orta ixtisas diplomu olmadığı üçün İncəsənət İnstitutunda aktyorluq fakültəsinə qəbul olunmuşdur. Nargilə Qəribova 2001-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru" fakültəsini bitirmişdir. 1999-cu ildən o, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərən Pantomima teatr-studiyasında çalışmışdır. Həmin Teatr-studiya 2000-ci ildə Dövlət statusu aldıqda N. Qəribova teatrın aktrisası kimi fəaliyyət göstərmişdir. Fitri istedada, səhnə mədəniyyətinə, improvizə bacarığına malik olan N. Qəribova bu müddət ərzində B. Xanızadənin "Maska", "Şərqə səyahət", S. Musabəyovun "Şəngül, Şüngül, Məngül", Ş. Əttarın "Uçuş", Ü. Hacıbəyovun "Dulusçu", U. Şekspirin sonetləri əsasında hazırlanmış "Eşq", A. Rünoske "Kesa və Morito" tamaşalarında uğurla çıxış edərək, özünü peşəkar pantomim aktrisası kimi təsdiq etmişdir. N. Qəribova Türkiyədə, Rusiyada, Gürcüstanda, Hollandiyada, Fransada, Misirdə keçirilən Beynəlxalq Teatr Festivalların iştirakçısı olmuşdur. Rusiyanın İrkutsk şəhərində festivalda "Leyli və Məcnun" tamaşasındakı çıxışına görə "Tamaşanın mürəkkəb plastik həllində parlaq aktyor oyunu" diplomu ilə təltif olunmuşdur. Nargilə Qəribova 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Qarabağa gəzinti
Qarabağa gəzinti — Aka Morçiladzenin romanı. 2005-ci ildə film rejissoru Levan Tutberidze bu roman əsasında film çəkib.
Keks-qurbağa
Keks-qurbağa (ing. Frog cake) – qurbağı başı formasında Avstraliya deserti. Əsasən biskvit və kremdən ibarətdir. İlk dəfə Avstrayida keks-qurbağa «Balfours» şirniyyat bişirilən yerdə 1922-ci ildə bişirilmişdir. O dövrdən cənubi Avstriyanın əsas sevimli şirniyyatlarından olmuşdur. Əvvəllər keks-qurbağa yaşıl rəngdə olurdu sonradan isə qəhvəyi və çəhrayi rəngəd bişirilməyə başlanıldı. == Tarixi == 1920-ci ilin əvvəllərində Qordon Balfur (Con Balfurun bacısı oğlu, Balfours şirniyyat evinin rəhbəri) Fransaya köçür. Burada o avropalıların keks-qurbağasını görür. Balfours bundan sonra yəni 1922-ci ildən sonra öz menyularına bu şirniyyatı əlavə edir. Bu şirniyyat Balfourun əsas şirniyyatlarından birinə çevrilir və Avstraliyanın cənubuna qədər yayılır.
Qurbağa balıq
Qurbağa çoxağızlısı
Qurbağa çoxağızlısı (lat. Polystoma integerrimum)-Yastı qurdlar tipinə aid olan növ. Qurbağa çoxağızlısının uzunluğu 6-8mm, eni isə 2-4mm-dir. Bədəni uzunsov formada olub, orta hissədə bir qədər daralır və dal tərəfdən enliləşmişdir. Dal tərəfdə sahibin bədənindən yapışmağa xidmət edən və sormaclardan təşkil olunmuş disk vardır. Sormaclar 6 ədəddir və iki cərgədə simmetrik yerləşmişdir. Sormaclar disk şəkillidir və daxili orqanlarla əlaqəsi yoxdur. Hər iki dal sormacların arasında iki iri kutikulyar qarmaqcıq vardır. Bununla yanaşı, sormaclı diskdə 16 ədəd kiçik qarmaqcıqlar da vardır. Qurbağa çoxağızlısı yetkin mərhələdə qurbağanın sidik kisəsində parazitlik edir.
Qızıl qurbağa
Qızıl qurbağa (lat. Bufo periglenes), kiçik və parlaq sarıdırınçı rəngli, tropik meşələrdə olan və indiki vaxtda soyu tükəndiyi sanılan bir qurbağa növüdür. 1989 dan bəri dünyanın heç bir yerində görülməmiş və hesabat edilməmişdir və IUCN tərəfindən soyu tükənmiş olaraq təsnif etmişdir. Soyunun tükənməsinin qlobal istiləşmənin gətirdiyi iqlim dəyişməsinə və suda quruda yaşayanlar əhalisinin azalmasının dəlilidir.
Yaşıl qurbağa
Yaşıl qurbağa(lat. Hyla savignyi) — Ağac qurbağaları fəsiləsinə aid növ. Növün latın adı fransız zooloqu Sezar Savininin şərəfinə adlandırılmışdır Uzunluğu 47 mm təşkil edir. Aşağı hissəsi limon və ya qırmızı rəngdə olur. Onlara yarımsəhra və səhra ərazilərində belə rast gəlinir. Onlara insanların yaşayış məntəqələrinə yaxın ərazilərində belə rast gəlinir. Onlara 400–1800 metr yüksəkliklərdə belə rast gəlinir. Gizli həyat tərzi keçirir və uzun müddət tərpənməz qalır. Əsasən ikiqanadlılar və hörümçəklərlə qidalanır. Qışlama noyabr ayından başlayır.
Qurbağa küçəsi
Navate mağaza küçəsi (縄手通り商店街, Navate Dori Şotenqay) – Yaponiyanın Naqano prefekturasının Matsumoto şəhərində yerləşən küçə. Qurbağa heykəlləri, qurbağa festivalı və qurbağalara həsr olunmuş məbədi səbəbi ilə Qurbağa küçəsi (かえる道, Kaeru miçi) kimi də tanınır. Metoba çayının sahilində yerləşən küçənin adı "nava no yoni naqay dote" (縄のように長い土手, azərb. "kəndir kimi uzun çay sahili"‎) sözlərinin qısaltmasından yaranmışdır. 2001-ci ildə küçədə yenidənqurma işləri aparılmışdır. Küçənin hekayəsinə görə Yapon Alp dağlarında yerləşən bu küçənin ərazisində Yaponiya üçün endemik qurbağa növü olan kacikaların böyük populyasiyası yaşayırdı. 1959-cu ildə baş verən tayfun mövsümü qeydə alınan ən pis tayfun mövsümlərindən biri olmuş, Yaponiyada bir çox yerdə daşqınlara səbəb olmuşdur. Bu daşqınlar nəticəsində Matsumoto şəhərinin yaxınlığında axan Metoba çayı daşmış, Navate və ətraf küçələri su basmışdır. Daşqından sonra kacika qurbağaları çayın yuxarı axınında yerləşən daha hündür yerə miqrasiya etmişdirlər. Yerli əhali daşqının fəsadlarını aradan qaldırsa da, qurbağalar bir daha qayıtmamışdır.
Qarabağa Səyahət (1968)
Mənzərə filmi Azərbaycanın gözəl guşələrindən biri — Qarabağın əsrarəngiz təbiətindən, bu diyarın adamlarından, Bərdə, Şuşa, Xankəndi və Əsgəranın keçmişdən bu günə kimi mühafizə olunmuş tarixi qala və abidələrindən danışır. Qarabağı musiqisiz, musiqini isə Qarabağsız təsəvvür etmək çətindir. Cabbar Qaryağdı oğlunun, Seyid Şuşinskinin, Qurban Pirimovun adları kimə tanış deyil?! Xan qızı Natəvan, unudulmaz bəstəkarımız, Azərbaycan opera sənətinin banisi Üzeyir Hacıbəyov və sevimli müğənnimiz Bülbül də bu səfalı dağların övladıdır. Bu gün də burada-hər obada, hər evdə musiqi sədaları ətrafa yayılır, saf sular kimi axıb, min-min ürəyi fəth edir. Bütün bunlar barədə filmdə söhbət açılır. Ekranda diktorun səsi eşidilir: "Qarabağa əlvida demək çətindir;çünki Qarabağdan ayrılmaq mümkün deyil;çünki Qarabağ həmişə ürəklərdədir, onun füsunkar təbiəti, zəngin tarixi, möhtəşəm bu günü bizimdir". Rejissor: Əlibala Ələkbərov Ssenari müəllifi: Məmməd Mərdanov Operator: Əlibala Ələkbərov Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Şəbnəm Həsənli-Qəribova
Şəbnəm Həsənli Azərbaycanlı gənc alim, Filologiya üzrə elmlər doktoru, dosent[mənbə göstərin] Filologiya elmləri doktoru Şəbnəm Rasim qızı Həsənli-Qəribova 1987-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 2004-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə qəbul olmuşdur. Birinci kurs tələbəsi ikən AMEA Nəsimi adına Dilçilik İnstitutu Bakı dilçilik məktəbinin keçirdiyi "Gənc dilçilərin müsabiqəsi"ndə "Türk dünyasının ilk ensiklopediyası" adlı məruzə ilə çıxış edərək birinci dərəcəli Fəxri diploma layiq görülmüşdür. 2008-ci ildə Türk dili və ədəbiyyatı ixtisasının bakalavr pilləsini Mirzə Kazımbəy adına təqaüdlə bitirmişdir. 2008–2010-cu illərdə BDU Şərqşünaslıq fakültəsində Türk dili ixtisası üzrə magistr təhsili almış və fərqlənmə diplomu ilə bitirmişdir. Magistr dövründə Bakı Dövlət Universitetində 90 illiyinə həsr olunmuş "50+50" qrant layihəsinin qalibi olmuş və 2 il müddətinə bu layihəni həyata keçirmişdir. 2009-cu ildə "M. Kaşğarinin Divanü-luğat-it-türk" əsərində feilin zamanları" mövzusunda məruzəsi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən "Ən yaxşı tələbə elmi-tədqiqat işi" müsabiqəsinin qalibi olmuşdur. 2009-cu ildən AMEA Nəsimi adına Dilçilik İnstitutunda elmi fəaliyyətə başlamış, laborant, baş laborant, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 2010–2012-ci illərdə BDU Şərqşünaslıq fakültəsində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 2011–2014-cü illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutunda fəlsəfə doktoru pilləsi üzrə doktoranturada təhsili almış, "XI-XII əsrlər türk dillərinin etnoqrafik leksikası" mövzusunda müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
Qurbağa öpüşü (kitab)
Qurbağa öpüşü — Ceylan Mumoğlunun 2018-ci ildə Bakıda nəşr olunmuş 2-ci kitabı. 23 sentyabr 2018-ci ildə "BookZone" Kitab evində Parafraz Nəşrlərinin ilk kitabı, Ceylan Mumoğlunun "Qurbağa öpüşü" hekayələr toplusunun təqdimatı keçirilib. "Qurbağa öpüşü" hekayələr toplusunda 12 müxtəlif səpkili hekayə yer alıb. Hekayələrin hər biri özlüyündə müəyyən problemlərdən qurtulmağın açarını daşıyır. Daha çox hislərə müraciət edən mətnlərdə sevginin təkcə insana yönəldilməsinin yanlış nəticələr doğuracağına, insanlığın xilasının bəşəri düşüncə, irfani yanaşmada ola biləcəyinə işarə vurulur. Kitab 2018-ci ildə Bakıda Parafraz Nəşrlərində 88 səhifədə çap edilib. Aydınlanma səyahəti Sona. ""Qurbağa öpüşü"ndə psixoloji mövzulara daha çox toxunmuşam" - Ceylan Mumoğlu ilə müsahibə" ( (az.)). parafr.az. 2018-09-19.
İlan-qurbağa ev
İlan-qurbağa ev — Gəncə şəhərində qeyri-adi bir ev. Ona görə adlandırıblar ki, vaxtı ilə bu evin eyvanında ilan, qurbağa, əjdaha kimi heykəllər olub. Girəcəyi məscidə bənzəyən bu evin eyvanında hələ də müxtəlif heykəllər var. Ev sahibi Səmayə Babayeva heykəlləri düzəltməyə 1990-cı illərdən başlayıb. Ancaq indi onların sayı əvvəlkindən azdır. Heykəllərdən bir çoxunun rəngi solduğundan onlar ev sahibi tərəfindən eyvandan götürülüb. Səmayə xanım ixtisasca heykəltaraş deyil. O, yalnız istedadı və həvəsi sayəsində bu heykəlləri yaradıb.
Qarabağa aparan yol (qəzet)
Qarabağa aparan yol — Müstəqil ictimai-siyasi, publisistik qəzet. "Qarabağa aparan yol" qəzetinin ilk sayı 2005-ci ilin sentyabr ayında işıq üzü görmüşdür. "Qarabağa aparan yol" qəzetinin təsisçisi və baş redaktoru Əli Mahmud, baş redaktorun müavini Fariz Çobanoğludur. Qəzet ayda iki dəfə nəşr olunur. Qarabağa aparan yol Arxivləşdirilib 2012-08-13 at the Wayback Machine "Qarabağa aparan yol" qəzeti "Qarabağa aparan yol" qəzeti, №21(167), 13 dekabr 2012-ci il.
Qarabağa gəzinti (film, 2005)
Qarabağa gəzinti (gürc. გასეირნება ყარაბაღში — Qaseirneba Karabağşi) — gürcü rejissoru Levan Tutberidzenin Gürcüstandakı vətəndaş müharibəsi və Qarabağ müharibəsi haqqında çəkdiyi film. SSRİ dağılandan sonra Qafqazda vətəndaş və etnik münaqişələr alovlanır. Filmin qəhrəmanları — sıravi tiflisli gənc Qoqliko və Suxumili snayper Spartak — Dağlıq Qarabağa yollanarkən yol yoldaşı olurlar. Biri qumarda uduzduğu pulları geri qaytarmaq, digəri komandirin əmrini yerinə yetirmək istəsə də, onlar birgə hərəkət etməli və bir-birinə dəstək verməli olurlar. Bir-birinə oxşamayan insanların taleyi münaqişə bölgəsində kəsişir. Film 1990-cı illərdə Gürcüstanda baş vermiş real hadisələrdən bəhs edən, yazıçı Aka Morçiladzenin eyniadlı hekayəsi əsasında çəkilib. Filmdə rus, gürcü, azərbaycan, erməni aktyorları çəkilib. 2005-ci ildə Anapada keçirilmiş "Kinoşok" kinofestivalında MDB və Baltikanın 14-cü açıq festivalının əsas mükafatını qazanmışdır.
Qarabağa səyahət (film, 1968)
Mənzərə filmi Azərbaycanın gözəl guşələrindən biri — Qarabağın əsrarəngiz təbiətindən, bu diyarın adamlarından, Bərdə, Şuşa, Xankəndi və Əsgəranın keçmişdən bu günə kimi mühafizə olunmuş tarixi qala və abidələrindən danışır. Qarabağı musiqisiz, musiqini isə Qarabağsız təsəvvür etmək çətindir. Cabbar Qaryağdı oğlunun, Seyid Şuşinskinin, Qurban Pirimovun adları kimə tanış deyil?! Xan qızı Natəvan, unudulmaz bəstəkarımız, Azərbaycan opera sənətinin banisi Üzeyir Hacıbəyov və sevimli müğənnimiz Bülbül də bu səfalı dağların övladıdır. Bu gün də burada-hər obada, hər evdə musiqi sədaları ətrafa yayılır, saf sular kimi axıb, min-min ürəyi fəth edir. Bütün bunlar barədə filmdə söhbət açılır. Ekranda diktorun səsi eşidilir: "Qarabağa əlvida demək çətindir;çünki Qarabağdan ayrılmaq mümkün deyil;çünki Qarabağ həmişə ürəklərdədir, onun füsunkar təbiəti, zəngin tarixi, möhtəşəm bu günü bizimdir". Rejissor: Əlibala Ələkbərov Ssenari müəllifi: Məmməd Mərdanov Operator: Əlibala Ələkbərov Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.