Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qandax
Qandax — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin Əliabad naibliyinə daxil olan Qandax kəndində milli tərkibi muğallardan ibarət 97 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. Qandax kəndi Qandax İcra nümayəndəliyi və Qandax Bələdiyyəsi tərəfindən idarə olunur. Əhalinin ümumi sayı –1900 nəfər, Azərbaycanlılardan ibarətdir.390 evdə 541 təsərrüfat fəaliyyət göstərir.Ərazidə 1 məktəb, tibb məntəqəsi,mədəniyyət evi,kitabxana,400 abanentlik Telefon stansiyası,poçt,məsçid,fındıq təmizləmə sexi fəaliyyət göstərir.Qandax kəndindən Zaqatala şəhərinə məsafə 29 km,Bakı şəhərinə 418 km. Kənddə Qandax kənd məscidi dini icması fəaliyyət göstərir.
Qaplan
Bəbir (lat. Panthera pardus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Bədəninin uzunluğu 120-170 sm-dək, quyruğu 95 sm-ə qədər, iri fərdlərinin kütləsi 32-60 kq, erkəklərin kütləsi 75 kq-dək, dişilərinki bir qədər az olur. Erkək fərdlər adətən dişilərdən iri olur. Bədəni əzələli, ayaqları nisbətən qısa, xəzi sıx, yumşaq, sarı, yaxud kürən rəngli və qara xallıdır. Ayaqları uzun olmadığından o, alçaqboylu görünür. Uzun sıçrayışlarla şikarını qovarkən quyruğu bədənin tarazlığını tənzim edir. Pəncələri güclü və əzələlidir. Bəbir yüngüllük, çeviklik və zəriflik təcəssümüdür. O, çox zərifcəsinə hündür daşların, qayaların üzərinə sıçrayır.
Qapıçay
Qapıçay — Qax rayonu ərazisində çay. Qanıxçayın sol qoludur. Əslində çayın adı Qapaçaydır. Qədim türk dillərindəki qapa (hündür, yüksəyə qalxmış) sözündən və çay terminindən ibarətdir. Ehtimal ki, "yüksəklikdən, hündürdən axan çay" mənasındadır.
Qıpçaq
Qıpçaq (Qax) — Azərbaycanın Qax rayonunun inzibati ərazi vahidində kənd. Qıpçaq bələdiyyəsi — Qax rayonunda bələdiyyə. Qıpçaq (Şörəyel) — Şörəyel mahalının inzibati ərazi vahidində (indiki Ermənistanın Şirak mərzində) kənd. Qıpçaq (Qoşaçay) — İranın Qərbi Azərbaycan ostanının Miyandoab (Qoşaçay) şəhristanında kənd. Qıpçaq (Üskü) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanında kənd. Qıpçaq (Bostanabad) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanında kənd. Qıpçaq (Həmədan) — İranın Həmədan ostanının Həmədan şəhristanında kənd. Qıpçaq (Əlborz) — İranın Əlborz ostanının Nəzərabad şəhristanında kənd. Qıpçaq (Tehran) — İranın Tehran ostanının Mələrd şəhristanında kənd. Qıpçaq (Qaqauziya) — Moldovanın Qaqauz Muxtar Regional Torpağında kənd.
Qazax
Qazax — Azərbaycanda şəhər, Azərbaycan Respublikasının Qazax rayonunun inzibati mərkəzi. Qazax vaxtilə oymaq, sultanlıq, sonralar isə qəza mərkəzi olmuşdur. 1909-cu ildən şəhər statusu almış, hazırda isə rayon mərkəzidir. Ehtimallara görə Qazaxın əsası VIII əsrdə ərəb sərkərdəsi Mərvan ibn Məhəmməd tərəfindən qoyulmuşdur. Bu yer haqqında VII əsr hadisələri ilə əlaqədar "Kasak" (Kasaq) kimi ərəb tarixçisi əl-Kufi (IX əsr) də məlumat vermişdir. Toponim özündə qıpçaq mənşəli "qazax" etnik birliyinin adını əks etdirir. Lakin qıpçaqların bir hissəsi bu zonaya sonralar da gəlmişdir. XI–XII əsrlərdə gürcü çarlarının hərbi qüvvə kimi istifadə etmək məqsədilə Şimali Qafqazdan Şərqi Gürcüstana kütləvi surətdə qıpçaq ailələri köçürdükləri məlumdur. Təkcə 1118–1120-ci illərdə gürcü carı IV Qurucu David 45 minlik süvari ordusu olan 225 min qıpcağı Gürcüstanda yerləşdirmişdi. Türkdilli əhali sayca çoxluq təşkil etdiyi üçün Şərqi Gürcüstan XI–XIII əsr gürcü mənbələrində Didi Türkoba (Böyük Türk obası) adlanırdı.
Qaçaq
Qaçaq—Qaçaq hərəkatının üzvü. Məhəmməd Əmin Rəsulzadə yazır: "İstilaya uğrayan, istismar olunan, əsarətdə yaşayan və məhv edilən xalqla, istismar edən, məhv edən rus imperialist rejimi arasında tarix boyunca mübarizə davam etmişdir. Lakin istismarçı və zalım rejimə qarşı aparılan mübarizə formaları müxtəlif olmuşdur. Passiv mübarizə yolu olsa da, bəzən məhkum xalq imperialist idarəsinə vergi verməməklə, onların istehsal etdikləri məhsulu almamaqla, məcburi işlərdən boyun qaçırmaqla öz etirazlarını bildirmişdir. Bəzi hallarda da idarə məmurlarını öldürməklə bunu həyata keçirmişdilər. Biz “Azərbaycanda kəndli hərəkatı” bölümündə bu hadisələrdən misallar vermişik. Azərbaycanda rus işğalçılarına qarşı üsyanlar əsasən Azərbaycan çar üsul-idarəsi tərəfindən işğal edildikdən sonra başlamışdır. Bu barədə biz “Azərbaycanda yeniləşmə hərəkatı” adlı kitabımızın “şair Zakir” bölümündə məlumat vermişik. Kəndli həyəcanları və üsyanları xüsusilə 1840-cı ildə çar tərəfindən təhkimçilik rejimi Azərbaycanda tətbiq edilərək bəylər torpağın tam sahibi, kəndlilər isə torpağa bağlı kölə olduqdan sonra ardı-arası kəsilmədən davam etmişdir. Azərbaycanda qaçaq hərəkatı əsasən rus çar rejiminə və yerli zülmkarlara qarşı mübarizə prosesində meydana gəlmişdir.
Dəşti-Qıpçaq
Dəşt-i Qıpçaq (fars. دشت قپچاق‎ Dašt-i Qipčaq), tam adı — Dəşt-i Qıpçaq və Kuman — Qıpçaq çölü — Qıpçaqların yaşadığı tarixi ərazi və eyniadlı imperiya. == Tarixi == Hunların, göytürklərin, xəzərlərin ardınca qıpçaqlar Avrasiya çöllərinin hakiminə çevrildilər. Bu günə qədər "qıpçaq" etnoniminin işləndiyi ilk mənbə 759-cu ilə aid olan "Selenq kitabəsi" hesab olunur. Gürcü mənbələri onları "yeni" və "əski" qıpçaqlara bölür. Orta əsr tarixçisi Fəzlullah Rəşidəddin qıpçaqları Oğuz xaqanın başçılıq etdiyi türk ulusunun beş qolundan biri hesab edir. Tarixdə "Dəşti Qıpçaq" (Qıpçaq çölü) adlanan ərazi Qara dənizin şimalını və Qafqazları əhatə edirdi. XI–XV yüzillərdə Tyan Şanın qərb ətəklərindən Dunaya qədər torpaqlar türkdilli qıpçaqların (rus mənbələrində-polovəslər) adını daşıyırdı. Qıpçaq ölkəsi dedikdə, ilk növbədə Şimali Qafqaz və Şimali Qaradəniz çöllərini əhatə edən ərazi başa düşülür. Bəzi tədqiqatçılar Attilanı qıpçaq kökənli hesab edirlər.
Qapçik burnu
Qapçıq burnu (ukr. Капчик, krımtat. Qapçıq, Къапчыкъ) — Krım yarımadasında, Novıy Svet şəhəri ərazisində yerləşən burun. Qoba-Qaya və Karaul Oba dağları arasında yerləşir. Qapçik burnu səmadan daşlaşmış nəhəng bir kərtənkələ kimi görünür. Burada İdman lotosu-82 filminin bir səhnəsi çəkilmişdir.
Qapıçay (Qax)
Qapıçay — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. Yaşayış məntəqəsi Böyük Vətən müharibəsindən sonrakı illərdə kərpic zavodunun fəhlələri üçün salınmışdır. Qəsəbə Qapıçayın mənbəyində yerləşdiyinə görə həmin çayın adı ilə adlanmışdır. Kənd Qapıçayın mənbə hissəsində, Baş Qafqaz silsiləsinin ətəyində yerləşir. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə hər iki cinsdən toplam 340 nəfər əhali yaşayır. Kənddə (1 ailə istisna olmaqla) özünü pars adlandıran qaraçılar yaşayır. Kənddə 74 təsərrüfat mövcuddur.
Qapıçay (dəqiqləşdirmə)
Qapıçay — Qax rayonu ərazisində çay. Qapıçay (Qax) — Qax rayonu ərazisində kənd.
Qıpçaq (Bostanabad)
Qıpçaq (fars. قپچاق‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 193 nəfər yaşayır (37 ailə).
Qıpçaq (Qax)
Qıpçaq — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. Kəndin adı türkdilli qədim qıpçaq tayfasının adı ilə bağlıdır. Hələ e.ə. 203-cü ilə aid Çin salnaməsində haqqında məlumat verilən qıpçaqlar əvvəllər Altayda yaşamışlar. Sonralar qərbə doğru hərəkət edərək Dunay çayı sahillərinədək yayılmışlar. Azərbaycan ərazisinə qıpçaq tayfalarının gəlməsi müxtəlif tədqiqatlarda əks olunmuşdur, belə ki, bəzi tədqiqatçılar bu tarixi hadisəni IV-V əsrlərə (M. Şirəliyev), VII-VIII əsrlərə (L.Bünyadov), HI-IV əsrlərə (Q.Voroşil), XI-XII əsrlərə (Q.Qeybul- layev), IX-X əsrlərə (İbn-əl-Əsir) aid edirlər. Qıpçaq tayfaları Azərbaycanlıların, qazax, qırğız, qaraqalpaq, özbək, türkmən, tatar, başqırd, balkar, qumuq və s. xalqların etnogenezində iştirak etmişlər. Beləliklə, Qıpçaq etnooykonimdir. Kənd Qaraçayın sahilində, Alazan-Əyriçay çökəkliyində yerləşir.
Qıpçaq (Qoşaçay)
Qıpçaq (fars. قپچاق‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 3,183 nəfər yaşayır (803 ailə). Bu kəndin bütün əhalisi Azərbaycan türkləri olaraq və Azərbaycan türkcəsi ilə danışırlar. Kəndin xalqı dini baxımından şiə etiqadlı müsəlmandırlar və çoxları əkinçilik, meyvəçilik və davar saxlamaqa çalışırlar. Tacəddin Əli türbəsi bu kəndin görməli yerlərindən sayılır.
Qıpçaq (dəqiqləşdirmə)
Qıpçaq (Qax) — Azərbaycanın Qax rayonunun inzibati ərazi vahidində kənd. Qıpçaq bələdiyyəsi — Qax rayonunda bələdiyyə. Qıpçaq (Şörəyel) — Şörəyel mahalının inzibati ərazi vahidində (indiki Ermənistanın Şirak mərzində) kənd. Qıpçaq (Qoşaçay) — İranın Qərbi Azərbaycan ostanının Miyandoab (Qoşaçay) şəhristanında kənd. Qıpçaq (Üskü) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanında kənd. Qıpçaq (Bostanabad) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanında kənd. Qıpçaq (Həmədan) — İranın Həmədan ostanının Həmədan şəhristanında kənd. Qıpçaq (Əlborz) — İranın Əlborz ostanının Nəzərabad şəhristanında kənd. Qıpçaq (Tehran) — İranın Tehran ostanının Mələrd şəhristanında kənd. Qıpçaq (Qaqauziya) — Moldovanın Qaqauz Muxtar Regional Torpağında kənd.
Qıpçaq (Üskü)
Qıpçaq (fars. قپچاق‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. Qıpçaq kəndi Şahı adasında yerləşir. 2006-cı il məlumatına görə kənddə 620 nəfər yaşayır (169 ailə).
Qıpçaq (Şörəyel)
Qıpçaq - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ərtik rayonunda kənd. Rayon mərkəzindən 5 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmışdir. Toponim qədim türk tayfalarından olan qıpçaq etnonimi əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 31.V.1946-cı il fərmanı ilə adı dəyişdirilib Haric qoyulmuşdur.
Qıpçaq aşırımı
Qıpçaq aşırımı — Kəlbəcər rayonu ərazisində dağ aşırımı. Murovdağ silsiləsində, Yanşaq kəndindən şimaldadır. Oronim Qipçi formasında da qeydə alınmışdir. Qipçiq/qipçix sözü “çarpanaq daş” mənasındadır. Dağın yamacları çarpanaq daşlarla örtüldüyünə görə ona bu ad verilmişdir. Qipçi dağ aşirımı güman etmık olar ki, oronim Qıpçaq adının təhrif olunmuş formasıdır və etnonim mənşəlidir. Azərbaycan dilinin dialektlərində qipçaq sözu “kip”, “yigcam”, “bağlı” mənalarında da işlənir.
Qıpçaq bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qıpçaq dilləri
Qıpçaq qrupu — Türk dillərinin bir qoludur. Təxminən 30 milyon insan bu dillərdə danışır.
Qıpçaq xanlığı
Qıpçaq xanlığı - XI-XIII əsrlərdə təxminən hazırkı Rusiya FR-nın, Qazaxıstan və Ukraynanın ərazilərinin bir qismini əhatə etmiş feodal türk dövləti (1030-1219).
Qıpçaq çölü
Dəşt-i Qıpçaq (fars. دشت قپچاق‎ Dašt-i Qipčaq), tam adı — Dəşt-i Qıpçaq və Kuman — Qıpçaq çölü — Qıpçaqların yaşadığı tarixi ərazi və eyniadlı imperiya. Hunların, göytürklərin, xəzərlərin ardınca qıpçaqlar Avrasiya çöllərinin hakiminə çevrildilər. Bu günə qədər "qıpçaq" etnoniminin işləndiyi ilk mənbə 759-cu ilə aid olan "Selenq kitabəsi" hesab olunur. Gürcü mənbələri onları "yeni" və "əski" qıpçaqlara bölür. Orta əsr tarixçisi Fəzlullah Rəşidəddin qıpçaqları Oğuz xaqanın başçılıq etdiyi türk ulusunun beş qolundan biri hesab edir. Tarixdə "Dəşti Qıpçaq" (Qıpçaq çölü) adlanan ərazi Qara dənizin şimalını və Qafqazları əhatə edirdi. XI–XV yüzillərdə Tyan Şanın qərb ətəklərindən Dunaya qədər torpaqlar türkdilli qıpçaqların (rus mənbələrində-polovəslər) adını daşıyırdı. Qıpçaq ölkəsi dedikdə, ilk növbədə Şimali Qafqaz və Şimali Qaradəniz çöllərini əhatə edən ərazi başa düşülür. Bəzi tədqiqatçılar Attilanı qıpçaq kökənli hesab edirlər.
Qıpçaq dili
Qədim qıpçaq dili — VIII–IX əsrlərdə İrtış çayının yuxarı axarında və Altay dağlarında kiməklər ilə birlikdə yaşamış qıpçaqların danışdığı dil. Ölü dildir. Türk dillərinin qıpçaq qolunu təşkil edir. IX əsrdə qıpçaqlar İrtış çayının qərbindəki çöllərə köçərək oğuzları oradan sıxışdırmışdılar. Sonralar, XI əsrdə qıpçaqların bir hissəsi Volqa çayını keçərək Qara dəniz çöllərində məskunlaşmışdır. Onların oğuz və ya bulqar tipli dillərdə danışan peçeneqləri, torkları, bulqarları, xəzərləri və başqa türk tayfalarını ərazidən qovduqları və ya assimilyasiya etdikları ehtimal olunur. XIII əsrdən başlayaraq Qızıl Ordada qıpçaq dillərinin müxtəlif dialektləri danışıq-ünsiyyət dilləri olmuşdur. Yazı dili rolunu cənuba doğru inkişaf edən dialektlər – Xarəzm türkcəsi və daha sonra Cığatay dili oynamışdır. XIV əsrdə Kafada (indiki Feodosiya) yaşayan bir genuyalı tacir oğlu üçün Böyük ipək yolu üzərində ticarətlə bağlı təlimat yazmışdır. Orada belə bir ifadə var: "Böyük ipək yolu ilə karvanla yola düşməzdən əvvəl saqqal uzatmalı, saçını qırxmalı, qulluqçu, iki kəniz tutmalı və qıpçaq dilini öyrənməlisən".
Anna Qaplan
Anna Qaplan və ya Anna Monahemi - əslən Təbriz yəhudilərindən olan ABŞ siyasətçisi. Anna Qaplan 2018-ci ilin 6 noyabrındakı seçkilərdə VII dairədən qalib gələrək Nyu-York Senatına seçilmişdir. Qaplan Təbriz şəhərində anadan olmuşdur. İran İslami İnqilabı zamanı ailəsi təhlükəsizlik üçün ABŞ-yə köçmüşdür. O, Amerika iranlılarından Nyu-Yorkun qanunverici orqanlarına seçilə bilən ilk şəxsdir. == Həyatı == Qaplan Təbriz şəhərində İran yəhudisi olan ailədə anadan olmuşdur. Atası xalça ticarəti ilə məşğul olmuşdur. İran İslam inqilabından sonra Qaplan 13 yaşında olarkən valideynsiz uşaq qaçqın kimi İranı tərk etmiş və Bruklinə köçmüşdür. Sonra Çikaqo şəhərində bir ailə tərəfindən qıbul edilmişdir. Valideynləri İrandan xilas ola bildikdən sonra ABŞ-də ailəsi ilə birləşmiş və Nyu-Yorkda yaşamağa başlamışdır.
Qapsal qalası
Qapsal qalası — Bu, Estoniyanın Haapsalu şəhərində), XIII əsrdə Ösel-Viek yeparxiyasının mərkəzi kimi əsası qoyulmuş kafedrala bənzər bir qaladır. Rəvayətə görə, avqustun tam ayları zamanı kilsənin daxili divarında bakirə olan Ağ Xanımın təsviri görünür.. 1228-ci ildə Riqa arxiyepiskopu Albert Lyaenema, Sarema və Hiumanın daxil olduğu yeni yeparxiya yaratdı. Dunamindəki Cistercianeç monastırının abbotu Qotfridi yepiskop təyin etdi. Yeparxiya 1 oktyabr 1228-ci ildə Roma kralı Henri tərəfindən Müqəddəs Roma İmperiyasının əyaləti adlandırıldı. Papa leqatı Modenalı Vilhelm bu sərhədləri 1234-cü ildə daimi olaraq müəyyən etdi. Ösel-Viek yeparxiyasının ilk iqamətgahı Lihula qalasında yerləşirdi. Livoniya Qılınc Qardaşlarının köməyi ilə burada daş qala tikilmişdir. Administrasiya ilə münaqişələrin qarşısını almaq üçün yeparxiya iqamətgahını on il sonra litvalılar tərəfindən yandırılan Perona köçürür. Yepiskop qalası və kafedralı olan Haapsaludakı yer yeparxiyanın yeni qərargahı kimi seçildi.
Gəncə-Qazax
Gəncə-Qazax iqtisadi rayonu — Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz inzibati rayonlarını, Gəncə və Naftalan kimi şəhərləri əhatə etməklə Azərbaycanın qərbində yerləşir. İqtisadi rayon şərqdən Aran iqtisadi rayonuyla, şimal-şərqdən Şəki-Zaqatala iqtisadi rayonuyla, şimaldan Gürcüstanın Kaxeti diyarıyla, şimal-qərbdən Gürcüstanın Aşağı Kartli (Borçalı) diyarıyla, cənubdan Kəlbəcər-Laçın iqtisadi rayonuyla, Qərbi Azərbaycanın Göyçə mahalıyla, cənubdan və qərbdən Qərbi Azərbaycanın Tavuş bölgəsiylə qonşudur. Gəncə-Qazax iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Gəncədir. İqtisadi rayon əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir. İqtisadi və sosial-mədəni potensialına görə, Gəncə-Qazax Abşeron iqtisadi rayonundan sonra respublikada ikinci yeri tutur. Onun ərazisinin ümumi sahəsi 12,48 min km² olmaqla ölkə ərazisinin 14,4 %-nə bərabərdir. Ərazisinin böyüklüyünə görə Aran iqtisadi rayonundan sonra 2-ci yeri tutur. Relyef xüsusiyyətlərinə qörə rayonun ərazisi 4 zonaya: maili düzənliklər, dağətəyi, orta dağlıq (dəniz səviyyəsindən 1000–2000 metr yüksəklikdə), yüksək dağlıq (dəniz səviyyəsindən 2000 m yüksəklikdə) zonalara ayrılır. Rayonun iqlim şəraiti də bu zonalara müvafiq olaraq müxtəlifdir. İqtisadi rayonun əlverişli təbii şəraiti və iqtisadi-coğrafi mövqeyi əhalinin məskunlaşmasında mühüm rol oynamışdır.
Nacax
Qacar
Qacar dövləti — XVIII–XX əsrlərdə Azərbaycan və İranda mövcud olmuş, türk əsilli Qacarlar sülaləsi tərəfindən idarə edilmiş dövlət. Türk tayfası olan Qacarlar, Monqol işğalı zamanlarında İrəvan ətrafında kök salmışlar və Səfəvi sülaləsini Azərbaycanda və İranda hakimiyyətə gətirən yeddi Qızılbaş-Türk tayfalarından biri olmuşlar. XVI əsrin əvvələrində Azərbaycanda və İranda hakimiyyəti ələ keçirən Səfəvilər indiki Azərbaycan Respublikasının ərazisini yerli türk xanlarına buraxmışlardır və 1554-cü ildə Gəncə şəhərinin Şahverdi Soltan Ziyadoğlu Qacar tərəfindən idarə edildiyi haqda tarixi məlumatlar mövcuddur. Ziyadoğulları ailəsi sonralar Qarabağa da hökmdarlıq etmişdir. 16–17-ci əsrlərdə Qacarlar Səfəvi dövlətində bir sıra rəsmi vəzifələr tutmuşlar. I Şah Abbas Səfəvi dövründə Şahsevən türk tayfaları kimi tanınan Qacarları İranın müxtəlif bölgələrinə yerləşdirmişdir və bunların bir çoxu Astarabad (hal-hazırda Qorqan) ərazisində qoyulmuşdur. Qacar ​​boyları, 18. əsrdə dəvəli qolu və Qoyunlu (Qovanlı) qolu olmaqla iki qoldan ibarət olan boylar birliyi olub iki qol arasında güc mübarizəsi yaşanmaqda idi. Bu mübarizəni qazanan Qoyunlu qolundan Məhəmməd Həsən xan, Əfşar Xanədanının qurcusu Nadir Şahın ölümündən sonra Gilan, Mazandaran və Curcan olmaqla Xəzər dənizi sahilini alaraq Güney İranda Zənd xanədanını quran Kərim xan Zənd ilə mübarizə etməyə başlamışdır. Kərim xan Zənd Qacarların daxili mübarizəsindən istifadə etmək üçün Məhəmməd Həsən xanın oğlu Ağa Məhəmmədi Şirazdakı sarayında əsir götürərək Develilere dəstək vermişdir.
Garcan (Ərdəbil)
Garcan (fars. گرجان‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 936 nəfər yaşayır (233 ailə).