Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qaraçörəkotu
Bitkinin adı toxumlarının parlaq qara rənginə görə verilmişdir. Bu cinsə 20 növ daxildir. Azərbaycanda 5 növü bitir. Onlardan ikisi gülçülükdə geniş istifadə edilir. Dəməşq qaraçörəyi (N.damasceana) yabanı halda Avropada, Asiyada və Afrikada bitir. Hündürlüyü 60 sm-ə qədər çatır, lələkvari yarpaqlı və müxtəlif rəngli gülləri olan budaqlı bitkidir. 1542-ci ildən yaşıllaşdırmada istifadə olunur. Çoxsaylı sortları vardır. İspan qaraçörəyi (N.hispanica) yaşıllaşdırmada çox da geniş yayılmamışdır. Bu bitkinin vətəni Şimali Afrika və İspaniyadır.
Əkin qaraçörəkotu
Əkin qaraçörəkotu (lat. Nigella sativa) — qaymaqçiçəyikimilər fəsiləsinin qaraçörəkotu cinsinə aid bitki növü. Bitkinin botaniki adı – Nigella Sativadır. Azərbaycan dilində ənənəvi olaraq onu qara zirə adlandırırlar. Bitki Aralıq dənizi regionunda, Afrikanın şimalında, Asiyada və Ərəbistan yarımadasında bitir. Gözəl ətirli xassəyə malik, görünüşünə görə küncütə bənzəyən, amma qara rəngi ilə ondan fərq­lənən zirə xalq arasında müxtəlif adlarla məşhur dur. == Qara zirənin tarixi == Arxeoloqlar neolit və mezolit təbəqələrində apardıqları qazıntılar zamanı qara zirə toxumları tapmışlar ki, bu da ondan hələ 8 min il bundan qabaq istifadə edildiyini göstərir. Məşhur alim Lord Karter olduqca mühüm bir arxeoloji kəşf etmişdir. O, firon Tutanxamonun qəbrini tapdıqda gənc çarın ətrafına düzülmüş əşyaların ara sında yağ olduğunu aşkar etmişdi. Lakin arxeoloq onun nə yağı olduğunu o vaxt bilmirdi.
Qaraköpək
Qaraköpək — Füzuli rayonunda Qurucay və Köndələncay vadisində təpə. == Toponim == Qaraköpək qədim yaşayış məskənlərindən biridir. Günəş təpədən 30-40 m şərqdə, Köndələncay sahillərində konusvari təpədir (Hündrürlüyü 50 m). Tunc dövrünə (e.ə. III-II minilliklər) aid yaşayış yeri olmuşdur. Qaraköpək Kəriqə (Kərəkə, Kərəkçə) təhrif olunmuş formasıdır. Qədim türk dillərində Kərüqə, kərəkə, Kərəkçə maldar elin dayanaçağı, köcəri maldarların qış evi, kecə ilə örtülmüş alacıqlar (sev.III, 24-25) və bək təpə sözlərindən ibarətdir.
Qaraçöhrə
Qaraçöhrə (lat. Taxus) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin qaraçöhrəkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Hündürlüyü 18 (20) m-ə qədər və diametri 60-80 (100) sm olan ağac və ya böyük koldur.Qabığı boz çalarlı qırmızı-qonur rəngdə olub,hamar və ya lövhəşəkillidir. Yarpaqları xətvari, yastı, uzunluğu 2-4 sm, eni 1,8-2 mm-dir, üst tərəfdən tünd-yaşıl,parlaq, alt tərəfdən solğun rəngli, tutqun, kənarları az qatlanmış formadadır. Erkəkcikli çiçəklərinin uzunluğu 10 mm olub, budaqların aşağı səthində yerləşmişdir. Dişicikli çiçəkləri təkdir, əsasında bir neçə cüt pulcuqşəkilli yarpaqlarla əhatə olunmuşdur. Meyvələri qırmızı rəngli və şarşəkillidir,yuxarı hissədə açıqdır. Toxum ətrafında iki örtük vardır; daxili örtük oduncaqlaşan və xarici örtük isə ətli, parlaq tünd-qırmızı rənglidir, (yalançı giləmeyvə) şirəlidir və şirin dadı vardır. Mart ayında çiçəkləyir, mart-aprel aylarında meyvə verir. == Azərbaycanda yayılması == BQ qərb, BQ şərq, BQ (Quba), KQ şimal, KQ mərkəzi, KQ cənub, (Şuşa) Lənk.
Qaraördək
Qaraördək (lat. Aythya) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Qarabörk
Qarabörk — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Rayonun mərkəzindən 3 km. cənubda, Şirvan düzündə yerləşir. == Toponimikası == Börk sözü Papaq Deməkdir Yeni Qarapapaq (Qarabörk), Qarapapaqlar Türk(Azərbaycanlı) Tayfa İttifaqıdır. Qazaxda Qarapapaq adlı kəndin adından məlumdur ki, Qarapapaqlar yaşayır. Qarapapaqlar Daha Çox Borçalıda və Gürcüstandakı Qədim Azərbaycan Torpaqlarında və Türkiyədəki Qars Ərdahan İğdır vilayətlərində yaşayırlar. Oykonim özündə qıpçaqların qarabörklü tayfasının adını əks etdirir. Etnotoponimdir. == Əhalisi == Əhalisinin sayı 3441 nəfərdir (2009-cu il). == İqtisadiyyatı == == Təbiəti == == Din == Kənddə Qarabörk kənd məscidi dini icması fəaliyyət göstərir.
Ağgöz qaraördək
Ağgöz qaraördək (lat. Aythya nyroca) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaraördək cinsinə aid heyvan növü. == Statusu == Nadirdir. == Kateqoriyası == (VU). Antropogen təsirlərə həssasdır. Yeni qorunma tədbirləri görülməsə, mənfi təsirlərdən təhlükəli vəziyyətə (EN) düşə bilər. == Qısa təsviri == Ortaboylu ördəkdir (600-800 q). Erkəyinin ümumi rəngi qonur-qəhvəyidir, amma bel tərəfi nisbətən tünd rənglidir. Qanadlarının üzərində ağ “aynacığı” var. Gözləri ağımtıldir.
Giləmeyvəli qaraçöhrə
Giləmeyvəli qaraçöhrə (lat. Taxus baccata) — iynəyarpaqlılar fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyaslna aiddir – VU A2c+3c. Azərbaycanın nadir, relikt növüdür. == Ümumi yayılması == Rusiya, Gürcüstan Ermənistan, Şimali Afrika, Türkiyə, Kiçik Asiya, Baltikyanı ölkələri, Ukrayna, Skandinaviya, Avropanın Qərb hissəsi və Azor adalarında yayılmışdır. == Azərbaycanda yayılması == Şamaxı, Quba, Zaqatala, Qəbələ, Xanlar, Lənkəran və Lerik rayonları ərazilərində təbii halda rast gəlinir. == Bitdiyi yer == Tək-tək və ya qrup şəklində quru daşlı yamaclarda fıstıq-vələs meşələrində 1900–2500 m yüksəkliklərdə rast gəlinir. == Təbii ehtiyati == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Təbiətdə 20 m-ə qədər boy hündürlüyü olan, sıx budaqlı, yuvarlaq təpəli bir ağacdır. Tumurcuqları qəhvəyi və yaşılımtıl rəngdə, küt, dəyirmi və ya ovalşəkillidir.
Kəkilli qaraördək
Kəkilli qaraördək (lat. Aythya fuligula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaraördək cinsinə aid heyvan növü.
Qaraçöhrə (sıra)
Qaraçöhrə (lat. Taxales) — i̇ynəyarpaqlılar sinfinə aid bitki sırası.
Qırmızıbaş qaraördək
Qırmızıbaş qaraördək (lat. Aythya ferina) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaraördək cinsinə aid heyvan növü.
İtiuclu qaraçöhrə
Yapon qaraçöhrəsi (lat. Taxus cuspidata) — qaraçöhrəkimilər fəsiləsinin qaraçöhrə cinsinə aid bitki növü. Bu növə Uzaq Şərq qaraçöhrəsi deyilir. Hündürlüyü 20 m-ə çatan, ortaboylu ağac və ya koldur, çətirləri dairəvi olub, gövdəsinin diametri 1,5 m-ə çatır. Gövdəsi qırmızımtıl rənglidir, üzərində növə xas olan sarımtıl-ağ ləkələri var, yarpaqları lələkvarıdır. Yarpaqlarının uzunluğu 1,2-2,6 sm-ə, eni 2-3,5 mm-ə çatır, yumşaq, hamar, ucu biz, üstdən tünd-yaşıl, altı-dan solğun-yaşıldır, budaqlarda 4-6 il qalır. Toxumları qozalarda << qozagiləmeyvə >> adlanan al qırmız rəngli, ətli hissə ilə örtülmüşdür. Uzunömürlüdür 1500 ilə kimi yaşayır. İtiuclu qaraçöhrə şaxtaya ( -30 C ), kölgəyə davamlıdır. Humus qatı qalın olan torpaqlarda yaxşı bitir, turş mühitli və bataqlıq torpaqlarda inkişaf etmir.
Güldən Qaraböcək
Güldən Qaraböcək (türk. Gülden Karaböcek) (4 noyabr 1953, Ankara) - türk pop musiqiçisi. Arabesk və pop üslubunda ifa etdiyi mahnılar ilə türk musiqi dünyasının önəmli adlarından biri hesab olunur. 28 avqust 1953-cü ildə İstanbulda doğulub. Musiqiyə marağı gənc yaşlarından başlayıb. 1970-ci illərin əvvəllərində peşəkar musiqi karyerasına qədəm qoyan Qaraböcək, həmin illərdə məşhur olan arabesk üslubunu pop musiqisi ilə birləşdirərək özünəməxsus musiqi üslubu inkişaf etdirməyi bacarıb.
Nəşə Qaraböcək
Nəşə Karaböcək (1 aprel 1947, İstanbul) — türk müğənni və aktrisa. Əsl adı Neşecan Göktürkdür. Hələ beş yaşında olarkən "Karaböcek" tamaşasında oynayıb və İsmət İnönü tərəfindən ona "Karaböcek" soyadı verilib. Sənətçi atasının dəmiryollarında çalışdığı vəzifəsinə görə İstanbulda doğulub. O, iki yaş yarımda olanda atasının təyinatı ilə bağlı ailəsi ilə birgə Ankaraya köçüb. 1968–1980-ci illərdə 12 il ərzində müxtəlif səsyazma şirkətlərindən 16 qızıl platin, 1 platin rekord, 1 qızıl bülbül və 2 qızıl kaset mükafatı alıb. 1981-ci ildə "Altın Plak" musiqi şirkətini quran sənətçi "Arabeskin anası" kimi tanınır.
Başcıqlı qaraçöhrə
Başcıqlı qaraçöhrə (lat. Cephalotaxus) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin başcıqlı qaraçöhrəkimilər fəsiləsinə aid bitki cinsi.
Fortuna başcıqlı qaraçöhrə
Fortuna başcıqlı qaraçöhrə (lat. Cephalotaxus fortunei) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin başcıqlı qaraçöhrəkimilər fəsiləsinin başcıqlı qaraçöhrə cinsinə aid bitki növü. Kiçik gövdəli, alçaq boylu koldur. Bitkinin çətiri enli-oval olub, yarpaqları üfüqi cərgələrdə yerləşir, hamardır, uzunluğu 9 sm-ə qədərdir. Yarpaq ayaları dərili və parlaqdır. Yarpağın üst hissəsi yaşıldır, alt tərəfi isə açıq rəngli zoqlarla örtülmüşdür. Başcıqlı qaraçöhrənin cavan bitkiləri soyuqdan əziyyət çəkir, ancaq sonradan normaya düşərək qışda yaxşı böyüyür. Başcıqlı qaraçöhrə rütubətli və soyuq olmayan yerlərdə becərilməlidir. Başcıqlı qaraçöhrə kölgəyə davamlı bitkidir. Ancaq çox günəşli yerlərdə də yaxşı bitir.
Qaracoran
Qaracoran, Qaraceyranlı, Qaracaverən — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Nairi rayonunda kənd. Mənbədə Qaracuran kimidir == Tarixi == Rayon mərkəzindən 10 km şimalda, Gərni çayının yanında, Zəngi çayından axan arxın sağ tərəfində yerləşir. 1972-ci il martın 15-nə kimi, yəni Nairi rayonu yaradılana kimi Əştərək rayonunun tabeliyində olmuşdur. Erməni mənbələrində kəndin adı Qaraceyranlı, Qaracaviran, Qaracaveran, Qaraceyran formalarında da qeyd edilmişdir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Qaraca ərən formasında, Qafqazın 5 verstlik xəritəsində Qaracaran kimi qeyd edilmişdir. == Toponimi == Toponim xəzərlərin qaraçor (>qaracor) türk etnoniminə cəmlik bildirən -an şəkilçisinin artırılması ilə əmələ gəlib "qaraçor" (>qaracor) tayfasının yaşadığı yer" mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Digər adı Qaracaverən, yə'ni "Qaraca xarabalığı" XIX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqədar olaraq kənd ləğv edilmişdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4.
Qaraçorlu
Qaraçorlu bu mənalarda gələ bilər: Qaraçorlu eli — Azərbaycan ellərindən biridir. Bulud Qaraçorlu — Şair Cəfərqulu xan Qaraçorlu — Qaraçorlu elinin hakimi, Qacarlar ordusunun sərkərdəsi, Əmir Tuman. Xanmurad bəy Qaraçorlu — Qarabağ bəyi, Sultan bəyin babası.
Qaracaörən
Qaracaörən (Qars) — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Qaracaörən (Duzluca) — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd.
Bulud Qaraçorlu
Bulud Qaraçorlu Səhənd (1926, Marağa, Şərqi Azərbaycan ostanı – 1979, Tehran) — Azərbaycanlı şair. == Həyatı == Bulud Qaraçorlu Səhənd 1926-cı ildə Marağada anadan olub. İlk təhsilini Marağa və Təbrizdə alan Bulud 17 yaşında ikən Razi, az müddət keçdikdən sonra isə Səhənd təxəllüsü ilə şeirlər yazmağa başlayır. Səhəndin gənclik illəri İranda Azərbaycan xalqının milli istiqlaliyyəti uğrunda apardığı çətin mübarizə dövrünə – 40-cı illərdən başlayan milli-azadlıq hərəkatına təsadüf edir. O, milli hərəkatda fəal iştirak edirdi. 1945-ci ildə Pişəvərinin rəhbərliyi ilə Güney Azərbaycan Milli Hökumətinin qurulması, ölkədə aparılan misli görünməyən mütərəqqi islahatlar onda böyük ruh yüksəkliyi yaradır. Səhənd həmin illərdə sevinc və iftixardan doğan şeirlər yazırdı. Lakin vətənin azadlığı uzun sürmədi. Lirik şerlər yazan şair arzu, istək və ağrılarını xalqa çatdırmaq üçün "Dədə Qorqud" dastanlarına üz tutur. Xalq yaradıcılığından yararlanıb məşhur "Sazımın sözü" əsərini yazır.
Qaraçorlu (dəqiqləşdirmə)
Qaraçorlu bu mənalarda gələ bilər: Qaraçorlu eli — Azərbaycan ellərindən biridir. Bulud Qaraçorlu — Şair Cəfərqulu xan Qaraçorlu — Qaraçorlu elinin hakimi, Qacarlar ordusunun sərkərdəsi, Əmir Tuman. Xanmurad bəy Qaraçorlu — Qarabağ bəyi, Sultan bəyin babası.
Qaraçorlu eli
Qaraçorlu — Azərbaycan ellərindən biridir. Əksər mənbələr, o cümlədən "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri", Pyer Oberlin, Mehrdad İzadi və Qiyasəddin Qeybullayev onların əslən Xorasandan olan bir kürd kökənli qrup kimi təsvir etmişdir. Buna baxmayaraq, Əhməd Cəfəroğlu onları İran türklərindən olan bir el kimi hesab edib. Azərbaycan mənbələrinə görə, qaraçorlular xəzərlərin bir qoludur. Əsaslanma ondan ibarətdir ki, ərəb qaynaqlarında xəzərlərin ağ xəzərlər və qara xəzərlər olaraq iki qola bölündüyü qeyd olunmuşdur. Qara xəzərlərin bir adı da, guya saçlarının qara olduğuna görə "qaraçur" idi. Qaraçorlular İranın Şərqi Azərbaycan, Ərdəbil və Qərbi Azərbaycan ostanlarında yaşayırlar. Şərqi Azərbaycan ostanında Qaradağ elinin oymaqlarından və Qərbi Azərbaycan və Ərdəbil ostanlarında Şahsevən elinin oymaqlarından məhsub olunur. Onlardan Qafqazda əsasən Zəngəzur regionunda yaşamışlar. Türkiyənin Tokat vilayətinin Zilə ilində də kürd qaraçorlu tayfaları yaşayır.
Qaraçorlu mahalı
Qaraçorlu mahalı — Qarabağda tarixi-coğrafi bölgə. == Ümumi məlumat == Qaraçorlu mahalı cənubdan Kolanı mahalı ilə qərbdən Tatev mahalı ilə sərhəd idi. == Mahalın tarixindən == 1727-ci ilə aid olan və tarix elmləri namizədi H. Məmmədov (Qararamanlı) tərəfindən 2000-ci ildə çapa hazırlanaraq nəşr edilən "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri"ndə (bu sənəd də osmanlı arxivlərində saxlanılır) qaraçorlular haqqında qiymətli məlumat vardır: "Qaraçorlu camaatı. Bu camaatın təxminən 400 evi (xanə) olmuşdur. Əcəm (Səfəvi) dövründə itaətsizliyindən dolayı xəzinəyə vergi ödəmirdi. Vergilər öz kəndxudaları tərəfindən mənimsənilmişdir. Rəayanın malını qarət etmələrindən dolayı yaşadıqları Kestasf və Zarıs adlı iki nahiyəni xaraba qoymuş və boşluğa çevirmiş, bir qisim ermənini həm xoşluqla, həm də məcburi şəkildə özlərinin rəayası etmişdir. Zarıs, Keştasf, Məğavuz və Həkəri tərəflərdə əkinçiliklə məşğul olur, lakin üşr və bəhrəni vermirlər. Üzərlərinə əsgər göndərilsə də, sığıncaq yaxınlığında yaşadıqlarına görə sığıncaqlara çəkilib gizlənir və indiyə qədər onlar üzərində qələbə çalmaq əsgərlərə müyəssər olmamışdır. Bu vəziyyət indi də belədir".
Qaracaörən (Duzluca)
Qaracaörən — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kənd 1854-cü ildən eyni addadır.
Qaracaörən (Qars)
Qaracaörən — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 232 nəfərdir (2022).
Bulud Qaraçorlu (Səhənd)
Bulud Qaraçorlu Səhənd (1926, Marağa, Şərqi Azərbaycan ostanı – 1979, Tehran) — Azərbaycanlı şair. == Həyatı == Bulud Qaraçorlu Səhənd 1926-cı ildə Marağada anadan olub. İlk təhsilini Marağa və Təbrizdə alan Bulud 17 yaşında ikən Razi, az müddət keçdikdən sonra isə Səhənd təxəllüsü ilə şeirlər yazmağa başlayır. Səhəndin gənclik illəri İranda Azərbaycan xalqının milli istiqlaliyyəti uğrunda apardığı çətin mübarizə dövrünə – 40-cı illərdən başlayan milli-azadlıq hərəkatına təsadüf edir. O, milli hərəkatda fəal iştirak edirdi. 1945-ci ildə Pişəvərinin rəhbərliyi ilə Güney Azərbaycan Milli Hökumətinin qurulması, ölkədə aparılan misli görünməyən mütərəqqi islahatlar onda böyük ruh yüksəkliyi yaradır. Səhənd həmin illərdə sevinc və iftixardan doğan şeirlər yazırdı. Lakin vətənin azadlığı uzun sürmədi. Lirik şerlər yazan şair arzu, istək və ağrılarını xalqa çatdırmaq üçün "Dədə Qorqud" dastanlarına üz tutur. Xalq yaradıcılığından yararlanıb məşhur "Sazımın sözü" əsərini yazır.
Cəfərqulu xan Qaraçorlu
Cəfərqulu xan Rza xan oğlu Qaraçorlu (1800-?) — Qaraçorlu elinin hakimi, Qacarlar ordusunun sərkərdəsi, Əmir Tuman. == Həyatı == Cəfərqulu xan Rza xan oğlu 1800-cü ildə Qaradağ vilayətinin Məvazixan mahalında anadan olmuşdu. Atasından sonra Qaraçorlu elinin hakimi olmuşdu. Qacarlar ordusunun sərkərdəsi idi. Əmir Tuman (general-mayor) rütbəsi daşıyırdı. İran-Əfqan müharibəsində iştirak etmişdi. Cəfərqulu xan Qaraçorlu Herat savaşında yaralanmışdı. Lakin o yarasına fikir verməyib sonadək qəhrəmanlıqla vuruşdu. Məhəmməd şah Qacar bu igidə altın və at bağışladı. Bu ünlü Qaraçorlu əmiri qacarların siyasi həyatında mühüm rol oynamışdı.