Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qədimxan (Bicar)
Qədimxan (fars. قديم خان‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 170 nəfər yaşayır (39 ailə). Əhalisini kürdlər təşkil edir.
İqor Getman
İqor Yevgeneviç Getman (rus. Игорь Евгеньевич Гетман; 7 iyun 1971, Bakı, Azərbaycan SSR, SSRİ) — keçmiş Azərbaycan futbolçusu və Azərbaycan milli futbol komandasının oyunçusu. İqor Getman öz futbolçu karyerasını "Termist", "Neftçi Bakı" kimi Azərbaycan klublarında başlamış, sonradan Rusiyaya köçmüşdür. "Dinamo Stavropol" klubunda bir oyun belə keçirmədən "Anji Mahaçqala" klubuna transfer olunmuşdur. 1998-ci ildə Azərbaycana qayıtmış və bütün qalan futbolçu karyerasını "Neftçi Bakı" klubunda oynamışdır. İqor Getman futbolçu karyerasını 23 may 2007-ci ildə "Turan Tovuz" komandasının heyətində bitirmişdir. "Neftçi Bakı" klubundakı fəaliyyətinə görə klub prezidenti Rövnəq Abdullayev ona "Daewoo Nexia" avtomobili hədiyyə etmişdir.
Vadim Getman
Vadim Petroviç Getman (ukr. Вадим Петрович Гетьман; 12 iyul 1935, Snitin[d], Xarkov vilayəti – 22 aprel 1998, Kiyev) — Ukraynalı sovet iqtisadçı, maliyyəçi və siyasətçisi. Ukrayna Milli Bankının ikinci rəhbəri (1992–1993), "Ukrayna Qəhrəmanı" (2005) mükafatı laureatı. Məktəbi bitirdikdən sonra universitetin coğrafiya fakültəsinə daxil olmaq üçün Kiyevə gedə Vadim, imtahanları əla qiymətlərlə versə də Universitetə qəbul olunmadı. 1956-cı ildə Vadim Getman adına Kiyev Milli İqtisadiyyat Universitetini bitirmiş, sonra Zaporojya vilayətinin müxtəlif maliyyə və planlaşdırma orqanlarında çalışmışdır. 1975-ci ildə Getman Ukrayna SSR Qiymətlər üzrə Dövlət Komitəsi rəhbərinin birinci müavini təyin edilib. 1987-ci ildə Ukrayna SSR Aqrar-Sənaye Bankının (1990-cı ildən — "Ukrayna" bankı) idarə heyətinin rəhbəri olub. (SSRİ-nin dağılmasından sonra Getman Ukrayna Aqroprombankının Ümumittifaq Bankından ayrılmasına nail oldu və bununla da Ukraynada ilk kommersiya bankını təsis etdi). Milli valyutanın yaradılmasının təşəbbüskarlarından biri olub. Getman bu vəzifədə 1992-ci ilin martına qədər, Ukrayna Milli Bankının idarə heyətinin rəhbəri seçilənə qədər qaldı.
İncəsənətdə getman Mazepa obrazı
İvan Mazepa (1639-1709) - Ukrayna tarixinin əhəmiyyətli şəxsiyyətlərindən biri olmuşdur. Onun haqda olan məşhur əhvalatlardan biri gənc ikən zadəgan xanımla eşq yaşamasından bəhs edir. Belə ki növbəti görüş zamanı xanımın əri tərəfindən tutulan Mazepa çılpaq şəkildə ata bağlanılaraq çapdırılmışdır. Sonda kazakların yanına gəlmiş və onların başçısı seçilmişdir. Bu hadisə məşhur ingilis şairi lord Corc Bayronun diqqətini çəkmişdir. Nəticədə, 1819-cu ildə bu hadisədən bəhs edən “Mazeppa” (orijinalda müəllif 2 "P" hərfi ilə yazmışdır) əsərini yazmışdır. Onun poeması əsasən, fransız romantizminin nümayəndələri tərəfindən bir çox rəsmlərin çəkilməsinə, musiqi əsərlərinin yazılmasına, səhnə tamaşalarının nümayiş olunmasına gətirib çıxartmışdır. Mazepa 1687-1708-ci illərdə Zaporojye qoşunlarının getmanı olmuşdr. O, 1709-cu ildə baş vermiş Poltava döyüşündə mühüm rol oynamışdır. Rusiya çarı I Pyotr ona xəyanət edərək İsveç kralı XII Karlın tərəfinə keçən Mazepanı Aleksandr Menşikovla dəyişmək niyyətində də olmuşdur.
Vadim Getman adına Kiyev Milli İqtisadiyyat Universiteti
Vadim Getman adına Kiyev Milli İqtisadiyyat Universiteti (ukr. Київський національний економічний університет імені Вадима Гетьмана, КНЕУ) — Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşən ali təhsil ocağı. Universitetin tarixi 1906-cı ildən başlanır. Hansı ki, həmin vaxt Kiyevdə ticarət kursları açılmışdır. KMİU-ti mövcud olduğu illər ərzində müxtəlif adları daşımışdır: ticarət institutu, D. S. Korotçenko adına Kiyev xalq təsərrüfatı institutu, maliyyə-iqtisadi institutu. Öz müasir adını universitet 2005-ci ildə almışdır. Kiyev Milli İqtisadiyyat Universitetinin Ukraynada bir neçə filialları vardır: Krım iqtisadi institutu; Krivorojsk iqtisadi institutu; Kiyev iqtisadi kolleci; Kiyev informasiya sistemləri və texnologiyaları kolleci; Simferopol iqtisadi kolleci; Krivorojsk iqtisadiyyat və idarəetmə kolleci; Romensk kolleci. KMİU-nin növbəti fakültələrində tələbələrin hazırlığı həyata keçirilir: Maliyyə-iqtisadi (1906-cı ildə yaradılmış); İqtisadiyyat və idarəetmə (1945-ci ildə yaradılmış); Aqrar-sənaye kompleksi müəssisələrinin iqtisadiyyatı (1945-ci ildə yaradılmış) ; İqtisadi - qeydiyyat (1959-cu ildə yaradılmış); İnformasiya sistemləri və texnologiyalar (1964-cü ildə yaradılmış); Personalı idarəetmə və marketinq (1965-ci ildə yaradılmış); Beynəlxalq iqtisadiyyat və idarəetmə (1992-ci ildə yaradılmış); Hüquq (1993-cü ildə yaradılmış); İqtisadi - kredit (2003-cü ildə yaradılmış). Kiyev Milli İqtisadi Universitetində belə institutlar fəaliyyət göstərir: İqtisadi inkişafın elmi -tədqiqat institutu; Maliyyə bazarı inkişafının Ukrayna institutu; Ali təhsil institutu; Maliyyə nəzarəti institutu; İqtisadiyyat üzrə ensiklopediya tədqiqatları institutu; Qlobal iqtisadi siyasət institutu; Kredit münasibətləri institutu; Fransa-Ukrayna menecment institutu; Aqrar sənaye kompleksinin iqtisadiyyat və menecment institutu; Maliyyə-innovasiya tədqiqatları institutu; Modelləşdirmə və iqtisadiyyatda informasiya texnologiyaları institutu; Hesab institutu; İctimai - əmək münasibətləri institutu; Hüquqi tədqiqatlar və qanun layihəsi işi institutu; Marketinq institutu; İnnovasiya sahibkarlığı institutu. Ali təhsil müəssisələrinin ümummilli "Kompas-2012" reytinqində KMİU üçüncü yeri tutur.