Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qandalar
Qandalar — Azərbaycan Respublikasının Tovuz rayonunun Çatax kənd inzibati ərazi dairəsində kənd. Bu oyko­nim rəsmi ədəbiyyatda Qandallar (Qandallı Alılar adından təhrifdir) kimi də işlənir. Yerli məlumata görə, yaşayış məntəqəsini çarizm dövründə Qazax mahalında vaxtilə qaçaqlıq etmiş Qandal Alı adlı şəxs salmışdır. XIX əsr ədəbiyyatına görə isə yaşayış məntəqəsi quşçuların qandalar nəslinin adı ilə bağlıdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd dağətəyi ərazidə yerləşir. Kənddə Qandalar kənd kitabxana filialı fəaliyyət göstərir. Kənddə Qandalar kənd ümumi orta məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Qanqalaş
Qanqalaş — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd.
Qancasar FK
«Qancasar» Futbol Klubu (erm. «Ֆուտբոլային Ակումբ „Գանձասար“ Կապան», ing. «Gandzasar») — Ermənistan Premyer Liqasında Qafan şəhərini təmsil edən futbol klubu. Klubun adı Qafanın mədən şəhəri olması ilə bağlı olaraq qoyulub və ermənicədən tərcümədə "Xəzinəli dağ" mənasına gəlir. Klub 1963-cü ildə «Lernaqorts» adı ilə Qafan şəhərində yaradılıb. Yarandığı dövrdən bu günə kimi bir neçə ad dəyişikliyinə məruz qalıb.
Qanqala dərəsi
Qanqala dərəsi (ガンガラーの谷, Qanqara no tani) – Yaponiyanın Okinava prefekturasının Nanco şəhərində yerləşən dərə. Burada yerləşən mağaralar qədim yaşayış məskəni olmuşdur. Hazırda turistik gəzinti yeri kimi istifadə olunur. Dərə 45.000 m² sahəni əhatə edir. == Mağaralar == Okinava prefekturasının Nanco şəhərində yerləşən Qanqala dərəsi 5 kilometrə yaxın uzunluğa malik Qyokusendo mağara sisteminin bir hissəsinin yüz minlərlə il əvvəl çökməsi nəticəsində yaranmışdır. 1970-ci ildə dərə yaxınlığında 20.000 il əvvəl yaşadığı ehtimal olunan "Minatoqava adamı" adlı insan irqinin qalıqları aşkar edilmişdir. Dərə ərazisində çox sayda kiçik mağara yerləşir. Sakitari mağarası turistik gəzintilərin başlanğıc nöqtəsi kimi istifadə olunur, burada kafe yerləşir. Bu mağarada aparılmış arxeoloji qazıntı işləri zamanı Okinavadakı ən qədim daş alətlər və 23.000 yaşı olan, dünyanın ən qədim balıq tilovu aşkar edilmişdir. İkiqa və İnaqu mağaraları yerlilər tərəfindən müqəddəs hesab olunur.
Mancanaq
Mancanaq — Orta Əsrlərdə şəhərlərin mühasirəsində istifadə edilən ağır daşlar atan hərbi texnika. Müharibələrdə mühasirəyə qlınməş qalaıların divarlarını dağıtmaqdan ötrü mancanaq vasitəsilə daş, yanar maye ilə dolu çəlləklər və s. atarmışlar. Daşatan mancanaq adından məlum olduğu kimi, 100 kq və daha artıq yükə malik qısa qola və daş ya qaya parçalarını atmaq üçün uzun çömçəli qola malik ağacdan hazırlanmış hərb qurğusudur. Qısa qolun uzun qol olan nisbəti 3 : 1 olur. Xidmətci heyət isə 8 nəfərdən ibarət olur. Mancanağın uzun qolu kəməndlərlə yerə qədər tarım dartılaraq, çömçəsinə qaya və daş parçası qoyulduqdan sonra (bu zaman balans yüklü kiçik qolu əksinə olaraq havaya qalxaraq asılı qalmış olur.) kəmənd boşaldırılır. Yüklü kiçik qol ağırlıq qüvvəsi ilə aşağı edir. uzun qol isə yuxarıa atılmış olur. Bu zaman çömçədəki daş önə, irəli atılmış olur.
Pançala
Pançala (sanskrit dilində: पांचाल, Pāñcāla IAST) — Şimali Hindistanda müasir Uttarakhand və Uttar Pradeş ştatlarının ərazisində, Qanq və Camna çayları arasında yerləşən tarixi region. Veda dövründə Pançala çarlığı urbanizasiya mədəniyyətinin mərkəzi olmuşdur. Bu dövr təxminən e.ə. 1100-cü ildə meydana gələn və e.ə. 600-cü ildə tənəzzül edən boz cizgili mədəniyyət dövrü ilə səciyyələnir. O zaman Pançala Maxacanapad (Sanskrit dilində: "böyük şəhər" - Budda mənbələrinə əsasən Hindistanın şimal və şimal-qərb hissəsi) ərazisində Buddanın doğulmasınadək mövcud olmuş on altı dövlətdən biri idi. Bu regionda iki veda təriqəti - Şaunaka və Tayttiriya geniş yayılmışdır. Pançala yuxarı Himalay ilə Qanq çayı arasındakı ərazidə yerləşirdi. Bu region iki hissəyə Uttara-Pançala və Dakşina Pançalaya bölünürdü. Uttara-Pançalanın paytaxtı müasir Ramnaqar şəhərinin yerləşdiyi ərazidə mövcud olmuş Axiçatra şəhəri idi.
Qazalaq
Qazalaq — tək at qoşulan, yaylı, ikitəkərli at arabası. Tək at qoşulan bu nəqliyyat növü öz quruluşuna görə ikitəkərli at arabasına oxşasa da, ondan yaylı olması ilə fərqlənirdi. Qazalağın cardağı (banı) oxa bərkidilmir. Yayların ustundə dururdu. Onu cardağı dordbucaqlı idi. Taxtadan hazırlanmış cardaqda 4–5 adam otura bilirdi. Təkərləri "Bakı" və "Şamaxı" arabaların təkəri kimi diametrcə cox iri olurdu. Məlumatlara gorə, Azərbaycanda qazalaq ancaq Bakıda hazırlanmışdır. Toy mərasimlərində işlədilən qazalaqları bəzəmək məqsədilə onun yanlarından rəngbərəng xalcalar asılırdı. Sərnişinlərin rahatlığını təmin etmək ucun qazalağın icərisinə kicik doşəkcələr qoyulurdu.
Mancanaq dəzgahı
Mancanaq dəzgahı — yerdən neft çıxarmaq üçün istifadə edilən nasoslu qurğu. Mancanaq dəzgahı dərinlik nasoslarını işlətmək üçün tətbiq olunan aqreqatdır. Nasosun porşeni dəzgahın →balansiri ilə əlaqələndirilir. Mancanaq dəzgahının rəqs edən qolu-balansir yuxarı-aşağı hərəkət etməklə nasosla mayeni yuxarıya sormağa imkan verir. Dəzgahın mexanizmlərini işə salmaq üçün reduktorun valı ilə əlaqəli olan elektrik mühərrikinə cərəyan verilir. Reduktor öz növbəsində çarxqollu sürüngəc mexanizminin köməyi ilə balansiri yuxarı-aşağı hərəkət etdirir. == İstinadlar == Rezo Əliyev. Maşınqayırma leksikonu. II hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 423 s.
Yanalaq düzü
Yanalaq düzü — Füzuli rayonunun Kərimbəyli kəndinin qərb tərəfində yerləşən düz. Bu düz bir çox tarixi hadisələrə səhnə olub. Elxanlılar zamanı daxili çəkişmələrə görə hərbi-köçəri əmirlər burda savaşıblar. Bu düzdə Əmir Teymurla Əmir Yarəhməd Qaramanlının vuruşu baş verib. 1812-ci ildə Kotlyarevski Abbas mirzənin üzərinə gedərkən qoşunlarından bir hissəsini burada saxlayıb. Yanalaq düzü Arazbar el-obaları üçün qışlaq yeri idi. 1822-ci ildə Qaradağ vilayətiində Hacıəlili elinin qolu olan Kərimbəyli obası bu yurdda məskunlaşdı.